Məhkəmə qərarları › İş №2(001)-7559/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7559/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7559/2025 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri 26 saylı Ofisi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri 26 saylı Ofisi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizə məhkəməyə ərizə təqdim edərək, əlavə sübutların toplanılması məqsədi ilə ərizənin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, digər maraqlı şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə, digər maraqlı şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan və ərizəçi tərəfindən ərizənin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və ərizə ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri 26 saylı Ofisi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar