Məhkəmə qərarları › İş №2(001)-815/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-815/2024

10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-815/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi(vəkili) Nümayəndə, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) “nikahın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə, daha sonra isə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs2 arasında olan nikahın qeyd edilmə faktının müəyyən edilməsi və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla Ermənistan SSRİ, Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetində Ərizəçi ilə Maraqlı şəxs2 arasında XX.XX.1986-cı il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Nəsibov”, arvada “Nəsibova” soyadının verilməsinin göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs2 məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs2 1986-cı ildə Ermənistan SSR-i Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetdə nikahlarını qeyd etdirməklə evlənmişlər. 1988-ci il tarixdə Erməmistandan qaçqın düşmüş və Azərbaycana sığınmışlar. Azərbaycana gəldikdən sonra əvvəlcə Rəsulzadə qəsəbəsində, sonra isə yuxarıda qeyd etdiyi ünvanda yaşamış və yaşayırlar. Arvadı Maraqlı şəxs2 ilə nikahda olduğu müddətdə 2 (iki) oğlu Ermənistanda, 1(bir) oğlu isə Azərbaycanda doğulmuşlar. Hal hazırda onların hər biri ailəlidir və ayrılıqda yaşayır və işləyirlər. Onunla arvadı Maraqlı şəxs2 arasında olan evliliyinu təsdiq edən nikah şəhadətnaməsi nəmalum şəraitdə itmişdir. Həmin şəhadətnamənin (akt qeydinin) bərpa olunması üçün aidiyyəti üzrə Maraqlı şəxs1nə müraciət etmiş, həmin Şöbədən 26 avqust 2023-cü il tarixdə rəsmi qaydada ona bildirmişlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ,ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, nikah şəhadətnaməsinin bərpasını ona görə istəyir ki, arvadı Maraqlı şəxs2 ilə arasında olan rəsmi nikahın pozulmasını istəyir. Həmin sənədin başqa qaydada bərpa olunması mümkün deyildir. Bu səbəbə görə də, Ərizəçi ilə Maraqlı şəxs2 arasında 1986-cı ildə Ermənistan SSR-i Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetində bağlanılmış nikahlarının (akt qeydinin) bərpa olunması haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi (vəkili) yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirdi ki, o, Ərizəçi ilə 1986-cı il tarixdə Ermənistan SSR-i Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetdə nikahlarını qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahından üç övladları var. Onlar 1988-ci il tarixdə Ermənistandan qaçqın düşmüşlər. Nikah haqqında şəhadətnaməsini isə itirmişlər. Onun qızlıq soyadı isə İbrahimova olmuşdur. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və ərizənin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını və məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni rayonda, yəni Kalinin rayonunda yaşamışlar və yaxın münasibətləri olmuşdur. Ərizəçi 1986-cı ildə Maraqlı şəxs2 ilə ailə qurmuşdur və onların birgə nikahından üç övladları var. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni rayonda, yəni Kalinin rayonunda yaşamışlar və uzaq qohumdurlar. Ərizəçi 1986-cı ildə Maraqlı şəxs2 ilə ailə qurmuşdur və onların birgə nikahından üç övladları var. İş materiallarında olan: V-СЛ seriyalı 447044 nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 12 mart 1987-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş X4 atası Ərizəçi, anası isə Maraqlı şəxs2dır; Vİ-СЛ seriyalı 342278 nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilmiş notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 09 aprel 1988-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş X5 atası Ərizəçi, anası isə Maraqlı şəxs2dır; İ-ЗЖ seriyalı 807233 №-li Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 1965-ci ildə Ermənistan SSRİ-də anadan olmuş, atası X2, anası isə X1r. Bakı şəhəri Maraqlı şəxs1 25 avqust 2023-cü il tarixli 3-16-5/7-13-1479/2023 №-li Arayışından görünür ki, Ərizəçi və Maraqlı şəxs2yevnaya aid nikah haqqında şəhadətnamənin əsli və ya surəti aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs1 Ərizəçi ünvanladığı 26 avqust 2023-cü il tarixli məktubdan görünür ki, onun nikah haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Göstərilənlərlə bağlı nəzərinə çatdırılmışdır ki, itmiş sənədlərinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiklərindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. 17 oktabr 2023-cü il tarixdə hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi ilə X6 arasında XX.XX.1986-ci ildə Ermənistan SSRİ, Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetində nikah bağlanmış, nikahdan sonra sonuncu “Nəsibova” soyadını qəbul etmişdir. Həmin nikahdan onların üç uşaqları anadan olmuşdur. Məlum hadisələrlə bağlı ərizəçi və ailəsi yaşadıqları Kalinino rayonunu tərk etmişlər və hal-hazırda ərizəçinin nikah haqqında şəhadətnaməsi itmişdir. Ərizəçi nikah qeydinin bərpa edilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də, lakin bu qurum nikah haqqında qeydinin bərpa edilməsinin qeyri-mümkün olduğunu bildirərək ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda ərizəçiyə sənədləşmə işlərinin aparılması üçün nikahın qeyd edilmə faktının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi nikah qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X6 arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilməli və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla Ermənistan SSRİ, Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetində Ərizəçi ilə X8 arasında XX.XX.1986-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Nəsibov”, arvada “Nəsibova” soyadının verilməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ilə X6 arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilsin və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, Ermənistan SSRİ, Kalinin rayonu, Lorplemsovxozskiy kənd sovetində Ərizəçi ilə X6 arasında XX.XX.1986-cı il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Nəsibov”, arvada “Nəsibova” soyadının verilməsi göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar