Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7164/2025 25.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosuna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X9 Xidməti cəlb edilməklə) «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosuna qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosu xx.xx.2025-ci il tarixli, 170/k nömrəli əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosu robototexniki və intellektual sistemlər şöbəsinin büyük elmi işçisi vəzifəsinə bərpa olunması və robototexniki və intellektual sistemlər şöbəsinin büyük elmi işçisi vəzifəsinə bərpa olunacağı dövrə qədər ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci ildən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunda aparıcımühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin tarixdən sonra müxtəlif vəzifələrdə işləsə də, son vəzifəsi isə Robototexniki və intellektual sistemləri şöbəsinin böyük elmi işçisi vəzifəsi olmuşdur. O, həmin vəzifəni layiqincə yerinə yetirməklə, həmişə iş fəaliyyətinə görə fərqlənən işçilərdən biri olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə əmək məzuniyyətində olmuşdur. Əmək məzuniyyəti dövründən əvvəl ona ştat vahidinin ixtisara düşməsi barədə heç bir məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixdə isə başlayandan sonra onun ştatının ixtisara düşməsi bildirilmiş və ona xəbərdarlığa imza etməsini bildirmişdirlər. O isə buna etiraz etməsini bildirmiş və nəyə görə məzuniyyətindən öncə ona ştatının ixtisara düşməsi barədə xəbərdarlıq edilməməsini irad bildirmişdir. Halbuki, Əmək Məcəlləsinə əsasən on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi müddətində ona rəsmi xəbərdar edilməli idi. Lakin cavabdeh tərəf qanunvericiliyin göstərilən tələblərinə zidd hərəkət edərək, onu işdən azad etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosu xx.xx.2025-ci il tarixli, 170/k nömrəli əmr imzalayaraq onu ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsini 2025-ci il 15 sentyabr tarixindən xitam verilməklə Robototexniki və intellektual sistemlər şöbəsinin büyük elmi işçisi vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, əmr ona qabaqcadan rəsmi xəbərdarlıq edilmədən qəbul edilmişdir. Hesab edir ki, cavabdeh qurumun ona qarşı qərəzli yanaşması, qanunvericiliyin tələblərinə riayət edərək, ştatının ixtisara düşməsi barədə qərarı ona qanunvericiliyə əsasən iş axtarmağı üçün vaxt verməməsi, bununla bağlı heç bir rəsmi xəbərdarlığın verilməməsi buna dəlalət edir ki, cavabdeh qurum ona qarşı qərəzli mövqedə olmuş və onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarını kobud surətdə pozmuşdur. Onu da qeyd edir ki, ailədə yeganə qazanc gətirən şəxsdir. Ondan başqa evdə işləyən şəxs yoxdur. İnfarktdan sonrakı kardioskleroz xəstəliyindən əziyyət çəkir. Başqa gəlir yeri yoxdur. Belə olan halda məhkəmədən tələbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosu xx.xx.2025-ci il tarixli, 170/k nömrəli əmri ləğv olunmalı, robototexniki və intellektual sistemlər şöbəsinin büyük elmi işçisi vəzifəsinə bərpa olunmağı və həmin vəzifəyə bərpa ediləcəyi dövrə qədər əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdagiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının vəzifəsi ixtisara düşdüyü üçün onu işdən azad ediblər və bununla bağlı iddiaçının yazılı razılığı olmuşdur. Həmçinin, hazırda həmin ştat mövcud olmadığından, iddiaçını işlə təmin edə bilməzlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: İşəgötürən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunda Robototexniki və intellektual sistemlər şöbəsinin böyük elmi işçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunun xx.xx.2025-ci il tarixli, 170/k nömrəli “Mmək Müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, İddiaçı – Ştatın ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilməklə Robototexniki və intellektual sistemlər şöbəsinin böyük elmi işçisi vəzifəsindən azad eidlmişdir. 1852322 saylı əmək katibçasının surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli, 170/k saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, böyük elmi işçi ştatının ixtisar edilməsi ilə bağlı xəbərdarlıq müddəti əvəzinə orta aylır əmək haqqının bir dəfəyə ödənilməsinə xx.xx.2025-ci il tarixindən razılıq vermişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X3 İttifaqı Komitəsinin 31 saylı Protokolundan çıxarışın surətindən görünür ki, iclasda aparılan müzakirələrdən sonra Kosmik X2 Bürosunun Robototexniki və intellektual sistemlər şöbəsinin böyük elmi işçisi İddiaçı, Robototexniki və intellektual sistemlər şöbəsinin mütəxəssisi X1 və Kosmik monitorinq sistemləri və texnologiyaları şöbəsinin texniki X4 əmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli ştatış ixtisar olunması barədə xəbərdarlığın surətindən görünür ki, xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı şəxsi kabinetinə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla əlaqədar olaraq İddiaçı mobil telefon vasitəsi ilə saat 12:00 radələrində məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı şöbənin və ştatış ixtisar edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində verilmiş xəbərdarlıq məktubu ilə tanış olmuş, lakin imzalamaqdan və götürməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində verilmiş 99/k saylı “töhmət” əmri ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunun xx.xx.2025-ci il tarixli, 99/k saylı “İntizam tənbehinin verilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı “töhmət” elan edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə verilmiş xasiyyətnamənin surətindən görünür ki, 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər” fakültəsinə daxil olmuş və 1987-ci ildə oranı “Mühəndis-mexanik” ixtisası üzrə bitirmiş İddiaçı xx.xx.2011-ci ildə Milli Aerokosmik Agentliyin (MAKA) Kosmik X2 Bürosunda mühəndis vəzifəsində işə başlamışdır. xx.xx.2005-ci ildə işdən azad olmuşdur. xx.xx.2008-ci ildən hal-hazıradək müxtəlif vəzifələrdə kargüzarlıq üzrə baş mütəxəssis, ümumi söbənin rəisi, aparıcı elmi işçi, böyük elmi işçi vəzifələrdə çalışmışdır. xx.xx.2019-cu il tarixindən Robototexniki və intellektual sistemlər şöbəsinin böyük elmi işçi vəzifəsinə keçirilmişdir. İddiaçı Kosmik X2 Bürosunda 20 ilə yaxın iş stajına baxmayaraq, onun fəaliyyəti və davranışı aşağıdakı mənfi cəhətlərlə xarakterizə olunur: -Öz vəzifə hüdudlarını və məsuliyyət dairəsini aydın başa düşmür, qeyri-müəyyən və qarşıq davranış tərzi nümayiş etdirir. -Əməkdaşlarla qərəzli və aqressiv ünsiyyət qurur, iş mühitində davamlı gərginlik yaradır. -Kollektiv daxilində tez-tez konflikt vəziyyətləri yaradır, işçilər arasında normal münasibətlərin qurulmasına mane olur. -Öz səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edir. -Ünsiyyət zamanı tez-tez qəzəbli, hədələyici və qeyri-ədəbli (qarğış xarakterli) ifadələr işlədir, peşəkar kommunikasiya normalarını pozur və s. xx.xx.2025-ci il tarixli Bakı 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır; 78-ci maddəsinin 1-ci hissəsin əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Posessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunun Robototexniki və intellektual sistemlər şöbəsinin böyük elmi işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. İddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddətinə riayət edilmədən xitam verilməsini iddia etsə də, bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur, iddiaçıya rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin o, həmin xəbərdarlığı qəbul etməkdın imtina etmişdir. Həmçinin, İddiaçı xx.xx.2025-ci il tarixli ərizənsindən də müəyyən olunur, o, böyük elmi işçi ştatının ixtisar edilməsi ilə bağlı xəbərdarlıq müddəti əvəzinə orta aylır əmək haqqının bir dəfəyə ödənilməsinə xx.xx.2025-ci il tarixindən razılıq vermişdir. Əlavə olaraq, məhkəmə iddiaçının nümunəvi işçi olması barədə müddəalarına tənqidi yanaşaraq hesab edir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosunun xx.xx.2025-ci il tarixli, 99/k saylı “İntizam tənbehinin verilməsi haqqında” əmri ilə, İddiaçı “töhmət” elan edilmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPMnın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X5 X2 Bürosuna qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı.
Məhkəmə qərarları › İş №2(001)-7164/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7164/2025
25.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver