Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2873/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil Idarəsi və Nizami Nərimanov adına *** nömrəli tam orta məktəbə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2*26-cı il tarixli *(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı İddiaçı cavabdeh Nizami Nərimanov adına *** nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2.Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin məktəbin direktorunun ##.##.2*25-ci il tarixli əmri ilə xitam verilib. Əmrdə əsas kimi ona istinad olunub ki, iddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyib. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad olunub. Həmin normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 4.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 6.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 7.Əvvəlki məhkəmə iclsında iştirak etmiş Bakı şəhəri üzrə Təhsil Idarəsinin nümayəndəsi Nailə Əliyeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Idarənin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. 8.Cavabdeh Nizami Nərimanov adına *** nömrəli tam orta məktəbin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi 9.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı madəsinin 2-ci hissəsində hazırkı iddianın verilməsi üçün 1 aylıq iddia müddəti müəyyən edilib. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ##.##.2*25-ci il tarixdə verilib. Iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatda bildirib ki, mediasiyaya müraciət etməzdən öncə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olub, amma əmrin surətini almayıb (iş v. 79). Iddiaçı ilkin mediasiya sessiyasında iştirak üçün ərizəni *7.11.2*25-ci il tarixdə verib. “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış ##.##.2*25-ci il tarixdə verilib (iş v 21). Iddia ərizəsi isə bu arayışın verildiyi tarixdən 3 ay 28 gün sonra - ##.##.2*26-cı il tarixdə verilib. Göründüyü kimi, iddia müddəti ötürülüb. 1*.Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi. Iddiaçı, ümumiyyətlə, müddətin bərpası barədə vəsatət verməyib. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə əsaslanaraq iddianı rədd edib. 11.Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2*26-cı il tarixli *(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2873/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2873/2026
14.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver