Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7217/2021 22.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasındakı 09 iyul 2021-ci il tarixində 1378 nömrə iləakt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 09 iyul 2021-ci il tarixində 1378 № ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olmuşdur. Valideynlərinin təkidi nəticəsində onun cavabdehlə rəsmi nikaha daxil olmasına baxmayaraq, onlar ailə həyatı qurmamışlar. Hər bir iş sənəd üzərində olmuşdur. Şabran rayonunda yerləşən “Günel” şadlıq sarayında 22 iyul 2021-ci il tarixində onun toyu, Bkı şəhərində yerləşən “Sonalar Sonası” şadlıq sarayında 29 iyul 2021-ci il tarixində Cavabdeh toyu olmalı idi. O, bu evliliyə, nikaha qarşı olmuşdur. Bu qısa müddətdə onları evləndirməyə çalışmışlar. Ona görə də, aralarındakı nikahın etibarsız sayılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, aralarında olan nikah 09 iyul 2021-ci il tarixində bağlanmışdır. Nikahın bağlanması üçün qeydiyyat şöbəsinə məcburi olaraq getmişdir. Belə ki, valideynlərinin təkidi ilə zorla evlənməyə məcbur edilmişdir. Qız toyu 22 iyula oğlan toyu 29 iyula təyin edilmişdir. Lakin iyul ayının 18 də valideynlərinə qəti olaraq etiraz edərək evlənməkdən imtina etmişdir. Cavabdehi nikah bağlanana qədər 1-2 dəfə görmüşdür. Bundan sonra nikahın etibarsız hesab edilməsi ilə bağlı dərhal, yəni 24 iyulda məhkəməyə müraciət etmiş, lakin mediasiya məsələsinə görə iddia ərizəsi geri qaytarılmışdır. Bu səbəbdən məhkəməyə ikinci dəfə müraciət etməli olmuşdur. Nikahın etibarsızlığını həmçinin ona görə istəyir ki, o, rayon yerində müəllimə işlədiyindən istər-istəməz baş verməsi gözlənilən dedi-qodunun qarşısını ala bilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini etiraf edir. Aralarında olan nikahın etibarsız hesab edilməsinə etiraz etmir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, o da tanımadığı şəxslə izdivaca məcbur qalmış, sonradan bu halın dözülməzliyi barədə iddiaçı ilə qarşılıqlı olaraq razılaşmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 450501 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 09 iyul 2021-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1378 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Yolçuyev” arvada “Quliyeva” soyadı verilmişdir. 08.09.2021-ci il tarixli, №00912 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ünvanlanan mediasiya məktubu 01.09.2021-ci ildə yaşadığı ünvana göndərilmiş və tərəfindən mediasiyaya dəvət məktubunu qəbul etməkdən imtina edilmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin müdiasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmişdir Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 09 iyul 2021-ci il tarixdə valideynlərinin təkidi ilə nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Cavabdeh iddianı etiraf edərək, nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 09 iyul 2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1378 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 09 iyul 2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1378 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7217/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7217/2021
22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver