Məhkəmə qərarları › İş №2(001)-8064/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8064/2025

16.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8064/2025 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X12 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 7 saylı Bakı “ASAN” Xidmət mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olması, atasının X8, anasının X5 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı" qrafasında "X7", təvəllüd qrafasında "xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu Sofulu kəndi", ata qrafasında "X8", ana qrafasında "X5" yazılması barədə qətnamə çıxarılmasını xahiş etmiş,ərizə onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmuş və xx.xx.2025-ci il tarixdə isə vəfat etmişdir. Hazırda valideynlərindən daşınar və daşınmaz əmlak miras qalmışdır. Atası vəfat etdiyi üçün ondan miras qalmış əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş və iddiaçıya bildirimiş ki, atasının doğum şəhadətnaməsi lazımdır. Lakin atasının doğumu Ermənistan Respublikasının Sisyan rayonunda qeydiyyata alındığından hazırda onun doğumu Azərbaycan Respublikasında tapılmamışdır. Bununla bağlı vərəsəlik haqqında şəhadətnamə almaq üçün "ASAN Xidmət" mərkəzinə müraciət etmiş, vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədlərin siyahısı ona təqdim olunmuş, lakin həmin siyada tələb olunan iddiaçının doğum haqqında şəhadətnasi olmadığı üçün miras əmlakı qəbul edə bilməmişdir. Buna görə də iddiaçı həmin sənədi yenidən almaq üçün 7 saylı Bakı "ASAN Xidmət" X3 müraciət etmiş və sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina etmişdir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olması, atasının X8, anasının X5 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə qeyd olunanları təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin ediməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan: 2940615 nömrəli Hərbi biletin surətindən görünür ki, X7 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmuşdur. 02.06.204-cü il tarixli təkrar Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmuş 1948-ci il təvəllüdlü X7 xx.xx.1973-cü il tarixdə 329 nömrəli qeyd ilə nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ərazisi 0.08 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 137 saylı bağ sahəsi X4 mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə sol mədəcik çatışmazlığı səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli, 3165/8-69-453/25 nömrəli məktubla bildirmişdir ki, X4 xx.xx.1948-ci ildə Ermənistan, Qarakilsə rayonunda anadan olması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında 7 saylı Bakı "Asan xidmət" mərkəzinin qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Kifayət qədər əsas olmadığından ərizənizin təmin edilməsi mümkün deyildir. Göstərilənlərlə əlaqədar doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa olunması imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X10 ifadələrində bildirdilər ki, özləri də Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmuşlar və X7 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmuşdur. X2, anası isə X1r. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsi yolu ilə hazırki məsələnin həlli mümkündür. Buna görə də, ərizə təmin edilməli, X4 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olmasına və ata qrafasında X8 (milliyəti azərbaycanlı), ana qrafasında X5 (milliyəti azərbaycanlı) qeyd edilməklə doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, xərclər ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1948-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Sofulu kəndində anadan olması faktı müəyyən edilsin, həmçinin onun doğum haqqında şəhadətnaməsində atasının X8 (milliyəti azərbaycanlı), anasının X5 (milliyəti azərbaycanlı) olduğu qeyd edilsin. Hazırki məhkəmə qətnaməsi yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar