Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-735/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X7 Addıxanovnanın, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Miqrasiya Xidməti cəlb edilməklə) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı”-nın müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, onun 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cə il tarixdə Rusiya Federasiyasının Volqoqrad vilayətinin Dubovka rayonunun Dubovka şəhərində anadan olmuşdur. Onun doğumu xx.xx.1990-cı il tarixdə Dubovka rayon VVAQ şöbəsi tərəfindən 98 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq ona V-RK(PK) seriyalı, 255113 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Onun doğumu qeydə alınan zaman atalığı müəyyən edilməyib, anası yeganə valideynidir. 1990-cı ilin oktyabr ayında anası ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişlər. Həmin vaxtdan etibarən daimi olaraq Bakı şəhərində yaşayır. Anası ilə birlikdə müxtəlif ünvanlarda kirayə yaşamışlar. 2001-ci ildə Bakı şəhəri, R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin birinci sinfinə getmiş, 2005-ci ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. 2012-ci ildə Azərbaycan Respublikası vətəndaşı X11 ailə qurmuş(nikaha daxil olmamışlar). Birgə nikahlarından 2 uşaqları olub və hər ikisi Azərbaycan Respublikası vətəndaşıdır.Anası X5 xx.xx.1970-ci il tarixdə Gürcüstan Abxaziya bölgəsinin Qudauta rayonun Lıxnı kəndində anadan olub. Anasının şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Anası Qudauta rayon İcraiyyə Komitəsinin Daxili İşlər orqanı tərəfindən SSRİ nümunəli pasportla təmin edilib. Təxminən 1991-ci ildə anası şəxsiyyətini təsdiq edən sənədləri(SSRİ nümunəli pasportunu və doğum haqqında şəhadətnaməsini) Bakı şəhərində naməlum şəraitdə itirib. Anası hazırda, ünvan 3 ünvanında onunla birlikdə yaşayır. X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olub və Azərbaycan Respublikası vətəndaşıdır. O, Bakı şəhəri, R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdidir. Digər oğlu X16 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. O, Bakı şəhəri 300 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdidir. O, hər iki uşağı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, 1990-cı ildən daimi olaraq AR ərazisində yaşasa da, vətəndaşlıq əldə edə bilməmişdir. Rusiya Federasiyasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, O, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1764/KO nömrəli arayışdan da görünür ki, o, Rusiya Federasiyasının vətəndaşlığını əldə etməmişdir və Rsuiya Federasiyası vətəndaşı hesab edilmir.Hazırda onun 33 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı(BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycan yaşayır. O, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmişdir. DMX onun müraciətinə xx.xx.2023-cü il tarixli məktubla belə cavab vermişdir: “... Odur ki, 1990cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.” O, 1990-cı ildən etibarən Azərbaycan Respublikası ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün onun zərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. O, eyni zamanda, doğulduğu ölkənin də vətəndaşı hesab olunmur. Baxmayaraq ki, o, heç bir dövlətin vətəndaşı deyildir, vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün AR vətəndaşlığına qəbul edilməsi üçün vəsatət də qaldıra bilmir. Belə ki, Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixdə ratifikasiya etdiyi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961-ci il tarixli Konvensiyasına əsasən, razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Onun da Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikası ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. O isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin AR ərazisində daimi yaşaması faktını ona verilmiş daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Onun vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də o, 1990-cı il tarixdən hal-hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o, 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. SSRİ-nin süuqutundan sonra həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası vətəndaşlıq məsələlərini tənzimləyən qanun qəbul ediblər. Həmin qanunlara əsasən, o nə Rusiya Federasiyasının, nə də AR vətəndaşı hesab edilir. Göründüyü kimi, o Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvar ayının 1-dən sonra Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə( vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı nübarizə İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1990-cı ildə Azərbaycana gəlmişdir və burada 4-cü sinifə kimi təhsil almışdır, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün təhsilini davam etdirə bilməmişdir. Bundan başqa qeyri-rəsmi nikahda olduğu şəxslə hazırda ayrı yaşayır.
4. Məhkəmə iclaslarında iştirak edən ərizəçinin vəkili ərizənin dəlillərinə uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etmiş və elektron qaydada təqdim edilmiş ərizənin məzmununa uyğun izahat vermişdir. Həmin ərizədə qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1- ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin, bununla belə AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, XAHİŞ EDİRƏM: 1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Rusiya federasiyası) təqdim edilməsini; 2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıbalınmaması barədə sorğunun göndərilməsini; 3. 1- ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 4. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəfimdən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını; 5. İşə növbəti məhkəmə iclasında iştirakım olmadan baxılmasını Sizdən xahiş edirəm.
6. Daha sonra maraqlı şəxsin nümayəndəsi bir daha elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Dövlət Sərhəd Xidmətindən əldə olunmuş sorğuya cavabla və Rusiya Federasiyasının Azərbaycan Respublikasında yerləşən səfirliyindən əldə edilmiş müvafiq sənədlərlə şəxsin ölkə ərazisində daimi yaşama və heç bir ölkə vətəndaşlığına mənsub olmaması faktı təsdiqləndiyindən ərizənin təmin olunmasına tərəfimizdən etiraz olunmur. Əvvəlki məhkəmə iclaslarında və məhkəməyə təqdim olunmuş müvafiq ərizələr, o cümlədən iş yükünün çoxluğu və digər məhkəmə iclasları həmin tarixə təsadüf etməsi nəzərə alınmaqla işə iclasda iştirakım olmadan baxılmasını Sizdən xahiş edirəm.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, o, 1990-cı ildən ünvan 4 ünvanında yaşayır. Ərizəçi onun qonşusudur. Sevda onların binasına yaxın yerdə kirayədə yaşayır. Sevda onun oğlu ilə dostluq edir. Sevda anası ilə təxminən 1992-1993-cü illərdə onların məhləsinə köçüb. Sevda ilə onların ailəvi get-gəlişləri vardır. Sevda daimi Azərbaycan Respublikasında yaşayıb, ölkəni tərk etməyib. Sevdanın ərini də tanıyır, o da qonşuluqda yaşayır, lakin hazırda Sevda ilə ayrılıblar. Sevdanın atasını tanımır və görməmişdir. Sevdanın 2 uşağı var 299 nömrəli məktəbdə oxuyur. Sevda dayəlik edir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, atalığı müəyyən edilməsə də Sevda onun bioloji qızıdır. O, Sevdanın anası X5 ilə 1988-ci ildə Bakıda tanış olmuşdur. 1989-cu ildə o, BDU-nu bitirdikdən sonra qardaşının yanına iş qurmaq üçün Volqoqrada getmişdir. Qardaşı orada daxili işlər nazirliyində çalışırdı. O gedərkən Mananı da özü ilə Volqoqrada aparmışdır. Dubovka kəndində olarkən Mananın sancıları tutmuş və Sevda dünyaya gəlmişdir. Ondan sonra bir yerdə 1990-cı ildə ayını xatırlamadığı tarixdə Bakıya qayıtmışlar. Daha sonra 1-2 il yanlarında olsa da, sonradan müharibəyə getmişdir. Bundan əlavə Mananı işə düzəltmək istədiyi vaxt sənədlərini itirdiyi məlum olmuşdur, lakin Mananın sənədi var idi və o bunu görmüşdü. Sevdanın Mübariz şadlıq evində olan toyunda da iştirak etmişdir. Ərini də tanıyır.
9. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Sevda onun qızıdır və özü Abxaz millətindəndir. Sevdanın adını atası qoymuşdur. Hamilə vaxtı Volqoqrada getmiş və qızını da orada dünyaya gətirmiş və orada da doğum haqqında şəhadətnamə almışdır. Sevdanın doğumundan 3 ay sonra Bakıya qayıtmışlar və ilk öncə müxtəlif ünvanlarda kirayədə, 20 ildir isə Biləcəri qəsəbəsində kirayədə yaşayırlar. Bakıya gəldikdən sonra heç vaxt Azərbaycanı tərk etməmişlər. Sənədlərini isə Bakıda itirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Odur ki, 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasın vətəndaşlığına qəbul edilmək üçün X12 müraciət edə bilərsiniz.
11. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilən himayə sənədinin (№ ***-*******19) təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək BMT QAK mandatı altında olan şəxs kimi himayə sənədi verilmişdir.
12. V-PK seriyalı, 25513 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş və tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasının Volqoqrad vilayətinin Dubovka rayonunun Dubovka şəhərində doğulmuşdur. Atası qrafasında(ananın göstərişi ilə atalıq müəyyən edilmədən) X3, milliyəti azərbaycanlı, anası qrafasında X5, milliyəti Abxaz qeyd edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, BMT QAK-ın himayəsində olan, vətəndaşlığı olmayan Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixindən 31 iyul 2024-cü il tarixinədək ünvan 7 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylıqərarından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.
15. xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş X9 doğum şəhadətnaməsindən görünür ki, atası tatar millətindən olan X14, anası Ərizəçidır.
16. 29.01.2005-ci ildə Bakı şəhərində doğulmuş X10 doğum şəhadətnaməsindən görünür ki, atası tatar millətindən olan X14, anası Ərizəçidır.
17. R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin direktoru tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 457 nömrəli arayışdan görünür ki, Ərizəçi 2004/2005-ci il tədris ilində məktəb-liseyin 4-cü sinfini bitirmişdir.
18. Rusiya federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsinin Rusiya Federasiyasının vətəndaşlığının olmaması haqqında xx.xx.2023-cü il tarixli arayşından görünür ki, Volqoqrad vilayətinin Dubovski rayonun Dubovka şəhərində doğulmuş xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməyib və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyası Vətəndaşı deyil.
19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində(İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, Ərizəçi 1990-2001-ci tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Ərizəçi xx.xx.2001-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
20. Ərizəçi xx.xx.1990-cı ildə RSFSR, Volqoqrad vilayəti, Dubovka şəhəri, Dubovka rayonunda doğulmuşdur. Anası X5dır və milliyəti Abxazdır. Atalıq müəyyən edilməsə də məhkəmə iclasında şahid qismində dindirilən X1 atasını olduğunu bildirmişdir.
21. Ərizəçi nə Rusiya Federasiyasının, nə də Azərbaycan Respublikasının vətəndaşı deyildir.
22. Ərizəçi 2005-ci ildə Bakı şəhərində yerləşən R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin 4-cü sinfini bitirmişdir.
23. Ərizəçi faktiki nikah münasibətlərindən 2005 və 2103-cü il təvəllüdlü uşaqları vardır.
24. Ərizəçi 2001-ci ildən 2023-cü ilədək Azərbaycan Respublikası ərazisini tərk etməsi müəyyən edilmir.
25. Məhkəmə iclasında dindirilən şahidlər Ərizəçi 1990-cı ildə Azərbaycan Respublikasına gəlməsini təsdiq edir.
26. Cavabdeh ərizənin təmin edilməsinə etiraz etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
28. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir;
29. 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır;
30. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;
31. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir;
32. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
33. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
34. Sadalanan normaların məzmunundan da göründüyü kimi heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında baxılan işlərdən biridir. Bu faktın müəyyən edilməsi o vaxt mümkündür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olsun. Həmin hüquqi əsaslar isə bunlardır- şəxs keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gəlməli; burada daimi yaşamalı; heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır.
35. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi ərizəçi 1990-cı ildə doğum şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına gəlmişdir, yəni 2006-cı ilin yanvarın 1 dək gəlmə halı mövcuddur, ikincisi həmin vaxtdan Azərbaycan Respublikasında yaşamış, burada təhsil almış, faktiki nikaha daxil olmuş, faktiki nikahından 2005 və 2013-cü il təvəllüdlü uşaqları olmuş, yəni Azərbaycan Respublikasında daimi yaşamışdır, üçüncüsü doğulduğu ölkənin vətəndaşlığını qəbul etməmiş və hal-hazırda Azərbaycan Respublikasında da vətəndaşlığı yoxdur, yəni heç bir dövlətin vətəndaşlığına mənsubiyyəti yoxdur, dördüncüsü BMT QAK mandatı altında olan şəxs kimi himayədədir, yəni şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur.
36. Odur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi əsaslar mövcuddur. Eyni zamanda maraqlı şəxs də ərizənin təmin edilməsinə etiraz etmir.
37. Göstərilənlərə əsasən məhkəmə ərizəni əsaslı hesab edir. Tətbiq edilən Prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
42. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.1990-ci il təvəllüdlü Ərizəçi (BMT QAK-ın himayə sənədi № ***-*******19) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev