Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-75/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh ona vurulmuş mənəvi zərər qismində 10000 manat məbləğində pulun və 7200 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin Cavabdeh torpaq sahəsindəki sənədsiz tikilidə yaşayır və onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxmır. Bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, gəlirindən məhrum olmuşdur. Belə ki, torpaq sahəsini icarəyə verib ayda 300 manat gəlir əldə edə bilərdi. Hazırda 7200 manat gəlirdən məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri, mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi nəticəsində o, əsəb sarsıntıları keçirmişdir. Cavabdehə bu barədə bildirdikdə, ona yaxınlarının yanında çox saymazyana kobudluqla cavab verir, “hara istəyirsən şikayət et” kimi fikirlərini səsləndirir. Onun ailə başçısı kimi nüfuzunu aşağılayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, müvafiq səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işin 2 ilə yaxın davam etdiyi müddətdə məhkəmə iclaslarında cavabdehin iştirak etməməsini nəzərə alaraq, o cümlədən cavabdehin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsi halını müəyyən etmədiyindən o qənaətə gəmişdir ki, cavabdeh məhkəmə icraatını qəsdən yuvandırdığından və məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədiyindən mülki işə cavabdehin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0.0140 ha torpaq sahəsi xüsusi(tam pay) mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində ********** № ilə qeydə alınmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2929/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat Ofisi cəlb edilməklə) alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
7. Cavabdeh ilə İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,014 ha olan torpaq sahəsini 34000 manata X1.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6785-9/7497 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin məlumatında qeyd edilir ki, mübahisəli əraziyə yerli baxış kənardan vizual olaraq həyata keçirilmişdir. Hasardaxili sahəyə və üzərindəki yaşayış evinə giriş üçün şərait yaradılmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi hal-hazırda 0.0140 ha olmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin sənədlərdə kateqoriyası (məqsədli istifadə növü) “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. Cavabdeh yaşadığı iddia edilən fərdi yaşayış evinin qapısı bağlı olduğu və baxışda iştirak etmədiyi, tədqiqat obyekti təqdim edilmədiyi səbəbindən bu sual üzrə tədqiqat aparılmır. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2929/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı(üçüncü şəxs qismində Bakı şəhəri 32 saylı Notariat ofisi cəlb edilməklə) alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinə əsas atası Qasımov İlhamın cavabdehdən 20000 abş dolları məbləğində vəsaiti, aylıq 7 faizlə kredit götürməsi olmuşdur. Halbuki həmin torpaq sahəsində iki mərtəbəli tam təmirli ev yerləşir və onun bazar qiyməti 100-150 min manat təşkil edir. Məhkəmə tərəfindən iddia təmin edilməmişdir.
10. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə alğı-satqı müqaviləsi bağlanmış və Cavabdeh iddiaçıya 34000 manat məbləğində ünvan 1 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsini satmışdır. Satılan torpaq sahəsi üzərində həm də, fərdi yaşayış evi mövcud olmuşdur. Cavabdeh həmin müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilməmişdir. Buna baxmayaraq cavabdeh mübahisəli evdən və torpaq sahəsindən çıxmamışdır. Bundan əlavə iddiaçı alqı-satqı müqaviləsindən sonra cavabdehlə kirayə hüquq münasibətlərində olduğunu iddia edir və razılaşmaya əsasən cavabdehə ona aylıq 300 manat kirayə haqqı ödəməli idi. Lakin cavabdeh kirayə haqqını ödəməmiş və ona 7200 manat zərər vurmuşdur. Bundan başqa iddiaçı cavabdehin ona 10000 manat məbləğində mənəvi zərər vurduğunu da iddia edir.
12. Torpaq sahəsinin iddiaçının mülkiyyətində yerləşməsi mübahisə doğurmasa da, tikilinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi ilə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Lakin cavabdeh ekspertiza tədqiqatı aparılmasına manə olmuş və eksperti həyətə buraxmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, irəli sürülən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
14. İddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Qeyd olunan maddənin (157.2) dispozitiv şərtlərinə görə, tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər.
19. Bundan əlavə Mülki Məcəllənin:
20. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
21. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
22. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
23. İddia ərizəsində göstərilən əmlakın iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. İşin müəyyən edilən hallarından görünür ki, sözügedən torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdehin torpaq sahəsindən istifadəsinə dair hər hansı qanuni və ya müqavilə əsası yoxdur.
24. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
25. Bundan başqa daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır.
26. İddia tələbinin qanuni əsasının digər dispozisiya şərti olan cavabdehin sahibliyinin qanunsuzluğu da işin halları ilə sübut olunur. Belə ki, cavabdeh daşınmaz əmlaka sahibliyinin hər hansı qanuni və ya müqavilə əsasının olması ilə bağlı sübut təqdim etməmişdir.
27. Odur ki, işin halları ilə sübut olunur ki, cavabdeh tərəfindən bu və ya digər formada iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilir.
28. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur.
29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
31. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
32. Tələb edilən maddi və mənəvi zərərin ödənilməsi hissəsin münasibətdə isə məhkəmə aşağıdakı hüquqi dəyərləndirməni aparır:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
34. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
35. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
36. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
37. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.
38. İddiaçı torpaq üzərində olan fərdi yaşayış evini cavabdehə aylıq 300 manata kirayə verdiyini və aralarında bu barədə razılaşma olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakdan istifadə ilə bağlı hər-hansı kirayə müqaviləsi yoxdur.
39. Mənəvi zərərin tutulması hissəsində də, məhkəmə iddia tələbini əsassız hesab edir.
40. Belə ki, iddiaçının baş vermiş hadisə nəticəsindən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir.
41. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
47. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 əşyaları ilə birlikdə İddiaçı İlham oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
48. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı İlham oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən 0,0140 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev