Məhkəmə qərarları › İş №2(001)-8/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8/2025

22.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8/2025 22.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinə qarşı “mülkiyyətin müdafiəsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 209 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbinin qərb hissəsində yerləşən 240 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X3 mülkiyyətinə satılması qərara alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş Cavabdeh2 MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Sərəncam ilə Cavabdeh2 MMC-nin xx.xx.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 1484 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlı küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv.m. torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 MMC-yə icarəyə verilmişdir.

4. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbinin qərb hissəsində yerləşən torpaq sahəsi 25 oktyabr 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməklə X3 adına rəsmiləşdirilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh2 MMCnin istifadəsinə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 358 nömrəli Sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi və “İnterservis” ilə torpaq icarə müqaviləsi bağlanılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsi qərara alınmışdır.

6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli obyektin tikintisinə icazə sənədi ilə Cavabdeh2 MMC-yə Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsində yaşayış binasının inşa edilməsinə icazə verilmişdir.

7. İddiaçı X5 ona məxsus torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında torpaq qatının tam bərpası, möhkəmləndirilmə işinin görülməsi, qazıntı nəticəsində çıxmış qrunt sularının qarşısı alınmaqla mənbəyinin etibarlı şəkildə kəsilməsi, araşdırma ilə müəyyən ediləcək kəsilən ağacların əvəzinin ödənilməsi, sahənin hasarının və darvazasının tam yenidən qurulması, 2018-ci ilin mart ayından bu günədək hasar və darvazanın sökülməsi nəticəsində baxımsız qalaraq yararsız hala gəlmiş bağın (torpaq sahəsinin) məhv olmuş bitkilərinin yenidən salınması vəzifə və öhdəliklərin MAP Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, mülkiyyətdən istifadədən məhrum etdikləri üçün 60.000,0 (altmış min) manat təzminatın ona ödənilməsi vəzifə və öhdəliklərin MAP Məhdud Məsuliyyətli Cəmiyyətinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzərinə qoyulması, qanunsuz hərəkətləri ilə dəymiş 60.000,0 (altmış min) manat mənəvi ziyanın ona ödənilməsi vəzifəsi və öhdəliyinin hər iki cavabdehin üzərinə müştərək qaydada qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı X3 nümayəndəsi Nümayəndə1 xx.xx.2021-ci il tarixində iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında cavabdeh tərəfindən aparılmış tikintinin onun hesabına sökülməsi, torpaq qatının tam bərpası, möhkəmləndirilmə işinin görülməsi, sahənin hasarının və darvazasının cavabdeh MAP MMC tərəfindən yenidən qurulması; 2018-ci ilin mart ayından bu günədək hasar və darvazanın sökülməsi nəticəsində baxımsız qalaraq yararsız hala gəlmiş bağın (torpaq sahəsinin) məhv olmuş bitkilərinin yenidən salınması, bağdan aparılmış 2500 manat dəyərində əşyaların (dəmir şkaf, bağ alətləri, borular və s.) dəyərinin iddiaçıya ödənilməsi vəzifə və öhdəliklərinin MAP Məhdud Məsuliyyətli Cəmiyyətinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması; mülkiyyətdən istifadədən məhrum etdikləri üçün 2000.000,0 (iki milyon) manat təzminatın ona ödənilməsi vəzifə və öhdəliklərin MAP Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, qanunsuz hərəkətləri ilə dəymiş 200.000,0 (iki yüz min) manat mənəvi ziyanın ona ödənilməsi vəzifəsi və öhdəliyinin MAP MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı X5 xx.xx.2022-ci il tarixində vəfat etmiş və onu hüquqi varisi və mübahisəli torpaq sahəsinin hazırda mülkiyyətçisi olan oğlu İddiaçı əvəz etmişdir.

10. İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixində iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsinə edilən qanunsuz müdaxilə nəticəsində ekspertirzanın son, suallara tam aydın cavablar daşıyan nəticəsi ilə müəyyən ediləcək ölçülərdə olan zəbtin əvəzi olaraq zəbt olunmuş yerdə inşa edilmiş binanın 1-ci mərtəbəsinin hissəsi və binadan kənar olan kiçik tikililərin qeyd-şərtsiz mülkiyyətinə keçməsi və ya zəbt olunmuş sahənin qiymətləndirilərək pul əvəzinin ona cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir.

11. İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixində iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1) İddiaçı xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışla və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən olunan hüdudlarda məxsus 0.240 ha torpaq sahəsinin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmiş 103,4 kv.m sahənin binanın yerləşdiyi 56,0 kv.m sahəsindən binanın konstruktiv hissəsinin altına düşən 21,5 kv.m hissəsinə (torpağa mülkiyyət hüququ qalmaqla) iddiaçının istifadə hüququnun müəyyən edilməsini; 2) cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 103,4 kv.m sahənin binanın yerləşdiyi 56,0 kv.m sahəsindən kərpiclə hörülərək zəbt edilmiş 34,5 kv.m sahə kərpic divarın qeyd-şərtsiz sökülərək iddiaçının sahibliyinə qaytarılmasını; 3) cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 103,4 kv.m sahənin MMC tərəfindən zəbt edilərək həyətyanı sahəsi kimi qanunsuz istifadə etdiyi 47,4 kv.m sahənin hər hansı maneə (hasar) aradan götürülərək iddiaçının sahibliyinə qaytarılmasını; 4) Cavabdeh1 50.000,0 (əlli min) manat təzminatın tutulmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-ci ildən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi qərb hissəsi ünvanında yaşayır. 1988-ci ildə bir neçə qonşu ilə birlikdə iddiaçı rayon icra komitəsinə müraciət edərək binanın arxasında, Binəqədi rayonunun ərazisində 3,0 sot sahəni tikinti və sair tullantılardan təmizləyərək abad etmiş, ağaclar əkmiş, ora qulluq etmişdir. Ərazi yerdən iki kubik daşla, ondan da üstə dəmir setka ilə və kol bitkiləri ilə hasarlanmışdır. Ərazidən istifadəni qanuniləşdirmək məqsədilə bələdiyyə orqanına müraciət etmişdir. Binəqədi rayon Bələdiyyəsinin 04 iyul 2003 il tarixli Qərarı ilə qeyd edilən torpaq sahəsi iddiaçıya satılmışdır. Buna dair bütün zəruri sənədlər imzalanmışdır (qərar, sərəncam, alqı-satqı müqaviləsi, 4.922.000 manata dair mədaxil qəbzi, plan-sxem). Beləliklə, 1988-ci ildən faktiki yaşamaqla, 2003-cü il tarixdən isə rəsmi şəkildə torpaq sahəsi onun qanuni istifadə və sahibliyindədir. Torpaq sahəsinə dair planölçü və mülkiyyət hüququna dair çıxarış almaq istədikdə torpağın ona ayrılmasının qanuniliyi ilə bağlı müəyyən çətinliklər yaranmışdır. 25 oktyabr 2019-cu il tarixdə Əmlak Komitəsinin DƏDRX-də torpağa dair mülkiyyət hüququ 908 nömrəli reyestr kitabının 86632 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və buna dair iddiaçıya çıxarış verilmişdir. 2018-ci ilin mart ayında "xxxx" MMC tikinti şirkətinin nümayəndələri həmin yeri "abadlıq" adı ilə söküb dağıdaraq zəbt etməyə cəhd etmişlər və buna qismən nail olmuşlar. Etdiklərini də İcra Hakimiyyətinin "tapşırığıdır" adı altında edirdilər. Onların hərəkətlərində ciddi qanun pozuntularının (talama və işçilərin bağdakı əşyaların oğurlanması) əlamətləri olduğundan müraciətə əsasən polisdə araşdırma başlanmışdır. Hər iki tərəfdən sənədlər tələb olunmuşdur. İddiaçının hüquq müəyyənedici torpaqayırma sənədləri polisdə sual yaratmamışdır. "xxxx" MMC-nin nümayəndəsi İlkin Şükurov tikinti-layihə sənədlərini təqdim edərək orada iddiaçının sahəsinin onun layihəsi ilə əhatə olunduğunu göstərmişdir. Həmin sənədlər nə İcra Hakimiyyəti, nə də ki, başqa qurumlar tərəfindən təsdiq edilməmişdir. Sadəcə lisenziyası olan özəl arxitektor qurumu tərəfindən tərtib olunmuş layihə idi. Həmin şəxs möhtəkirlik edərək əraziyə sahib çıxmaq istəyirdi. Həmin zaman təqdim etdikləri Sərəncamdan göründü ki, onlara torpaqayırma sənədi verilməyib. Həmin Sərəncamda göstərilirdi ki, onlara yalnız layihələndirmə işinə icazə verilib və Bakı şəhəri İH nəzdindəki "İnterservis" qurumu ilə torpaq sahəsinin icarə müqaviləsi bağlanması nəzərdə tutulurdu. Yəni, bir hazırlıq sənədi. Buna baxmayaraq, 2018-ci ildə himayədarları tərəfindən ürəklənərək iddiaçıya məxsus yerlə yanaşı olan bütün ərazini hasara alaraq içindəki bütün ağacları kökündən çıxarmış, yaşıllığı şumlamışlar. Eyni zamanda iddiaçının sahəsinin əvvəlki hasarını dağıtdırmış, darvazanı, bağın içindəki dəmir şkafda olan əşyaları, yerdə toplanmış dəmir boruları və bağ alətlərini talamışlar. Polisdə araşdırma aparılarkən vurduqları ziyanı aradan qaldıracaqlarına və sahəyə toxunmayacaqlarına zəmanət versələr də, bunları etmədən bir müddət yoxa çıxmışlar. Məlum olmuşdur ki, bəzi özbaşınalıq edən tikinti şirkət rəhbərlərinə qarşı cənab Prezidentin göstərişinə (2018 il idi) əsasən sərt tədbirlər görüldüyündən və onların tikintiyə icazələri olmadığından bu əməllərindən çəkinmişlər. İki il ərzində onlara torpaq sahəsinin dağıtdıqları hasarının bərpa edilməsi, talanmış əşyaların qaytarılması və ya əvəzinin ödənilməsi müraciətlərinə məhəl qoymamışlar. Lakin, iki ildən sonra, 2020-ci ildə, may ayının əvvəlində həmin şəxslər bir daha əraziyə gələrək ağır texnika ilə işlərə başlamışlar. Tikinti ünvanı ünvan 2ır. 18 may 2020-ci il tarixdə Cavabdeh2 MMC-nin nümayəndələri artıq iddiaçıya məxsus əraziyə bitişik yerdə qazıntı işləri aparmağa başlamışlar. Bağın həmin tərəfdə qalmış hasarını da sökmüşlər. Onlara xəbərdarlıq edildikdə, bildirdilər ki, sizin yerlə işimiz yoxdur. Lakin 18-19 may 2020-ci il tarixdə, gecə vaxtı şirkətin faktiki rəhbəri İlkin Şükürovun qayını olan Zamir adlı şəxsin göstərişi ilə iddiaçıya məxsus bağın ərazisinin tikinti tərəfdən olan hissəsi daha çox dağıdılmış, ekskovatorla 1,5 metr çıxarışla müəyyən edilən sahəyə müdaxilə edilmiş, meyvə ağacları kəsilmişdir. 20 may 2020-ci il tarixdə heç nəyə məhəl qoymadan davam etdikləri qazıntı zamanı iddiaçıya məxsus yerin qruntunun alt qatının uçqunu yaranmış, qrunt suları ətrafı çökdürməyə başlamışdır. Bu şəxslərin hərəkətləri özbaşınalıq və talan, özgə əmlakı məhvetmə olmaqla iddiaçı və onun ailə üzvlərinin səhhətinə sarsıdıcı zərbə vurmuşdur. Hesab etsək ki, cavabdehlərin dedikləri kimi, şirkətlərinə tikinti üçün zəruri icazələr verilmişdir, şəhərsalma qaydalarına görə heç bir halda yerində müayinə və baxış olmadan, yerquruluşu, o cümlədən torpağın başqa hüquqlardan sərbəst olması məsələsi dəqiq öyrənilmədən nə ayrıc aktı və ya nəsə başqa sənəd verilə bilməzdi. Məlumdur ki, ayrıc aktı yer naturada təhvil verilməklə imzalanır. Deməli, ya bu şəxslərin heç bir həqiqi icazələri yox, ya da icazələri olan sahədən artıq sahəyə daxil olublar. Heç bir halda heç bir sənəd, o cümlədən yanlış tərtib olunmuş sənəd özgənin xüsusi mülkiyyətinə zorakılıqla daxil olmağa, dağıtmağa əsas vermir. Hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinə aid sahəyə sənəd vermişsə, 2-ci cavabdeh də buna görə hüquqi məsuliyyət daşımalıdır. Beləliklə, 2-ci cavabdehin vermiş olduğu (şirkətin dediyinə görə) sənədlərə əsaslanaraq 1-ci cavabdeh açıq şəkildə, bilərəkdən xüsusi mülkiyyətdə olan əmlakın hissəsini məhv etmişdir. МАР ММC-nin etdikləri özbaşınalıq əməllərinin qanunsuzluğu o dərəcədə aşkar və birmənalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizəsində qeyd etmişdir ki, cavabdeh MMC qanunsuz işlər aparmaqla iddiaçıya məxsus torpaq sahəsinin 103,4 kv.m hissəsini zəbt etmişdir; 103,4 kv.m. zəbt olunmuş sahədən 47,4 kv.m. sahəsi MMC tərəfindən qanunsuz olaraq həyətyanı sahə kimi istifadə edilir və üzərində qanunsuz olaraq köməkçi tikililər inşa edilmişdir; 103,4 kv.m. zəbt olunmuş sahədən qalan (digər) 56,0 kv.m. sahə bina altında olmaqla 34,5 kv.m. sahəni qanunsuz olaraq və layihədə nəzərdə tutulmayan halda cavabdeh tərəfindən özbaşına binanın iddiaçının yerinə baxan tərəfdən balkon altından (balkonun çöl səthindən) yerədək kərpiclə hörülmüş sahə təşkil edir. Qalan 21,5 kv.m. sahə cavabdeh tərəfindən layihədən kənar inşa edilmiş binanın 1-ci mərtəbəsinin torpaq sahəsinə bir hissəsini təşkil edir və boş qeyri-yaşayış sahədir. Cavabdeh1 İllər ərzində qanunsuzluğunu bildiyi halda işlərə rəhbərlik edərək qanunsuz hərəkətləri mülkiyyətə qəsdi etdiyi üçün (mülki-hüquq pozuntusu), cavabdehin mülkiyyəti üzərində bina inşa edərək qeyri-yaşayış sahəsi və 10 mərtəbədə yerləşən zəbt olmuş sahəyə tənasüb mənzil sahələri əldə etmiş və sataraq faydalanmışdır. Cavabdehlərin etirazları:

13. Cavabdehlər tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır.

Tərəflərin izahatları:

14. İddiaçının nümayəndəsi iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd etdiklərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

15. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək qeyd etdi ki, mövcud praktika var, eləcə də 50 kv.m sahə binanın altına düşür. Bu barədə Ali Məhkəmənin müvafiq qərarı var ki, buna görə kompensasiya ödənilməlidir. Həmin sahə qiymətləndirilməlidir. Həmçinin, rəy vermiş ekspert də məhkəmə iclasına dəvət edilməli və dindirilməlidir. Zamir orada binanı tikən şirkətin direktorudur. Direktoru cavabdeh kimi qeyd etmək qanunun tələblərinə ziddir. İddiaçı faktiki olaraq hazırda 2,4 sot torpağı istifadə edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

16. İş materiallarında olan xx.xx.1978-ci il tarixli 1049 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı atası X6, anası X2r.

17. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2003-cü il tarixli, 209 nömrəli qərardan müəyyən edilir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 240 kv.m torpaq sahəsinin əlavə edilmiş eskiz layihə əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 qərara alınmışdır.

18. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş Cavabdeh2 MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Sərəncamdan müəyyən edilir ki, Cavabdeh2 MMC-nin xx.xx.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, İN/L-571/2017 qeydiyyat nömrəli lisenziyadan müəyyən edilir ki, "xxxx" MMC-yə mühəndis-axtarış işləri üzrə fəaliyyət həyata keçirmək üçün icazə verilmişdir.

20. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 1484 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilədən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlı küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv.m. torpaq sahəsi 49 il müddətinə Cavabdeh2 MMC-yə icarəyə verilmişdir.

21. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun xx.xx.2018-ci il tarixli Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir.

22. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 363 nömrəli Sərəncamından müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.

23. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 02 nömrəli Sərəncamından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 367 saylı sərəncamı ləğv edilmişdir.

24. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,0240 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 xüsusi mülkiyyətindədir.

25. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 415435 nömrəli torpaq sahəsinin planı və ölçüsü haqqında plandan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,0240 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir.

26. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 358 nömrəli Sərəncamdan müəyyən edilir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0,1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında Cavabdeh2 MMCnin istifadəsinə verilməsi və “İnterservis” ilə torpaq icarə müqaviləsi bağlanılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsi qərara alınmışdır.

27. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1484 saylı torpaq icarə müqaviləsinə dəyişikliklərlə bağlı xx.xx.2019-cu il tarixli sazişdən müəyyən edilir ki, sözügedən torpaq sahəsi ilə bağlı torpaq sahəsinin 1458 kv.m-nın 2462 kv.m kimi oxunması, icarə haqqının xx.xx.2019-cu il tarixindən hesablanması, icarəçi (MAP MMC) tərəfindən hər il 9226 manat 67 qəpik məbləğində icarə haqqının hüquqi şəxsin uçotda olduğu vergi orqanın müvafiq xəzinə hesabına ödənilməsi ilə bağlı dəyişikliklər edilmişdir.

28. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, X3 mülkiyyətində olan 240.0 kv.m torpaq sahəsi tamamilə Cavabdeh2 MMC-nin icarəsinə verilmiş 0.15667 ha torpaq sahəsinin Ayrıc aktının daxilində yerləşir və Cavabdeh2 MMC-nin icarəsinə ayrılmış torpaq sahəsi və tikililər barədə elektron kadastr baza və qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir.

29. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli obyektin tikintisinə icazə sənədindən müəyyən edilir ki, Cavabdeh2 MMC-yə Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsində yaşayış binasının inşa edilməsinə icazə verilmişdir.

30. İş materiallarında olan X3 müraciəti əsasında "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 032/2020 saylı müqaviləyə əsasən aparılmış təqdiqatın nəticəsində tərtib edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, X3 mülkiyyətində olan torpaq sahəsinin “Torpaq sahəsinin plan-ölçüsündə” şərq tərəfdən olan sərhəd boyu aparılan tikinti işləri nəticəsində mülkiyyətçiyə məxsus sahənin təxminən 75 kv.m hissəsi qazılmış, əraziyə müdaxilə olunmuşdur.

31. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3500/2020 saylı qərardadından müəyyən edilir ki, iddiaçının cavabdehlərə qarşı “əmlakın bərpası və pul” tələbinə dair iddianı təmin etmək haqqında ərizəsi təmin edilməmişdir.

32. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3500/2020 saylı qərardadından müəyyən edilir ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3500/2020 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir.

33. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********09 nömrəli məktubdan müəyyən edilir ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin 105.0 kv.m hissəsi qonşu tərəfindən zəbt olunaraq taxta lövhələrlə hasarlanmışdır.

34. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2(103)-6211/2020 nömrəli qərardaddan müəyyən edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3500/2020 saylı qərardadından verilmiş şikayət qismən təmin edilərək həmin qərardadın ləğv edilməsi və iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin 0.0240 kv.m torpaq sahəsində aparılan qazıntı-tikinti işlərinin dayandırılması qərara alınmışdır

35. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 2(103)-6211/2020 nömrəli icra vərəqəsindən müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin 0.0240 kv.m torpaq sahəsində aparılan qazıntı-tikinti işlərinin dayandırılması ilə bağlı olan yekun məhkəmə aktı icraya yönləndirilmişdir.

36. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-5766/2020 nömrəli qərardadından müəyyən edilir ki, iddiaçının cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı və Cavabdeh2 MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi, Binəqədi rayon İcra Hakimiyyəti və "xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamların və icazənin ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”nin icrası Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti və tikinti ilə əlaqədar hər hansı bir işlərin görülməsinin Cavabdeh2 MMC-yə qadağan olunması qərara alınmışdır.

37. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3500/2020 nömrəli qərardadından müəyyən edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə1nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “əmlakın bərpası və pul” tələbinə dair iddiası üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2(001)-3500/2020 saylı qərardaddakı yanlışlıq düzəldilərək nəticə hissəsinin “təmin edilsin” sözlərinin “təmin edilməsin” kimi oxunması qərara alınmışdır.

38. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli vəsatətdən müəyyən edilir ki, iddiaçı DƏDRX-in mütəxəssisi cəlb edilməklə ona məxsus torpaq sahəsinə baxışın keçirilməsini xahiş etmişdir.

39. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli iddianın təmini tədbirinə dair ərizədən müəyyən edilir ki, iddiaçı məhkəmədən Cavabdeh2 MMC tərəfindən ona məxsus olan torpaq sahəsində tikinti işləri apararkən Azərişiq ASC tərəfindən elektrik enerjisinin verilməsini dayandırması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

40. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-367/2021 nömrəli qərardadından müəyyən edilir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə verilmiş xx.xx.2021-ci il tarixli iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi ilə bağlı qərardad qəbul edilmişdir.

41. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-367/2021 nömrəli qərardadından müəyyən edilir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

42. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdeh tərəfindən şərait yaradılmadığından tikilinin və torpaq sahəsinin faktiki yerləşmə koordinatlarını müəyyən etmək mümkün olmamışdır.

43. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh2 MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə X3 adına reyestr nömrəsi **********3,sahəsi 240 kv.m olan çıxarışla verilmiş torpaq sahələri 0,24 kv.m hissədə üstə-üstə düşür.

44. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, 10/1472 nömrəli məktubdan müəyyən edilir ki, məhkəmə ekspertizasının aparılması mümkün olmamışdır.

45. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli, 10/5116 nömrəli məktubdan müəyyən edilir ki, məhkəmə ekspertizasının aparılması mümkün olmamışdır.

46. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********26 nömrəli arayışdan müəyyən edilir ki, cavabdeh tərəfindən şərait yaradılmadığından tikilinin və torpaq sahəsinin faktiki yerləşmə koordinatlarını müəyyən etmək mümkün olmamışdır.

47. İş materiallarında olan, akt qeydləri kitabında xx.xx.2022-ci il tarixi ilə, 276 nömrəsi ilə qeyd edilmiş AZ-İİ № 272337 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçı X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.

48. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 10/483 saylı ekspert rəyindən müəyyən edilir ki, C.Azadəliyevin mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 MMC-yə tikinti işlərinin aparılması üçün ayrılmış torpaq sahəsi ilə nə qədər hissəsinin üst-üstə düşməsini müəyyən etmkəm mümkün olmamışdır.

49. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,0240 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir.

50. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-75/2022 nömrəli qərardadından müəyyən edilir ki, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

51. İş materiallarında olan Nümayəndə1 tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, o, məhkəmə tikinti-texniki ekspertizası keçirilən zaman ekspertin qarşısına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,0240 ha torpaq sahəsinin Cavabdeh2 MMC tərəfindən zəbt edilib-edilməməsi, zəbt edildiyi təqdirdə hansı hissədə edildiyinin tədqiq edilməsini ilə bağlı sualların qoyulmasını xahiş etmişdir.

52. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 10/7138 saylı ekspert rəyindən müəyyən edilir ki, mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl hissəsi ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsi müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem rəyə əlavə edilmişdir.

53. İş materiallarında olan İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 10/8237 nömrəli məktubdan müəyyən edilir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması mümkün olmamışdır.

54. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-112/2023 saylı qərarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə qarşı Cavabdeh2 MMC üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların, icazənin və icarə müqaviləsinin qismən ləğv edilməsi” tələbinə dair iş üzrə iddiası qismən təmin edilmişdir.

55. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********03 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, mülkiyyətdə olan 240,0 kv.m sahə tamamilə cavabdehin icarəsinə verilmiş 1567,0 kv.m torpaq sahəsinin Ayrıc aktının daxilində yerləşir. Həmçinin cavabdeh tərəfindən inşa edilmiş tikililərin bir hissəsi mülkiyyətdə olan torpaq sahəsinin mübahisəli hissəsində yerləşir.

56. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 10/2292 nömrəli məktubdan müəyyən edilir ki, məhkəmə ekspertizasının aparılması mümkün olmamışdır.

57. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/4555 saylı ekspert rəyindən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin sənəd üzrə sahəsi 240.0 kv.m olsa da, faktiki koordiatlarla verilmiş sahənin 235.0 kv.m təşkil etdiyi, Cavabdeh2 MMC-nin icarəsinə verilmiş sahənin 1567.0 kv.m təşkil etdiyi, mülkiyyətdə olan 240.0 kv.m sahənin tamamilə Cavabdeh2 MMC-nin icarəsinə verilmiş 1567.0 kv.m sahənin Ayrıc aktının daxilində yerləşdiyi və Cavabdeh2 MMC-nin inşa edilmiş tikililərin bir hissəsinin mülkiyyətdə olan torpaq sahəsinin mübahisəli hissəsində yerləşdiyi tədqiq edilmişdir.

58. İş materiallarında olan İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli vəsatətdən müəyyən edilir ki, X8 ekspertiza keçirilməsini xahiş etmişdir.

59. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-25/2023 nömrəli qərardadından müəyyən edilir ki, İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli vəsatət təmin edilmiş və iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

60. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********95 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin 0,0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli olan sənəd üzrə sahənin 0,0114 ha və sənəd üzrə sahəsən kənarda qalan 0,001 ha torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binasının bir hissəsi yerləşir.

61. İş materiallarında olan, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8422 saylı ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası və əlavə tikililər layihəyə uyğun inşa olunmamış, faktiki mişar daşları ilə hasarlanmış 0,0235 ha torpaq sahəsinin üzərində tikili olmadığı, mübahisəli olan sənəd üzrə sahənin 0,0114 ha torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binasının bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir.

62. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq və Təhqiqat İdarəsinə cavab məktubundan müəyyən edilir ki, X3 adına qeydiyyatdan keçmiş 240.0 kv.m torpaq sahəsi tamamilə cavabdehin icarəsinə verilmiş 0.1567 ha torpaq sahəsinin Ayrıc aktının daxilində yerləşir və cavabdeh tərəfindən inşa edilmiş tikililərin bir hissəsi mülkiyyətdə olan torpaq sahəsinin mübahisəli 135.0 kv.m hissəsində yerləşməklə, cavabdehin icarəsinə ayrılmış torpaq sahəsi və tikililər barədə elektron kadastr baza və qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir.

63. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-15/2024 nömrəli qərardadından müəyyən edilir ki, İddiaçı nümayəndəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı vəsatəti təmin edilmişdir.

64. İş materiallarında olan, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2826 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, **********73 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən 0.0240 ha torpaq sahəsinin 56 kv.m hissəsində cavabdehə məxsus yaşayış binası inşa edilmiş, 47.4 kv.m hissəsi isə cavabdeh tərəfindən həyətyanı sahə kimi istifadə olunmaqla, Cavabdeh2 MMC-yə məxsus yaşayış binasının mübahisəli torpaq sahəsi istiqamətində birinci mərtəbə səviyyəsində sonradan kərpiclə hörülmüş divarının, binanın yerləşdiyi sahənin cənub-şərq küncündə inşa edilmiş bir mərtəbəli tikili və binaya bitişik şimal-şərq hissədə birinci mərtəbə səviyyəsində inşa edilmiş bir mərtəbəli tikilinin Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş yaşayış binasının tikinti layihəsinin Memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmadığı müəyyən edilmiş, iddiaçının faktiki istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 235 kv.m təşkil etdiyi, həmin torpaq sahəsinin hasarlarının altında olan sahənin 7.3 kv.m təşkil etməsinin müəyyən edilməsi, DƏDR PHŞ-nın **********73 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0.0240 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair iddiaçının adına AN №415435 nömrəli, xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, xx.xx.2019-cu il tarixli, **********73 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0.0240 ha torpaq sahəsi ilə cavabdehin tikdiyi binanın ərazisinin 103.4 kv.m (56 kv.m hissəsində Cavabdeh2 MMC-yə məxsus yaşayış binası inşa edilmiş, 47.4 kv.m hissəsi isə Cavabdeh2 MMC tərəfindən həyatyanı sahə kimi istifadə olunur) üst-üstə düşməsi aşkar edilmişdir.

65. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.0240 ha olsa da, faktiki olaraq hasarlanmış sahə 0.0235 ha təşkil edir. Bundan əlavə ərazidə mübahisəli sahə mövcuddur (0.0124 ha), faktiki mişar daş hasarla hasarlanmış 0.0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur (sahə üzərində yaşıl ağaclar mövcuddur), mübahisəli olan sənəd üzrə sahənin 0.0114 ha və sənəd üzrə sahədən kənarda qalan 0.001 ha torpaq sahəsi üzərində (digər şəxslərə məxsus sahə üzərində mövcud olan) çoxmərtəbəli yaşayış binasının (11 mərtəbəli) bir hissəsi yerləşir, faktiki ərazidə inşa olunan çoxmərtəbəli binanın 124.0 kv.m hissəsi iddiaçının torpaq sahəsində yerləşir, faktiki olaraq iddiaçıya məxsus (hasarlanmış ərazi) torpaq sahəsi 235.0 kv.m təşkil edir, qeyd olunan hasarın kim tərəfindən hasarlandığı məlum olmadığından, həmin hasarın yerləşdiyi ərazi ümumi torpaq sahəsinə daxil edilməmişdir, Torpaq sahəsinə dair arxiv plan və ölçüsü mövcuddur, mövcud olan arxiv plan və ölçüsü torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğundur, torpaq sahəsinin sənəd üzrə sahəsinin 114.0 kv.m hissəsi və sənəd üzrə sahədən kənar qalan 10.0 kv.m hissəsi ilə üst-üstə düşür, üst-üstə düşmə olduğu üçün vahid elektron kadastr məlumat bazasında düzəliş nümkün deyil, yalnız torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmiş təşkilatın münasibəti öyrənilə bilər.

66. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/9341 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2826 nömrəli ekspert rəyinin sxemində yaşayış binasının tikintisi altına düşən 56 kv.m sahənin 21.5 kv.m hissəsinin bilavasitə binanın konstruktiv hissəsinin altına düşdüyü, 34.5 kv.m hissəsində isə binaya bitişik balkon altından yerə qədər kərpiclə hörülmüş sahəyə düşdüyü aşkarlanmışdır.

Tətbiq edilən hüquq:

67. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

68. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

69. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. - Maddə 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır. - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. - Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. - Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. - Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. - Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. - Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. - Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. - Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

71. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

72. İşin mübahisəsiz hallarından da müəyyən edilir ki, Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 209 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbinin qərb hissəsində yerləşən 240 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X3 mülkiyyətinə verilmiş və sonuncunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır.

73. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X5 vəfat etdikdən sonra torpaq üzərində mülkiyyət hüququ onun hüquqi varisi olan, hazırki iş üzrə İddiaçı keçmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrinə dair müvafiq çıxarış verilmişdir.

74. İşin bir digər mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2020-ci il tarixli tikintiyə icazə qərarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi və iddiaçının torpaq sahəsinə bitişik olan ərazidə çoxmərtəbəli yaşayış binası inşa edilmişdir.

75. Məhkəmə tədqiqatı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəylərindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, **********73 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən 0.0240 ha torpaq sahəsinin 56 kv.m hissəsində cavabdehə məxsus yaşayış binası inşa edilmiş, 47.4 kv.m hissəsi isə cavabdeh tərəfindən həyətyanı sahə kimi istifadə olunmaqla, Cavabdeh2 MMC-yə məxsus yaşayış binasının mübahisəli torpaq sahəsi istiqamətində birinci mərtəbə səviyyəsində sonradan kərpiclə hörülmüş divarının, binanın yerləşdiyi sahənin cənub-şərq küncündə inşa edilmiş bir mərtəbəli tikili və binaya bitişik şimal-şərq hissədə birinci mərtəbə səviyyəsində inşa edilmiş bir mərtəbəli tikilinin Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş yaşayış binasının tikinti layihəsinin Memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmamışdır. Ekspert rəylərində həmçinin xx.xx.2019-cu il tarixli, **********73 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0.0240 ha torpaq sahəsi ilə cavabdehin tikdiyi binanın ərazisinin 103.4 kv.m (56 kv.m hissəsində Cavabdeh2 MMC-yə məxsus yaşayış binası inşa edilmiş, 47.4 kv.m hissəsi isə Cavabdeh2 MMC tərəfindən həyatyanı sahə kimi istifadə olunur) üst-üstə düşməsinin aşkar edildiyi təsdiq edilmiş və son olaraq vurğulanmışdır ki, yaşayış binasının tikintisi altına düşən 56 kv.m sahənin 21.5 kv.m hissəsinin bilavasitə binanın konstruktiv hissəsinin altına düşdüyü, 34.5 kv.m hissəsində isə binaya bitişik balkon altından yerə qədər kərpiclə hörülmüş sahəyə düşdüyü aşkarlanmışdır.

76. Beləliklə də məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 103.4 kv.m. hissəsi özbaşına zəbt edilmiş və həmin sahədən yaşayış binasının tikintisi altına düşən 56 kv.m sahədən 21.5 kv.m hissəsi bilavasitə binanın konstruktiv hissəsinin altında qalmış, 34.5 kv.m hissəsi isə binaya bitişik balkon altından yerə qədər kərpiclə hörülmüşdür.

77. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh MMC tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin 103.4 kv.m. hissəsində özbaşına tikili həyata keçirilməklə iddiaçının mülkiyyət hüququ pozulduğundan, başqa sözlə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qanunsuz məhrum olduğundan o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

78. Belə ki, istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

79. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün 3 tələbə cavab verilməlidir: 1. Şəxs həmin əmlakın mülkiyyətçisi olmalıdır; 2. Həmin əmlak özgəsinin sahibliyində olmalıdır və 3. Əmlakın özgəsinin sahibliyində olması qanunsuz olmalıdır.

80. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, həmin torpaq sahəsinin 103.4 kv.m. olan hissəsi hazırda Cavabdeh2 MMC-nin sahiblik və istifadəsindədir və həmin torpaq sahəsinin cavabdeh MMC-nin sahibliyində olmasının heç bir hüquqi əsası yoxdur, yəni torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir.

81. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətinin müdafiəsi ilə bağlı hazırki iddia ilə çıxış etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir.

82. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddia “İddiaçı xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışla və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən olunan hüdudlarda məxsus 0.240 ha torpaq sahəsinin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmiş 103,4 kv.m sahənin binanın yerləşdiyi 56,0 kv.m sahəsindən binanın konstruktiv hissəsinin altına düşən 21,5 kv.m hissəsinə (torpağa mülkiyyət hüququ qalmaqla) iddiaçının istifadə hüququnun müəyyən edilməsi” hissəsində əsassız olduğundan təmin edilə bilməz. Ona görə ki, iddiaçının bu tələbi qeyri müəyyən tələb olmaqla yanaşı, mülki qanuvnericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə də cavab vermir. Bununla əlaqədar olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən, yəni 21.5 kv.m. sahə cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının altında qaldığı üçün həmin sahənin iddiaçıya qaytarılması mümkün deyildir və ya qaytarılması həddindən artıq yüksək məbləğdə xərc tələb etdiyindən (həmin torpaq sahəsinin iddiaçıya qaytarılması üçün çoxmərtəbəli yaşayış binası sökülməlidir ki, bu da həm həddindən böyük həcmdə xərc tələb etdiyindən, eləcə də bu cür fəaliyyətin həyata keçirilməsi tələb edilən sahənin ölçüsü ilə müqayisədə adekvat olmadığından) onun həyata keçirilməsi mümkün deyildir. Ona görə də məhkəmə qeyd edir ki, həmin sahəyə münasibətdə iddiaçı cavabdehdən ağlabatan məbləğdə kompensasiya tələb etməklə həmin sahəyə mülkiyyət hüququnu cavabdehə ötürə və ya torpaq sahəsinin mülkiyyətçisi həmin sahəni cavabdehin icarəsinə verə bilər.

83. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş “cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 103,4 kv.m sahənin binanın yerləşdiyi 56,0 kv.m sahəsindən kərpiclə hörülərək zəbt edilmiş 34,5 kv.m sahə kərpic divarın qeyd-şərtsiz sökülərək iddiaçının sahibliyinə qaytarılması və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 103,4 kv.m sahənin MMC tərəfindən zəbt edilərək həyətyanı sahəsi kimi qanunsuz istifadə etdiyi 47,4 kv.m sahənin hər hansı maneə (hasar) aradan götürülərək iddiaçının sahibliyinə qaytarılması” hissələrində əsaslı olduğundan iddia bu hissələrdə təmin edilməlidir.

84. Belə ki, istinad edilmiş mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Cavabdeh2 MMC-yə məxsus yaşayış binasının mübahisəli torpaq sahəsi istiqamətində birinci mərtəbə səviyyəsində sonradan kərpiclə hörülmüş divarının, binanın yerləşdiyi sahənin cənub-şərq küncündə inşa edilmiş bir mərtəbəli tikili və binaya bitişik şimal-şərq hissədə birinci mərtəbə səviyyəsində inşa edilmiş bir mərtəbəli tikilinin Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş yaşayış binasının tikinti layihəsinin Memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmadığı iş üzrə məhkəməyə təqdim edilmiş ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir. Beləliklə də, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh MMC tərəfindən aparılmış tikinti işlərinin özbaşına tikinti olduğu məhkəmə tədqiqatı zamanı sübuta yetirilmişdir. Belə olduğu halda iddiaçı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur. Çünki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

85. Məhkəmə Cavabdeh1 qarşı irəli sürülmüş tələbə münasibətdə isə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh1 digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olmaqla həmin MMC-də təkbaşına fəaliyyət göstərən icra orqanının rəhbəridir. Məhkəmə həmçinin qeyd edir ki, istinad edilmiş mülki qanunvericilik normalarının tələblərindən də göründüyü kimi hüquqi şəxsin adından çıxış edən şəxslər, eləcə də icra orqanının rəhbəri və üzvləri yalnız hüquqi şəxsə və ya onun səhmdarlarına (təsisçilərinə) dəyən zərərə görə məsuliyyət daşıyır. Qanunvericilik həmin halların siyahısını AR MM-nin 49.4-cü maddəsində konkret olaraq müəyyən etmişdir. Həmin hallardan, eləcə də istinad edilmiş mülki qanunvericilik normalarının tələblərindən də aydın görünür ki, hüquqi şəxsin icra orqanının rəhbəri hüquqi şəxs tərəfindən digər şəxslərə vurulmuş zərərə görə məsuliyyət daşımır, çünki o, öz adından deyil, hüquqi şəxsin adından və onun mənafeyi üçün fəaliyyət göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməməlidir.

86. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

87. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 103,4 kv.m. hissəsindən binanın yerləşdiyi 56,0 kv.m. sahəsində kərpiclə hörülərək zəbt edilmiş 34,5 kv.m. sahədə olan kərpic divarın qeyd-şərtsiz sökülərək və Cavabdeh2 həyatyanı sahəsi kimi qanunsuz istifadə etdiyi 47,4 kv.m. sahədə olan maneələr (hasar) aradan götürülərək (sökülərək) qeyd edilən torpaq sahəsi iddiaçının sahibliyinə qaytarılsın.

3. İddia tələbi qalan hissədə təmin edilməsin.

4. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar