Məhkəmə qərarları › İş №2(001)-820/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-820/2022

18.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-820/2022 18.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdehn nümayəndələri Nümayəndə1 və X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Humanitar Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 25 oktyabr 2021-ci il tarixli, 281 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Kollecdə keçirilmiş iclasda iştirak etməmiş, həqiqətdə həmin tarixdə hər hansı iclas olmamışdır. Həmkarlar İttifaqı Komitəsinin bu məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasına da dəvət edilməmişdir. Ona ayrı-ayrı vaxtlarda tyutor və kitabxana müdiri vəzifələri təklif edilmiş, lakin o, bu vəzifələrdən imtina etmişdir. Belə ki, hazırda həm də onun müdir olduğu şöbənin səlahiyyətlərini həyata keçirən şöbəyə peşəkarlıq səviyyəsi və vəzifəyə uyğunluq baxımından məhz o, müdir təyin edilməli idi. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddianı və iddiaçının mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə yeni strukturun təsdiq edilməsi əsassız olmuş və qanunvericiliyin tələbləri pozulmalqa aparılmışdır. Bunun nəticəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi həm bu səbəbdən əsassız olmuş, həm də Əmək Məcəlləsinin tələbləri pozulmaqla rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə Kollecin maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmışdır. Bu da öz növbəsində yeni strukturun təsdiq edilməsi üçün əsas ola bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnmiş yeni ştat cədvəli isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru tərəfindən təsdiq edilmişdir. Halbuki, struktur dəyişikliklərinin aparılması, habelə yeni strukturun təsdiqi Kollecin nizamnaməsinə əsasən Kollecin təsisçisinin səlahiyyətlərinə aid edilmişdir. Bununla belə, yeni struktur buna səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilmişdir. İddiaçının əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisarı əsası ilə xitam verilməsinə baxmayaraq, məsələ ilə bağlı Kollecdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş, bu təşkilata sadəcə olaraq məktub göndərilmişdir. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Həmkarlar İttifaqı Komitəsinin bu məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasına isə nə iddiaçı, nədə ki, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş digər şəxslər, habelə şahidlər və mütəxəssislər dəvət edilməmişdir. Halbuki, ATİAHİ Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair” Təlimata əsasən bu məsələ ilə əlaqədar həmkarlar ittifaqı təşkilatının iclasına əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, işəgötürənin nümayəndəsi, lazım gəldiyi hallarda şahidlər, mütəxəssislər rəsmi dəvət olunurlar. Həmin iclasının protokolu ilə protokolundan çıxarış da məzmun etibarı ilə fərqlidir. Halbuki, protokoldan çıxarış məzmun baxımdan protokoldan fərqli ola bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.2021-ci il tarixli iclasa sədrlik edən Həmkarlar İttifaqı Komitəsinin sədri X10, həmin tarixdə həm də Kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə keçirilmiş görüşdə iştirak etmişdir. Halbuki, o, Kollecdə keçirilmiş görüşdə real olaraq iştirak etməmiş, onun həmin iclasda iştirak etmək üçün də hər hansı səlahiyyəti olmamışdır. Onun eyni gündə keçirilmiş iki iclasda iştirak etmək imkanı da olmamışdır. Bu da xx.xx.2021-ci il tarixdə qeyd edilən iclasın Kollecdə keçirilmədiyini təsdiq edir. Ümumiyyətlə həmin tarixdə, habelə struktur dəyişikliyi və ixtisar barədə əmr qəbul edilən zaman iddiaçı məzuniyyətdə olmuşdur. Bu da həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini istisna edir. Digər tərəfdən Kollecin publik hüquqi şəxs olaraq nizamnaməsi Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixə qeydiyyata alınmasına baxmayaraq, Kollecin yeni ştat cədvəli bu tarixdən xeyli əvvəl tərtib edilərək, xx.xx.2021-ci il tarixdə Kollec tərəfindən Təhsil Nazirliyinə göndərilmişdir. Bu hal da yeni strukturun qanunvericiliyin tələbləri pozulmaqla təsdiq edildiyini sübut edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Lakin bundan sonra əlavə sübutların təqdim və tələb edilməsinə zərurət yarandığından işə baxılması təxirə salınmış və növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərmədən işə baxılmasında iştirak etməmiş, iddiaçının vəkili isə məhkəməyə ərizə ilə müraciət edərək, Coronavirus (Covid 19 infeksiyasına) xəstəliyinə yoluxması ilə əlaqədar karantin rejimində olduğundan işə baxılmasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının lazımi qaydada məlumatlandırılmasını, onun özünün şəxsən iştirak etməməsinin hər hansı üzürlü səbəbinin müəyyən edilmədiyini, xx.xx.2022-ci il tarixdə işə baxılmasının təxirə salınmasına əsas olmuş hallarla bağlı aidiyyəti sübutların təqdim edilməsini, ümumiyyətlə işə baxılmasının təxirə salınması üçün hər hansı digər müstəsna halın olmadığını, habelə cavabdeh tərəfin işə mahiyyəti üzrə baxımasını tələb etməsini nəzərə alıb, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz, habelə etirazına uyğun aidiyyəti sənədlər təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Həmin qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq əmr qəbul edilmişdir. Nazirliyin digər, xx.xx.2021-ci il tarixli əmrinə əsasən təşkil edilmiş komissiya tərəfindən Kollecin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış və araşdırmanın nəticələrinə dair arayış tərtib edilmişdir. Həmin arayışda göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə işçilərin sayının və ştatların ixtisarına zərurət yaranmışdır. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktub göndərilərək, Kollecdə optimal idarəetmə sisteminin yaradılması, habelə tədrisin daha səmərəli təşkili məqsədi ilə yeni ştat cədvəli təqdim edilmiş və cədvələ münasibət bildirilməsi xahiş edilmişdir. Nazirliyin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə yeni ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Buna uyğun olaraq xx.xx.2021-ci il tarixli əmrlə 2021-2022ci tədris ili üçün Kollecin yeni ştat cədvəli təsdiq edilmişdir. Məsələyə münasibət bildirilməsi üçün X6 Komitəsinə məktub göndərilmiş və Komitənin cavabı alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli struktur dəyişikliyi barədə əmrinə əsasən isə Kollecin Məktəbəqədər təhsil və sosial iş şöbəsinin, sığorta və korreksiyaedici təhsil şöbəsinin, pedaqoji şöbənin, mədəni-maarif şöbəsinin, musiqi və bədii yaradıcılıq işi şöbəsinin, karyera və tələbə şöbəsinin, qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ştatları ləğv edilmiş, əvəzində təhsil ixtisasları şöbəsinin, kultorologiya şöbəsinin və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. İxtisarla bağlı xx.xx.2021-ci il tarixdə Kollecin iclas zalında ixtisar olunan işçilərlə iclas keçirilərək, əmr barədə ətraflı məlumat verilmişdir. İşçilərin sayının və ştatların ixtisar edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrə əsasən ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun xəbərdarlıq edilməklə, onlara yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifələr, o cümlədən tyutor vəzifəsi təklif edilmiş və təklifə razılıq verən işçilərin işə qəbul edilməsi təmin edilmişdir. Ümumiyyətlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. Belə ki, iddiaçı və ixtisar olunan digər işçilər əmək hüquqlarının pozulması hallarının araşdırılması və pozulmuş əmək hüquqlarının bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsinə də müraciət etmişdilər. Həmin qurum tərəfindən aparılmış araşdırma nəticəsində də cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Bununla belə göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını təmin etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi X11 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazı və digər nümayəndənin mövqeyini müdafiə etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 nömrəli qərarı ilə Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Həmin qərarın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli əmr qəbul edilmişdir. Həmçinin, nazirliyin xx.xx.2021-ci il tarixli əmrinə əsasən bu məqsədlər üçün yaradılmış komissiya tərəfindən 02-16 mart 2021-ci il tarixlərdə Bakı Humanitar Kollecinin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmış və bu zaman müxtəlif, o cümlədən Kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs bölgüsünün aparılması və ştatların kompektləşdirilməsi istiqamətində bir çox sayda nöqsan və pozuntuların olduğu aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayış Kollecə göndərilmiş və Kollecə tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi, Kollecin səlahiyyətləri daxilində digər nöqsan və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görülməklə bu barədə nazirliyə məlumat verilməsi tapşırılmışdır. Məhz bu tədbirlər çərçivəsində Kollecdə struktur dəyişiklikləri aparılmış və nəticədə yeni struktur təsdiq edilmişdir. Belə ki, Kollecin strukturu yeni yaradılmış publik hüquqi şəxsin strukturuna uyğun deyildi və Kollecdə struktur islahatının aparılmasına zərurət yaranmışdır. Kollecdə ixtisasların aparılması da məhz yeni strukturun təsdiq edilməsi ilə bağlı olmuşdur. Yeni strukturun Kollecin direktoru tərəfindən təsdiq edilməsində isə hər hansı qanun pozuntusu yoxdur. Belə ki, Kollecin nizamnaməsinə əsasən Kollecin strukturunun və işçilərin say həddinin təsdiqi onun təsisçisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi də yeni strukturun Kollecin direktoru tərəfindən təsdiq edilməsinə etiraz etməmiş və bu barədə Kollecə rəsmi məktub ünvanlamışdır. Bununla da nazirlik tərəfindən Kollecin direktoruna struktur dəyişikliyinin aparılması səlahiyyəti verilmişdir. Struktur dəyişikliyi nəticəsində 91 nəfər əməkdaşın ixtisarı məsələsi ortaya çıxmış və bu əsasla onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın alınması üçün əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq Kollec tərəfindən X6 Komitəsinə müraciət edilmişdir. Komitə tərəfindən də məsələ üzrə aparılmış araşdırma nəticəsində 16 nəfər əməkdaşın ixtisar edilməsi mümkün hesab edilməmiş, qalan 75 nəfər əməkdaşın isə ixtisarına etiraz edilməmişdir. Bu şəxslərin hər birinə başqa vəzifələr, o cümlədən tyutor vəzifəsi təklif edilmişdir. Həmin şəxslərdən də 49 nəfəri artıq başqa işlə təmin olunmuşdur. Digərləri təklif olunan vəzifələrlə razılaşmamışdır. Ümumiyyətlə struktur dəyişikliyinin aparılması, habelə işçilərin və ştatların ixtisarı zamanı Kollec tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, Kollecdə struktur dəyişikliyinin aparılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, təklif olunan struktur dəyişikliyi ilə bağlı tərtib edilmiş ştat cədvəli razılaşdırılması üçün Kollec tərəfindən Maraqlı şəxsnə göndərilmişdir. Həmin cədvəl universitetin Elmi Şurasının iclasında tanışlıq üçün şura üzvlərinə təqdim edilmiş və Kollecin bu barədə təklifi səsə qoyularaq qəbul edilmişdir. Bununla da universitet tərəfindən struktur dəyişikliyinə razılıq verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir. Kollecdə həqiqətən də sturktur dəyişikliyin aparılmasına, o cümlədən işçilərin və ştatların ixtisarına ehtiyac var idi. Bununla bağlı, Kollecin direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə ştatların ixtisar edilməsi üçün İxtisarın həyata keçirilməsinə nəzarət komissiyası yaradılmış, 7 şöbənin müdiri ştatı ləğv edilmiş, Təhsil ixtisasları şöbəsinin müdiri, Kulturologiya şöbəsinin müdiri və İncəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. Həmin əmrin icrası da ona tapşırılmışdır. Struktur dəyişikləri nəticəsində iddiaçının tutduğu Məktəbəqədər təhsil və sosial iş şöbəsi ştatı da ləğv edilmişdir. Həmin şöbənin səlahiyyətlərini hazırda Təhsil ixtisasları şöbəsi həyata keçirir. Bu şöbənin müdiri vəzifəsinə əvvəllər digər bir şöbənin müdiri vəzifəsində işləmiş və peşəkarlıq səviyyəsi daha yüksək olan Zülfiyev Talıb təyin edilmişdir. Qeyd edilən şəxs ixtisasça filoloqdur və 10 ilə yaxın müddətdir ki, Kollecdə işləyir. İxtisarla bağlı xx.xx.2021-ci il tarixdə Kollecin iclas zalında ixtisar olunan işçilərlə iclas keçirilmiş və əmr barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Səhv etmirsə həmin iclasda iddiaçı da iştirak etmişdir. Şöbə müdirləri ilə ayrıca iclas da keçirilmişdir. İxtisar olunan əməkdaşların, o cümlədən iddiaçının başqa işlə təmin edilməsi məqsədi ilə onlara tyutor vəzifəsi, iddiaçıya isə əlavə olaraq kitabxana müdiri vəzifəsi də təklif edilmişdir. Lakin iddiaçı hər iki vəzifədən imtina etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Bakı Humanitar Kollecinin (bunda sonra Kollec) xx.xx.2017-ci il tarixli, 69 nömrəli əmri ilə xx.xx.2017-ci il tarixdən Kollecin “Məktəbəqədər təlim və tərbiyə” şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 nömrəli qərarı ilə Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (bundan sonra Universitet) nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Həmin qərarın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra Təhsil Nazirliyi) tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrlə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Kollecin rəhbərinə nəzdinə verilən bu Kollecin “Dövlət və bələdiyyə tərəfindən yaradılmış orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq yeni Nizamnamə, həmçinin struktur və ştat cədvəlinin layihəsinin hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Bununla bağlı Humanitar Kollecin yeni Nizamnaməsinin, struktur və ştat cədvəlinin lahiyəsinin Təhsil Nazirliyinə təqdim edilməsi üçün təsdiq edilməsi məsələsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2020ci il tarixdə keçirilmiş Elmi Şurasının iclasında müzakirə edilmiş və Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin icrasının təmin edilməsi məqsədi ilə yaradılmış komissiyanın hesabatı dinlənilməklə Humanitar Kollecin yeni Nizamnaməsinin, struktur və ştat cədvəlinin lahiyəsinin Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən nazirliyin əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya tərəfindən 02-16 mart 2021-ci il tarixlərdə Bakı Humanitar Kollecinin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış (yoxlanılmış) və bu zaman bir sıra nöqsanlar və pozuntular, o cümlədən illik dərs yükünün 500 saatdan az olmaması barədə (Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 215 nömrəli qərarı) tələblərə baxmayaraq, Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147-nin dərs yükünün 250-500 saat aralığında olduğu, bunun 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyinin öz vəzifə səlahiyyətlərini aşaraq, 47 müəllimi daimi işə qəbul edilməsi ilə bağlı olduğu, müəllimlərin işə qəbul prosesinin dərs yükü bölündükdən sonra da davam etdiyi, habelə Kollecdə dərs yükünün bir əməkdaşlardan əsassız alınaraq digərlərinə verilməsi, müəllim heyəti ilə yanaşı Kollecdə fəaliyyət göstərən şöbə müdirlərinin, fənn birləşmə sədrlərinin əsassız yer dəyişdirilməsi, bəzilərinin sıravi müəllim keçirilməsi, onların yerinə səriştəsiz və qeyri ixtisas müəllimlərinin təyin edilməsi hallarına yol verildiyi, nümunəvi ştat cədvəlinin tələblərinə zidd olaraq aidiyyəti (baletmeyster, kuryer və sair) ştatların yaradıldığı müəyyən edilmişdir. Araşdırmanın (yoxlamanın) nəticələrinə dair tərtib edilmiş arayış Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə Kollecə göndərilmiş və Kollecə tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi, habelə digər nöqsan və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticələr barədə nazirliyə məlumat verilməsi tapşırılmışdır. xx.xx.2021-ci il tarixdə Kollec tərəfindən Təhsil Nazirliyinə göndərilmiş məktubda publik hüquqi şəxs statusu əldə etməsi ilə əlaqədar Kollecdə optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sistemində islahatların həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəlinin tərtib edildiyi qeyd edilmiş və həmin cədvələ münasibət bildirilməsi xahiş olunmuşdur. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş ştat cədvəlinin təsdiq olunmasına etiraz edilmədiyi bildirilmiş, eyni zamanda, ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində onların başqa işlə təmin olunması məsələsinə baxılması tövsiyə edilmişdir. xx.xx.2021-ci il tarixdə Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə eyni məzmunlu məktub ünvanlanaraq, yeni ştat cədvəlinin Təhsil Nazirliyinə təqdim edildiyi və nazirliyin razılıq məktubuna əsasən ştat cədvəlinin təsdiq edildiyi bildirilmiş və həmin ştat cədvəli təqdim edilmişdir. Universitetin eyni tarixli cavab məktubunda Kollecin nizamnaməsinin 4.14.5-ci bəndinə uyğun olaraq ştat cədvəlinin Kollec tərəfindən Universitetə göndərildiyi, ştat cədvəlinin Universitetin Elmi Şurasının xx.xx.2021-ci il tarixdə keçirilən iclasında şura üzvlərinə təqdim edildiyi, Kollecin yeni ştat cədvəlinin təsdiq edilməsi ilə bağlı təklifinin səsə qoyularaq qəbul edildiyi və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ştat cədvəlinin təsdiqi ilə bağlı Kollecin vəsatətin təmin edildiyi qeyd edilmiş və Təhsil Nazirliyinin ştat cədəvlinin təsdiqi ilə bağlı məktubunun və Universitetin razılığının Kollecin fəaliyyəti üçün əsas kimi qəbul edilməsi xahiş edilmişdir. Həm Təhsil Nazirliyinin, həm də Universitetin müvafiq olaraq 17 iyul və 23 iyul tarixli məktubları nəzərə alınaraq Kollecin xx.xx.2021-ci il tarixli, 141 nömrəli əmri ilə 2021-2022-ci tədris ili üçün Kollecin ştat cədvəli təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixdə X9 Komitəsinə müraciət edərək, Kollecin publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilməsi yolu ilə yenidən təşkil edildiyi, bununla bağlı kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin və ya ştatların ixtisar edilməsi zərurətinin yarandığını bildirmiş və məktuba əlavə edilən siyahı üzrə 91 nəfər işçinin ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin 10 sentyabr 2021-ci il tarixli cavab məktubu ilə təqdim edilmiş siyahı üzrə 16 nəfər işçinin ixtisar edilməsi uyğun hesab edilməmiş, qalan 75 nəfər işçinin ixtisarına etiraz edilməmişdir. Kollecin xx.xx.2021-ci il tarixli, 167 nömrəli əmri ilə Kollecin struktur bölmələrində artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədi ilə ştatların ixtisar edilməsi üçün “İxtisarın həyata keçirilməsinə nəzarət” komissiyası yaradılmış, Əmək Məcəlləsinin 77.1-ci və 77.2ci maddələrinin tələblərinə riayət etməklə vəzifələri ixtisara düşən əməkdaşların qanunamüvafiq qaydada işdən azad edilməsinin təmin edilməsi tapşırılmış, həmçinin, yeni ştatlar təstiq edilmiş, bir sıra ştatlar ləğv edilmiş, o cümlədən Kollecin Məktəbəqədər təhsil və sosial iş şöbəsinin, sığorta və korreksiyaedici təhsil şöbəsinin, pedaqoji şöbənin, mədəni-maarif şöbəsinin, musiqi və bədii yaradıcılıq işi şöbəsinin, karyera və tələbə şöbəsinin, qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ştatları ləğv edilərək, əvəzində təhsil ixtisasları şöbəsinin, kultorologiya şöbəsinin və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. Kollecin xx.xx.2021-ci il tarixli, 177 nömrəli əmri ilə əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayı və ya ştatları ixtisar edilmiş, əmrdən irəli gələn ixtisar olunacaq işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatının təklif edilməsi tapşırılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıya bildiriş göndərilməklə Kollecin xx.xx.2021-ci il tarixli, 177 nömrəli əmri ilə onun tutduğu “Məktəbəqədər təhsil və sosial iş şöbəsi”nin müdiri vəzifə ştatının ixtisara düşməsi barədə məlumat verilmiş və əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə ona Kolleclə arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. Kollecin xx.xx.2021-ci il tarixli, 281 nömrəli əmri ilə Kollecin “Məktəbəqədər təhsil və sosial iş şöbəsi”nin müdiri olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin saylı və ştatları ixtisar edildiyi üçün xx.xx.2021-ci il tarixdən xitam verilmiş, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması tapşırılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İxtisar edilən işçilər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinə kollektiv şəkildə şikayət edərək, qeyd edilən prosesin qanunsuz aparıldığını və əmək hüquqlarının pozulduğunu bildirərək, məsələ ilə bağlı araşdırma aparılmasını xahiş etmişdilər. Müraciətlə bağlı aidiyyəti sənədlər də tələb edilməklə həmin idarə tərəfindən araşdırma aparılmış və nəticədə həmin şəxslərin, o cümlədən iddiaçının əmək müqaviləsinə əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə və Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi və son haqq-hesabların əmək haqqı kartlarına köçürüldüyü müəyyən edilmişdir. Bu barədə şikayətçilərə və Kollecə məktub göndərilmişdir. Kollecin Publik hüquqi şəxs olaraq yeni nizamnaməsi Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Hazırda iddiaçı yeni strukturun təsdiq edilməsinin və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu və qanunvericiliyin tələbləri pozulmalqa aparıldığını, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Kollecin yalnız maliyyə-təsərrüfat fəaliyyətinin araşdırıldığını, bu araşdırmanın yeni strukturun təsdiq edilməsi üçün əsas olmadığını, yeni ştat cədvəlinin Kollecin təsisçisi tərəfindən deyil, buna hər hansı səlahiyyəti olmayan Kollecin direktoru tərəfindən təsdiq edildiyini, işçilərin sayının və ştatlarının ixtisarı ilə bağlı X14 tərəfindən hər hansı qərarın qəbul edilmədiyini, məsələ ilə bağlı Kollecdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün əsaslandırılmış yazılı təqdimatla müraciət edilmədiyini, bu təşkilata sadəcə olaraq məktub göndərildiyini, Həmkarlar İttifaqı Komitəsinin bu məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasına iddiaçının, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş hər hansı digər şəxslərin, habelə şahidlərin və mütəxəssislərin dəvət edilmədiyini, həmin iclasın protokolu ilə protokolundan çıxarışın məzmun etibarı ilə fərqli olduğunu, xx.xx.2021-ci il tarixdə Kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə keçirilmiş görüşdə həqiqətdə Həmkarlar İttifaqı Komitəsinin sədri X5 iştirak etmədiyini, onun həmin iclasda iştirak etmək üçün də hər hansı səlahiyyətinin də olmadığını, lakin bu iclasın keçirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda onun da adının qeyd edildiyini, iddiaçının da bu iclasda iştirak etmədiyini, bu iclasın ümumiyyətlə keçirilmədiyini, həmin tarixdə, habelə struktur dəyişikliyi və ixtisar barədə əmr qəbul edilən zaman iddiaçının məzuniyyətdə olduğunu, Kollecin publik hüquqi şəxs olaraq nizamnaməsinin Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixə qeydiyyata alınmasına baxmayaraq, Kollecin yeni ştat cədvəlinin bu tarixdən xeyli əvvəl tərtib edildiyini, xx.xx.2021-ci il tarixdə Kollec tərəfindən Təhsil Nazirliyinə göndərildiyini, həmçinin iddiaçıya ayrı-ayrı vaxtlarda tyutor və kitabxana müdiri vəzifələrinin təklif edildiyini, lakin onun, bu vəzifələrdən imtina etdiyini, belə ki, hazırda həm də onun müdiri olmuş şöbənin funksiyalarını həyata keçirən şöbəyə peşəkarlıq səviyyəsi və vəzifəyə uyğunluq baxımından məhz o, müdir təyin edilməli olduğunu bildirir və onun barəsində qəbul edilmiş əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı əsassız hesab edir, Bakı Humanitar Kollecinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 saylı qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq əmrin qəbul edildiyini, nazirliyin digər, xx.xx.2021-ci il tarixli əmrinə əsasən təşkil edilmiş komissiya tərəfindən Kollecdə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin araşdırıldığını və araşdırmanın nəticələrinə dair tərtib edilmiş arayışda göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə işçilərin sayının və ştatların ixtisarına zərurətin yarandığını, bununla bağlı Kollec tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktub göndərilərək, Kollecdə optimal idarəetmə sisteminin yaradılması, habelə tədrisin daha səmərəli təşkili məqsədi ilə yeni ştat cədvəlinin təqdim edildiyini və nazirliyin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə yeni ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilmədiyini, buna uyğun olaraq xx.xx.2021-ci il tarixli əmrlə 2021-2022-ci tədris ili üçün Kollecin yeni ştat cədvəli təsdiq edildiyini, məsələyə münasibtə bildirilməsi üçün X6 Komitəsinə məktub göndərildiyini və Komitənin cavabının alındığını, Kollecin xx.xx.2021-ci il tarixli struktur dəyişikliyi barədə əmrinə əsasən Kollecin Məktəbəqədər təhsil və sosial iş şöbəsinin, sığorta və korreksiyaedici təhsil şöbəsinin, pedaqoji şöbənin, mədəni-maarif şöbəsinin, musiqi və bədii yaradıcılıq işi şöbəsinin, karyera və tələbə şöbəsinin, qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ştatlarının ləğv edildiyini, əvəzində təhsil ixtisasları şöbəsinin, kultorologiya şöbəsinin və incəsənət şöbəsinin müdiri ştat vahidlərinin təsdiq edildiyini, ixtisarla bağlı xx.xx.2021-ci il tarixdə Kollecin iclas zalında ixtisar olunan işçilərlə iclas keçirilərək, əmr barədə ətraflı məlumatın verildiyini, işçilərin sayının və ştatların ixtisar edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrə əsasən ixtisar olunacaq işçilərə Əmək Məcəlləsinin tələblərinə uyğun xəbərdarlıq edilməklə, onlara yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifələrin, o cümlədən tyutor vəzifəsinin təklif edildiyini və təklifə razılıq verən işçilərin işə qəbul edilməsinin təmin edildiyini, ümumiyyətlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Kollec tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edildiyini, iddiaçı və ixtisar olunan digər işçilərin əmək hüquqlarının pozulması hallarının araşdırılması və pozulmuş əmək hüquqlarının bərpası üçün hətta Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsinə də müraciət etdiyini, həmin qurum tərəfindən aparılmış araşdırma nəticəsində də cavabdeh Kollec tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyinin müəyyən edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi iddianı qəbul etmir, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən bu məqsədlər üçün yaradılmış komissiya tərəfindən 02-16 mart 2021-ci il tarixlərində Bakı Humanitar Kollecinin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanıldığını və bu zaman müxtəlif, o cümlədən Kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs bölgülərinin aparılması və ştatların kompektləşdirilməsi istiqamətində bir çox sayda nöqsan və pozuntuların aşkar edildiyini, yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışın Kollecə göndərildiyini və Kollecə tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi, Kollecin səlahiyyətləri daxilində digər nöqsan və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görülməklə bu barədə nazirliyə məlumatın verilməsinin tapşırıldığını, məhz bu tədbirlər çərçivəsində Kollecdə struktur dəyişikliklərinin aparıldığını və nəticədə yeni strukturun təsdiq edildiyini, Kollecin strukturunun yeni yaradılmış publik hüquqi şəxsin strukturuna da uyğun olmadığını və Kollecdə struktur islahatının aparılmasına zərurətin yarandığını, Kollecdə ixtisasların aparılmasının da məhz yeni strukturun təsdiq edilməsi ilə bağlı olduğunu, yeni strukturun Kollecin direktoru tərəfindən təsdiq edilməsində isə hər hansı qanun pozuntusunun olmadığını, Kollecin strukturunun və işçilərinin say həddinin təsdiqi səlahiyyətinə malik olan Təhsil Nazirliyinin yeni strukturun Kollecin direktoru tərəfindən təsdiq edilməsinə etiraz etmədiyini və bu barədə Kollecə rəsmi məktub ünvanladığını, bununla da nazirlik tərəfindən Kollecin direktoruna struktur dəyişikliyinin aparılması səlahiyyətinin verildiyini, ixtisarla bağlı ümumilikdə 91 nəfər əməkdaşla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın alınması üçün əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq Kollec tərəfindən X6 Komitəsinə müraciət edildiyini, komitə tərəfindən də məsələ üzrə aparılmış araşdırma nəticəsində 16 nəfər əməkdaşın ixtisar edilməsinin mümkün hesab edilmədiyini, qalan 75 nəfər əməkdaşın isə ixtisarına etiraz edilmədiyini, bu şəxslərin hər birinə başqa vəzifələrin, o cümlədən tyutor vəzifəsinin təklif edildiyini, həmin şəxslərdən də 49 nəfərinin artıq başqa işlə təmin olunduğunu, digərlərinin təklif olunan vəzifələrlə razılaşmadığını, ümumiyyətlə struktur dəyişikliyinin aparılması, habelə işçilərin və ştatların ixtisarı zamanı Kollec tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halının aşkar edilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs Maraqlı şəxs Kollecdə struktur dəyişikliyinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıldığını, təklif olunan struktur dəyişikliyi ilə bağlı tərtib edilmiş ştat cədvəlinin razılaşdırılması üçün Kollec tərəfindən Universitetə göndərildiyini, həmin cədvələ Universitetin Elmi Şurasının iclasında baxıldığını və Kollecin bu barədə təklifinin qəbul edildiyini, bununla da Universitet tərəfindən struktur dəyişikliyinə razılıq verildiyini bildirir. Şahid X1 tədris işləri üzrə direktor müavini vəzifəsində işlədiyini, Kollecdə həqiqətən də sturktur dəyişikliyin aparılmasına, o cümlədən işçilərin və ştatların ixtisarına ehtiyac olduğunu, bununla bağlı, Kollecin direktorunun xx.xx.2021-ci il tarixli əmri ilə ştatların ixtisar edilməsi üçün İxtisarın həyata keçirilməsinə nəzarət komissiyası yaradıldığını, 7 şöbənin müdiri ştatının ləğv edildiyini, Təhsil ixtisasları şöbəsinin müdiri, Kulturologiya şöbəsinin müdiri və İncəsənət şöbəsinin müdiri ştat vahidlərinin təsdiq edildiyini, həmin əmrin icrasının ona tapşırıldığını, struktur dəyişikləri nəticəsində iddiaçının tutduğu Məktəbəqədər təhsil və sosial iş şöbəsi ştatınında ləğv edildiyini, həmin şöbənin səlahiyyətlərinin hazırda Təhsil ixtisasları şöbəsi tərəfindən həyata keçirildiyini, bu şöbənin müdiri vəzifəsinə əvvəllər digər bir şöbənin müdiri vəzifəsində işləmiş və peşəkarlıq səviyyəsi daha yüksək olan Zülfiyev Talıb təyin edildiyini, həmin şəxsin ixtisasça filoloq olduğunu və 10 ilə yaxın müddətdir ki, Kollecdə işlədiyini, ixtisarla bağlı xx.xx.2021-ci il tarixdə Kollecin iclas zalında ixtisar olunan işçilərlə iclasın keçirildiyini və əmr barədə iştirakçılara ətraflı məlumat verildiyini, şöbə müdirləri ilə ayrıca iclasın da keçirildiyini, ixtisar olunan əməkdaşların, o cümlədən iddiaçının başqa işlə təmin edilməsi məqsədi ilə onlara tyutor vəzifəsinin, iddiaçıya isə əlavə olaraq kitabxana müdiri vəzifəsinin də təklif edildiyini, lakin iddiaçının hər iki vəzifədən imtina etdiyini bildirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir; 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə ilk növbədə Kollecdə işçilərin sayının və ştatların ixtisarının səbəbləri ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarına və bu qərara uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildikdən sonra Təhsil Nazirliyinin digər bir əmri ilə Kollecin yeni Nizamnaməsinin, həmçinin struktur və ştat cədvəlinin layihəsinin hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsi bu Kollecin nəzdinə verildiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə tapşırılmışdır. Bu, əmrdən irəli gələn tapşırıqlar, o cümlədən Kollecin struktur və ştat cədvəlinin lahiyəsinin Təhsil Nazirliyinə təqdim edilməsi üçün təsdiq edilməsi məsələsi Universitetinin xx.xx.2020-ci il tarixdə keçirilmiş Elmi Şurasının iclasında müzakirə edilmiş və Təhsil Nazirliyinin həmin əmrinin icrasının təmin edilməsi məqsədi ilə yaradılmış komissiyanın hesabatı dinlənilməklə Humanitar Kollecin struktur və ştat cədvəlinin lahiyəsinin Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Həmçinin, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən nazirliyin əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya tərəfindən 02-16 mart 2021-ci il tarixlərdə Bakı Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış (yoxlanılmış) və bu zaman bir sıra nöqsanlar və pozuntular, o cümlədən 2019cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyinin öz vəzifə səlahiyyətlərini aşaraq, 47 müəllimi daimi işə qəbul etməsi nəticəsində 147 müəllimin dərs yükünün tələb olunan miqdardan az olması, müəllimlərin işə qəbul prosesinin dərs yükü bölündükdən sonra da davam etməsi, habelə Kollecdə dərs yükünün bir əməkdaşlardan əsassız alınaraq digərlərinə verilməsi, müəllim heyəti ilə yanaşı Kollecdə fəaliyyət göstərən şöbə müdirlərinin, fənn birləşmə sədrlərinin əsassız yer dəyişdirilməsi, bəzilərinin sıravi müəllim keçirilməsi, onların yerinə səriştəsiz və qeyri ixtisas müəllimlərinin təyin edilməsi hallarına yol verildiyi, habelə nümunəvi ştat cədvəlinin tələblərinə zidd olaraq aidiyyəti ştatların yaradıldığı müəyyən edilmişdir. Araşdırmanın (yoxlamanın) nəticələrinə dair tərtib edilmiş arayış Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə Kollecə göndərilmiş və Kollecə tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi, habelə digər nöqsan və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticələr barədə nazirliyə məlumat verilməsi tapşırılmışdır. Bununla belə, struktur dəyişikliklərinin aparılması, o cümlədən yeni ştat cədvəlinin təsdiq edilməsi Kollecin publik hüquqi şəxs statusu əldə etməsi, habelə Kollecdə aparılmış yoxlama nəticəsində bu sahədə aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı olmuşdur. Bu zərurətin Kollecin məhz maliyyə təsərrüfat fəaliyyətinin araşdırılması zamanı müəyyən edilməsi onun əsassız olmasına dəlalət edə bilməz. Belə ki, Kollecin maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılması zamanı müəllimlərin dərs yükü və ona uyğun ödənilən əmək haqqı da nəzərdən keçirilir və bu zaman müəllimlərin sayı, habelə onların arasında dərs yükünün bölüşdürülməsi və bu kimi digər məsələlərlə bağlı nöqsanların aşkar edilməsi də istisna deyil. Bu səbəbdən yoxlama qeyd edilən məsələni də əhatə etməklə həmin sahə üzrə də araşdırmanın aparılmasını şərtləndirmişdir. Belə olan halda, bu nöqsanların arayışa daxil edilməsi qanunsuz hal kimi deyil, zəruri hal kimi qəbul edilməlidir. Hər bir halda, komissiyanın üzvləri onlar tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılmasına istinad edərək, bu məsələni diqqətdən kənar saxlaya və arayışa daxil etməyə bilməzdilər. Başqa sözlə, Kollecdə struktur dəyişikliklərinin aparılması, o cümlədən yeni ştat cədvəlinin müəyyən edilməsi və buna uyğun olaraq işçilərin sayının və ştatların ixtisarı üçün real əsaslar mövcud olmuşdur. Bu səbəbdən məhkəmə bu işlərin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması qənaətinə gəlir və iddiaçının bu barədə dəlillərini əsassız hesab edir. Kollecdə struktur dəyişikliyinin aparılması, o cümlədən işçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə əmrin Kollecin direktoru tərəfindən qəbul edilməsi, yəni yeni ştat cədvəlinin Kollecin direktoru tərəfindən təsdiq edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Kollecin təsisçisi Təhsil Nazirliyidir və Kollecin Nizamnaməsi ilə onun səlahiyyətləri müəyyən edilmiş, o cümlədən Kollecin strukturunun, işçilərin say həddinin təsdiqi təsisçi olan Təhsil Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir (Nizamnamənin 4.2.5-ci yarımbəndi). Eyni zamanda, təsisçinin bəzi səlahiyyətlərini həyata keçirən qurumlar müəyyən edilmişdir. Belə ki, Nizamnamənin 4.4-cü yarımbəndinə əsasən təsisçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü (Kollecin direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi), 4.2.6-cı, 4.2.8-ci yarımbəndlərində qeyd olunan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir. Nizamnamənin 4.5-ci yarımbəndinə əsasən təsisçinin digər səlahiyyətlərini (4.2.1-ci, 4.2.2-ci, 4.2.6-cı və 4.2.8-ci yarımbəndlərdə nəzərdə tutulmuş səlahiyyətlər, habelə 4.2.3-cü yarımbənddə - Kollecin direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi istisna olmaqla) Universitet həyata keçirir. Nizamnamənin 4.14.4cü yarımbəndinə əsasən direktor təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Təhsil Nazirliyinə, Unversitetə təkliflər verir və sənədlər təqdim edir. Nizamnamənin 4.14.5-ci yarımbəndinə əsasən direktor müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində ştat cədvəlini Universitetlə razılaşdırmaqla, təsdiq edir. Nizamnamənin 4.14.6-cı yarımbəndinə əsasən Kollecin işçilərinin (direktor müavinləri istisna olmaqla), o cümlədən Təhsil Nazirliyi ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair qərarlar qəbul edir. Nizamnamənin 6.1-ci yarımbəndinə əsasən isə Kollecin fəaliyyətinə nəzarəti Təhsil Nazirliyi, Universitet, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər. Bununla belə Nizamnaməyə əsasən təsisçi olan Təhsil Nazirliyinin Kollecin strukturunun, habelə işçinin say həddinin təsdiq edilməsi səlahiyyətini Universitet həyata keçirir və Kollecin direktoru Universitetlə razılaşdırmaqla müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində ştat cədvəlinin təsdiq etmək, habelə bu məsələ ilə bağlı təkliflər vermək səlahiyyətinə malikdir. Bu səlahiyyətlərə də uyğun Təhsil Nazirliyi xx.xx.2020-ci il tarixli əmrlə Universitetə Kollecin struktur və ştat cədvəlinin layihəsinin hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılmış, həmin tapşırığa uyğun struktur və ştat cədvəlinin ləyihəsinin Təhsil Nazirliyinə təqdim edilməsi üçün təsdiq edilməsi məsələsi Universitetin Elmi Şurasının xx.xx.2020-ci il tarixli iclasında müzakirə edilmiş və bununla bağlı müvafiq qərar qəbul edilmişdir. Buna uyğun olaraq Kollecin yeni ştat cədvəli hazırlanmış və Kollec tərəfindən Təhsil Nazirliyi qarşısında bu cədvəlin təsdiq edilməsinə razılıq verilməsi məsələsi qaldırlmış, Təhsil Nazirliyi cavab məktubu ilə Kollecin yeni ştat cədvəlinin Kollecin direktoru tərəfindən təsdiq etməsi barədə vəsatətinə müsbət yanaşaraq, buna etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, müəyyən edilmiş yeni ştat cədvəlinin Kollecin direktoru tərəfindən təsdiq edilməsi məsələsinin razılaşdırılması üçün Kollec tərəfindən Universitetə müraciət edilmiş və qeyd edilən təklif Universitetin Elmi Şurasının digər iclasında müzakirə edilərək, qəbul edilmiş və yeni ştat cədvəlinin Kollecin direktoru tərəfindən təsdiq edilməsinə razılıq verilmişdir. Başqa sözlə, Kollecin struktur və yeni ştat cədvəlinin təsdiq edilməsi barədə Universitetin Elmi Şurasında qərar qəbul edilmiş və Kollecin nizamnaməsinə uyğun olaraq yeni ştat cədvəlinin Kollecin direktoru tərəfindən təsdiq edilməsi məsələsi həm Universitetlə razılaşdırlmış, həm də Kollecin təsisçisi olan Təhsil Nazirliyi buna razılıq vermişdir. Həmçinin, kollecin Nizamnaməsində yeni ştat cədvəlinin təsdiq edilməsi, o cümlədən işçilərin sayının və ştatlarının ixtisar edilməsi ilə bağlı X19 tərəfindən hər hansı qərarın qəbul edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfin bu barədə dəlillərini əsassız hesab edir və Kollecin direktorunun ştat cədvəlinin təsdiq edilməsi, struktur dəyişikliyi və işçilərin sayının və ştatların ixtisar edilməsi barədə əmrləri qəbul etməkdə tam səlahiyyətli olması qənaətinə gəlir. Məhkəmə Kollecdə işçilərin sayının və ştatların ixtisar edilməsi prosesinin əmək qanunvericiliyinin tələblərinə uyğunluğu ilə bağlı qeyd edir ki, Kollecdə aparılmış struktur dəyişikliyi nəticəsində həqiqətən də iddiaçının tutduğu Məktəbəqədər təhsil və sosial iş şöbəsinin müdiri ştatı (ixtisar) ləğv edilmişdir. Nəticə etibarı ilə struktur dəyişikliyinə uyğun olaraq kollecdə fəaliyyət göstərən 7, o cümlədən iddiaçının müdiri olduğu həmin şöbə və buna uyğun olaraq bu şöbələrin müdiri ştatı ləğv edilmiş və əvəzində 3 yeni, o cümlədən Təhsil ixtisasları, Kulturologiya və İncəsənət şöbələri yaradılmış və buna uyğun olaraq bu şöbələrin müdiri ştatı təsdiq edilmişdir. Yeni struktura uyğun olaraq hazırda Təhsil ixtisasları şöbəsi həmçinin, iddiaçının müdiri olduğu şöbənin səlahiyyətlərini həyata keçirir. Bu şöbənin müdiri vəzifəsinə əvvəllər digər bir şöbənin müdiri vəzifəsində işləmiş Zülfiyev Talıb təyin edilmişdir. İddiaçı ixtisasça bioloq olduğu halda, qeyd edilən şəxs filoloqdur (hər iki ixtisas eyni dərəcədə uyğundur), iddiaçı Kollecdə 4, o isə 10 illik iş stajına malikdir. Həmin şəxslə müqayisədə iddiaçının tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olması halı, o cümlədən bu vəzifəyə təyinat zamanı iddiaçıya üstünlük verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının əmək stajına (1 ildən – 5 ilədək) uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi bu əsasla ləğv edilməzdən azı dörd təqvim həftəsi əvvəl, yəni xx.xx.2021-ci il tarixdə o, bu barədə xəbərdar edilmiş, habelə Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən edilmiş digər tədbirlər görülmüşdür. Bu hal ixtisar olunan işçilərin şikayəti əsasında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmışdır. Həmçinin, həmin ərəfədə iddiaçıya Kollecdə mövcud olan tyutor və kitabxana müdiri vəzifəsinə işə qəbul edilməsi də təklif edilmiş, lakin iddiaçı bu vəzifələrin hər hansı biri üzrə işə qəbul edilməsinə razılıq verməmişdir (özünün etirafı). Bu prosesdə Kollecdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının iştirakı, o cümlədən onun qabaqcadan razılığının alınması ilə bağlı qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə Kollecin Həmkarlar ittifaqı Komitəsinə ünvanlanmış müraciət necə adlandırılmasından asılı olmayaraq, məzmun və mahiyyət etibarı ilə 91 nəfər işçi, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə razılığın alınması üçün edilmiş müraciətdir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə ləğv etmək istəyən Kollec xx.xx.2021-ci il tarixdə həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmiş və həmin müraciətə ixtisar edilməsi nəzərdə tutulmuş işçilərin sayının və ya ştatların siyahısını əlavə etmişdir. Komitə tərəfindən də bu məsələyə baxılmış və nəticədə 16 nəfər işçinin ixtisar edilməsi uyğun hesab edilməmiş, digər 75 nəfər işçinin ixtisarına isə etiraz edilməmiş və bununla bağlı aidiyyəti siyahılar və Komitənin yazılı qərarından çıxarış Kollecə təqdim edilmişdir. Həmin təqdimata işçilərin və ya ştatların hər biri ilə bağlı aparılmış təhlilin və digər zəruri sənədlərin əlavə edilməməsi onun əsaslandırılmaması və ya bu sənədlərin reallıqda Komitəyə təqdim edilməməsi, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Komitə tərəfindən Kollecə əsaslandırılmış yazılı qərar deyil, qərardan çıxarışın göndərilməsi də Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə riayət edilməməsi kimi qəbul edilə bilməz. Belə ki, Komitənin xx.xx.2021-ci il tarixli iclasının protokoluna əsasən Komitə tərəfindən siyahıda adları olan işçilərin sənədləri və iş fəaliyyətləri Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin tələbləri, habelə Təhsil Nazirliyi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışın məzmunu nəzərə alınmaqla araşdırılmış və nəticədə 16 nəfər işçinin ixtisar edilməsi uyğun hesab edilməmiş və araşdırmanın nəticələrinə dair qərar qəbul edilmişdir. Hər bir halda, bu sənədlər Komitədə olmuşdur. Əks halda, Komitənin 16 nəfər işçiyə münasibətdə belə bir mövqedən çıxış etməsi mümkün olmazdı. Əksinə Komitənin bu mövqeyi real olaraq və hərtərəfli şəkildə araşdırmanın aparıldığına və iclasın formal əsaslarla keçirilmədiyinə dəlalət edir. Komitənin iclasında iddiaçının iştirak etməməsi, habelə iclasın protokolu ilə protokoldan çıxarış arasında məzmun etibarı ilə fərqli olması da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz və iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas deyil. Belə ki, çıxarış Komitənin həqiqi mövqeyinə zidd deyil və bu mövqeylə ziddiyyət təşkil etmir, sadəcə olaraq çıxarış, protokola münasibətdə natamam tərtib edilmişdir. Digər tərəfdən bu uyğunsuzluq işəgötürənin nöqsanı kimi qiymətləndirilə bilməz. Hər bir halda, iclas keçirilmiş, iclasda tələb olunan səviyyədə araşdırma aparılmış və bu halları əks etdirən iclasın protokolu və protokol üzrə qəbul edilmiş qərarlar mövcuddur. Məcəllənin qeyd edilən maddəsində iddiaçının (məsələsinə baxılan şəxsin) Komitənin iclasında məcburi iştirakı ilə bağlı hər hansı imperativ tələb təsbit edilməmiş, eyni zamanda, belə bir qadağa da müəyyən edilməmişdir. Bu səbəbdən Komitə belə bir vəzifə daşımır, lakin hüquqa malikdir. İşçinin Komitənin iclasına dəvət edilməsi də onun hüquqlarının daha etibarlı təmin edilməsi və bu baxımdan araşdırma predmetinə daxil olan hər hansı məsələyə (rəsmiləşdirmə ilə bağlı natamamlığa, habelə işçinin hərəkətinə və sair bu kimi hallara) aydınlıq gətirilməsi və işçinin şəxsi fikrinin öyrənilməsi məqsədi daşıya bilər. Lakin nəzərə alınmalıdır ki, “b” əsası, “ç” əsasından fərqli olaraq işçinin şəxsiyyəti ilə bağlı deyildir. Bu baxımdan “ç” əsasından fərqli olaraq işçinin hər hansı hərəkətə həqiqətdə yol verib-verməməsi və məhz bununla bağlı işəgötürən tərəfindən rəsmiləşdirmənin əmək qanunvericiliyinin tələblərinə tam riayət edilməklə aparılıb-aparılmaması araşdırılmır. Kollec tərəfindən Komitəyə natamam sənədlərin və məlumatın təqdim edilməsi, habelə Komitə tərəfindən aparılmış araşdırma zamanı aydınlıq gətirilməsi, o cümlədən iddiaçının fikrinin öyrənilməsi tələb edilən hər hansı məsələnin olduğu müəyyən edilməmişdir. Mövcud vəziyyətdə iclasın iddiaçının iştirakı olmadan keçirilməsi onun hər hansı hüququnu pozmamışdır. Komitənin bu məsələyə münasibətini əks etdirən xx.xx.2022-ci il tarixli məktubunda da ixtisar edilməsi nəzərdə tutulan şəxslərin sayı, habelə təqdim edilən sənədlərin prosesi ətraflı şəkildə əks etdirməsi nəzərə alınmaqla iclasın ixtisar edilən tərəfin iştirakı olmadan keçirilməsinin məqsədmüvafiq hesab edildiyi qeyd edilmişdir. Nəticə etibarı ilə həmin iclasda Kollecin (işəgötürənin) nümayəndələri və Komitənin üzvləri iştirak etmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfin istinad etdiyi “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair” Təlimat ATİAHİ Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli məclisində təsdiq edilmiş və bu sənəd normativ-hüquqi akt olmamaqla, məcburi qüvvəyə malik deyil. Komitənin iclası keçirilən tarixdə, habelə struktur dəyişikliyi və ixtisar barədə əmr qəbul edilən zaman iddiaçının məzuniyyətdə olması barədə iddiaçının dəlilləri də reallığı əks etdirmir. Belə ki, Kollecin xx.xx.2021-ci il tarixli, 138 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 36 təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş və iddiaçının xx.xx.2021-ci il tarixdə işə başlaması qeyd edilmişdir. Məhz bu səbəbdən, yəni iddiaçının həmin vaxt məzuniyyətdə olması nəzərə alınmaqla Kollecin xx.xx.2021-ci il tarixli təqdimatına Komitə tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda (iddiaçının məzuniyyətdə olduğu müddət hesablanmadığı təqdirdə 5 gün müddətində) baxılmışdır. Həm bu iclasın keçirildiyi xx.xx.2021-ci il tarixdə, həm də struktur dəyişikliyi və ixtisar barədə müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə əmr qəbul edilən zaman iddiaçı əmək məzuniyyətində olmamışdır. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilərkən Əmək Məcəlləsi ilə bu əsas üçün müəyyən edilmiş bütün tədbirlər işəgötürən tərəfindən görülmüşdür. Məhkəmə, xx.xx.2021-ci il tarixdə Kollecdə keçirilən iclasla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bu iclasın həqiqətdə keçirilmədiyini bildirsə də, bu halı sübuta yetirə bilmir. Həmin iclasın da həqiqətdə keçirilməməsi, o cümlədən iştirakçı kimi göstərilsə də Həmkarlar İttifaqı Komitəsinin sədri X5 da bu iclasda iştirak etməməsi, iştirak etmək üçün hər hansı səlahiyyətə malik olmaması, iddiaçının da bu iclasda olmaması onun barəsində qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, bu iclasların əsas məqsədi struktur dəyişikliyi, o cümlədən işçilərin sayının və ştatların ixtisarı barədə həmin işçilərə məlumat verməkdən və zərurət yarandığı təqdirdə bu məsələnin müzakirə edilməsindən ibarətdir. İxtisar olunan işçilər də bu barədə məlumatlı olmuşlar. Onlar tərəfindən müxtəlif orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin məzmunun da müəyyən olunur ki, onlar struktur dəyişkliyi, o cümlədən ixtisar prosesi barədə məlumatlıdır (cavabdeh tərəfindən bu məsələlərlə bağlı xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasın protokolu da təqdim edilmişdir). İddiaçı özü də etiraf edir ki, ona tyutor və kitabxana müdiri vəzifələri təklif edilmişdir. Belə olan halda, bu məlumatın, habelə təklifin ona xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasda deyil, hər hansı başqa tarixdə keçirilmiş iclasda və ya onunla fərdi qaydada təşkil edilmiş görüşdə edilməsi qənaətinə gəlmək olur. Kollecin publik hüquqi şəxs olaraq nizamnaməsinin Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixə qeydiyyata alınmasına baxmayaraq, Kollecin yeni ştat cədvəlinin bu tarixdən xeyli əvvəl tərtib edilərək xx.xx.2021-ci il tarixdə Kollec tərəfindən Təhsil Nazirliyinə göndərilməsi ilə bağlı qeyd olunmalıdır ki, Kollecin publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Buna uyğun olaraq Kollecin yeni Nizamnaməsinin, həmçinin struktur və ştat cədvəlinin layihəsinin hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsi barədə əmr isə Təhsil Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bu artıq yeni strukturun layihəsinin hazırlanması üçün əsas yaradır və belə bir layihənin hazırlanmasını, habelə onun razılaşdırılması ilə bağlı tədbirlərin xx.xx.2021-ci il tarixdən əvvəl görülməsini qadağa etmir. Hər bir halda, yeni struktur Kollecin nizamnaməsi təsdiq edildikdən sonra təsdiq edilmişdir. Bununla belə, məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, belə qənaətə gəlir ki, iddia tələbi “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli, 281 saylı əmrinin ləğv edilməsi” hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri də əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılması ilə bağlı araşdırmanın aparılması, o cümlədən onun tərəfindən törədilmiş əməllərin hazırki mübahisəyə aidiyyətinin olubolmamasının müəyyən edilməsi barədə cavabdeh tərəfin vəsatətinə münasibətdə qeyd edir ki, həmin işin hazırki mübahisəyə hər hansı aidiyyəti olmadığından, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilmiş əsasla xitam verildiyindən qeyd edilən məsələ ilə bağlı hər hansı araşdırmanın aparılması zəruri bilinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Publik Hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar