Məhkəmə qərarları › İş №2(001)-7767/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7767/2021

28.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7767/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin əməkdaşları olmuşlar. Hər biri müxtəlif vaxtlardan uzun illərdir bu təşkilatın işçiləri kimi əmək fəaliyyətini həyata keçirmişlər. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 28.09.2020-ci il tarixli qismən səfərbərlik haqqında Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək peşəkar sürücü olaraq müvafiq hərbi hissəyə ezam edilmişlər. Hərbi əməliyyatlar zamanı üzərlərinə düşən borcu vicdanla və fəallıqla yerinə yetirmişlər, verilmiş əmrləri icra etmişlər. Hamıya məlum olduğu kimi, müharibədə intensiv və fasiləsiz hərbi əməliyyatlar getdiyindən iddiaçıların da fəaliyyəti qısa istirahət saatları istisna olmaqla fasiləsiz olub. Hərbi əməliyyatlar bitdikdən sonra yenidən əvvəlki iş yerinə qayıtmışlar və işlərini görməyə davam etmişlər. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə onlara verilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün rəhbərlik qarşısında müvafiq məsələ qaldırmışlar. Müraciətlərinə lazımi diqqət yetirilmədiyi və məsələ həll edilmədiyi üçün müvafiq qurumlara, o cümlədən X27 və Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizələri ilə müraciət etmişlər. Məhz bu müraciətlərdən sonra nəzərdə tutulan ezamiyyə xərcləri qismən ödənildi, bununla belə yuxarı orqanlara müraciət etdikləri üçün iş yerində rəhbərlik tərəfindən şifahi təzyiqlərə və hədələrə məruz qalmağa başladılar. 01 iyun 2021-ci il tarixdə iddiaçıların mobil telefonlarına SMS göndərildi və mesajın məzmunu ondan ibarət idi ki, iddiaçıların ştatı ixtisara düşüb. Eyni məzmunlu məktublar poçt vasitəsilə də iyun ayı ərzində iddiaçılara çatmışdır. İddiaçılardan bəziləri artıq mayın sonlarından, bəziləri isə iyun ayının əvvəlindən iş yerinə tam buraxılmırdılar, ümumi iş sahələrinə daxil ola bilsələr də, qaraja girişi ya tam qadağan etdilər ya da məhdudlaşdırdılar. 2021-ci ilin iyul ayında iddiaçıların ünvanına məktub göndərildi ki, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. İddiaçıların işdən kənarlaşdırılmasına səbəb olna hallar onlara nə elan edilib, nə də izah olunub. İxtisarla bağlı və ya yenidən qiymətləndirilmə ilə bağlı iş yerində heç bir məlumat və ya xəbərdarlıq olmayıb. Hazırda həmin iş yerində əvvəldən işləyən əməkdaşlar fəaliyyətini davam etdirməkdədir və heç kimin attestasiyası təşkil olunmayıb. Eyni zamanda yaşla və ya başqa səbəblə əalqədar ixtisara düşmə ehtimalı olan əməkdaşların heç biri işdən kənarlaşdırılmayıb. İddiaçıların işdən kənarlaşdırılmaqlarına səbəb iş yerində işə götürəndən öz haqlarının tələb edilməsi ilə bağlıdır. 12.10.2021-ci il tarixdə iddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə daxil olmuş və onlar cavabdeh tərəfindən onlara ödənilməmiş - İddiaçı1 – 6933 manat, İddiaçı3 – 5568 manat, İddiaçı2 – 5100 manat, İddiaçı4 – 6933 manat və İddiaçı5 – 2916 manat ödənilməmiş ezamiyyə xərclərinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında məhkəməyə bildirdi ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində 2005-ci ildən işləyirdi. İşə qəbul edilən zaman idarə 7 saylı İDYM-si adlanırdı. X23 başladıqdan sonra, 2020-ci ilin oktyabr ayından etibarən qismən səfərbərliyə cəlb edilərək, peşəkar sürücü olaraq müvafiq hərbi hissəyə ezam edilmiş və N ay müddətində cəbhə bölgəsində işləmişdir. Bununla belə müharibə ilə əlaqədar ezamiyyətdə olduğu dövrdə ona ödənilməsi nəzərdə tutlan vəsait verilmədiyi üçün digər sürücülər ilə birlikdə rəhbərlik qarşısında müvafiq məsələ qaldırdılar. Lakin müraciətlərinə diqqət yetirilmədiyi üçün müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikasının Prezidentinə, X20 şikayət ərizəsi ilə müraciət etdilər. Bu müraciətlərdən sonra ödənilməli olan ezamiyyə xərcləri qismən - 3029 manat hissədə ödənildi. Onlar haqqları olan ezamiyyə xərclərini tələb etdikdən sonra artıq işlədikləri idarədə onlara qarşı davranış tam dəyişmişdir. Onu işləmək üçün Cəlilabad rayonuna göndərdilər və aylıq əmək haqqının 665 manat olacağını bildirdilər. Lakin Cəlilabad rayonuna getdikdən sonra ona məlum oldu ki, aylıq əmək haqqı 320 manat təşkil edir, eyni zamanda orada qalmaq, yemək xərcini, yanacaq pulunu müəssisə qarşılamır. 1 iyun 2021-ci il tarixdə telefonuna işlədiyi ştatın ixtisara düşdüyü və əmək müqaviləsinə xitam verildiyi barədə mesaj gəldi. Həmin vaxtdan faktiki olaraq iş yerimə buraxılmırdı. O, 12 il Lənkəranda işləyib və Cəlilabad rayonunda işləməyinə heç bir etirazı olmayıb. Sadəcə Lənkəran rayonunda işlədiyi zaman onun əmək haqqı 600 manat civarında idi və müəssisə tərəfindən orada qalmaq xərci, yemək xərci qarşılanırdı. Lakın Cəlilabad rayonunda aylıq əmək haqqı 320 manat təşkil edir, eyni zamanda orada qalmaq, yemək xərci, yanacaq xərcinin heç birini müəssisə qarşılamırdı. Belə olan halda onun orada gedib işləməyi mümkünsüz idi. Həmin müəssisədə ona bildirilmişdir ki, onun sürdüyü maşın artıq bu idarənin balansına verilib və belə olan halda ona hər hansı əlavə ödənişlərin verilməsi üçün hüquqi əsas yoxdur. Bu barədə o, idarədə öz iradını bildirəndə idarə rəhbərliyi onu ehtiyat sürücü qismində işə götürəcəyini bildirdi və o da buna etiraz etmədi, sonradan ona bununla bağlı heç bir məlumat verilmədi, deyilənlər söz olaraq qaldı. Dəqiq məlumatı var ki, onlar ixtisar olunandan sonra idarəyə ixtisar olunmuş sürücülərin bəziləri yenidən işə qəbul edilmiş, lakin onlara qarşı qərəzli münasibət olduğu üçün, onlardan heç biri heç idarənin qarsından içəri buraxılmadılar. Müharibədən müxtəlif fəxri fərmanlarla qayıdan işçilərinə idarə tərəfindən bu cür münasibətin heç bir məntiqi izahı yoxdur. Azyaşlı oğlu belə ondan soruşur ki, “Ata, müharibədə neynəmisən ki, səni işdən çıxarıblar?”. Uşağın bu sualına cavab verməkdə cərasizdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında məhkəməyə bildirdi ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində 2008-ci ildən işləyirdi. İşə qəbul edilən zaman idarə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. 2020-ci ilin sentyabr ayında X23 başladıqdan sonra, müvafiq hərbi hissəyə ezam edilən işçilər sırasında olmuşdur. O və onun kimi bir sıra işçilər müharibə ilə əlaqədar ezamiyyətdə olduqları dövrdə ödənilməsi nəzərdə tutulan vəsait verilmədiyi üçün müvafiq qurumlara etdikləri şikayətlərə görə qərəzli şəkildə işdən azad edildilər. Müəssisənin məsul şəxsləri tərəfindən ona bildirilmişdir ki, ərizəni geri götürdüyü təqdirdə onu işə bərpa edəcəklər. Müharibədən qayıtdıqdan sonra Məzahir Mahmudov ona bildirdi ki, get maşınını təmir etdir və 2 ay özün üçün işlə. O, maşına 5700 manat xərc qoydu. Lakin maşını təmir etdirdikdən 1 həftə sonra maşını ondan aldırar və onu işə buraxmadılar. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında məhkəməyə bildirdi ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində 2010-cu ildən işləyirdi. İşə qəbul edilən zaman idarə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. O da 2020-ci ilin sentyabr ayında X23 başladıqdan sonra, müvafiq hərbi hissəyə peşəkar sürücü olaraq ezam edilən işçilər sırasında olmuşdur. Müharibə ilə əlaqədar ezamiyyətdə olduğu dövrdə ona ödənilməsi nəzərdə tutlan vəsait verilmədiyi üçün digər sürücülərlə birlikdə şikayət ərizəsi hazırlayaraq müvafiq qurumlara ünvanladılar. Bundan sonra ezamiyyə xərcləri qismən ödənilmiş, lakin onlara qarşı idarədə münasibət kəskin şəkildə dəyişmişdir. Maraqlı tərəfi isə odur ki, ehtiyatda olan sürücülər deyil, məhz müharibədə iştirak edən və eyni zamanda şikayət ərizələrini imzalayan sürücüləri ixstisar etdilər. Müharibədən qayıtdıqdan sonra o, İsmayıllı rayonuna işləməyə göndərildi. Buna da etirazı yox idi. Lakın İsmayıllı rayonunda aylıq əmək haqqı 300 manat civarında idi. Eyni zamanda həmin idarənin rəhbərliyi tərəfindən ona bildirildi ki, maşın artıq həmin idarənin balansında olduğuna görə, ona hər hansı əlavə hərc ödənilməyəcək. Yemək və qalmaq xərclərini özü qarşılamalıdır. Son aylar ərzində "xxxx" MMC -nin balansından çox az sayda texnika çıxarılaraq başqa şəhər və rayonlarda yerləşən idarələrə verilib. Əgər bu hal kütləvi olsaydı o zaman avtomobillərin və texnikaların qeydiyyat nömrə nişanları və texniki pasportları da dəyişməli idi, lakin hazırda da "xxxx" MMC-yə məxsus olan və faktiki işlərə cəlb edilən çoxsaylı avtomobil və texnikalar mövcuddur. Digər tərəfdən avtomobilləri başqa şəhər və rayonlarda yerləşən idarələrə verilən xeyli sayda işçi "xxxx" MMC-də işləməkdə davam edir. Məsələn, Əsgərov Həqiqət, Gümrah və Atif qardaşları. **-JM-*** nömrəli maşının sürücüsü olmuş Vüsal adlı şəxsin maşını başqa bir idarənin balansına keçirilsə də, onun özü "xxxx" MMC-də işləməkdə davam edir. **-İM-*** nömrəli maşının sürücüsü Sahib adlı şəxs avtomobili başqa idarəyə verilsə də, "xxxx" MMC-yə başqa vəzifəyə işə götürülüb. 2019-cu ildə avtomobilləri ilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsinə köçürülmüş iki sürücü - X12 və X31 yenidən "xxxx" MMC-yə işə qaytarılmışdır. Yuxarıda adları çəkilmiş şəxslərdən heç biri iddiaçılardan fərqli olaraq 44 günlük X10 iştirak etməmişdir. İddiaçıların idarə etdikləri maşınlara ehtiyacın azalmasına gəldikdə isə qeyd olunmalıdır ki, hazırda böyük Zəfər nəticəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında həm yerli, həm də Türkiyə şirkətləri məhz iddiaçıların idarə etdikləri avtomobilləri istifadə edirlər. Belə ki, dağlıq və dar gediş-gəlişi olan ərazilərdə böyük tonnajlı avtomobillərdən istifadə etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı4 izahatında məhkəməyə bildirdi ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində 2005-ci ildən işləyirdi. İşə qəbul edilən zaman idarə 7 saylı İDYM-si adlanırdı. O da 2020-ci ilin sentyabr ayında X23 başladıqdan sonra cəbhə bölgəsinə ezam edilən işçilər sırasında olmuşdur. Müharibədən qayıtdıqdan sonra müharibədə olduğu dövrdə ona ödənilməsi nəzərdə tutulan ezamiyyə xərcləri ödənilmədiyi üçün digər sürücülərlə birlikdə şikayət ərizəsi hazırlayaraq müvafiq qurumlara ünvanladılar. Məhz bu şikayətlərdən sonra qərəzli şəkildə 2021-ci ilin may ayında işə buraxılmayaraq, vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar işdən azad edilmişdir. Müharibədən qayıtdıqdan sonra 2021-ci ilin 19 may tarixində işləməyə İmişli rayonuna göndərilmiş, buna da heç bir etirazı yox idi. Ona görə ki, əvvəllər də evindən uzaq olan müxtəlif rayonlarda işləmişdir. Lakin bu dəfə tam fərqli şərtlərlə üz-üzə qaldı. Belə ki, getdiyi idarədə ona bildirildi ki, nə qalmaq, nə yemək, nə də ki, yanacaq xərcləri qarşılanmayacaq, işə 6-da gəlib 9-da çıxacaq. Təbii ki, belə şəraitdə işləmək qeyrimümkün idi. Bu müəssisənin onların işdən könüllü çıxmaları üçün qurduğu bir oyun idi. Məhkəmə iclasında iştirak edən İddiaçı5 izahatında məhkəməyə bildirdi ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində 2011-ci ildən işləyirdi. İşə qəbul edilən zaman idarə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. O da 2020-ci ilin sentyabr ayında X23 başladıqdan sonra cəbhə bölgəsinə ezam edilən işçilər sırasında olmuşdur. Onun öhdəsində iki xəstə uşağı, anası var və ailədə ondan başqa qazanc əldə edən ikinci bir şəxs yoxdur, lakin bununla belə işğal altında olan torpaqların azad edilməsi uğrunda mübarizəyə heçnəyi düşünmədən qatılmlş və hətta Fəxri Fərmanla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra müharibədə olduğu dövrdə ona ödənilməsi nəzərdə tutulan ezamiyyət xərcləri ödənilmədiyi üçün o da digər sürücülər kimi şikayət ərizəsini imzaladı və şikayəti müvafiq orqanlara ünvanlamışlar. Şikayət ərizələri aidiyyəti qurumlara göndərildikdən sonra ona 2661 manat ezamiyyə xərci ödənilmişdir. Müharibədən qayıtdıqdan sonra 2021-ci ilin may ayında Qax rayonuna işləməyə göndərilmişdir. Evindən çox uzaq olsa da, buna heç bir etirazı yox idi. Belə ki, əvvəllər bütün işlədiyi yerlərdə onun qalmaq və yemək xərcləri qarşılanırdı. Burada isə həm əmək haqqı daha az – cəmi 300 manat idi, eyni zamanda o, soruşanda ki, burada harda yaşayacaq, ona bildirildi ki, 300 manata kirayə ev tutub qala bilər. Təbii ki, belə şəraitdə işləmək mümkün deyildi və o, başa düşdü ki, bu planlı şəkildə qurulmuş bir vəziyyətdir və onu könüllü şəkildə işdən çıxmağa vadar edirlər. 01 iyun 2021ci il tarixindən işlədiyi ştatın ixtisara düşdüyü və əmək müqaviləsinə xitam verildiyi barədə sms vasitəsilə məlumatlandırılmışdım. Həmin vaxtdan faktiki olaraq iş yerinə buraxılmırdı. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, "xxxx" MMC-nin tərkibində əvvəllər 187 maşın olub. 2019-cu ildən müəssisənin ləğv olunma məsələsi meydana çıxmış və həmin dövrdən nəinki müssisəyə yeni maşınlar verilmiş, hətta müəssisənin balansında olan maşınlar belə müəssisədən alınır. X23 başlayanda ölkədə qismən səfərbərlik elan edilmiş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi, Beyləqan və Gəncə şəhər idarələri plana uyğun olaraq hərbi-nəqliyyat vasitələrindən istifadə üçün müraciət etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 ədəd avtonəqliyyat vasitəsi sürücüləri ilə birlikdə cəbhə bölgəsinə göndərilmişdir. Hazırkı iş üzrə iddiaçılar da həmin sürücülər sırasında idi. Onlar hamısı müharibəyə könüllü getmiş, onları heç kim buna məcbur etməmişdir. İlkin olaraq həmin sürücülərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli, 14 saylı qərarına əsasən ezamiyyə xərci olaraq gündəlik 15 manat ödənilməsi nəzərdə tutulmuş, lakin sürücülər gəlib deyəndən sonra ki, başqa idarələrdə bu məbləğin iki qatı verilir, "xxxx" MMC-nin 25.02.2021-ci il tarixli əmri ilə həmin məbləğ 39 manat olaraq müəyyən edilmişdir. Bu da idarə rəhbərliyinin sürücülərə münasibətdə humanistliyinin bariz nümunəsidir. Buna baxmayaraq bir sıra sürücülər İddiaçı3 tərəfindən aldadılaraq ərizənin ilk vərəqi, yəni məzmun hissəsi ilə tanış olmadan, iş yoldaşlarına inanaraq əməkdaşların adları olan vərəqə imza atmışlar. Halbuki, ərizənin nə barədə yazıldığından xəbərdar belə olmamışlar. 2021-ci ilin 19 may tarixində müəssisədən 50 maşın alınaraq digər yol istismar müəssisələrin balansına verilmişdir. Eyni zamanda həmin sərəncama əsasən avtomaşınlara təhkim olunmuş sürücülərin ştat vahidi müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilmiş və həmin sürücülərin işlə təmin olunmaları nəzərdə tutulmuşdur. Müəssisədə ştat sayı maşınların sayına bərabər olduğu üçün, hal-hazırda 98 maşın və 98 ştat var. Müəssisədə sürücülərin iş fəaliyyəti də sırf maşınlara bağlı olduğu üçün maşınlar olmadan sürücülərin işləməsi qeyri-mümkündür. Bütün sürücülərə maşınların göndərildiyi rayonlarda işləmək təklif olunmuş və hal-hazırda maşınları digər idarələrə verilmiş sürücülərdən 35 nəfər həmin idarələrdə işləməyə davam edir, 5 nəfər öz ərizələri ilə işdən çıxıb, 9 nəfər isə ştatların ixtisar olunması ilə əlaqədar işdən azad ediliblər. Avtomobillərin sayının azalması idarənin özünə də sərf eləmir. Yəni bütün bu baş verənlər "xxxx" MMCdən asılı olan səbəblərdən olmayıb. Hətta müəssisənin rəhbəri İddiaçı1 və digər nümunəvi sürücüləri işə geri götürməyə qərarlı idi. Belə ki, onların təcrübəsinə və iş bacarığına heç kim bir söz deyə bilməz. Lakin iddiaçılar müxtəlif qurumlara yazdıqları böhtan xarakterli ərizələrlə rəhbərliyi onlara doğru hər hansı addım atmaqdan çəkindirdilər. Müəssisənin rəhbəri İddiaçı1 demişdir ki, ayın 1-dən qayıt səni işə götürəcəm. Lakin elə həmin vaxt işçilərdən birinə Whatsapp vasitəsilə iddiaçıların yazdıqları ərizə göndərildi. Həmin adama da məqsədli şəkildə göndərilmişdir ki, rəhbərliyə məlumat çatsın. Təbii ki, həmin ərizədən müəssisə rəhbərliyi xəbər tutandan sonra kiminsə işə qayıtmasından söhbət gedə bilməzdi. Müharibə iştirakçılarına hamının böyük hörməti var. O, özü də X6 iştirakçısı olub və dörd dəfə yaralanıb. Amma bunu bu qədər də şişirtmək lazım deyil. Sürücülər həmişə arxa cəbhədə olublar, əllərinə avtomat almayıblar. Alınmış şəhərlərə həmin şəhərlər artıq boşaldıqdan sonra giriblər. Buna baxmayaraq indi müharibə iştirakçısı olmaqlarından suiistifadə etməyə cəhd edirlər. Avtomobillər rayonlar üzrə paylaşdırılanda o, özü şəxsən bütün sürücülərlə bir-bir görüşüb, onlara daha uyğun vəziyyəti təşkil etməyə çalışmışdır. İddiaçı3 da həmin müzakirəyə dəvət edəndə, bildirmişdir ki, “Feyzullayev kimdir, mən onun yanına gedim”. İşçi özü belə mövqe tutanda, ona kömək etmək mümkün olmur. İdarə tərəfindən sürücülərə həmişə mümkün olan yaxşı şərait yaradılıb. Hətta onlar müharibədən qayıdandan sonra rəhbərlik tərəfindən onlara dörd ay vaxt verilmişdir ki, istirahət etsinlər və imkan verilmişdir ki, həmin müddət ərzində özlərində olan maşınlardan özləri üçün istifadə edə bilsinlər. Buna baxmayaraq bir neçə sürücü qalanlarını aldadaraq ölkədə şikayət yazmadıqları ünvan qoymayıblar. Sürücülərin əksəriyyəti sonradan idarəyə gələrək yazılı izahatlarını vermişlər ki, imzaladıqları ərizənin məzmunundan xəbərləri olmayıb. Həmin şikayət ərizələri üzrə müraciət olunan bütün qurumlarda müvafiq araşdırmalar aparılmış və müəssisə tərəfindən hər hansı qanunsuzluğun yol verilməsi aşkar edilməmişdir. Müəssisədə hal-hazırda ehtiyat sürücülər var. Ehtiyat sürücülərə zərurət yarandı və "xxxx" MMC bu zaman ixtisara düşən bir neçə nəfəri ehtiyatda olan sürücü kimi təzədən işə götürdü. Buna görə müəssisə heç kimə izahat vermək məcburiyyətində deyilir. İşəgötürən olaraq bu səlahiyyət müəssisəyə aiddir. İddiaçılar da müraciət etsə idilər, onları da ehtiyat sürücü kimi işə götürmək olardı. Lakin onlar müəssisənin rəhbərliyinə müraciət etməmiş, şikayət etmək yolunu seçmişdirlər. Sərəncama əsasən 50 maşın müəssisədən alınıb başqa müəssisələrə verilən zaman sürücülərə təklif onundu ki, maşınları ilə birlikdə gedib həmin rayonlarda işləsinlər. Sürücülərin getdikləri rayonda işləmək istəməmələrinə müəssisə cavabdeh ola bilməz. İşçilərin müəssisəyə buraxılmamasına qaldıqda isə, bunun ciddi səbəbləri var. Belə ki, 21.05.2021-ci il tarixdə avtomobilləri başqa müəssisələrin balansına verilmiş sürücülər müəssisəyə gəlib dava salmış, bu barədə polisə müraciət edilmiş və bundan sonra da həmin sürücülər – hazırkı iş üzrə iddiaçılar da daxil olmaqla, rəhbərliyin göstərişinə əsasən müəssisyə buraxılmırdılar. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının ödənilməsi barədə qərar qəbul edilərkən işçilərin razılığı alınmamışdır və buna qanunvericiliyin tələblərinə əsasən heç zərurət də yoxdur. Hal-hazırda iddiaçılar "xxxx" MMC-yə məhkəmə qətnaməsi ilə bərpa edilsələr də, qətnamənin icrası mümkünsüz olacaq. Belə ki, müəssisədə hal-hazırda vakant yerlər yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, "xxxx" MMC İddiaçı1 (2005-ci il) və İddiaçı4 (2005-ci il) işə qəbul edilən zaman “7 saylı İDYM-si”, İddiaçı3 (2010-cu il), İddiaçı2 (2008-ci il) və İddiaçı5 (2011-ci il) işə qəbul edilən zaman isə "xxxx" ASC-nin "xxxx" Müəssisəsi adlanırdı. 2020-ci ilin sentyabr ayında ölkədə X23 başlanan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən 44 ədəd avtonəqliyyat vasitəsi 63 nəfər sürücü ilə birlikdə cəbhə bölgəsinə göndərilmişdir. İddiaçılar İddiaçı1 (147 gün), İddiaçı3 (112 gün), İddiaçı2 (100 gün), İddiaçı4 (147 gün) və İddiaçı5 (44 gün) da həmin sürücülər sırasında olmuşlar. Müharibədən qayıtdıqdan sonra onlara 4 ay möhlət verilmişdir ki, dincəlsinlər, bərpa olunsunlar və müəssisə tərəfindən (cavabdehin nümayəndəsi bunları izahatında təsdiq etmişdir) sürücülərə imkan yaradılmışdır ki, həmin dörd ay ərzində onlarda olan nəqliyyat vasitələrini özləri üçün istifadə etsinlər. Sonradan sürücülərlə müəssisə arasında ezamiyyə xərclərinin məbləği ilə əlaqədar mübahisəli vəziyyət yaranmış və 05.04.2021-ci il tarixdə 42 nəfər sürücü tərəfindən imzalanmış şikayət ərizələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, ombudsman Səbinə xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş X28 və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sədri Saleh Məmmədova göndərilmişdir. Həmin ərizə 21.05.2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuş və hər iki tərəfin təsdiq etdiyinə görə, həmin tarixdən iddiaçılar işlədiyi idarəyə buraxılmamışlar. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, 18.05.2021-ci il tarixdə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən 16 fərqli nömrələrlə sərəncamlar qəbul edilmiş (məhkəməyə 22, 24 28, 29 və 30 nömrəli sərəncamların surətləri təqdim edilmiş) və həmin sərəncamlara əsasən, "xxxx" MMC-nin balansında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin vəsaiti hesabına alınmış bir sıra avtomobillər əvəzsiz olaraq digər yol istismarı müəssisələrinin balansına verilmişdir. 01.06.2021-ci il tarixdə yuxarıda qeyd olunan sərəncamlara istinad edilərək "xxxx" MMC tərəfindən iddiaçılara aşağıdakıl məzmunda xəbərdarlıq məktubları ünvanlanmışdır: “ ... Sizin ştatınız ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə əmək stajından asılı olaraq Sizə birdəfəlik müavinət ödənilməklə əmək müqavilənizə xitam verilə bilər”. Eyni zamanda həmin tarixdə iddiaçıların istifadəsində olan möbil nömrələrə aşağıdakı məzmunda messajlar göndərilmişdir: “ ... sərəncama əsasən Sizin idarə etdiyiniz avtomobil başqa yol idarəsinə verilmişdir. Sizin təcili İdarəyə gəlib işdən azad olunmağınız barədə ərizə ilə müraciət etməyiniz xahiş edilir”. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin X29 Komitəsinin 22 iyul 2021-ci il tarixli 09 nömrəli Protokolunda aşağıdakılar göstərilmişdir: “ ... iclasın sədri Mahmudov Məzahir çıxış edərək məlumat verdi ki, AAYDA İdarə Heyəti sədrinin 18.05.2021-ci il tarixli 22, 24, 25, 28, 29, 30 nömrəli sərəncamlarınına əsasən müəssisənin balansında olan 49 ədəd TATRA markalı avtomaşınları istehsalat zərurəti ilə əlaqədar olaraq birdəfəlik AAYDA-nın tabeliyində olan digər Yol İstismarı müəssisələrinin balansına verimişdir. Eyni zamanda həmin sərəncamlara əsasən avtomaşınlara təhkim olunmuş sürücülərin ştat vahidi müəssisədən alınaraq müvafiq qaydada avtomaşınların verilmiş olduğu müəssisələrə verilmiş və həmin sürücülərin işlə təmin olunmaları nəzərdə tutulmuşdur. ... 49 ədəd sürücüdən 35 nəfəri öz xahişləri ilə işdən azad olunmuş və onların öz istəyinə uyğun olaraq əksəriyəti təhkim olunduqları avtomaşınların verildiyi müəssisədə öz avtomaşınının idarə etməklə işlə təmin olunmuşdur. Lakin aşağıda adları qeyd olunan sürücülər (* İddiaçı1, X13, X15, X7, X26, İddiaçı5, X16, X17, İddiaçı4, İddiaçı2, İddiaçı3, X5) AAYDA rəhbərliyinin sərəncamına etiraz etmiş və avtomaşınların verilməsinə və ştat vahidlərinin azaldılmasına baxmayaraq, işdən azad olunmaları və müvafiq müəssisələrdə işlə təmin olunmaları üçün müraciət etməmişdir. Əmək Qanunları Məcəlləsinin (???) 77-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən 2 ay əvvəldən sürücülərə xəbərdarlıq edilmiş və 2 aylıq orta əmək haqqı məbləğində müavinətlə təmin edilmişdir. Müəssisənin baş mexaniki Əlizadə Nəsimi çıxış edərək bildirdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin 18 may tarixli sərəncamları ilə tanışdır. İstehsalat zərurəti ilə əlaqədar olaraq 49 ədəd avtomaşının agentliyin tabeliyində olan və müxtəlif rayonlarda yerləşən Yol İstismarı müəssilərinə verilmiş və həmin sürücülərin idarə etdikləri avtomaşınla müvafiq idarələrdə işlə təmin olunması sərəncamlarda nəzərə alınmışdir. Lakin yuxanda qeyd olunan 12 nəfər bu sərəncamlarla əlaqədar narazılıqlarını bildirərək müxtəlif dövlət orqanlarına müraciət göndərmişlər. Ştat vabidlərinin azaldılması və avtomaşınların balansdan çıxarılıb digər müəssisələrin balansına verilməsinə görə bu sürücülərin saxlanılması mümkün deyil. Ə.Q.M-nin (???) müvafiq maddələrinə əsasən həmin sürücülərlə əmək müqaviləsinə xitam verilməsi mümkündür. Müəssisənin baş iqtisadçısı Abdullayev Zaur çıxış edərək ştat vahidlərinin azaldılması ilə əlaqədar əmək haqqı fondunun da azaldığını və həmin sürücülərlə əmək müqaviləsinə xitam verilməsinin vacibliyini qeyd etdi. Belə kı, Ə.Q.M-nin (???) müvafiq maddələrinə əsasən həmin sürücülərə xəbərdarlıq edilməli və onlara 2 aylıq orta əməkhaqqı məbləğində müavinətin ödənilməsinin vacibliyini nəzərə çatdırdı. Müəssisənin kadrlar şöbəsinin rəisi Məmmədova Atət çıxış edərək AAYDA rəhbərliyinin 18 may 2021 -ci il tarixli sərəncamlarına əsasən 49 ədəd avtomaşın müxtəlif X25 balansına verilmiş və təhkim olunmuş sürücülərin müvafiq idarələrdə işlə təmin olunması nəzərdə tutulmuşdur. Əksər sürücülər təhkim olduqları avtomaşınla birlikdə halhazırda müxtəlif Yol istismarı müəssisələrində çalışırlar, lakin yuxarıda qeyd olunan 12 nəfər sürücü imtina edərək avtomaşınları təhvil vermiş, lakin əmək müqavilələrinə xitam verilməsi üçün müraciət etməmişlər. ... AAYDA-nın 18 may 2021-ci il tarixli sərəncamlarına əsasən balansdan çıxarırıb digər tabelikdə olan müəssisələrin balansına verilmiş avtomaşınların sürücülərinin həmin müəssisələrdə işlə təmin olunmasından imtina etdiklərinə və sərəncama əsasən ştat vahidlərinin azadılmasına əsasən həmin sürücülərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi mümkün hesab edilsin”. İş materiallarında olan "xxxx" X9 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlərin surətlərindən görünür ki, həmin əmrlərlə iddiaçıların idarə etdikləri avtomobil balansdan çıxarılıb başqa yol istismarı müəssisəsinin balansına verildiyi üçün 23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin sürücüləri vəzifəsindən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin "xxxx" MMC-nin direktoruna ünvanlanmış təşəkkür məktubudan görünür ki, N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən müəssisəyə İddiaçı4, İddiaçı1 və digər 11 sürücünün qorxmadan və çəkinmədən təminatı vaxtında çatdırılmasında böyük səy göstərdiklərinə görə və müəssisə tərəfindən sürücülərin zəhmətinin qiymətləndirilməsinə görə təşəkkür bildirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdiyi nümunəvi xidmətinə görə təltiv olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış Fəxri Fərmanlardan görünür ki, İddiaçı1 və İddiaçı4 Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması zamanı aparılan döyüş əməliyyatlarında sürücü kimi göstərdikləri nümunəvi xidmətlərinə görə təltif olunmuşlar. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri Elzamin Behbudov tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, İddiaçı5 “Vətən Müharibəsi” zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Eyni zamanda İddiaçı5 valideynlərinə də təşəkkür məktubu ünvanlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, 10.05.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək "xxxx" MMC-yə 10 nəfər ehtiyat sürücü qəbul edilmişdir. İş materiallarında olan və tərəflər arasında bağlanmış eyni tipli yarımçıq doldurulmuş əmək müqavilələrindən görünür ki, iddiaçıların əmək funksiyası “yüklərin vaxtında daşınması”ndan ibarətdir və onların müəssisədə saxlanılmasının hər hansı konkret avtomobilin mövcudluğu ilə şərtləndirilməsi həmin müqavilələrin məzmununda öz əksini tapmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 77-ci maddəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən isə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 14.07.2005-ci il tarixdən, İddiaçı3 01.07.2010-cu il tarixdən, İddiaçı2 07.02.2008-ci il tarixdən, İddiaçı4 19.07.2005-ci il tarixdən və İddiaçı5 14.09.2011-ci il tarixdən əmək müqavilələrinə xitam verilmiş müəssisə ilə əmək münasibətlərindədirlər. Yəni, yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçıların on ildən çox əmək stajı var və onlar əmək müqavilələri ləğv edilməmişdən azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməli idi. Yalnız onların razılığı ilə həmin müddət əməkhaqqının 2 misli ilə əvəz edilə bilərdi. 28.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə bildirdi ki, iddiaçıların qeyd olunan məsələyə dair razılığı alınmamış və buna heç zərurət də yox idi. İş materiallarından göründüyü kimi, iddiaçılara (hər iki tərəfin məhkəmə iclasında təsdiq etdiyi kimi, onlar 21.05.2021-ci il tarixdən müəssisəyə buraxılmadığı halda) 01.06.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, 23.07.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən əmək müqavilələrinə xitam verilməsi haqqında əmrlər qəbul edilmişdir. Həmin əmrlərdə əsas olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin 18.05.2021-ci il tarixli sərəncamlarına istinad edilmiş, halbuki həmin sərəncamlarda işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair hər hansı qeyd mövcud deyil. Sürücünün müəssisədə sırf yalnız konkret qeyd olunan avtomobili idarə edə bilməsi və həmin avtomobil müəssisənin balansında olmadığı halda işçinin mütləq qaydada həmin müəssisədən işdən çıxarılmalı olmasının hüquqi əsasları nə iddiaçılar tərəfindən, nə də ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapmır. Sürücülər 10 ildən artıq müddətdir ki, qeyd olunan müəssisədə işləmiş, onların təcrübəli sürücü olması cavabdehin nümayəndəsi tərəfindən də məhkəmə iclaslarında dəfələrlə səsləndirilmiş, onlara münasibətdə işlədikləri müddət ərzində işəgötürən tərəfindən hər hansı intizam tənbehinin tətbiq edilməsi iş materialları ilə təsdiq olunmur, əksinə onların X10 sürücü kimi göstərdikləri nümunəvi xidmətləri Fəxri Fərmanlarda qeyd olunub. Eyni zamanda müəssisədə ümumiyyətlə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmuş müvafiq sənədlər məhkəməyə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Cavabdeh müəssisədə işçilərin sayının ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçıların deyil, cavabdehin üzərinə düşür. "xxxx" MMC sübut etməli idi ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim edilmə idi. Lakin bunun əksi olaraq "xxxx" MMC tərəfindən məhkəməyə arayış təqdim olunmuşdur ki, 24.06.2021-ci il, 25.06.2021-ci il, 06.07.2021-ci il, 07.07.2021-ci il, 09.07.2021-ci il, 15.07.2021-ci il və 02.08.2021-ci il tarixlərdə müəssisəyə ehtiyat sürücü vəzifəsinə 10 nəfər sürücü qəbul edilmişdir. Belə olan halda iddiaçılarla bağlanmış əmək müqavilələrinə 23.07.2021-ci il tarixdə “işçilərin sayı və ya ştatları ixtisar edildiyi” əsası ilə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda iddiaçıların işdən azad olunarkən onların işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materiallarından görünür ki, iddiaçılar uzun illərdir həmin işdə çalışır, təcrübəli və nümunəvi sürücü olmaları cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş və məhkəmə gedişi zamanı iddiaçıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı dəlillər irəli sürülməmişdir. Qeyd olunan halların mövcudluğu müəssisədə ixtisarın həqiqətən aparılmasını şübhə altına almağa əsas verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Kiminsə hər hansı dövlət orqanına və ya vəzifəli şəxsə ərizə ilə müraciət etməsinə görə dolayı yolla cəzalandırılması qanuni və əsaslı hesab edilə bilməz. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə iclasında "xxxx" MMC-nin bir sıra sabiq və hazırkı işçisi şahid qismində dindirilmiş və müəyyən edilmişdir ki, müəssisə tərəfindən hüquqlarının pozulmasından narazı olan tək hazırkı iş üzrə iddiaçılar deyil. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçıların hüquqlarının pozulmasına şahiddir. O, özü də iddiaçılarla birlikdə X10 iştirak etmişdir. Eyni zamanda müharibədən sonra onlara ödənilməli olan ezamiyyə xərcləri ödənilmədiyi üçün şikayət ərizəsini imzalayan sürücülərdəndir. O, hal-hazırda da həmin müəssisədə sürücü vəzifəsində işləyir və hansı əsaslarla iddiaçılar ixtisar olunduqda işdə saxlanmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, müəssisədə iddiaçıların hüquqlarının pozulmasının şahid olmuş, eyni zamanda o da həmin hüquqları pozulan şəxslər sırasındadır. Müəssisənin özbaşınalıqları nəticəsində iddiaçılar, eyni zamanda onlar kimi o özü də işdən azad olunmuşdur. X23 başlayan zaman sürücüləri maşınları ilə birlikdə müharibəyə yola saldılar, əlbəttə ki, müharibədə iştirak etmək onların borcu idi. O, anası xəstə olduğu üçün dərman almaq üçün evə gedib, müəssisəyə geri qayıtdığı zaman, ona Məzahir Mahmudov “Vətən xaini” damğası vuraraq, guya o, müharibədə iştirak etmək istəmir deyə onu məcburən ərizə yazdıraraq işdən azad etmişdir. Həmçinin müəssisədə işləyən zaman onlara hər ay ağ boş kağızı imzaladırdılar. Eyni zamanda müəssisə rəhbərliyinin X10 iştirak etdikdən sonra haqqlarını tələb edən sürücülərin, məhz şikayət ərizələri yazdıqları üçün işdən azad edilmələrinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçılardan İddiaçı4 onun qardaşıdır. O, özü də iddiaçılarla birlikdə X10 iştirak etmişdir. Həmçinin ştatın ixtisara düşməsi ilə əlaqədar işdən azad olunan sürücülərdəndir. Qardaşı ona zəng edib bildirəndə ki, bir sıra sürücü müəssisədən müvafiq orqanlara şikayət etmək istəyir, ona dedi ki, şikayət etmək lazım deyil. Lakin bir qrup sürücü eyni zamanda qardaşı İddiaçı4 da daxil olmaqla şikayət ərizəsini hazırladılar. Hal-hazırda cavabdehin nümayəndəsi qismində çıxış edən Ehtiyat Feyzullayev onu çağırıb dedi ki, sən şikayət məsələsinə qarışma səni işə geri qaytaracam. Lakin, vədlərinə əməl etmədi. Növbəti dəfə müəssisəyə qayıdan zaman ona bildirildi ki, səni qardaşın Zaurun şikayətinə görə işdən çıxartdıq. Eyni zamanda müəssisə rəhbərliyi ona bildirdi ki, şikayət ərizəsi yazan şəxsləri onsuz burda işləməyə imkan verməyəcəyik. Beləliklə iddiaçılar, eyni zamanda onlar kimi digər sürücülər müəssisənin qanunsuz hərəkətləri nəticəsində işsiz qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçılar ilə X10 iştirak etmişdir. O, öz ərizəsinə əsasən işdən azad edilmişdir. Lakin bunu istəyərək etməmişdir. Belə ki, iddiaçılar kimi o da işləməyə başqa rayona göndərilmişdir. Bu zaman həmişə işlədikləri şərtlərdən fərqli olaraq heç bir xərclərini müəssisə qarşılamırdı. Bu hal özü də məqsədli olub. Belə ki, 300 manat maaşla yemək, qalmaq, və digər xərclərin qarşılanmadığı yerdə işləmək qeyri-mümkündür. O və digər sürücülər müharibədən sonra öz haqqlarını tələb etdikləri üçün onları məqsədyönlü şəkildə idarədən uzaqlaşdırdılar. Müəssisədə işləyən zaman hər ay gəlib ağ blankları imzalayıb gedirdilər. Həmin ağ kağızı imzalamadıqıarə təqdirdə onları ezam etmirdilər. Daha sonra həmin kağız müəssisə rəhbərliyi tərəfindən doldurulurdu. Eyni zamanda müəssisə rəhbərliyi tərəfindən icarəyə maşınların verilməsindən xəbərdar idi, lakin özü icarə haqqı verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o da iddiaçılar kimi həmin müəssisədə sürücü vəzifəsində işləmiş, və iki il əvvəl işdən azad edilmişdir. Səbəb kimi isə maşını işlədən zaman müəssisə rəhbərliyinə icarə haqqı ödəməməyi olmuşdur. Hər ay müəssisə rəhbərliyi sürücülərdən 1000 manat icarə haqqı tələb edirdi. Yəni bu müəssisə rəhbərliyiynin birinci qanunsuz hərəkəti deyil. İddiaçıları da öz haqqlarını tələb etdikləri üçün işdən azad edildiyi barədə məlumatı var. İddiaçılara qarşı törədilən qanunsuz hərəkət barəsində onu müəssisədə işləyən qohum sürücülər də məlumatlandırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, iddiaçılara qarşı olunan qanunsuz hərəkətlərin şahidi olmuşdur. O da müəssisədə 10 il sürücü işləmiş və eyni zamanda iddiaçılarla birlikdə X10 iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra onlara bildirildi ki, işlə təmin olunacaqlar. Bir sıra sürücünü aldatdılar ki, sizləri Zəfər yolunun salınmasında sürücü kimi işləməyə göndərəcəyik, maşınınızı təmir edin. O, işlətdiyi maşına 2000 manatdan artıq pul qoymuşdur. Lakin vədləri yalan oldu və ştatın ixtisara düşməsini əsas gətirərək onu və iddiaçıları işdən azad etdilər. Eyni zamanda bu müəssisənin ilk qanunsuz hərəkəti deyil. Müəssisə rəhbəri Məzahir Mahmudov ondan ayda 1000 manat icarə haqqı alırdı. Həmçinin hər ay ağ boş blanka imza atırdılar. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin ezamiyyə xərcləri ilə bağlı hissəsi əsaslı deyil. Belə ki, “X11”nın İ bölməsinin 1-ci bəndində qeyd olunur ki, ... daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Həmin Qaydaların İ bölməsinin 2-ci bəndində göstərilib ki, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Həmin Qaydaların İ bölməsinin 4-cü bəndinə müvafiq olaraq, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Həmin Qaydaların İİ bölməsinin 6-cı bəndinə əsasən isə, ... respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6-cı bəndinə müvafiq olaraq, daimi iş vaxtı yolda keçən və gedişgəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC tərəfindən cəbhə bölgəsinə ezam olunmuş sürücülərə ezamiyyət haqqı olaraq gündəlik 39 manat ödənilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yekunda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəkildə X10 iştirak etmiş və döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş şəxslərin sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və həmin şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Belə olan halda faktiki olaraq müharibədən təzəlikcə qayıtmış şəxslərlə bağlanmış əmək müqavilələrinə formal əsaslara görə xitam verilməsi nə qanuni, nə də ki, insani dəyərlər prizmasından ədalətli hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, "xxxx" X9 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlər ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 "xxxx" X4 sürücü vəzifəsinə işə bərpa edilməli; 23 iyul 2021-ci il tarixdən işə bərpa olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" X9 tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 100, 91, 97, 92 və 101 nömrəli əmrlər ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 "xxxx" X4 sürücü vəzifəsinə işə bərpa edilsinlər. 23 iyul 2021-ci il tarixdən işə bərpa olunduqları günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. "xxxx" X3 dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulsun. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc "xxxx" X3 tutularaq iddiaçılara (hər birinə 50 (əlli) manat olmaqla) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar