Məhkəmə qərarları › İş №2(001)-7186/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7186/2021

04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7186/2021 04.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X3, atası X5 olmaqla, onun 23.02.2002-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, valideynləri evlənib ailə qursalarda, nikahlarını rəsmiləşdirməmişlər. Onları faktiki nikahından 23.02.2002-ci il tarixdə ərizəçi anadan olmuşdur. Valideynlərinin rəsmi nikahı olmadığından və K.Hüseynov atalığını etiraf etmədiyindən ərizəçiyə doğum haqqında şəhadətnamə alınmamışdır. X10 15.02.2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum barədə həkimin tibbi şəhadətnaməsinin olmaması səbəbindən şəhadətnamənin verilməsi mümkün olmamış və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atalığın etiraf edilməsi, atasının X5, anasının X3 olması hüquqi faktının müəyyən edilməsi, 23.02.2002-ci il təvəllüdlü Ərizəçi Hətəm oğlunun doğum akt qeydinin “atası” qrafasında “X5”, “milliyəti azərbaycanlı”, “anası” qrafasında “X3”, “milliyyəti azərbaycanlı” yazılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Füzuli rayonu Böyük Bəhmənli kənd xəstəxanası tərəfindən verilmiş 10.03.2002-ci il tarixli, 14 nömrəli tibbi arayışa əsasən, 23.02.2002-ci il tarixdə X2 övladı anadan olmuşdur. - ölüm haqqında şəhadətətnaməyə əsasən, X5 15 fevral 2021-ci il tarixdə dəqiqləşdirilməmiş beyindaxili qansızma nəticəsinə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.03.2021-ci il tarixdə 138 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirdi ki, ərizəçi qardaşı oğludur. Qardaşının sənədləri olmadığından övladları üçün də sənəd düzəldə bilməyib. Ərizəçinin 23.02.2002-ci il tarixdə anadan olmasını, atasının X5 olmasını etiraf və təsdiq edir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi 23.02.2002-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulması, atasının X5, anasının X3 olması ərizəçinin izahatı ilə, şahid ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin materiallarından da görünür ki, ərizəçinin valideyinləri rəsmi nikahda olmadığından, ərizəçi hal-hazırda bununla əlaqədar olan uyğunsuzluğu aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir və məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X4 Ərizəçi atası olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: -307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə qeyd edir ki, X5 ilə X3 arasında faktiki ailə münasibətləri mövcud olmuşdur. Belə ki, “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Buna görə də məhkəmə hesab edir ki, rəsmən təsdiqlənmiş ailə münasibətləri ilə yanaşı, faktiki ailə həyatı da Konvesiyaya əsasən tanınır. Məhkəmənin bu və ya digər halda ailə həyatının mövcudluğu məsələsini tərəflər arasındakı sıx şəxsi əlaqələri qiymətləndirməklə konkret işin halları əsasında müəyyən etməsi o deməkdir ki, hansı münasibətlərin ailə həyatı təşkil etməsini konkret sadalamaq mümkün deyil. İstənilən halda, əgər bu və ya digər durum “ailə həyatı” anlayışına uyğun gəlmirsə həmin durumun “şəxsi həyat” hesab edilməsi və Konvensiyanın 8-ci maddədə nəzərdə tutulmuş müdafiə ilə təmin edilməsi istisna deyil. Beləliklə, Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər (Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 23.02.2002-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olması, atasının X9 oğlu, anasının isə X3 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, 23.02.2002-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X5”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X3”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 23.02.2002-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olması, atasının X5, anasının isə X3 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 23.02.2002-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X5”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X3”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar