Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8333/2025 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X8 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1955-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olması, atasının X6, anasının X1 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və doğum akt qeydi bərpa olunaraq akt qeydinin "soyad, ad, ata adı" qrafasında "X3", təvəllüd qrafasında "xx.xx.1955-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndi", ata qrafasında "X6”, ana qrafasında "X2" yazılması barədə qətnamə çıxarılmasını xahiş etmiş,ərizə onunla əsaslandırılmışdır ki, ona hazırda mülkiyyətində olan daşınar və daşınmaz əmlakları övladlarının adına keçirtmək lazımdır. Bununla bağlı "Asan Xidmət" mərkəzinə müraciət etmiş, sənədlərin siyahısı ona təqdim olunmuş, lakin həmin siyahıda tələb olunan onun doğum haqqında şəhadətnaməsinin olmadığı üçün miras əmlakı qəbul edə bilməmişdir. Buna görə də, həmin sənədin yenidən almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina etmişdir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə məhkəmə baxışı iclası 11 mart 2026-cı il tarixə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, həmçinin hazırlıq iclasında qəbul edilmiş qərardadın elanında şəxsən iştirak etmiş ərizəçi, nə də maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4-cü maddəsinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ərizəçinin məhkəmə iclasına gəlmədiyini, maraqlı şəxsin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs maraqla şəxs qismində cəlb etməklə doğum faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (qəbz № **********; xx.xx.2025) ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-8333/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8333/2025
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver