Məhkəmə qərarları › İş №2(001)-8371/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8371/2021

14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8371/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 30.06.1931-ci il təvəllüdlü X14, 27.09.1931-ci il təvəllüdlü X15 ilə eyni şəxs olmasının müəyyən edilməsi; atası 30.06.1931-ci il təvəllüdlü X14 doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasında babasının adının, yəni atası X4 “X16”-ə (Vyaçeslavoviçdən Frantseviçə) düzəliş edilməsi barədə; babası, yəni atası X14 atası X4 nikahı və ölümü haqqında akt qeydlərində milliyətinin polyaka düzəliş edilməsi; atası 30.06.1931-ci il təvəllüdlü X14 doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında atasının milliyətinin “polyak” olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, doğum haqqında şəhadətnaməyə əsasən atası milliyyətcə rus, X21, anası milliyyətcə rus, X17. 16.06.2000-ci il tarixində X23 ilə rəsmi nikaha daxil olmuşdur. Atası X21 30.06.1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X14 atası X16, anası isə Çernetskaya (Tarasova) Darya Pavlovna olmuşdur. Atasının doğum haqqında şəhadətnaməsində valideynlərinin milliyyəti yazılmamışdır. Azərbaycan Respublikası Dövlət X18 verilən arxiv arayışında atasının adı Robert Çerniyskiy, doğum tarixi 27.09.1931-ci il, atası İosif Franseviç, anası Dora Pavlovna, onların, yəni atasının valideynlərinin milliyyəti isə “velikorus” qeyd edilmişdir. Atası X14 atası X4 ölümü haqqında arxiv arayışında milliyəti rus yazılmışdır. Lakin Azərbaycan Respublikası Dövlət X18 verilən arxiv arayışında 22.04.1936-cı ildə vəfat etmiş babası Çernetskiy İosifin ata adı “Frantseviç”, milliyyəti isə “rus” qeyd edilmişdir. Lakin əslində babası, atası X14 atası X8 və milliyyətcə “polyak”dır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinim onun ərizəsinə verilən 07.06.2019-cu il tarixli cavab məktubunda, babası, atası X14 atası X16 1903-cü ildə Ukraynada anadan olmuş, milliyətcə polyak olduğu bildirilmişdir. Həmçinin Rusiya Federasiyası, X1 müraciətinə göndərilən 05.11.2019-cu il tarixli Arxiv Arayışında 1903-cü ildə anadan olmuş X10 “polyak” millətindən olduğu qeyd edilmişdir. Beləliklə, onun babası 1903-cü ildə anadan olmuş X16 polyak olduğundan, atası X21 polyak hesab edilir. Göstərilənlərə əsasən babası və atası polyak olduğuna görə o da polyak hesab edilməlidir. Ərizəçi müvafiq düzəliş üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, bundan imtina edilərərək, ona məhkəməyə müraciət qaydası izah edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atası 30.06.1931-ci il təvəllüdlü X14, 27.09.1931-ci il təvəllüdlü X15 ilə eyni şəxs olmasının müəyyən edilməsi; atası, 30.06.1931-ci il təvəllüdlü X14 atası doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında ərizəçinin babasının adının, yəni atası X4 “X16” olması faktının müəyyən edilməsi; atası, 30.06.1931-ci il təvəllüdlü X14 doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında atasının milliyyətinin və onun doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında milliyətinin “polyak” olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Lakin 08.12.2021-ci il də məhkəməyə məktub ünvanlayaraq, ərizənin təmin olunmasına etiraz etmədiklərini, ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 09.12.2021-ci il tarixli iclasında şahid qismində iştirak edən X25 bildirmişdir ki, ərizəçi onun qızıdır. Əri, yəni X21 Gəncə şəhərində anadan olmuş və orada böyümüşdür. O, milliyyətcə polyakdır. X14 atası da milliyətcə polyak olmuş, Rusiyada təhsil aldıqdan sonra Azərbaycana işləmək məqsədi ilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 bildirmişdir ki, ərizəçi onun bacısıdır. Atası X21 milliyyətcə polyakdır. Ataları həmişə onlara Polşada yaşayan qohumları ilə əlaqə qurmalarını tövsiyə edirdi. Həmçinin o, hal-hazırda Polşa səfirliyinin nəzdində fəaliyyət göstərən cəmiyyətin üzvü olduğunu və polyak dilini öyrəndiyini qeyd etdi. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını və ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - AA № 690268 seriyalı doğum şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X21 30.07.1931-ci ildə Gəncə (Kirovskiy) şəhərində anadan olmuş, atası X9, anası isə X24muşdur - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən X21 30.07.1931-ci ildə Gəncə şəhərində anadan olmuş, atası X9 (milliyyəti rus), anası isə X29 (milliyyəti rus) bu barədə 31.12.1947-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 592 №-li doğum bərpa haqqında akt qeydi tərtib olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X18 verilən 08.06.2018-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər Nikah evinin arxiv fondunun sənədlərinə əsasən vətəndaşların nikah barəsində sənəd qeydiyyatının aktı kitabından məlum olur ki, Çernetski İosif (milliyyəti rus) və Dayra Vaprova (milliyyəti rus) 13.01.1930-ci il tarixdə nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası Dövlət X18 verilən 12.02.2018-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər Nikah evinin arxiv fondunun sənədlərinə əsasən vətəndaşların ölüm barəsində sənəd qeydiyyatının aktı kitabından məlum olur ki, X16 (milliyyəti rus) 28.04.1936-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Dövlət X18 verilən 12.02.2018-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər Stalin rayon X5 Qeydiyyatı şöbəsi arxiv fondunun sənədlərinə əsasən vətəndaşların doğum haqqında qeydiyyat kitabından məlum olur ki, Çerniskiy Robert 27.09.1931-ci ildə Gəncə şəhərində anadan olmuşdur, atası İosif Franseviç (milliyyəti velikorus), anası Dora Pavlovnadır (milliyyəti velikorus). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçı Ərizəçi ərizəsinə verilmiş 07.06.2019-cu il tarixli cavab məktubunun notarial təsdiq olunmuş surətinə əsasən, babası 1903-cü ildə Ukraynada anadan olmuş, milliyyətcə polyak, X20 13 aprel 1933-cü il tarixdə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin (DSİ) Gəncə şəhər şöbəsi tərəfindən həbs edilmişdir. Həmin vaxt ailə tərkibi: qaynanası Vakrova Anna, həyat yoldaşı X22, oğlu Robert, anası Mariya, qardaşı Martselli, bacısı Yuliya, bacısı Sitsiliyadan ibarət olmuşdur. Azərbaycan SSR DSİ-nin 09 may 1933-cü il tarixli Qərarına əsasən İ.Çernetskinin təqsiri sübuta yetirilmədiyi üçün o, həbsdən azad edilmiş və işə xitam verilmişdir. Onun AR DTX-də saxlanılan arxiv işində onun sonrakı taleyi barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçı Ərizəçi ərizəsinə verilmiş 07.08.2019cu il tarixli cavab məktubunun notarial təsdiq olunmuş surətinə əsasən, əlavə olaraq bildirilmişdir ki, X12 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan arxiv işində 1903-cü ildə Ukraynanın Proskurovskiy dairəsində anadan olması və 1933-cü il tarixdə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Gəncə şəhər şöbəsi tərəfindən Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən “Casusluq”-da şübhəli bilinərək həbs edilməsi qeydə alınmışdır. - Vİİ ЖГ № 259838 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X2 anası X25, “milliyyəti” qrafasında “rus”, atası X21 ,“milliyyəti” qrafasında “rus” göstərilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışa əsasən X21 26 dekabr 1998-ci ildə Bakı şəhərində ölmüşdür, Ölüm haqqında 29 dekabr 1998-ci il trixli 978№-li akt qeydi Bakı şəhəri Maraqlı şəxsndə tərtib olunmuşdur. - X27 Federal Dövlət müəssisəsi “Rusiya dövlət hərbi arxivi” tərəfindən verilmiş arxiv arayışına əsasən, İosif Çerneski (ata adı qeyd olunmayıb) Qırmızı kommunarların 2-ci Birləşmiş komando məktəbinin mandat komissiyasının 9 oktyabr 1923-cü il tarixli iclas protokolunda komplektləşdirilmiş məktəblərə gəlmiş kursantların siyahısında piyada manqasına kursant kimi qəbul edilməsi qeyd edilmişdir. Həmin məktəbin piyada manqasının kursantlarının 1924-cü il üzrə qəbul kartlarının arasında 1903-cü il təvəllüdlü X13 adına kart mövcuddur. Fəhlə-kəndli Qızıl Ordusuna 1 mart 1919-cu il tarixində könüllü olaraq pulemyotçu kimi yazılmışdır, 1919-cu ildən 1921-ci ilə qədər Cənub Qərb cəbhəsində olmuş, yaralanmış, A.İ.Denikin qoşunlarının əsirliyinə düşmüş, Polbüro tərəfindən kurslara ezam olunmuşdur. Həmin məktəbin 1924-cü il üzrə şəxsi heyətin əlifba uçot kitabında polyak, 1903-cü il təvəllüdlü, Podolsk kuberniyası, Proskurovskiy dairəsi M.Qorodokda andan olmuş X13 adı qeyd olunmuşdur. Xidmət başa çatdıqdan sonra 1 oktyabr 1924-cü ildə 2 saylı əmr ilə məktəbdən xaric edilmişdir. Həmin məktəb üzrə 3 oktyabr 1924-cü il tarixli 2 saylı əmr ilə Moskva şəhər məktəbin siyahılarından və bütün növ təminat siyahısından müəyyən kursantlar xaric olunur və onların sırasında bölük kursantı Çerneskiy İosif (ata adı və təyinat yeri göstərilmir) də qeyd olunur. - Ukrayna Respublikası Xmelnitski vilayəti X3 vilayəti Dövlət Arxivi tərəfindən ərizəçinin soruğusuna verilmiş cavab məktubunda Çarneski (sənəddə olduğu kimi) İosif Fransoviçin doğumu barədə metrik qeydin mövcudluğu öz əksini tapmışdır. - “Poloniya” mədəni əlaqələrinin inkişafı ictimai birliyi tərəfindən verilmiş Üzvlük haqqında arayışa əsasən Ərizəçi (Çernetskaya), (şəxsiyyət vəsiqəsi AZE********) 2018-ci ildən hal-hazıradək “Poloniya” mədəni əlaqələrinin inkişafı İctiami Birliyinin üzvüdür və Azərbaycanda Polşa diasporunun maraqlarının təmsil edən təşkilatın ictimai həyatında fəal iştirak edir. Təşkilat milli bayramlarını qeyd edir, Polşa adət-ənənlərini, mədəniyyətini, tarixini öyrənmək məqsədi ilə görüşlər keçirir, Azərbaycanda Polşa irsinin axtarışı və qorunması istiqamətində tədqiqat işləri aparır. - Azərbaycan Neft-qaz X34-Tədqiqat və Layihə İnstitutunun Alimləri (Bakı, 2004) adlı Sorğu kitabından müvafiq hissənin surətinə əsasən X26 1931-ci il iyunun 30-da Gəncədə anadan olmuş, 1948-ci ildə orta məktəbi, 1952-ci ildə X30, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsinin dağ mühəndisi ixtisasını bitirmişdir. 3 il neft mədənində sahə rəisi köməkçisi işləmişdir. 1960-ci ildə AzNQSDETLİ-laboratoriyasına mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1963-65-ci illərdə aspiranturada təhsil almış, 1965-ci ildən neft və qazın yığılması və hazırlanması laboratoriyasında böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1991-98-ci illərdə isə müdir vəzifəsində çalışmışdır. 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. AzNQSDETLİ-də işlədiyi müddətdə 50 elmi məqalənin və 2 ixtiranın müəllifi olmuşdur. Neft Sənayesi Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 dövlət qeydiyyatı” Qaydasının doğumun qeydə alınması aşağıdakı qaydada göstərilmişdir; 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının X5 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Həmin Qaydanın 2.9-cu bəndinə əsaəsən bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinin tələbinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1.-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X5 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-cü maddəsinə əsasən X5 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında X5 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X5 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. -341-ci maddəsinə əsasən X5 qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitisiyasının 24-cü maddəsinə əsasən Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikasının Konstitisiyasının 44-cü maddəsinə əsasən Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır, Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. İnsan Hüquqlarının və X11 X7 8-ci maddəsi dörd aspekti -“şəxsi həyat”, “ailə həyatı”, “mənzil”və ya “yazışma sirrinin” toxunulmazlığı hüququnun müdafiəsini əhatə edir. Avropa Məhkəməsi “şəxsi həyat ” terminin dəqiq və aydın anlayışını heç vaxt verməyib: onun rəyinə görə, bu, tam anlayış verilməsi mümkün olmayan geniş əhatəli termindir(Costello- Roberts v.the United Kingdom).Beləki, “şəxsi həyat” anlayışı fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Beləliklə, “şəxsi həyat” anlayışı müxtəlif situasiyalara, o cümlədən şəxsə ad qoyulması, şəxsin şərəf və nüfuzunun müdafiəsi, ailəsinin mənşəyi barədə məlumat əldə etməsi, fiziki və mənəvi toxunulmazlığı, cinsi və sosial mənsubiyyəti, şəxsin etnik mənsubiyyəti və s. şamil olunur. Avropa Məhkəməsinin “Çebotaru Moldovaya qarşı” işində (Ciubotaru v. Moldova) (№ 27138/04, 27 aprel 2010-cu il) ərizəçi Hökümət tərəfindən ona “rumın” olaraq yeni şəxsiyyət vəsiqəsinin verilməsində imtina etməsindən şikayətçi olmuşdur. Beləki, Hökümət qeyd edirdi ki, o, özünü artıq “moldovan” kimi qeyd etdirmişdir. Avropa Məhkəməsi müəyyən etmişdir ki, işin halları “şəxsi həyat” anlayışının təsiri altına düşür. Beləki, ad, cinsiyyət, din və s. yanaşı şəxsin (insanın) milli mənsubiyyəti onun şəxsi həyatının və mənsubiyyətinin vacib aspektlərindən biridir. Ərizəçiyə arzu etdiyi milli məsubiyyəti seçmək imkanının verilməməsi, Avropa Məhkəməsi tərəfindən Hökümətin pozitiv öhdəliklərinin pozuntusu kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin milliyyətini seçmək istəyi, digər şəxslərin hüquq və azadlıqlarını pozmadığından, ərizəçinin gələcəkdə ərizəçinin və onun övladlarının gələcəkdə Polşada yaşayan qohumları ilə ünsiyyət saxlamaq hüququnun həyata keçirilməsi zamanı maneələrin yaranmaması üçün zəruridir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi “polyak” milliyyəti olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada alması mümkün olmadığından, 30.06.1931-ci il təvəllüdlü “X21” 27.09.1931-ci il təvəllüdlü “X15” ilə eyni şəxs olması faktı müəyyən edilməli; 30.06.1931-ci il təvəllüdlü X14 doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında atası “X4” “X16” olması; 30.06.1931-ci il təvəllüdlü X14 atası “X16”in, X14 və Ərizəçi milliyyətinin “polyak” olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, xx xxxx 1980-cı il təvvəllüdlü Məmmədova (Çernetskaya)Yekaterina İqorevnanın doğum akt qeydinin atası X14 “milliyyəti” qrafasında “rus” yazılması barədə ilkin qeyd ləğv edilməli və atası X14 “milliyəti” qrafasında “polyak” yazılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 307-311, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 30.06.1931-ci il təvəllüdlü “X21” 27.09.1931-ci il təvəllüdlü “X15” ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 30.06.1931-ci il təvəllüdlü X14 doğumu haqqında akt qeydinin ata haqqında məlumat qrafasında atası “X4” “X16” olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 30.06.1931-ci il təvəllüdlü X14 atası “X16”in, X14 və Məmmədova (Çernetskaya)Yekaterina İqorevnanın milliyyətinin “polyak” olmaları barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. xx xxxx 1980-cı il təvvəllüdlü Məmmədova (Çernetskaya)Yekaterina İqorevnanın doğum akt qeydinin atası X14 “milliyyəti” qrafasında “rus” yazılması barədə ilkin qeyd ləğv edilsin və atası X14 “milliyyəti” qrafasında “polyak” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar