Məhkəmə qərarları › İş №2(001)-8009/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8009/2023

29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8009/2023 29.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi Seidi(Mahmudova) Şəlalə İbad qızının (maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi cəlb edilməklə) iddia ərizəsinin geri qaytarılması barədə ərizəçinin ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi Seidi(Mahmudova) Şəlalə İbad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən atası X1 qalmış mira fərdi yaşayış evinə vərəsəliyin qəbulu müddəti bərpa edilməklə vərəsəlik hüququnun tanınması və qqanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini Bakı şəhəri 20 saylı xüsusi notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra həmin ərizənin geri qaytarılması ilə bağlı müraciət etmişdir və bu səbəbdən hesab edirəm ki, iddia ərizəsinin mümkünlüyünə qiymət verilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Ərizəçi Seidi(Mahmudova) Şəlalə İbad qızının ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar