Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7415/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsinə dair Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1960-cı il kimi, ata qrafasında atasının X5 və ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1960-cı il kimi, ata qrafasında atasının X5 və ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-ci il tarixdə Ermənistan SSRnin Kalinin rayonunda doğulmuşdur. X2 anası isə X6 olmuşdur. Atasıgil Mahmudov soyadında getdiyi üçün o, da atasının soyadını götürmüşdür. Daha sonra ailə həyatı qurduqdan sonra Yaqubova Soyadı götürmüşdür. X2 09 yanvar 1993-cü il tarixində anası 04 iyun 2007-ci il tarixində vəfat etmişdir. Bununla bağlı olaraq hər ikisinin ölüm haqqında şəhadətnamələrində hər ikisinin ölüm səbəbi qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, ailə həyatı qurduqdan 1989-1993 cü ilərdə isə artıq ailəsi ilə birlikdə köçdükdə özünə lazım olan zəruri sənədləri itirmişdir. Həmin andan etibarən doğum haqqında şəhadətnaməsi hazırki günədək olmamışdır. Həmin sözü gedən doğum haqqında şəhadətnamə gələcəkdə ona lazım olan zəruri sənədlərdən biri kimi lazım olacaq. Bu səbəbdən doğum akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş və oradan ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeydə edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (rayon (şəhər) məhkəməsinin qətnamsəi əsasında bərpa edilə bilər. Həmin qurumun 14 noyabr 2024-cü il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nm birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin etmək qeyri-mümkün olduğu bildirilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddia tələbinə dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxsnə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə iddia qaldırmışdır. Bildirir ki, iddia ərizəsinin xahiş edirəm hissəsində onun doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1960-cı il kimi ata qrafasında atasının X5 və ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bildirmək istəyir ki, doğum tarixində mexaniki səhvə yol verərək xx.xx.1960 kimi qeyd etmiş. Lakin xx.xx.1960-cı il kimi qevd olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərdiklərini təsdiq edərək bildirdi ki, onun soyadı Mahmudova olmuş, ailə qurandan sonra Yaqubova soyadına dəyişmişdir. Onun doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün olmadığından doğum aktı qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1960-cı il kimi, ata qrafasında atasının X5 və ana qrafasında X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının qızıdır. O, xx.xx.1960-cı ildə Ermənistanın Kalinino rayonunda anadan olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı qızıdır. O, xx.xx.1960-cı ildə Ermənistanın Kalinino rayonunda anadan olub. Ailədə 4 uşaq olublar, iki qız, iki oğlan. Mülki iş materiallarında olan: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 yanvar 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 iyun 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxs 14 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı Ərizəçi bildirilmişdir ki, itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, Ərizəçi 06 iyun 1960-cı ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olması faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Həmçinin bu sənəd olmadığından ərizəçi mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi 06 iyun 1960-cı ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olması faktını, eləcə də onun atasının X5, milliyəti azərbaycanlı, anasının X6 milliyəti azərbaycanlı olmasını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və Ərizəçi 06 avqust 1960-cı ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olması haqqında doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində Ərizəçi - ata qrafasında X5, milliyəti azərbaycanlı, ana qrafasında - X6 milliyəti azərbaycanlı qeyd edilməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 06 avqust 1960-cı ildə Ermənistan Respublikasının Kalinino rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilərək, doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, “atası” qrafasında “X5”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X6”, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilsin. Doğum aktının qeydə alınması və buna dair şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-7415/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7415/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver