Məhkəmə qərarları › İş №2(3-6)-2492/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2492/2026

18.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2492/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 (SOCAR) “xxxx” Trestinə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa, mənəvi zərər və buraxılmış iş günlərinə görə əməkhaqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh “xxxx” Trestinin nümayəndəsi İsayev Rauf İlqar oğlunun, “xxxx” Trestinin vəkili (nümayəndəsi) Nümayəndə, iddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdehlər cavabdeh1 (SOCAR-a) və Şirkətin (SOCAR-ın) “xxxx” Trestinə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Trest arasında bağlanmış “Əmək müqaviləsinin” müddətsiz hesab edilməsi, habelə onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, **-*-**/*-*K-***-**** nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbini cavabdeh Dövlət Neft Şirkətinə (SOCAR-a) aid hissədə azaltmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəli, 3 uşaq atası, müharibə veteranı olan iddiaçı 2011-ci ildən Dövlət Neft Şirkətində xidmət edir. 2022-ci ildə pensiya yaşına çatdığına görə “X6”larına tətbiq olunan güzəştlərdən biri olan “Veteranlar Haqqında” Qanununun 9-cu maddəsi (veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə əmək fəaliyyətini davam etdirmək hüququna malikdirlər) tətbiq olunmuş və 2023-cü, 2024-cü illər üçün nəzərə alınmışdır. Hər il olduğu kimi, adı çəkilən Qanunun yenidən tətbiq olunması ilə bağlı ##.##.2024-cü ildə “xxxx” Trestinin müdiri Qağaməli Seyfullayevə müraciət etsə də, müraciətinə şablon cavab verilərək, müqavilə müddətinin ##.##.2024-cü il tarixdə bitəcəyini və bunu nəzərə almağını bildirilmişdir. İddiaçı ilə bağlanmış ##.##.2011-ci il tarixli əmək müqaviləsi 12 il müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məsələ ilə bağlı “Azərbaycan Qarabağ Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi (sədri M.Mehdiyev), Azərbaycan Yazıçıları Birliyi, Azərbaycan Jurnalistlər Birliyi (iddiaçı bu təşkilatların üzvüdür), Milli Məclisin deputatları da əmək fəaliyyətini davam etdirmək üçün müvafiq qanunvericiliyin tələblərinə riayət edilməsi barədə cavabdehlərin rəhbərliyinə müraciət ünvanlasa da, şablon cavablar verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının 2008-ci ildə sol böyrəyininin nefrokotamiyası ilə əlaqədar Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “II qrup əlillik dərəcəsi” verilib. cavabdeh2blikasının qanunvericiliyində əlilliyi olan şəxslərə münasibətdə əmək şəraitinin digər işçilərə nisbətdə daha da sadələşdirilməsi, onların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar müəyyən olunub ki, bunların ən əsası “cavabdeh2blikasının Əmək Məcəlləsi”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunudur. Belə ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən işəgötürənlər əlilliyi olan şəxsləri sağlam, təhlükəsiz və Qanunun 11-ci maddəsində göstərilən X8 uyğun əmək şəraiti ilə təmin etməlidir. Əmək Məcəlləsinin 119-cu maddəsinə görə orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Halbuki, iddiaçının məzuniyyət müddəti maksimum 36 gün olaraq hesablanmışdır. Həmçinin qeyd olunmalıdır ki, işlədiyi müəssisənin barəsində etdiyi bu haqsız hərəkətlər nəticəsində səhhətində yaranan problemlərlə bağlı cari ilin 3 yanvar tarixindən “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi” ilə əlaqədar müalicədədir. Cavabdeh Trestin rəhbərliyi isə iddiaçının barəsində ##.##.2025-ci il tarixli, **-*- **/*-*K-***-**** nömrəli əmrlə iddiaçını hər hansı Tibbi Komissiyaya dəvət etmədən Əmək qabiliyyətinin tam itirmiş şəxs kimi Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən işdən azad etmişlər. b) birinci instansiya icraatı zamanı tərəflərin verdikləri izahatlar haqqında məlumat

4. İddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

5. Cavabdeh Trestin vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh Trest ilə iddiaçı arasında *** nömrəli, ##.##.2011-ci il tarixli əmək müqaviləsi bağlanmışdır, daha sonra tərəflər arasında *** saylı, ##.##.2015-ci il tarixli əmək müqaviləsi ilə tikintiyə texniki nəzarət şöbəsinin rəis müavini vəzifəsi bağlanmışdır, ##.##.2023-cü il tarixdə iddiaçının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı, yəni 65 yaşı tamam olmuşdur, iddiaçının müraciəti əsasında onunla bağlanmış əmək müqaviləsinin müddəti 2023 və 2024-cü illərdə 2 dəfə uzadılmışdır, iddiaçının həm iddia ərizəsindən həm də öz ifadəsindən göründüyü kimi, əlilliyi 2008-ci ildə müəyyən edilmişdir, ##.##.2011-ci il tarixdə işəgötürənlə əmək müqaviləsi bağlayarkən əlilliyi artıq mövcud olmuşdur, buna baxmayaraq, işçi tərəfindən işəgötürənə əlilliyi barədə hər hansı formada məlumat verilməmiş, anket məlumatlarında bu barədə hər hansı qeyd aparmamış, əlilliyini təsdiq edən sənəd təqdim edilməmişdir. Əmək müqaviləsi iki tərəfin iradəsini ifadə etməklə könüllü imzalanmış müqavilədir, iddiaçı əmək müqaviləsinin şərtləri ilə 30 təqvim günü əsas, 6 təqvim günü əlavə (əmək stajına görə) məzuniyyət, gündəlik 8 saat, həftəlik 40 saat iş vaxtı ilə tanış olmuş, müqaviləni könüllü imzalamaqla həmin şərtlərlə razılaşdığını göstərmişdir. İddiaçının əmək müqaviləsi 12 il müddətinə bağlandığından Əmək Məcəlləsinin 45ci maddəsinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilməlidir ifadəsinə münasibətdə bildirdi ki, əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında ** saylı Əlavədə əmək müqaviləsi tərəflərin razılığı ilə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək bağlanmışdır, Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında ** saylı, ##.##.2023-cü il tarixli əlavədə əmək müqaviləsi tərəflərin razılığı ilə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 1 il müddətinə bağlanmışdır, tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan iddiaçının iddia tələbi "əmək müqaviləsinin müddətsiz hesab edilməsi" hissəsində əsassız olduğundan təmin edilməməlidir, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həmçinin məhkəməyə təqdim edilən mediasiya bildiriş və arayşları arasında olan ziddiyətidə vurğulayaraq, məhkəmədən həmin sənədlərin nəzərə alınmasını xahiş etdi.

6. Cavabdeh Trestin digər nümayəndələri İsayev Rauf İlqar oğlu və X2 vəkil Nümayəndə bildirdiklərini dəstəkləmiş və əlavə olaraq bildirmişlər ki, Əmək Məcəlləsinə əsasən 65 yaş pensiya yaşı hesab olunur və uzatma nəzərdə tutulub ki, iddiaçının da əmək müqaviləsini iki dəfə uzadıblar, əmək qabiliyyətinin olmamasını isə onun əlillik faktı təsdiq edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış ##.##.2015-ci il tarixli, *** nömrəli “Əmək müqaviləsinin” 2.3-cü bəndinə edilmiş dəyişikliklərə əsasən əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə əvvəlcə ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək, daha sonra isə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək uzadılmışdır. İşin hallarından müəyyən edilir ki, cavabdeh Trestin ##.##.2025-ci il tarixli, **-*-**/*- *K-***/**** nömrəli əmri ilə Tibbi-Sosial Ekspert Komissiyasının rəyi və əmək qabiliyyətinin olmaması vərəqəsi əsas götürülməklə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq ona orta aylıq əməkhaqqının iki misli miqdarında müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Rayon Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda göstərilən müddəalara da istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan artıq müddətə tam itirməsi səbəbindən əmək funksiyasını yerinə yetirə bilməmiş və buna görə ididaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur. d) apellyasiya şikayəti haqqında məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş üzrə tərəflər arasında əmək münasibətləri uzun müddət fasiləsiz davam etmiş, iddiaçının işçi olaraq yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşımışdır. Belə olan halda Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə əsasən əmək müqaviləsi müddətsiz hesab edilməli, müddətli əmək müqaviləsinin beş ildən artıq fasiləsiz davam etməsi və ##.##.2024-cü ildən sonra əmək münasibətlərinin faktiki davam etdirilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi. İddiaçının əmək qabiliyyətinin tam itirilməsi tibbi sənədləri ilə müəyyən edilmir. Əksinə, müəyyən edilir ki, iddiaçının səhhəti ona, müəyyən işlərin görülməsinə imkan verir. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) apellyasiya şikayətinə qarşı verilmiş etiraz haqqında məlumat

11. Cavabdeh Trestin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazla Məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş üzrə tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması və sonradan müddətinin uzadılması qarşılıqlı razılığa əsaslanmışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi əmək müqaviləsinin müddətli bağlanmasına, 47-ci maddəsinin “f” bəndi isə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılığı əsasında müəyyən müddətə bağlanmasına yol verir. Bu səbəbdən əmək münasibətlərinin uzun müddət davam etməsi özlüyündə tərəflərin razılığı ilə müddətli müqavilə bağlanmasını qanunsuz etmir. Cavabdeh həmçinin hesab etmişdir ki, iddiaçının xəstəlik, əlillik və veteran statusu ilə bağlı dəlilləri əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi üçün əsas yaratmır, iş materiallarında olan tibbi sənədlər və əmək qabiliyyətinin olmaması vərəqəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinin tətbiqi əsaslı olmuşdur. Cavabdehin mövqeyinə görə, apellyasiya şikayətində göstərilən hallar Rayon Məhkəməsinin qətnaməsinin ləğvi üçün maddi və ya prosessual hüquqi əsas yaratmır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyator olan iddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, həmçinin şikayətin məzmununa uyğun izahat verdi.

13. Cavabdeh Trestin nümayəndəsi, Rauf İsayev və Trestin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin, həmçinin apellyasiya şikayətinə qarşı verilmiş etirazın əsaslarına uyğun izahat verdilər. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənələrə əsasən müəyyən olunur ki, Trest ilə iddiaçı ilə ##.##.2015-ci il tarixdə bağlanmış *** nömrəli “Əmək müqaviləsinin” 2.3-cü bəndinə edilmiş dəyişikliklərə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə əvvəlcə ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək, daha sonra isə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müddətə bağlanmışdır.

16. Bunun nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh2blikası Əmək Məcəlləsinin 45 maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

17. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin daimi xarakter daşıdığı qabaqcadan bəlli olduqda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

18. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Bu normalara cavabdehin etirazında da istinad edilmişdir.

19. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda, iddiaçının yerinə yetirdiyi əmək funksiyasının daimi xarakter daşıması özlüyündə tərəflərin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin müddətini müəyyən etmələrini istisna etmir. İş materiallarında əmək müqaviləsinin müddətinə dair əlavələrin iddiaçının iradəsi əleyhinə bağlandığını təsdiq edən mötəbər sübut müəyyən edilmir.

20. Bu baxımdan, iddiaçının əmək münasibətlərinin uzun müddət davam etməsinə və əmək funksiyasının daimi xarakter daşımasına istinad etməsi tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin özlüyündə qanunsuz olması barədə nəticəyə gəlmək üçün kifayət deyildir.

21. Apellyasiya şikayətində Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə istinad edildiyindən Məhkəmə qeyd edir ki, həmin norma müddətli əmək müqaviləsinin fasiləsiz olaraq beş ildən artıq davam etməsi halını tənzimləyir.

22. Eyni zamanda, ##.##.2024-cü ildən sonra əmək münasibətlərinin faktiki davam etməsi barədə şikayət dəlili də ##.##.2025-ci il tarixli əmrin qanunsuzluğu barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, mübahisələndirilən əmrlə əmək müqaviləsinə müddətin başa çatmasına görə deyil, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş müstəqil əsasla - əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsinə görə xitam verilmişdir. Əmrdə əsas kimi Tibbi-Sosial Ekspert Komissiyasının rəyi və əmək qabiliyyətinin olmaması vərəqəsi göstərilmişdir.

23. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə görə, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

24. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

25. Həmin maddənin “Qeyd” hissəsinə görə əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, işçiyə orqanizmin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. Əmək qabiliyyətinin altı aydan az müddətə müvəqqəti itirilməsi isə əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

26. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən məhz Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi tətbiq edilmiş, ##.##.2025-ci il tarixli, **-*-**/*-*K-***/**** nömrəli əmrdə xitamın əsası kimi Tibbi-Sosial Ekspert Komissiyasının rəyi və əmək qabiliyyətinin olmaması vərəqəsi göstərilmişdir. Həmin əmrlə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən orta aylıq əməkhaqqının iki misli miqdarında müavinətin ödənilməsi də nəzərdə tutulmuşdur.

27. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavabdeh Trestə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda da əlilliyi olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi izah edilərək, Əmək Məcəlləsinin 16-cı maddəsində əlilliyə görə ayrı-seçkiliyin yolverilməzliyi ilə yanaşı, həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində nəzərdə tutulan şərtlər mövcud olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü göstərilmişdir.

28. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 16-cı maddəsi əlillik faktının özlüyündə işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi istifadə edilməsini qadağan edir. Hazırkı halda isə mübahisələndirilən əmrin hüquqi əsası iddiaçının əlilliyinin mövcudluğu deyil, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində ayrıca nəzərdə tutulmuş hal olmuşdur. Buna görə də iddiaçının yalnız əlillik statusuna istinad etməsi mübahisələndirilən əmrin ayrı-seçkilik xarakterli olması barədə nəticəyə gəlmək üçün kifayət etmir.

29. İddiaçının Tibbi-Sosial Ekspert Komissiyasının rəyində onun ümumiyyətlə işləyə bilməməsinin göstərilmədiyi, əksinə, müəyyən işlərdə işləyə biləcəyinin qeyd edildiyi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının bu barədə izahatı mövcud olsa da, mübahisələndirilən əmrdə Tibbi-Sosial Ekspert Komissiyasının rəyi və əmək qabiliyyətinin olmaması vərəqəsi xitamın faktiki əsası kimi göstərilmişdir. İddiaçı birinci instansiya məhkəməsində də rəyin əmək qabiliyyətinin tam itirilməsini təsdiq etmədiyini bildirmişdir.

30. cavabdeh2blikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda, iddiaçının xitamın əsasında duran tibbi sənədlərin Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş halı təsdiq etmədiyinə dair dəlilinin birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirəcək səviyyədə sübutlarla əsaslandırıldığı müəyyən edilmir. Əksinə, xitam əmri iş materiallarında olan tibbi sənədlərə əsaslandırılmış, birinci instansiya məhkəməsi həmin sənədləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunu birlikdə qiymətləndirərək xitamın qanuni olması nəticəsinə gəlmişdir.

32. İddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi, o cümlədən ##.##.2025-ci il tarixdə xəstəxanada olduğu müddətdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə dəlili də əsaslı hesab edilmir. Belə ki, mübahisələndirilən əmək müqaviləsinə xitam işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri üzrə deyil, tərəflərin iradəsindən asılı olmayan hal kimi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən verilmişdir. Buna görə də işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə dair təminatlara istinad edilməsi hazırkı xitamın hüquqi əsasını aradan qaldırmır.

33. İddiaçının İ X6 olması və “Veteranlar haqqında” cavabdeh2blikası Qanununda nəzərdə tutulmuş təminatlara istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Veteran statusundan irəli gələn əmək və sosial təminatlar həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda əmək müqaviləsinə xitam verilməsini istisna edən mütləq təminat kimi qiymətləndirilə bilməz. Hazırkı işdə də xitam veteran statusuna görə deyil, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş əsasla verilmişdir.

34. Belə olan halda, iddiaçının əlilliyinə, veteran statusuna və xitam verilən tarixdə müalicədə olmasına dair halların mövcudluğu özlüyündə mübahisələndirilən ##.##.2025ci il tarixli əmrin qanunsuz hesab edilməsi üçün kifayət etmir. İş üzrə müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar məcmu şəkildə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitamın qanuni olması barədə gəldiyi nəticəni təkzib edən əsas müəyyən edilmir.

35. İddiaçının əlilliyi nəzərə alınmaqla ona qanunvericilikdə nəzərdə tutulmuş qısaldılmış iş vaxtının və uzadılmış əmək məzuniyyətinin tətbiq edilməməsi barədə dəlillərinə münasibətdə Məhkəmə qeyd edir ki, həmin halların mövcudluğu özlüyündə ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuzluğuna dəlalət etmir. Belə ki, həmin dəlillər işçinin əmək fəaliyyəti dövründə ona tətbiq edilməli olan ayrıca əmək təminatları ilə bağlı olmaqla, mübahisələndirilən xitam əmrinin Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş əsasının mövcudluğunu aradan qaldırmır.

36. MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından, iddiaçı artıq işlədiyi konkret saatların və istifadə edilməmiş məzuniyyət günlərinin müddətini, habelə həmin dövrlər üzrə ona ödənilməli olub ödənilməmiş konkret məbləği müəyyən etməyə imkan verən mötəbər sübutları təqdim etməlidir. İş materiallarında isə həmin tələblərin konkret dövr və məbləğ üzrə müəyyən edilməsinə kifayət edən sübutların mövcudluğu müəyyən edilmir. Buna görə də bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. İddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbləri ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi ilə bilavasitə bağlıdır. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması müəyyən edilmədiyindən, iddiaçının işə bərpa edilməsi üçün hüquqi əsas yaranmır. İşə bərpa tələbi əsaslı olmadığından, xitamdan sonrakı dövrün məcburi iş buraxma müddəti hesab edilməsi və həmin müddət üçün əməkhaqqının tutulması tələbi də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi də həmin tələblərin törəmə xarakter daşımasını nəzərə alaraq eyni nəticəyə gəlmişdir.

38. Eyni hüquqi yanaşma iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə də aiddir. Belə ki, həmin tələb cavabdehin əmək hüquqlarını pozan qanunsuz hərəkətlərinin mövcudluğu ilə əsaslandırılmışdır. Lakin iş üzrə cavabdehin iddiaçının əmək müqaviləsinə qanunsuz xitam verməsi müəyyən edilmədiyindən, bunun nəticəsi kimi mənəvi zərərin ödənilməsi üçün də hüquqi əsas yaranmır.

39. Məhkəmə apellyasiya şikayətində istinad edilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərara da münasibət bildirərək qeyd edir ki, iddiaçının öz izahatından həmin qərarın işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə sənədlərin təqdim edilməməsi ilə bağlı qəbul edildiyi görünür. Buna görə həmin sənəd əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə xitam verilməsi üçün maddi-hüquqi əsasların mövcud olmadığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

40. MPM-in tələblərinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88.).

41. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflərin təqdim etdikləri sübutları mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hissədə araşdırmış, sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməklə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. h) apellyasiyanın nəticəsi

42. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə cavabdeh2blikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh cavabdeh1 (SOCAR) “xxxx” Tresti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar