Məhkəmə qərarları › İş №2(001)-740/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-740/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-740/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi 1 saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində xx xxxxxxxx 1964-cü il tarixdə Ermənistan SSR Quqark rayon Qeydiyyat Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, xx xxxxxxxx 1964-cü il tarixdə Ermənistan SSR Quqark rayon Qeydiyyat Şöbəsində doğumu qeyd edilməsi faktının, xx xxxxxxxx 1964-cü il tarixdə Ermənistan SSR Quqark rayonu Arçut kəndində doğulmağı, ata adının X12, milliyətinin azərbaycanlı, ana adının X17, milliyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1964-cü il tarixdə Ermənistanın Quqark rayonunun Arçut kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşlər. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmiş və tapılması mümkün olmamışdır. xx xxxxxxxx 1964-cü il tarixli akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı “ASAN Xidmət” X7 müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş cavabda akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığı və ərizənin təmin edilməməsi bildirilmiş, hüquqi faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Maraqlı şəxs 1 saylı “ASAN Xidmət” Mərkəzində nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, İsbəndiyar onun doğma qardaşıdır. xx.xx.1964-cü il tarixində Arçut kəndində doğulmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur. Şəhadətnaməni görmüşdür. Sonradan isə şəhadətnamə itmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, X2 atası, X10r. Ailədə 4 bacı, 1 qardaş olmuşlar. İsbəndiyar onun doğma qardaşdır. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur. xx.xx.1964-cü il tarixində Arçut kəndində doğulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistan Respublikasının, Quqark rayonunda doğulmuşdur.

8. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X5 xx.xx.1966-cı il tarixində Ermənistan Respublikasının, Quqark rayonunda doğulmuşdur.

9. AZE seriyalı, 09349122 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür görünür ki, X3 xx.xx.1955-ci il tarixində Ermənistan Respublikasının, Quqark rayonunda doğulmuşdur.

10. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 445438 saylı ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür.

11. Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-cu il tarixli, AZ-İİ seriyalı, 298735 saylı ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür.

12. İ-ЗЖ seriyalı, 101204 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X14 arasında 12 noyabr 1961-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmişova” soyadı verilmişdir.

13. İ-ЗЖ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixində doğulmuşdur. X2, anası X10r.

14. 1 saylı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi müraciətinə cavab olaraq, göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncuya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52№-li Qərarı ilə təsdiq olunmuş “ Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 2-ci hissəsinin 13cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şöbəyə doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Ərizəçi xx.xx.1976-cı il tarixində Ermənistan Respublikasının, Quqark rayonunda doğulmuşdur, onun yaşayış yeri ünvan 1 ünvanında qeydiyyatdadır.

16. Bu faktlar Bakı şəhəri 1 saylı “ASAN Xidmət” tərəfindən xx.xx.2021-ci il tarixdə verilən AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sübut edilir.

17. Ərizəçi doğum haqqında şəhadətnaməsini 1988-ci ildən Ermənistandan Azərbaycan Respublikasına gələn zaman itirdiyini və onun məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər ərizəçinin yaxın qohumlarıdırlar. (bacıları)

19. Ərizəçinin X2 XX.XX.1929-cu il tarixində doğulmuşdur. Bu fakt İ-ЗЖ seriyalı, 101204 saylı nikah haqqında şəhadətnamənin surəti ilə sübut edilir. X12 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür.

20. Ərizəçinin anası Məmişova (Əhmədova) Güləsər Vəli qızı isə XX.XX.1926cı il doğulmuşdur. Bu fakt İ-ЗЖ seriyalı, 101204 saylı nikah haqqında şəhadətnamənin surəti ilə sübut edilir. X13 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür.

21. X8 ərizəçinin anası, X6 isə atası olması və hər ikisinin milliyətcə azərbaycanlı olması məhkəmə iclasında dindirilən şahid ifadələri ilə sübut edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

23. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

25. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

27. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

28. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

31. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

32. Bundan başqa məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin bacılarının ata adı və soyadlarındakı uyğunluq, doğum yerlərinin Ermənistan, Quqark rayonu, Arçut kəndi olması, ərizəçinin ərizəsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.

33. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna, həmin məlumatlar şahid ifadələri ilə təsdiq edildiyinə və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

38. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

40. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının, Quqark rayonu, Arçut kəndində doğumunun qeydə alınma faktı müəyyən edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndi”, doğum tarixi qrafasında “xx.xx.1964-cü il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12 , milliyəti azərbaycanlı”, anası qrafasında “X13, milliyyəti azərbaycanlı” göstərilməlidir.

41. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının, Quqark rayonu, Arçut kəndində doğumunun qeydə alınma faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndi”, doğum tarixi qrafasında “xx.xx.1964-cü il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X12, milliyəti azərbaycanlı”, anası qrafasında “X13, milliyyəti azərbaycanlı” göstərilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar