Məhkəmə qərarları › İş №2(001)-7676/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7676/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7676/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, ünvan 1 24.01.2012-ci il tarixdən qardaşı İddiaçı xüsusi mülkiyyətindədir. Qardaşı həmin mənzili 20.12.2011-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 almışdır. Bu yaxında qardaşına məlum olmuşdur ki, mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri hələ də 2012-ci ildən qardaşının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Halbuki onların qeyd olunan mənzillə 10 ilə yaxındır ki, heç bir əlaqələri yoxdur. Hal-hazırda həmin şəxslərin qardaşına məxsus mənzildə qeydiyyatda qalması qardaşının mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 dekabr 2011-ci il tarixli, 455/11 saylı Alqı-satqı və İpoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı Cavabdeh3 arasında bağlanmış, müqaviləyə əsasən, satıcı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı mülkiyyətinə vermiş və müqavilənin 2.2.4-cü bəndinə görə, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətində həmin mənzildən mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilə 22.12.2011-ci il tarixdə notariat qaydasında təsdiq edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 24.01.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7, Cavabdeh8 və yetkinlik yaşına çatmayan X6 və X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Elektron Məhkəmə sistemindən çıxarışlardan görünür ki, digər cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh3 ailə üzvləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7, Cavabdeh8 və yetkinlik yaşına çatmayan X6 və X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh7, Cavabdeh8 və yetkinlik yaşına çatmayan X6 və X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar