Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7703/2025 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, anası X8 xx.xx.1935-ci il tarixdə Ağdam rayonunda anadan olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə xx.xx.2002-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən ona təqdim edilmişdir. Mərhum anası vəfat etdiyi üçün mənzilin onun adına keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı vərəsəlik haqqında şəhadətnamə almaq üçün “ASAN xidmət” mərkəzinə müraciət etmiş, vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədlərin siyahısı ona təqdim olunmuş, lakin həmin siyahıda tələb olunan mərhum anasının doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Buna görə də, o, həmin sənədi yenidən almaq üçün Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etmiş və sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina edilmişdir. Qeyd edilənlərə əsasən o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, X3 xx.xx.1935-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olması, atasının X14, anasının X9 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və doğum akt qeydinin bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X8”, təvəllüd qrafasında “xx.xx.1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndi”, ata qrafasında “X14”, ana qrafasında “X9” yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-62-960/25 №-li məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə əsizəsini təmin etmək mümkün olmamışdır. Bildirilmişdir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-M-1998-6-2084/2025 saylı məktubdan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1934-cü ilə dair Ağdam rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X3 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-M-1751-6-1813/2025 saylı məktubdan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1934-cü ilə dair Bakı şəhəri Voroşilov (Səbail), Stalin (Səbail) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında, 1935-1948-ci illərə dair Səbail rayonu üzrə doğum-bərpa kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 54 nömrəli məktubdan görünür ki, Ağdam rayonu üzrə 1934-cü ilə aid olan doğum haqqında akt qeydiyyat kitabları filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də, X1 doğum haqqında akt qeydini təsdiq edən hər hansı bir məlumatı vermək mümkün olmamışdır. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 321487 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X2, anası isə X4r. İş materiallarında olan Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-4609/2025 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən X2 ilə X8 arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanmış və 603 nömrəli akt qeydi tərtib edilmişdir. Tərəflər arasında bağlanmış nikaha M.N.İsbəndiyar oğlunun xx.xx.2017-ci il tarixdə və M.Z.Rza qızının xx.xx.2008-ci il tarixdə vəfat etmələri səbəbindən xitam verilmişdir. İş materiallarında olan Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 535700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 oktyabr 1949-cu il tarixdə Ağdam şəhərində anadan olmuşdur, atası X14, anası isə X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ərizəçinin xalası olmaqla yanaşı, ailədə səkkiz uşaq olduqlarını bildirərək, bacısı X3 12 dekabr 1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ərizəçinin dayısı olmaqla yanaşı, bacısı X3 12 dekabr 1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulması və bu barədə müvafiq qeydin aparılması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi anası X3 12 dekabr 1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X3 12 dekabr 1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, həmin akt qeydində X3 “doğum tarixi” qrafasında “xx.xx.1935-ci il”, “ata adı” qrafasında “X14”, “ana adı” qrafasında “X9” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 12 dekabr 1935-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. X3 doğum haqqında şəhadətnaməsində “doğum tarixi” qrafasında “xx.xx.1935-ci il”, “ata adı” qrafasında “X14”, “ana adı” qrafasında “X9” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7703/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7703/2025
26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver