Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-782/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: atalığın etiraf olunmasının tanınması faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “atalığın tanınması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə Sumqayıt şəhərində vəfat etmiş X9 xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən edilməsi, qətnamənin atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeydlərin aparılması, doğum haqqında akt qeydləri kitabında müvafiq qeydlərin aparılması üçün hüquqi əsasın təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, Ərizəçi 2010-cu ildə el adəti ilə X15 ilə ailə qurmuşdur. Faktiki nikahdan xx.xx.2010-cu il tarixdə X20 və xx.xx.2012-ci il təvəllüdlü X16 doğulmuşdur. Lakin bir müddət sonra münasibətləri pozulmuş və o, iki uşaqla tərk edilmişdir. Uşaqlara tək başına baxa bilmədiyi üçün 2016-cı il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etdi. Cavabdeh uşaqların onun aid olduğunu danmamış və ona aid olduğunu bildirmiş, məhkəmə iclasında iddia tələbini etiraf etmiş və iddianın təmin edilməsinə etiraz etməmişdir. Cavabdeh uşaqların onun aid olduğunu danmamış və olduğunu bildirmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(001)-3916/2016 saylı qətnaməsi ilə onun tələbi təmin edilmiş və məhkəmə tərəfindən cavabdeh X3 xx.xx.2016cı iltarixdən başlayaraq 29 dekabr 2012-ci ildə X16 və 14 oktyabr 2014-cü ildə X10 yetkinlik ayşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat aliment tutularaq iddiaçı Ərizəçi Arif qızına ödənilməsi qət edilmişdir. 2017-ci il tarixdə yenidən aliment miqdarının artırılması tələbi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 12 aprel 2016-cı il tarixli, 2(001)-3916/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 14 dekabr 2010-cu il təvllüdlü X10 və 29 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 23 aprel 2012-ci il tarixdə X1, X5, X6 tərəfindən tərtib olunmuş aktdan görünür ki, onlar Ərizəçi tanıyırlar. Onlar qonşuluqda yaşayırlar. X17 ilə faktiki olaraq 2010-cu ildə ailə qurmuş və həmin nikahdan onların bir azyaşlı uşağı X20 anadan olmuşdur. Onlar bir müddət birgə normal ailə münasibətlərində olmuş, lakin sonradan məlum olmayan səbəbdən həyat yoldaşı onu atıb getmiş və onun harada olması məlum deyildir. Azyaşlı övladının bütün qayğı və problemləri ilə tək ana kimi Ərizəçi məşğul olur. İşə tərəflərin toyundan fotoşəkillər əlavə olunmuş, eyni zamanda əlavə olumuş digər fotoşəkillərdən də, Ərizəçi Arif qızı və X15 ilə övladlarının bir ailə olmağı və X7 xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X4 atası olmağı məlum olur. Füzuli rayon Qeydiyyat Şöbəsinin xx.xx.2011-ci il tarixli, 1151 saylı akt qeydi ilə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X18 və Ərizəçi X10 valideynləridir. Eyni zamanda Füzuli rayon Qeydiyyat Şöbəsinin xx.xx.2013-cü il tarixli, 1225 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X18 və Ərizəçi qız ıX4 valideynləridir. Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 4 nömrəli forma arayışından görünür ki, X10 atası kimi X18 qeyd edilmiş, lakin ərizənin mətnində onun ananın sözlərinə görə yazılması qeyd edilmişdir. Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 4 nömrəli forma arayışından görünür ki, X4 atası kimi X18 qeyd edilmiş lakin ərizənin mətnində onun ananın sözlərinə görə yazılması qeyd edilmişdir. Atalığın müəyyən olunması barədə ərizə iləMaraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli , 3-16-5/7- 13/1715/24 saylı məktubla atanın həyatda olmaması səbəbindən imtina vermiş və məhkəməyə müraciət tövsiyə edilmişdir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.10-cu maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. -45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər( Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ İİ seriyalı, 760065 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X20 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X18, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - AZ İİİ seriyalı, 216034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X16 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X18, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X11 atalığın müəyyən edilməsinə dair ərizəyə baxılmış, atanın həyatda olmaması səbəbindən imtina edilmiş və məhkəməyə müraciət tövsiyə edilmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(001)- 3916/2016 saylı qətnaməsindən görünür ki, məhkəmə tərəfindən cavabdeh X3 xx.xx.2016-cı iltarixdən başlayaraq 29 dekabr 2012-ci ildə X16 və 14 oktyabr 2014-cü ildə X10 yetkinlik ayşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat aliment tutularaq iddiaçı Ərizəçi Arif qızına ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 12 aprel 2016-cı il tarixli, 2(001)-3916/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, 2(001)-3916/2016 saylı qətnaməsiilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 14 dekabr 2010-cu il təvllüdlü X10 və 29 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 136 manat olmaqla cəmi 272 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini tanıyır. X8rdaşıdır. X19 ərizəçi ilə faktiki nikah münasibətləri olmuş, həmin münasibətdən 14 dekabr 2010-cu il tarixdə Ayan və 29 dekabr 2012-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Sadalanan xüsusatlara, həmçinin Amid Gözəlov ilə ərizəçinin arasında rəsmi nikahın olmaması, Amid Gözəlovun özünü uşaqların atası hesab etməklə ona qarşı yönəlmiş aliment tələbi ilə bağlı işin məhkəmə iclasında iştirak etməsi və iddianı qəbul etməsi, özünü uşaqların atası hesab edən Amid Gözəlovun həyatda olmaması iş materialları ilə öz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, X7 ərizəçinin uşaqlarının atası olması faktının müəyyən edilməsi (atalığın etiraf olunması) ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, mövcud tələb ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, atalığın tanınması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1987-ci ildə Saatlı rayonunda doğulmuş X7 (xx.xx.2023cü il tarixdə vəfat edib) sağlığında xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X4 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə Saatlı rayonunda doğulmuş X7 (xx.xx.2023-cü il tarixdə vəfat edib) sağlığında xx.xx.2010-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X4 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamə hüquqi faktın qeydə alınması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-782/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-782/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver