Məhkəmə qərarları › İş №2(001)-788/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-788/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-788/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ½ hissə olmaqla onun paylı mülkiyyətindədir. Cavabdeh qohumlarıdır, işə düzəlmək məqsədi ilə mərhum əri tərəfindən müvəqqəti pasport qeydiyyatına alınmışdır, mərhum əri xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda yaşamır. Lakin bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh qeydiyyatdan çıxmamış, cavabdehin pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehin onun şəxsi mülkiyyətində qeydiyyatda olması müxtəlif çətinliklər yaradır, onun mənzilinə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən, tələbin təmin edilməsini xahiş etmişdir. Həmçinin üçüncü şəxs X4 da Cavabdeh qarşı müstəqil tələblər irəli sürərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X2 nümayəndəsi məhkəmə iclasında müstəqil tələblərini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzilin ½ hissəsi X2 xüsusi mülkiyyətindədir. Həmin ev ona vərəsəlik qaydasında əmisindən miras keçmişdir. Cavabdeh qohumlarıdır, işə düzəlmək məqsədi ilə Eminov Ramilin mərhum əmisi tərəfindən müvəqqəti pasport qeydiyyatına alınmışdır. Əmisi xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir Cavabdeh uzun müddətdir ki, həmin ünvanda yaşamır. Lakin bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh qeydiyyatdan çıxmamış, cavabdehin pasport qeydiyyatı hələdə qalmaqdadır. Cavabdehin Eminov Ramilin şəxsi mülkiyyətində qeydiyyatda olması müxtəlif çətinliklər yaradır, onun mənzilinə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, həmçinin üçüncü şəxs X2 müstəqil tələblərinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə əsasında nümayəndəsi X3 müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., ev 71, 78 saylı mənzil ½ hissə İddiaçı və ½ hissə X2 adına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, 8 mkr., İ.Dadaşov küçəsi, ev 71, 78 saylı mənzildə daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzildə uzun müddət yaşamaması onun həmin yaşayış sahəsinə olan ehtiyacının aradan qalxdığını göstərir və belə olan halda onun qeydiyyatda qalması iddiaçının və üçüncü şəxsin mülkiyyət hüququna maneədir. Buna görə də, Cavabdeh iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 8-ci mkr., ev 71, 78 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi, 8-ci mkr., ev 71, 78 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar