Məhkəmə qərarları › İş №2(001)-7411/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7411/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7411/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanına vətəndaş X2 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında 2006-cı ildən yaşayır. Həmin mənzili 16.05.2006-cı il tarixli ******* №-li alğı-satqı müqaviləsi əsasında atası X1 Xədicə Elxan qızından almışdır. İddiaçı, atası vəfat etdikdən sonra həmin mənzil üzrə mülkiyyətin hüquqmüəyyənedici sənədi olan müvafiq ********** nömrəli 19.12.2019-cu il qeydiyyat tarixli çıxarışı DƏDRX-dən almışdır. Həmin mənzil alınarkən satıcı, alğı-satqı müqaviləsinin 9-cu bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad edərək evi verməyi öhdəsinə götürsə də, lakin hazıradək naməlum olan, 28.11.1978-ci il təvəllüdlü X4 həmin mənzilin qeydiyyatında durmuşdur ki, bu da, onn mülkiyyətçi qismində hüquqlarını pozur. Yaranmı vəziyyəti düzəltmək üçün iddiaçı keçmiş sahibini və ümumiyyətli tanımadığı X3 tapmağa çalışsa da, bu mümkün olmamışdır. Bununla bağlı, iddiaçı cavabdehin ünvanına ünvanına 19.08.2021-ci il tarixli rəsmi məktubla müraciət edib, X2 yaşadığı mənzilin qeydiyyatından çıxarılmasını xahiş etsə də, lakin hazıradək həmin məktuba cavab verilməmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Plenum qərarından həmçinin göstərilmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.” Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddia ərizəsinin mahiyyəti faktiki olaraq X2 qeydiyyatdan çıxarılmasından ibarətdir. Yəni iddiaçı ona məxsus olduğunu iddia etdiyi evdən formal olaraq pasport qeydiyyatında qalmış cavabdehin qeydiyyatdan çıxarılmasını xahiş edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Belə ki, iddiaçı əslində cavabdehin qeyd edilən mənzildən passport qeydiyyatından çıxarılmasını tələb edir ki, pasport qeydiyyatına alınma və pasport qeydiyyatında olma məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmənin bu mövqeyi eyni zamanda prosessual qənaət prinsipindən irəli gəlir. İş materiallarından da görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili E.İ.Osmanov tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin rəisi M.O.Musayevə rəsmi müraciət edilmiş, X2 Binəqədi rayonu, ərazisinə aid 9-cu mkr, Mir Cəlal küçəsi, 119 saylı evin, 89-cu mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddia tələbinin inzibati orqana qarşı yönəlməsi və bununla bağlı vəkil tərəfindən müraciət onu bir daha təsdiq edir ki, iddianın mahiyyəti qeydiyyatdan çıxarma ilə bağlıdır. Odur ki, inzibati orqanın hərəkət və hərəkətsizliyindən müəyyən edilmiş qaydada inzibati məhkəməyə iddia verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə ( yəni mülki mühakimə icraatı qaydasında) baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqana həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər həmçinin ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunu İddiaçı geri qaytarılsın. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar