Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7645/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi doğum akt qeydinin bərpa edilərək xx.xx.1948-ci ildə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmasının, atasının X4, anasının X5 olması faktlarının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi doğum akt qeydinin bərpa edilərək xx.xx.1948-ci ildə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmasının, atasının X4, anasının X5 olması faktlarının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1948-ci il tarixdə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmuşdur. X1, anası X2r. 1966-cı ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişlər. O, 04.02.2014-cü ildə X15 ilə ailə qurmuşdur. Onun doğum haqqında şəhadətnaməsi mövcud olmuş, lakin sonradan itmişdir. Doğum akt qeydi Ermənistanda tərtib olunduğundan o, Maraqlı şəxsnə müraciət etmiş, lakin ona ərizəsinin təmin edilməsinin qeyri-mümkün olması bildirilib, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum akt qeydinin bərpa edilməsi ona sənədləşmə işlərinin aparılması üçün tələb olunur. Ona görə də onun doğum akt qeydinin bərpa edilərək xx.xx.1948-ci ildə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmasının, atasının X4, anasının X5 olması faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının AZ seriyalı ********saylı 28.03.2014-cü il tarixli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistanın Vedi rayonunda anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 909887 saylı 04.02.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X15 04.02.2014-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 78 saylı akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayon qəsəbə sovetliyi tərəfindən verilmiş İİİ-JQ 324914 saylı 28.02.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 29.11.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X10r. Bakı şəhəri Binəqədi rayon qəsəbə sovetliyi tərəfindən verilmiş V-JQ 310343 saylı 09.08.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 04.08.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X10r. Bakı şəhəri Binəqədi rayon qəsəbə sovetliyi tərəfindən verilmiş V-JQ 498949 saylı 16.11.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 10.05.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X10r. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş X-JQ 397415 saylı 21.05.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 08.05.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X10r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qaydaların 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qaydaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, atası Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmuşdur. Onun ata babası X4, ata anası X3r. 1966-cı ildə atası Ərizəçi Ermənistandan Bakı şəhərinə gəlmişdir. O, atasına məxsus Ermənistanda verilən doğum haqqında şəhadətnaməni görmüşdür. Lakin sonradan həmin sənəd itdiyindən atası Maraqlı şəxsnə müraciət etmiş, lakin ona ərizəsinin təmin edilməsinin qeyri-mümkün olması bildirilmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, atası Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olmuşdur. Onun ata babası X4, ata anası X2r. 1966-cı ildə atası Ərizəçi Ermənistandan Bakı şəhərinə gəlmişdir. Atasına məxsus Ermənistanda verilən doğum haqqında şəhadətnamə itdiyindən atası Maraqlı şəxsnə müraciət etmiş, lakin ona ərizəsinin təmin edilməsinin qeyri-mümkün olması bildirilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 08.09.2021-ci il tarixli 05/q-1887/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi tərəfindən doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizəsinin təmin edilməsinin mümkün olmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi bildirilərək məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində anadan olması, doğum akt qeydinin Ermənistanda aparılması, atasının X4, anasının X5 olması, ərizəçinin özünə məxsus doğum haqqında şəhadətnaməsinin itirməsi səbəbindən təkrar şəhadətnamə ala bilməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistanın Vedi rayonunun Kiçik Vedi kəndində doğulması faktının qeyd edilməsi, atasının X4, anasının X5 olması faktları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-7645/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7645/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver