Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7135/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs maraqlı şəxs qismində cəlb edilməklə, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Şəxsiyyət vəsiqəsindəki məlumatlara əsasən ərizəçinin qardaşı X4 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş və xx.xx.2008-ci ildə qaraciyər ürək çatışmamazlığından vəfat etmişdir.
2. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və qardaşı X4 xx.xx.1972ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğum faktının müəyyən edilməsi; doğum akt qeydində qardaşının soyadı "Piriyev", adı "Ziyadxan", ata adı "Cavad", doğum tarixi "xx.xx.1972-ci il" qeyd edilməklə və doğum aktı qeydində ata bəndində "X10", milliyyəti "azərbaycanlı", ana bəndində isə "X5", milliyyəti "azərbaycan" qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizəçinin əsaslandırması:
3. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş və xx.xx.2008-ci ildə qaraciyər ürək çatışmamazlığından vəfat etmişdir. Belə ki, ermənilərin 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edərək tarixən onun ərazisində yaşamış 250 min nəfər Azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Həmin zorla evindən qovulmuş insanlarla birgə öz doğma yurdlarından ermənilər tərəfindən zor şiddətlərə məruz qalaraq qovulmuşlar. Həmin, zaman çox çətin şəraitdə öz canlarını qurtarmaq naminə evlərindən çıxarkən zəruri sənədləri götürmədən evlərini tərk etmişlər. Həmın, sənədlərdən də biri qardaşının doğum haqqında şəhadətnaməsidir. Qardaşının doğum haqqında şəhadətnaməsinin olmaması nəticəsində hüquq müqəddəratında çətinlik çəkir, mülki və inzibati sənədləşmələr aparılarkən müəyyən problemlərlə rastlaşır. Həmçinin bildirilir ki, bacısı "X8 xx.xx.2025-ci ildə vəfat etmiş və ondan qalmış miras əmlak vərəsələr arasında bölünməsində çətinlik yaranır. Doğum haqqında şəhadətnaməsinin bərpa olunması barədə, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli imtina məktubu təqdim olunmuşdur. Buna görə də, qardaşının doğum haqqında şəhadətnaməsinin bərpa olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Maraqlı şəxsin etirazları:
4. Maraqlı şəxs tərəfindən ərizəyə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
5. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13- 1787/2025 saylı məktubdan müəyyən edilir ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edilə bilmədiyindən müvafiq akt qeydinın qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır.
8. İş materiallarında olan AZ-İ № 558181 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
9. İş materiallarında olan AZ-İ № 456760 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
10. İş materiallarında olan AZ-İ № 456770 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.
11. İş materiallarında olan AZ-İİ № 471437 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
12. İş materiallarında olan İİ-CL №156947 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1977-ci il tarixdə doğulmuşdur, atası X10, anası X2r.
13. Azərbaycan Respublikasının Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi Rayon İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, mərhum xx.xx.1972-ci il təvəllüdü X1 tələb olunan doğum haqqında şəhadətnamənin və hərbi biletin surətləri yoxdur. Əlavə olaraq bildirilir ki,, mərhum X4 xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş sovet ordusu sıralarında xidmət keçmişdir. Məktuba əlavə edilmiş sənədlərdə isə X1 xx.xx.1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olduğu qeyd edilmişdir.
14. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2026-cı il tarixli 07 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, X4 1989-cu ildən xx.xx.2008-ci ildə rəhmətə getdiyi günə kimi, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 25 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəhmətə getdiyinə görə Forma "A" kartası qeydiyyatdan çıxarılması üçün rayon pasport şöbəsinə təhvil verilib. O, cümlədən doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətləri 13 saylı MKİS-nin arxivində saxlanılmayıb. Nəsimi rayon İcra Hakimiyyətinin 175/15 №-li xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Ermənistan Respublikasının Qafan rayonunun Gığı kəndindən məcburi qaçqın düşən X10 1930-cu il təvəllüd, həyat yoldaşı X6 - 1936-cı il, qızı- X9 1977ci il, qızı - X11-1974-cü il və oğlu - X4- 1972-ci il ünvan 2 ünvana daimi qeydiyyata alınıblar. O, cümlədən Forma "B" kartasında göstərilib ki, X1 atası Cavad, anası isə Asyadır.
15. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 51/2-253712026 saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X4 xx.xx.1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, atası X10, anası isə X3r.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. - Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3 nömrəli, 12 aprel 2019-cu il tarixli: - 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. - 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. - 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
19. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7-13-1787/2025 saylı məktubla itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edilə bilmədiyindən müvafiq akt qeydinın qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır.
20. İş materiallarından müəyyən edilir ki, X1 15 yanvar 1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur, xx.xx.1972-ci il təvəllüdlü X1 atasının milliyyəti azərbaycanlı olan X10, anasının milliyyəti azərbaycanlı olan X2r.
21. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin qardaşının doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
22. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçi üçün qardaşının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X1 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, qardaşının doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 15 yanvar 1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda doğulması, xx.xx.1972-ci il təvəllüdlü X1 atasının milliyyəti azərbaycanlı olan X10, anasının milliyyəti azərbaycanlı olan X5 olması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.
23. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 307-311, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. X1 15 yanvar 1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktı müəyyən edilsin.
3. xx.xx.1972-ci il təvəllüdlü X1 atasının milliyyəti azərbaycanlı olan X10, anasının milliyyəti azərbaycanlı olan X5 olması faktı müəyyən edilsin.
4. X1 15 yanvar 1972-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda doğulmasına dair Ermənistan Respublikasının Qafan rayonu VVAQ şöbəsində doğum akt qeydinin aparılması faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin.
5. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
7. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev