Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-76/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Al Market MMC-yə qarşı əvəzçilik üzrə göstərilən 16 aylıq əmək fəaliyyəti üçün 37109,1 manat əmək haqqı, çalışdığı əlavə iş saatları üçün 5456 manat əmək haqqı, 16 gün qeyri-iş günlərində ezamiyyətdə olmaqla işə cəlb edildiyi üçün 2515,9 manat olmaqla cəmi 45081 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Al Market MMC-yə qarşı əvəzçilik üzrə göstərilən 16 aylıq əmək fəaliyyəti üçün 37109,1 manat əmək haqqı, çalışdığı əlavə iş saatları üçün 5456 manat əmək haqqı, 16 gün qeyri-iş günlərində ezamiyyətdə olmaqla işə cəlb edildiyi üçün 2515,9 manat olmaqla cəmi 45081 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun cavabdeh Al Market MMC ilə əmək müqaviləsinə əlavələrin bir çoxu barədə məlumatı olmamaqla bu növ müqavilələrin hər iki tərəfdən, yəni işçinin və işəgötürənin tərəfindən imzalanması mütləq olsa da ona məlumat və imzalanması üçün həmin müqavilələr təqdim olunmamışdır. Çalışdığı təşkilatla arasında son zamanlarda əmək haqqının ödənilməsi barədə mübahisələr yaranmışdır. O, işəgötürən təşkilat tərəfindən pozulmuş hüquqları bərpa edilmədiyi üçün müvafiq sənədləri əldə etməyə çalışmışaraq məhkəmədə iddia qaldırmışdır. Əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, əmək müqaviləsi və ona əlavələrdə olan imzalar ona məxsus deyildir. O, Al Market MMC-də satış şöbə müdiri vəzifəsində çalışır. Balakən, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Göyçay, Ucar, Kürdəmir, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan bölgələri üzrə satış şöbə müdürü olsa da (iyun ayında say çoxluğu ilə əlaqədar Kürdəmir, Ucar, Ağdaş mağazaları onun fəaliyyət dairəsindən çıxarılmışdır) 2020-ci ilin yanvar ayından müvafiq korporativ mail vasitəsilə vəkalətən, yəni əvəzçiliklə müvəqqəti olaraq Siyəzən, Ələt, Qobustan, Sahil, Quba, Qusar, Xaçmaz rayonları üzrə satış müdürü səlahiyyətləri də ona verilməklə, həmin ərazilər üzrə də satış şöbə müdiri vəzifəsinin faktiki və rəsmi icra edilməsinin öhdəsinə verilməsi haqqında məlumatlandırılmışdır. Bu barədə ilk mail və bölgə aidiyyətləri barədə qoşma sənədi ona xx.xx.2020-ci il tarixdə göndərilmiş, direktorluq bazasında yeni satış müdürü və bölgə müdürü mağazalarının qoşmada qeyd edildiyi bildirilmişdir. Siyahıda göstərilən bölgədə xidmət dairəsininin əhatə etdiyi mağaza ünvanları da ilk sütunda ardıcıllıqla göstərilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə yenidən bölgə direktoru Sabri Alp tərəfindən mail göndərilərək sap və satış müdürü və bölgə müdürü dəyişikliklərinin edilməsi, bu gündən dəyişiklərin qüvvəyə minməsi bildirilmişdir. Növbəti yazışma və maillərdə, həmçinin də günlük hesabatlarla, kassa yoxlaması ilə bağlı yazışmalarda da ona öz vəzifə səlahiyyətlərindən başqa bir vəzifənin də icrasının verildiyi adının yanında qeyd edilən vəkalətən sözündən aydın olur. Bundan başqa o, xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə iş saatlarından artıq vaxtda işə cəlb edilmişdir. Həmçinin də qeyri-iş günlərində işlərlə bağlı ezamiyyətə göndərilmiş, 16 qeyri-iş günü vəzifə başında olmaqla öz vəzifəsini icra etmişdir. Ona işlərin sonunda əlavə əmək haqqının ödəniləcəyi bildirilsə də ödənişlərdə problemlər yaradılmışdır. Hətta ona eyni ikinci vəzifənin vəkalətən icrasının verilməsinin rəsmiləşdirilməməsi barədə şübhələri yaranmışdır. Çünki bu barədə əmək müqaviləsinə əlavə və ya hər hansı rəsmi sənəd, əmr işəgötürən tərəfindən təqdim olunmamışdır. O isə son aylarda hüquqlarının bərpa edilməsi və haqqı olan ödənişlərin ona ödənilməsi barədə müraciət, pretenziya şəklində müvafiq şöbələrə mail göndərmişdir. Buna baxmayaraq tədbir görülməsi ilə bağlı hər hansı göstərişlər verilməmiş, müraciətləri cavablandırılmamışdır. Təxminən bir neçə həftə öncə şifahi qaydada ona bildirilmişdir ki, digər vəzifə maaşı, eləcə də yuxarıda qeyd olunanlarla bağlı əlavə ödənişlərin ödənilməsi ilə bağlı rəhbərlik tərəfindən hər-hansı göstəriş verilməmişdir. Artıq həddindən artıq iş yükü ilə əlaqədar ailəsi ilə vaxt keçirə bilmədiyi və əlavə vəzifə üzrə işləri faktiki və fiziki olaraq çatdırmağa çox əziyyət çəkdiyi üçün xx.xx.2021-ci il tarixdə öz müraciəti ilə xx.xx.2020-ci il tarixdən ona verilən əlavə səlahiyyət və vəzifələrin üzərindən götürülməsini, Bakı şəhəri Qobustan, Sahil və Ələt mağazalarının və şimal bölgəsində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı mağazaların cavabdehliyindən çıxarılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdən o, mübahisəli məsələ ilə bağlı çalışdığı təşkilatın müvafiq şöbələrinə mail vasitəsilə müraciətlər göndərərək bildirmişdir ki, vəkalətə əsasən tabeçiliyinə verilən ərazilərin alınması ilə bağlı müraciətindən 5 gün keçmiş, lakin bu bölgü barədə rəsmi məlumat bildirilməmişdir. Bölgə direktoru Çetin Şimşek tərəfindən ona və məlumatlandırılmalı şəxslərə ünvanlanan eyni tarixli maildə bildirilmişdir ki, sadalanan, tabeçiliyinə əlavə olaraq verilmiş ərazilər üzrə səlahiyyətlər həmin gündən etibarən ondan alınmışdır. xx.xx.2021-ci il tarixdə rəhbərliyə ünvanladığı maildə bildirmişdir ki, 7-8 may 2021-ci il tarixdə ona iki əvəz günü verilsə də digər qeyri-iş günlərinə təsadüf edən ezamiyyət günləri ilə bağlı ona əvəz verilməmiş, artıq çalışdığı iş saatlarının ödənilməsi və vəkalətən digər vəzifənin icrası üçün ödənilməli olan əlavə ödənişlər onun aylıq əmək haqqı hesabına əlavə olunmamışdır. Sözügedən yazışmada pretenziya qaydasına riayət edərək bildirmişdir ki, bu barədə müvafiq tədbir görülməyəcəyi halda maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Onun və əvəz etdiyi vəzifənin əmək haqqı hal-hazırda 2358,66 manat təşkil etməklə ona əlavə icra etdiyi vəzifə maaşının yarısından az olmayaraq vəkalətlə əlavə vəzifəni icra etdiyi 15 ay 22 gün üçün əmək haqqı ödənilməli idi. Ona ödənilməli olan əmək haqqında süründürməçiliyə yol verildiyi üçün və hüquqları pozulduğu üçün normada nəzərdə tutulan maksimum məbləği, yəni əvəz etdiyi vəzifə maaşının yüz faizini istəməkdə haqlıdır. Cavabdehin ona əvəz vəzifə kimi çalışdığı ikinci vəzifənin əmək haqqı üçün cəmi 37109,1 manat borcu yaranmışdır. (2358,66 x 15 ay (35379,9) + 1729,2 (22 günə hesablanan əmək haqqı)). Bu barədə də rəhbərliyə göndərdiyi maildə bildirirərək açıq, ətraflı hesablamalar barədə cədvəl qoşma edilmiş, cədvəldə ezamiyyətdə olduğu və qeyri-iş günlərinə təsadüf edən günlərgöstərilmişdir.(xx.xx.2019/xx.xx.2019/xx.xx.2019/xx.xx.2020/xx.xx.2020/xx.xx.2020/ xx.xx.2020/xx.xx.2020/xx.xx.2020/xx.xx.2020/xx.xx.2020/xx.xx.2021/xx.xx.2021/xx.xx.202 1/xx.xx.2021/xx.xx.2021). xx.xx.2021-ci il tarixli mailə əlavə etdiyi cədvəldən də göründüyü kimi ona qeyri-iş günlərində ezamiyyətdə olduğu üçün 2515,2 manat (günlük hesablanmış əmək haqqının iki qatı x 16 gün), digər vəzifəni icra etdiyi üçün 37109,1 manat, xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə 8-9 saatdan artıq çalışdığı saatlara görə 5456 manat olmaqla cəmi 45081 manat məbləği ona ödənilməlidir. Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi və işçilər tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, ona vakant satış şöbə müdiri ərazisi də vəkalətən verilmiş və Siyəzən, Ələt, Qobustan, Sahil, Quba, Qusar, Xaçmaz rayonları üzrə satış müdürü səlahiyyətləri də ona həvalə edilmişdir. Aktda və mail yazışmalarına əlavə edilmiş cədvəllərdə nəzarəti və müvafiq vəzifə səlahiyyətlərinin icrası ona həvalə edilmiş mağazaların kodları da qeyd edilmişdir. Akt 13 işçi tərəfindən imzalanmışdır. Ona görə də, əvəzçilik üzrə göstərilən 16 aylıq əmək fəaliyyəti üçün əmək haqqının 37109,1 manat, çalışdığı əlavə iş saatları üçün 5456 manat, 16 qeyri-iş günlərində ezamiyyətdə olmaqla işə cəlb edildiyi üçün 2515,9 manat olmaqla cəmi 45081 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə, əmək müqaviləsində və həmin müqaviləyə əlavələrdə onun imzasının saxtalaşdırılması faktı ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1654902Vəkil İddiaçı izahatını təsdiq edib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə, əmək müqaviləsinin və həmin müqaviləyə əlavələrin iddiaçı tərəfindən imzalanmadığı halda iddiaçının işə cəlb edilməsinə görə xüsusi qərardad qəbul edib prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Al Market MMC-nin nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1654902Nümayəndə iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia tələbinin əmək müqaviləsi və əlavələrin iddiaçı tərəfindən imzalanmamasına dair qeyd edir ki, iddiaçı işə qəbul, başqa vəzifəyə keçirilməsi barədə ərizələri özü yazaraq imzalamış, həmin müqavilələr üzrə əmək haqqının artmasını bilmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Al Market MMC-də Pərakəndə Satış Departamentinə bölgə müdiri olaraq işə qəbul edilmiş, əmək haqqı 250 manat olaraq razılaşdırılmış, əmək müqaviləsi müddətsiz bağlanmış, bu barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının əmək müqaviləsinə əlavəyə əsasən, əmək haqqı artırılaraq 927 manat olaraq müəyyənləşdirilmişdir. Əmək müqaviləsinə əlavə mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının əmək müqaviləsinə əlavəyə əsasən vəzifəsi artırılaraq satış üzrə bölmə rəisi vəzifəsinə keçirilmiş, əlavə mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı əmək müqaviləsinə növbəti əlavəyə əsasən, Cəmiyyətin Pərakəndə Satış Departamentində satış üzrə bölmə rəisi vəzifəsindən Pərakəndə Satış Departamentinin 2ci satış müdirliyinə satış müdiri vəzifəsinə keçirilmiş, iddiaçının əmək haqqı artırılaraq 1285 manat müəyyənləşdirilmiş, əmək müqaviləsinə əlavə mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı əmək müqaviləsinə növbəti əlavəyə əsasən Pərakəndə Satış Departamentinin 2-ci satış müdirliyində satış müdiri vəzifəsindən Pərakəndə Departamentinə Satış şöbə müdiri vəzifəsinə keçirilmiş, iddiaçının əmək haqqı artırılaraq 1646 manat müəyyənləşdirilmişdir. Bu əlavə də mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmışdır. Əmək müqaviləsi və əmək müqaviləsinə əlavələr iddiaçının mənafeyinə uyğundur, əmək müqavilələrinə əlavələrlə iddiaçının vəzifəsi və əmək haqqı artırılmışdır. Bütün dəyişikliklər iddiaçının yazılı ərizəsi əsasında rəsmiləşdirilmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyatdan keçirilmiş, iddiaçı həm öz imzası, həm də sənədlər imzalandıqdan sonrakı faktiki hərəkətləri-hərəkətsizliyi ilə, yəni əmək haqqı artımı üzrə pul vəsaitlərini qəbul etməklə əlavələrin qüvvəsini tanımışdır. Ona görə də qeyd olunan hissədə iddiaçının arqumenti faktiki və hüquqi cəhətdən əsassız və ağlabatan olmayan olduğu üçün nəzərə alınmamalıdır. İddiaçı qeyd edir ki, o, Balakən, Oğuz, Qəbələ, Şəki, Zaqatala, Göyçay, İsmayıllı, Şamaxı rayonlarında yerləşən Al Market mağazaları üzrə satış şöbə üzrə müdürü vəzifələrini icra etsə də, əvəzçiliklə müvəqqəti olaraq Kürdəmir, Ucar, Ağdaş, Siyəzən, Ələt, Qobustan, Sahil, Quba, Qusar, Xaçmaz rayonları üzrə satış şöbə müdürləri vəzifələri də ona həvalə edilmişdir. İddiaçı həmçinin, qeyd edir ki, Kürdəmir, Ucar və Ağdaş rayonları iyun 2020-ci il tarixlərində, Siyəzən, Ələt, Qobustan, Sahil, Quba, Qusar, Xaçmaz rayonları isə aprel 2021-ci il tarixlərində onun öhdəliyindən çıxarılmışdır. İddiaçının Kürdəmir, Ucar, Ağdaş, Siyəzən, Ələt, Qobustan, Sahil, Quba, Qusar, Xaçmaz rayonları üzrə satış şöbə müdürləri vəzifələrini icra etməsi əvəzçilik üzrə vəzifə icra etmə və ya əmək funksiyalarına daxil olmayan işlərin yerinə yetirilməsi hesab oluna bilməz. Çünki əmək qanunvericiliyinə görə əvəzçilik qaydasında iş başqa işəgötürənlə ayrı əmək müqaviləsi imzalayıb əsas iş vaxtından sonra başqa işlərin görülməsidir. İddiaçının mövcud iddiasının isə əvəzçiliklə görülən işlərə ümumiyyətlə aidiyyəti yoxdur. Bölgələrdəki mağazalarla iş işçinin əmək funksiyasına daxildir. İddiaçının hər hansı əmək hüququ pozulmamış və ona ödənilən bütün ödənişlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə və tərəflər arasında imzalanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq tam və düzgün qaydada həyata keçirilmişdir. İddiaçı öz əmək funksiyasına daxil olmayan işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Çünki iddiaçının indiyə qədər gördüyü bütün işlər onun əmək funksiyalarının bir hissəsi olmuşdur. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən Pərakəndə Departamentinə Satış şöbə müdiri vəzifəsinə keçirilmiş və onun əmək funksiyalarına Bakıda və regionlarda fəaliyyət göstərən mağazalarda məhsulların satışını daha da genişləndirmək, onların fəaliyyətinə nəzarət etmək, işçi heyətinə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yolunu tapıb onu həll etmək, müştəri sayının artımını təmin etmək üçün davamlı olaraq yenilikləri izləmək və bazara yürütmək, tabeçiliyində olan bölgə və mağaza müdirləri ilə sıx işgüzar əlaqələr yaratmaq və lazımi məlumatları almaq, gündəlik, həftəlik və aylıq hesabatları toplamaq və vaxtı-vaxtında müdriyyətə təqdim etməkdən ibarətdir. Göründüyü kimi satış şöbə müdiri kimi iddiaçının əmək funksiyasına Bakıda və regionlarda fəaliyyət göstərən mağazaların fəaliyyətinə rəhbərlik etmək və tabeliyindəki işçilərin işlərinə nəzarət etmək də daxil olmuşdur. Açıq-aydın görünür ki, işçinin əmək funksiyası onun qeyd etdiyi kimi hansısa rayonlar üzrə bölünməmiş, mağazaların sayına limit və ya hansısa hədd qoyulmamış, iddiaçı da bunu bilirdi və ya bilməli idi. Bunun əsas səbəbi isə işçinin əmək funksiyalarının xarakteri ilə bağlıdır. Belə ki, işçinin iş yeri Bakı şəhərində yerləşən Al Market MMC-nin baş ofisi olmuş, gördüyü bütün işlər tabeliyindəki işlərinə nəzarət etmək, bölgələrdəki mağazalardan elektron poçt vasitəsilə hesabatlar almaq və onları üst rəhbərliyinə təqdim etmək, mağazaların satışını artırmaq üçün təkliflər vermək isə rəhbər vəzifə icra etdiyi üçün Bakı şəhərindən icra oluna bilən işlər olmuşdur. Buna görə də bölgələrdəki bütün mağazalar üzrə işlər görmək iddiaçının əmək funksiyasına daxil olmuşdur. Yeni iş ilində iddiaçının vəzifəsinin, dolayısıyla məsuliyyətinin artırılması ilə əlaqədar olaraq iddiaçının əmək haqqı yanvar 2020-ci il tarixindən təxminən 400 manat artırılmışdır. Bu cür maaş artımından sonra iddiaçı qeyd olunan mağazalar üzrə nəzarət funksiyalarını da faktiki olaraq öz üzərinə götürmüş və əmək funksiyalarının icrasına başlamışdır. İşçi hər növbəti ayın 5-dən gec olmayaraq bank kartı vasitəsilə öz əmək haqqını almışdır. Əmək haqqının məbləği barədə məlumatlar işçinin telefonuna bank tərəfindən SMS vasitəsilə göndərilir. Hamıya məlum olan faktdır ki, iddiaçı hər ay əmək haqqı aldıqda nə qədər əmək haqqı aldığını bilmişdir. Əgər həqiqətən də iddiaçı gördüyü işlərə görə ona əlavə əmək haqqı ödənilməli olduğu düşüncəsində idisə bunu növbəti ayın əmək haqqını aldıqda artıq fərqinə varmalı və əgər belə bir söz verilmişdisə bunu çalışdığı müəssisədən tələb etməli, razılaşma olmadıqda isə indiki kimi məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bunu etməmiş, yeni vəzifəyə keçməsinin və yeni mağazalarla işləyəcəyinin, dolayısıyla əmək haqqının da buna müvafiq olaraq artmasının fərqində olmuş və təbii olaraq bunları qəbul edərək əmək funksiyalarının icrasına davam etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə X1ynar xəttinə telefon zəngi ilə müraciət etmiş və onun Al Market MMC-də bölgə direktoru Türkiyə Respublikası vətəndaşı X8 tərəfindən təhqir və təhdid olunduğunu, iş saatından artıq işə cəlb olunduğunu bildirərək şikayət etmişdir. Göründüyü kimi iddiaçı əmək müqaviləsinə əlavələrlə bugünə qədər əmək funksiyalarının icrasına razılıq vermiş və əmək funksiyalarını könüllü olaraq icra etmiş, lakin iş yerində üst rəhbəri Çetin Şimşek ilə şəxsi anlaşmazlıqları səbəbindən Al Market MMC-yə qarşı iddia qaldırmışdır. İddiaçının özünün də etiraf etdiyi kimi əlavə işə görə ona işəgötürənin əmrinin verilməməsini əmək müqaviləsi şərtlərinin müvafiq qaydada sənədləşdirilmədiyini, yəni hüquqlarının pozulduğunu xx.xx.2020-ci il tarixdə bilmiş və bilməli idi və o bu andan etibarən yalnız 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürərək 1 il 9 ay sonra xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab sənədlərinin kitabçasının, vərəqəsinin, çəkinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdırilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi iş saatlarından artıq vaxtda işə cəlb edilməsinə dair tələbi də tamamilə əsassızdır. İddiaçı iddia ərizəsində hansı günlərdə neçə saat artıq işlədiyini, cavabdeh təşkilat tərəfindən artıq işə cəlb edilmə faktlarını göstərməmişdir. Qanunvericiliyin tələbinə görə görülən iş o zaman iş vaxtından artıq iş hesab olunur ki, bu zaman işəgötürən və işçi qarşılıqlı olaraq iş vaxtından artıq işləmə barədə razılığa gəlir və bunun işəgötürənin əmri ilə rəsmiləşdirirlər. Yəni iş vaxtından artıq iş işəgötürənin işçini işə cəlb etməsi əsasında artıq iş barədə yazılı əmr verdikdə artıq iş hesab olunur. Cavabdeh birmənalı olaraq iddiaçını artıq işə cəlb etməmişdir. Belə ki, işçinin iş günləri həftəiçi iş günləri, iş saatları isə həftəiçi iş günlərində 09:00-18:00 olaraq razılaşdırılmış və işəgötürən olaraq iddiaçıya ancaq həmin gün və saatlar daxilində əmək funksiyalarını icra etmək tapşırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə X4 Xidmətinin qaynar xəttinə telefon zəngi ilə müraciət etmiş və onun Al Market MMC-də bölgə direktoru Türkiyə Respublikası vətəndaşı X8 tərəfindən təhqir və təhdid olunduğunu, iş saatından artıq işə cəlb olunduğunu bildirərək şikayət etmişdir. Müraciətin araşdırılması ilə bağlı X2 Bakı şəhər idarəsinin rəis müavini E.Feyzullayev xx.xx.2021-ci il tarixdə **********9 nömrəli məktubla cavabdeh təşkilata müraciət etmiş və iş vaxtından artıq işə cəlb edilmə faktının müəyyən edilməsi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsi, əlavələr, davamiyyət tabelləri və s. sənədlərin X4 Xidmətinə göndərilməsi tələb edilmişdir. Qeyd olunan sənədlər cavabdeh təşkilatın 812 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə sözügedən quruma göndərilmişdir. İddiaçının şikayəti əsasında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən başlanılmış inzibati araşdırma zamanı qeyd olunan qurum tərəfindən iddiaçının qeyd etdiyi iş vaxtından artıq iş faktı öz əksini tapmadığı və iddiaçının əmək hüquqlarının cavabdeh tərəfindən pozuntusu aşkarlanmadığı üçün inzibati xəta haqqında protokol tərtib edilməmiş və cavabdeh hər hansı inzibati və ya maddi məsuliyyətə cəlb edilməmişdir. İddiaçı 16 gün deyil, 8 gün qeyri-iş günündə ezamiyyətdə olmuşdur. İddiaçı ezamiyyət günlərinə görə ona ödənilməli olan ezamiyyət haqlarının ödənilmədiyini və ya ödənilmiş haqların məbləğini mubahisələndirmir. Çünki cavabdeh təşkilat tərəfindən bütün ezamiyyət haqları qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış və ödənilmişdir. İddiaçı sadəcə qeyri-iş günü olan günlərdə ezamiyyətdə olmasını nəzərə alaraq ona əmək haqqı ödənilmədiyini qeyd edir. İddiaçının qeyd etdiyi qeyri-iş gününə təsadüf edən 16 ezamiyyət günləri aşağıdakılardır: 31 avqust 2019 - şənbə günü, 01 sentyabr 2019 - bazar günü, 09 noyabr 2019 - şənbə günü, 02 yanvar 2020 - qeyri-iş günü (yeni il), 03 yanvar 2020 qeyri-iş günü (yeni il), 18 yanvar 2020 - şənbə günü, 19 yanvar 2020 - bazar günü, 20 yanvar 2020 - ümumxalq hüzn günü, 31 may 2020 - bazar günü, 20 iyun 2020 - şənbə günü, 24 oktyabr 2020 - şənbə günü, 16 yanvar 2021 - şənbə günü, 06 fevral 2021 şənbə günü, 13 fevral 2021 - şənbə günü, 13 mart 2021 - şənbə günü, 14 mart 2021 bazar günü. İddiaçı bu tələb üzrə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Əmək qanunvericiliyinə görə fərdi əmək mübahisələrinə xüsusi iddia müddəti tətbiq edildiyindən iddiaçının 8 günə münasibətdə iddia müddətini ötürdüyü müəyyən olunur. Belə ki, əmək qanunvericiliyinə görə pul və ya digər əmlak tələbi ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı yalnız 31 may 2020 - bazar günü, 20 iyun 2020 - şənbə günü, 24 oktyabr 2020 - şənbə günü, 16 yanvar 2021 - şənbə günü, 06 fevral 2021 - şənbə günü, 13 fevral 2021 - şənbə günü, 13 mart 2021 - şənbə günü, 14 mart 2021 - bazar günü üçün əmək haqqı ödənilməsini tələb edə bilər. Ona görə də cavabdeh iddia ərizəsini bu hissədə qəbul edir. Daha sonra mülki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin eskperti X3 xx.xx.2022-ci il tarixli № 9/6740 ekspert rəyi təyinatına və prosessual qanunvericiliyin tələblərinə tamamilə zidd və kobud pozuntularla qəbul edildiyindən məhkəmə tərəfindən mülki iş üzrə tədqiq edilən sübutlar siyahısından çıxarılması gərəkdir. Ekspert rəyi xüsusi bilik tələb edən suallara cavab vermək üçün təyin olunduğu halda ekspert heç bir suala cavab verməmiş, rəy ekspert rəyi kimi yox, məhkəmə qətnaməsi kimi tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri bölməsinin bütün mətnində ekspert tədqiqat aparmalı olduğu halda, iddia ərizəsinin mətni sözbəsöz rəyə köçürmüş, ekspert vəzifə səlahiyyətlərini aşaraq öz sahəsi üzrə xüsusi bilik tələb edən sualları əsaslı şübhəyə yer qoymayacaq və aydın bir şəkildə cavablandırmalı olduğu halda məhkəmə kimi bir tərəfin - iddiaçının tələblərinin haqlı olduğu qənaətinə gəlmişdir. Bu cür rəy sübut kimi nəzərə alına bilməz. Sözü gedən ekspert rəyində mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi metodikası göstərilməmişdir. Ekspertin hansı üsulla və hansı araşdırmanı aparması müəyyən deyildir. Xüsusilə də iddiaçının iş saatlarından artıq işləməsi barədə hansı göstəricilərə əsaslanması, istinad etməsi göstərilməmişdir. Yalnız bir tərəfin verdiyi məlumatlar daxilində, giriş çıxış kartının vurulma vaxtının qeydlərinə istinad edərək rəy verilməsi düzgün deyildir. Giriş-çıxış kartı işçilərin tam sahibliyində və istifadəsində olan bir texniki vasitədir və işəgötürən tərəfindən işçilərin işə gecikmələrinə nəzarət etmək və onun qarşısını almaq üçün tətbiq olunur. Giriş-çıxış kartı nə qanunvericilikdə hüquqi olaraq, nə də işgüzar adətlərdə - əmək praktikasında işçinin iş vaxtından artıq işləməsi faktının müəyyənləşdirilməsində istifadə olunmur. Çünki giriş-çıxış kartı işçinin fasiləsiz istifadəsində olduğundan işçi istədiyi vaxt həmin kartdan istifadə edib iş yerinə maneəsiz girib çıxa bilər. Bundan fərqli olaraq iş vaxtından artıq iş isə birbaşa işəgötürən tərəfindən işçinin artıq işlərə cəlb edilməsi faktı ilə şərtləndirilmişdir. İş saatlarından artıq saatlarda görülən iş üçün əmək haqqının hesablanması işəgötürən tərəfdən verilən əmrə əsasən mümkündür. Müvafiq rəyin verilməsi üçün bu barədə ekspertin biliyi mütləqdir. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Ona görə də xx.xx.2022-ci il tarixli № 9/6740 ekspert rəyinin sübut siyahısından çıxarılaraq məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sübut kimi nəzərə alınmamasını, iddia ərizəsinin qismən təmin edilərək iddiaçının 31 may 2020 - bazar günü, 20 iyun 2020 - şənbə günü, 24 oktyabr 2020 - şənbə günü, 16 yanvar 2021 - şənbə günü, 06 fevral 2021 - şənbə günü, 13 fevral 2021 - şənbə günü, 13 mart 2021 - şənbə günü, 14 mart 2021 - bazar günü üçün ezamiyət günlərinə görə pul tələbinin təmin edilməsi, digər tələblərinin qanunsuz və əsassız olmaqla yanaşı iddia müddətini ötürməklə də məhkəməyə müraciət etdiyindən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının xüsusi qərardad qəbul edilməsi barədə vəsatətinin həllini isə məhkəmənin səlahiyyətinə verir. Məhkəmə iclasında cavabdeh Al Market MMC-nin nümayəndəsi X5 cavabdehin digər nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=1654902Nümayəndə izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 7.
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.
1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 46.
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 58.
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Maddə 81.
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Maddə 87.
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
7. Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. Maddə 89.
1. Tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 99.
1. İş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 100.
1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Maddə 154.
1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 163.
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. İddiaçı Al Maket MMC-nin direktoru X15 ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdən pərakəndə satış departamentinə bölgə müdiri vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı Al Market MMC-də pərakəndə satış departamentində aylıq əmək haqqı 250 manat olmaqla bölgə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əmək münasibətləri elektron informasiya sisteminə xx.xx.2018-ci il tarixdə daxil edilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək cəmiyyətin Pərakəndə satış departamentində bölgə müdiri vəzifəsində işləyən işçi İddiaçı əmək haqqı ştat cədvəlinə əsasən 927 manat olaraq təyin edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik əmək münasibətləri elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmişdir. İddiaçı Al Maket MMC-nin direktoru X15 ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdən eyni departamentə satış üzrə bölmə rəisi vəzifəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1) cəmiyyətin pərakəndə satış departamentində bölgə müdiri vəzifəsində işləyən işçi eyni departamentə satış üzrə bölmə rəisi vəzifəsinə keçirilmişdir. 2) işçinin əmək funksiyası Bakıda və regionlarda fəaliyyət göstərən mağazalarda məhsulların satışını daha da genişləndirmək, onların fəaliyyətinə nəzarət etmək, işçi heyətinə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yolunu tapıb onu həll etmək, müştəri sayının artımını təmin etmək üçün davamlı olaraq yenilikləri izləmək və bazara yürütmək, tabeçiliyində olan bölgə və mağaza müdirləri ilə sıx işgüzar əlaqələr yaratmaq və lazımi məlumatları almaq, gündəlik, həftəlik və aylıq hesabatları toplamaq və vaxtı-vaxtında müdriyyətə təqdim etməkdən ibarətdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik əmək münasibətləri elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmişdir. İddiaçı Al Maket MMC-nin direktoru X15 ünvanlandığı xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdən pərakəndə satış departamentinə 2-ci satış müdirliyinə satış müdiri vəzifəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1) cəmiyyətin pərakəndə satış departamentində satış üzrə bölmə rəisi vəzifəsində işləyən işçi İddiaçı eyni departamentin 2-ci satış müdirliyinə satış müdiri vəzifəsinə keçirilmişdir. 2) əmək haqqı ştat cədvəlinə əsasən 1285 manat olaraq təyin edilmişdir. 3) iş qrafiki: həftədə 5 günlük iş qrafiki, iş vaxtı 09:00-dan 18:00-dək, fasilə vaxtı 12:00-dan 13:00-dək, istirahət günləri şənbə və bazar günləridir. 4) işçinin əmək funksiyası Bakıda və regionlarda fəaliyyət göstərən mağazalarda məhsulların satışını daha da genişləndirmək, onların fəaliyyətinə nəzarət etmək, işçi heyətinə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yolunu tapıb onu həll etmək, müştəri sayının artımını təmin etmək üçün davamlı olaraq yenilikləri izləmək və bazara yürütmək, tabeçiliyində olan bölgə və mağaza müdirləri ilə sıx işgüzar əlaqələr yaratmaq və lazımi məlumatları almaq, gündəlik, həftəlik və aylıq hesabatları toplamaq və vaxtı-vaxtında müdriyyətə təqdim etməkdən ibarətdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik əmək münasibətləri elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmişdir. İddiaçı Al Maket MMC-nin direktoru X15 ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdən pərakəndə satış departamentində satış müdiri vəzifəsindən satış şöbə müdiri vəzifəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1) cəmiyyətin pərakəndə satış departamentinin 2-ci satış müdirliyinə satış müdiri vəzifəsində işləyən işçi İddiaçı pərakəndə departamentinə satış müdiri vəzifəsinə keçirilmişdir. 2) əmək haqqı ştat cədvəlinə əsasən 1646 manat olaraq təyin edilmişdir. 3) işçinin əmək funksiyası Bakıda və regionlarda fəaliyyət göstərən mağazalarda məhsulların satışını daha da genişləndirmək, onların fəaliyyətinə nəzarət etmək, işçi heyətinə nəzarət etmək, ortaya çıxan texniki problemlərin həlli yolunu tapıb onu həll etmək, müştəri sayının artımını təmin etmək üçün davamlı olaraq yenilikləri izləmək və bazara yürütmək, tabeçiliyində olan bölgə və mağaza müdirləri ilə sıx işgüzar əlaqələr yaratmaq və lazımi məlumatları almaq, gündəlik, həftəlik və aylıq hesabatları toplamaq və vaxtı-vaxtında müdriyyətə təqdim etməkdən ibarətdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklik əmək münasibətləri elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Al Maket MMC-nin direktoru X6 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli № 62K saylı əmrdən müəyyən olunur ki, İddiaçı Sarvan oğlu xx.xx.2018-ci il tarixdən cəmiyyətin pərakəndə satış departamentinə əmək haqqı ştat cədvəlinə əsasən 250 manat olmaqla bölgə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli № 216 K saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində bölgə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2019-cu il tarixdən eyni departamentdə əmək haqqı ştat cədvəlinə əsasən 927 manat olmaqla satış üzrə bölmə rəisi vəzifəsinə keçirilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 135K saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində 2-ci satış müdirliyində satış müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən eyni departamentdə əmək haqqı ştat cədvəlinə əsasən 1646 manat olmaqla satış üzrə satış şöbə müdiri vəzifəsinə keçirilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 380 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Göyçay, Zaqatala və Balakən rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 398 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəki və Göyçay rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 417 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəki, Göyçay və Balakən rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 429 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Balakən, Zaqatala, Şəki və Göyçay rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli № 440E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Zaqatala və Balakən rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 6 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zaqatala və Balakən rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 11 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bərdə rayonuna ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 20 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göyçay, Balakən və Şəki rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 42 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək Qəbələ və İsmayıllı rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 49 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qəbələ və İsmayıllı rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 73E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qəbələ və İsmayıllı rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 91 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Quba rayonuna ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 112 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şamaxı, İsmayıllı, Zaqatala və Şəki rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 135 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Quba və Qusar rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 138 E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi Kərimov X7 və Qusar rayonlarında yerləşən mağazalara nəzarət etməsi üçün verilən xx.xx.2021-ci il tarixli 135E nömrəli ezamiyyə əmrinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ezamiyyə təqvim günlərinə dəyişiklik edilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydə alınması və xidməti ezamiyyəyə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq ödənilmiş borc məbləğinin tutulması əmr edilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 353E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şəki şəhərinə ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli № 401E saylı əmrdən müəyyən olunur ki, cəmiyyətin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyən işçi İddiaçı Sarvan oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zaqatala və Balakən rayonlarına ezamiyyətə göndərilmişdir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Al Market MMC-nin 2020-ci ilin iyul ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 10 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Al Market MMC-nin 2020-ci ilin oktyabr ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 15 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin mart ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 6 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin aprel ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 13 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin may ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 15 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin iyun ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 19 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin iyul ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 17 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin avqust ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 12 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin sentyabr ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 18 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Al Market MMC-nin 2020-ci ilin dekabr ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 6 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin yanvar ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 7 gün təşkil edir. Al Maket MMC-nin direktoru X18 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Al Market MMC-nin 2021-ci ilin fevral ayı üçün iş vaxtının istifadəsi cədvəlindən müəyyən olunur ki, İddiaçı Sarvan oğlunun cəmi işlədiyi gün sayı 12 gün təşkil edir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətdən müəyyən olunur ki, E.S.X19 MMC-nin bölgə direktoru X20 tərəfindən təhqir və təhdid olunduğunu, iş saatı normasından artıq işə cəlb edildiyini bildirib müraciətdə qeyd olunan aktların araşdırılmasını xahiş etmişdir. Al Maket MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Al Market MMC-nin pərakəndə satış departamentinə bölgə müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə satış üzrə bölmə rəisi, xx.xx.2019-cu il tarixdə satış müdiri, xx.xx.2020-ci il tarixində isə satış şöbə müdiri vəzifəsinə keçirilmiş, Al Market MMC-nin pərakəndə satış departamentində satış şöbə müdiri vəzifəsində işləyir, İddiaçı iş vaxtından əlavə iş saatlarında çalışmamışdır. Al Market MMC-nin xx.xx.2021-ci il tarixli № 2064 saylı arayışından müəyən olunur ki, İddiaçı pərakəndə satış depatamentində satış şöbə müdiri vəzifəsində işləyir və işlədiyi 21 ay müddət ərzində 50631,41 manat əmək haqqı almışdır. İddiaçı Tahir Ramazanın elektron ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, xx.xx.2020-ci il tarixdən vəkalətən cavabdehliyinə verilən və vakant yerin işə başlayacağı günə kimi idarə etməsi tapşırılan Bakı şəhəri Qobustan, Sahil və Ələt mağazalarının (3475, 3120, 3400, 3235, 3685, 3578, 3121, 3502) və Şimal bölgəsində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının mağazalarının (3326, 3354, 3432, 3366, 3588, 3434, 3365) artıq cavabdehliyindən çıxarılmasında dəstək göstərməsini xahiş etmiş, 16 ay vakant olan satış şöbə müdiri əvəzinə bu ərazinin də idarəçiliyini davam etdirmiş, cavabdehliyindəki ərazilər Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Şamaxı və Qobustan rayonlarında fəaliyyətdə olan, açılacaq və maksimun sayı 50 olacaq mağazalardır. Ərazinin böyüklüyü səbəbi ilə artıq fiziki və zehni olaraq yorğunluq yaşayır. Bütün bunları diqqətə alaraq bir daha vəkalət idarəçiliyindəki qeyd edilən mağazaların tabeliyindən çıxarılmasını xahiş edir. İddiaçı Tahir Ramazanın elektron poçt ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, xx.xx.2019-cu il tarixdən vəzifə dəyişiklikləri səbəbindən satış müdiri, satış şöbə müdiri vəzifələrində çalışdığı müddət üçün ona 24238,51 manat məbləğ ödənilməlidir. İnsan resursları çox böyük ehtimal ki, bilməyərəkdən bu ödəmələri etməmişdir. Qeyd edilən məbləğin mümkün qədər tez bir zamanda araşdırılaraq ona ödənilməsini xahiş və tələb edir. xx.xx.2021-ci il gün sonuna kimi ona məlumat verilmədiyi halda məhkəməyə müraciət edəcəkdir. İddiaçı Tahir Ramazanın elektron poçt ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, vəkalət olaraq tabeçiliyinə verilən ərazilərin alınması ilə bağlı yazılı müraciətindən 5 gün küçməsinə baxmayaraq ona hələ də bölgü ilə bağlı məlumat verilmədiyini, xx.xx.2021-ci il tarixdə Sumqayıt ofisində təşkil olunmuş iclasda Hr.Çetin bəy vəkalət ərazinin alındığını və məlumat veriləcəyini bildirmiş, bununla bağlı vəkalətdəki ərazisinin nə şəkildə və kimə təhkim ediləcəyi haqqında məlumat almaq istədiyini bildirmişdir. İddiaçı Tahir Ramazanın elektron poçt ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, qeyri-iş gününə təsadüf edən ezamiyyət günləri ilə bağlı artıq əvəz gün işləmələrinin edilməsinə başlanıldığını, (2 gün olaraq 7-8 may tarixləri) və digərlərinin də əvəz gün olaraq veriləcəyi Orxan bəy tərəfindən ona bildirilmiş, ancaq vəkalət ərazinin idarə edilməsi və artıq iş saatlarının ödəməsi ilə bağlı heç bir bilgi ona verilməmiş, bu səbəbdən xx.xx.2021-ci il tarixində vəkalət ərazinin idarə edilməsi ödəməsinin maksimumunun ödənilməsi, artıq iş saatlarının ödənilməsi və zamanında bilgisizliyindən istifadə edilməsi ilə ona dəymiş mənəvi təzminatla bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixi və xx.xx.2021ci il tarixi aralığında satış şöbə müdiri vəzifəsini Al Market MMC-də icra edən İddiaçı toplam 42 nöqtədə olmaqla öz cavabdehliyində Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı Qobustan, Ağsu, Göyçay, Ucar, Kürdəmir rayonlarındakı 3378- 3459- 3541- 3462- 3258- 3379- 3443 -3401 -3232 -3293 -3402 -3349 -3350 -3460 -3348 -3377- 3445- 3304- 3342- 3303- 3268- 3267- 3461- 3272- 34 aralığında əlavə vakant satış şöbə müdiri ərazisi olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi, Qobustan qəsəbəsi, Ələt qəsəbəsi, və şimal bölgəsində Siyazən rayonu, Quba, Qusar, Xaçmaz rayonlarındakı 20- 3400 -3241 -3365 -3475 -3434 -3121 -3235 -3366 -3436 -3326 -3432 -3356-3354- 3437- 3355- 3353 mağazalarının da idarəçiliyini almış, təhvil aldıqdan sonra açılan və bağlanan mağazalar, Rasim Rəhimova təhvil verilən (mağaza sayı çox olması səbəbi ilə) Ucar, Ağdaş və Kürdəmir (3350-196-3348-3377) bölgəsindəki mağazalar da diqqətə alınmaqla İddiaçı öz cavabdehliyində olan və vəkalətən cavabdehliyində olan aşağıdakı bölgə və mağazalardır. Bununla bağlı iclaslarda və mail-lərdə dəfələrlə məlumat verilmişdir. İddiaçı cavabdeh olduğu bölgə və mağazalar: Balakən-Zaqatala -Şəki-Qəbələ-İsmayıllı-Şamaxı- Göyçay-Ağsu 89- 3512 -3258 -3511 -3615 -3379 -3378 -3616 -3694 -3293-3401 -3402 - 232- 3349 -3622 -3391 -3460 -3455 -3341 -3572 -3207 -3268 -3304 -3342 -3272 -3621 - 3560 -3734 çalışan mağazalar. Açlışı planlanan N:3768 İddiaçı vəkalətən 16 aydır rəhbərlik etdiyi bölgə və mağazalar: Qobustan qəsəbəsi, Sahil qəsəbəsi, Ələt qəsəbəsi, Quba rayonu, Qusar rayonu, Ucar rayonu, Siyəzən rayonu. Mağazalar: 3120-3475-3400- 3235-3685-3121-3502-3434-3365-3326-3354-3432-3366-3588. X12 Əhmədovun elktron poçt ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, bir sıra mağazaların üzərindəki bütün səlahiyyətlərin dəyişikliklərlə əlaqədar bugündən etibarən İddiaçı alınmasını xahiş olunmuşdur. X9 Nəsibovanın, Gündüz Əliyevin, Ruslan Babaşovun elektron poçt ünvanına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, vəkalətən Hr.Elnur bəyin tabeliyində olan mağazalar bu gündən etibarən Sn.Çətin bəyə təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1780 B saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş mülki işin 189-191-ci vərəqələrində olan Al Market MMC ilə İddiaçı adına bağlanmış olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 1-ci, 2-ci vərəqələrinin aşağı tərəfindəki və 2-ci vərəqin arxa tərəfində işçi qrafasındakı imzalar, 198-ci vərəqində olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavənin işçi qrafasındakı imza, 204-cü vərəqində olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədə işçi qrafasındakı imza, 210-cu vərəqində olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavədə işçi qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8920 saylı rəyindən müəyyən olunur ki, hazırkı ekspertiza üzrə hesablama aparılması üçün ilk növbədə tərəflər arasında bağlanmış və imzalanmış əmək müqaviləsi və ona əlavələrin olması zəruridir. Belə ki, əmək haqqı məbləği, məzuniyyət günləri, əlavələrlə bağlı müddəalar və digər müdəalar, şərtlər, hüquqlar və vəzifələr əmək müqaviləsi və ona əlavələrlə tənzimlənir. Bundan başqa qeyd edilir ki, iş materiallarında əmək haqqı ştat cədvəlləri, əmək haqqı ödəniş cədvəlləri, ezamiyyə vərəqələri və s. öz əksini tapmamışdır. Bu səbəbdən hazırkı məhkəmə mühasibat ekspertizası qarşısında qoyulan suallar üzrə tam, ərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6740 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən hazırkı məhkəmə mühasibat ekspertizası qarşısında qoyulan suallardakı əvəzçiliklə bağlı hissə üzrə tam, hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır. Lakin qeyd edilir ki, iş materiallarında qeyri-iş günləri ilə üst-üstə düşən ezamiyyə günləri və əlavə iş saataları barədə cədvəllər, məlumatları və s. sənədlər öz əksini tapmışdır. Həmin sənədlər nəzərə alındıqda aşağıdakılar müəyyən olunur. Qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər. Həmin Məcəllənin 165-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. 3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Tədqiqatla iş materiallarında qeyri-iş günləri ilə üst-üstə düşən ezamiyyə günləri və əlavə iş saataları barədə cədvəllər, məlumatlar və yuxarıda göstərilən Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla işçi İddiaçı iş saatlarının hesabının, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün işəgötürən Al Market MMC tərəfindən düzgün aparılmaması və qeyri-iş günlərinə görə əmək haqqının hesablanmaması müəyyən olunur. Belə ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, işçi artıq iş saatlarında və qeyri-iş günlərində işləmişdir. Yəni iddiaçının iddia ərizəsində qeyd edilən artıq iş saatları və qeyri-iş günləri üzrə göstərdikləri barəsində hazırkı tədqiqatla fərqlilik müəyyən olunmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən Al Market MMC-nin pərakəndə satış departamentinə bölgə müdiri vəzifəsinə işə qəbul edilmiş, Al Market MMC-nin İddiaçı adına tərtib etdiyi xx.xx.2018-ci il tarixli əmək müqaviləsi, daha sonra iddiaçının ərizəsi əsasında keçirildiyi digər vəzifələrə dair əmək müqaviləsinə edilən xx.xx.2019-cu il tarixli əlavə, xx.xx.2019-cu il tarixli əlavə və xx.xx.2020-ci il tarixli əlavə iddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, əmək müqaviləsi və əmək müqaviləsinə edilən əlavələr vaxtında elektron informasiya sisteminə daxil edilmiş, hər dəfə əmək müqaviləsinə edilən dəyişikliklərdə iddiaçının əmək haqqı artırılmış, əmək funksiyaları qeyd edilmiş, iddiaçının son iş yeri aylıq əmək haqqı 2430,17 manat olmaqla Al Market MMC-də şöbə müdiri vəzifəsidir. Məhkəmə qeyd edir ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. İddiaçı işə götürən tərəfindən əvəzçilik üzrə işə cəlb edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı işəgötürən tərəfindən iş vaxtından artıq işlərə cəlb edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə işəgötürənin əmri, sərəncamı, qərarı olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işçinin əvəzçilik qaydasında işə cəlb edilməsi üçün elktron poçt ünvanı üzrə yazışmalar, aktlar deyil, işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmalı olduğundan, iddiaçının iş vaxtından sonra iş yerində olması onun öz funksiyalarını icra etməsi, işəgötürən tərəfindən iş günü vaxtından artıq müddət ərzində işə cəlb edilməsi kimi qiymətləndirilməsi üçün əsas olmadığından iddiaçının əvəzçilik üzrə 16 aylıq əmək fəaliyyəti üçün 37109,1 manat, əlavə iş saatları üçün 5456 manat tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə iddiaçının qeyri-iş günlərində ezamiyyətdə olmaqla 16 gün işə cəlb edildiyi üçün 2515,9 manat tələbi ilə bağlı qeyd edir ki, cavabdeh bu tələbi qismən qəbul etməklə 31 may 2020 - bazar günü, 20 iyun 2020 - şənbə günü, 24 oktyabr 2020 - şənbə günü, 16 yanvar 2021 - şənbə günü, 06 fevral 2021 - şənbə günü, 13 fevral 2021 - şənbə günü, 13 mart 2021 - şənbə günü, 14 mart 2021 - bazar günü olmaqla 8 gün üçün ezamiyyə xərcini iddiaçıya ödəmədiyini etiraf etməklə tələbi bu hissədə qəbul etdiyindən iddia tələbi ezamiyyə xərclərinə dair bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının 31 avqust 2019 - şənbə günü, 01 sentyabr 2019 - bazar günü, 09 noyabr 2019 - şənbə günü, 02 yanvar 2020 - qeyri-iş günü (yeni il), 03 yanvar 2020 qeyri-iş günü (yeni il), 18 yanvar 2020 - şənbə günü, 19 yanvar 2020 - bazar günü, 20 yanvar 2020 - ümumxalq hüzn günü ilə bağlı ezamiyyə haqqının tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu tələb üzrə iddia müddətini ötürdüyündən, cavabdeh isə iddia müddətinin təbiqi barədə ərizəsini məhkəməyə təqdim etdiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1.-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6740 saylı rəyinə münasibət bildirib məhkəmə qeyd edir ki, ekspert apardığı tədqiqat zamanı iddiaçının hesablamaları ilə özünün hesablamaları arasında fərqlilik müəyyən etmədiyini qeyd etsə də, tərtib etdiyi rəyində mülki işdə olan sənədləri sadalamaqla kifayətlənərək hər hansı bir hesablama aparmadığından, məhkəmə aparaşdırması zamanı iddiaçının işəgötürən tərəfindən əvəzçilik və iş vaxtlarından artıq işlərə cəlb edilmədiyi öz təsdiqini tapmadığından məhkəmə bu rəyi mötəbər sübut olaraq qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı 31 may 2020-ci il tarixinə, 20 iyun 2020-ci il tarixinə, 24 oktyabr 2020-ci il tarixinə, 16 yanvar 2021-ci il tarixinə, 06 fevral 2021-ci il tarixinə, 13 fevral 2021-ci il tarixinə, 13 mart 2021-ci il tarixinə və 14 mart 2021-ci il tarixinə görə ezamiyyə xərclərini hesablayaraq ödəmək vəzifəsi Al Market MMC-yə həvalə edilsin. Al Market MMC-dən dövlət rüsumuna görə 100 manat, ekspertiza tədqiqatının dəyərinə görə 420 manat olmaqla cəmi 520 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova