Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-857/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi Ərizəçi əri 15.06.1935-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş X6 ölüm akt qeydində düzəliş edilərək adının Məhərrəm yazılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri 15.06.1935-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş X6 ölüm akt qeydində düzəliş edilərək adının Məhərrəm yazılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onun həyat yoldaşı X6 adına olan bütün sənədlərdə, yəni nikah haqqında şəhadətnamədə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, torpağa mülkiyyət hüququna dair dövlət aktında, bundan başqa övladlarına məxsus sənədlərdə adı düzgün olaraq X3 qeyd edilmişdir. X12 21.12.2015-ci il tarixdə vəfat etmiş və bu barədə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 30.12.2015-ci il tarixli 1210 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə mərhumun adı Məhərrəm yox səhvən Məhərləm olaraq qeyd olunmuşdur. Bununla əlaqədar olaraq o, Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edərək sözügedən səhvə düzəliş edilməsini xahiş etmişdir. Binəqədi rayon qeydiyyat şöbəsinin 22.09.2020-ci il tarixli cavab məktubunda onun tərəfindən doğum haqqında şəhadətnamə təqdim olunmadığına görə ərizəsinin təmin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. X6 doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin harada olması ona məlum deyildir, həmin sənədlər itirilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 30.12.2015-ci il tarixli 1210 nömrəli ölüm haqqında şəhadətnamədə ad bəndində mərhum həyat yoldaşı X6 adının səhvən Məhərləm kimi qeyd olunması dövlət orqanlarında sənədləşmə işləri zamanı ona maneələr yaradır. Ona görə də Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 30.12.2015-ci il tarixli 1210 nömrəli ölüm haqqında akt qeydinin ad bəndində Məhərləmdən Məhərrəmə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəməyə 05.02.2021-ci il tarixli 05/q283/13 saylı məktubla müraciət edərək ərizəyə etiraz edilmədiyini, işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 339.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Çaxırlı sovetliyi tərəfindən verilmiş 14.06.1963-cü il tarixli İ-ЗЖ № 130289 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, 1935-ci il təvəllüdlü X12 ilə 1937-ci il təvəllüdlü X7 14.06.1963-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir. DTXK-in Tərtər rayon şöbəsi tərəfindən verilmiş 02.09.2004-cü il tarixli JN-497A saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08.01.1999-cu il tarixli 01 saylı qərarı ilə 0,31 ha torpaq sahəsi X8 və ailə üzvləri X2, X4 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.12.2015-ci il tarixli AZ-İ № 779148 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X13 21.12.2015-ci il tarixdə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1210 nömrəsi ilə qeyd edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 28.11.2000-ci il tarixli P0732748 saylı AZE seriyalı Azərbaycan Respublikası vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X9 03.06.1963-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olmuşdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunan 30.12.2015-ci il tarixli 0017 8 1210 saylı ölüm akt qeydinin surətindən müəyyən olunur ki, 15.06.1935-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulan X13 21.12.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 22.09.2020-ci il tarixli 05/q-1955/13 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsinin təmin edilmədiyi, məhkəməyə müraciət etmək hüququnun olması Ərizəçi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 11.12.2020-ci il tarixli 05/2-7575/13 saylı məktubundan müəyyən olunur ki, Mehtiyev Məhərləm (Məhərrəm) İsa oğlunun nikahı, ölümü, övladlarının doğumu haqqında akt qeydlərinin, habelə ölümü haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlərin (şəxsiyyət vəsiqəsi və digər sənədlər) surətlərinin istənilməsi barədə məhkəmənin sorğusuna əsasən, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 21.12.2015-ci ildə vəfat etmiş M.Mehtiyevin ölümünün 30.12.2015-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasən ölümün qeydiyyatı zamanı ölən şəxsin qeydiyyat şöbəsi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına təhvil verilir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimata uyğun olaraq ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olan sənədlər (ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəyləri) qeydiyyat şöbələrinin arxivində 1 il müddətində saxlanılır. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən M.Mehtiyevin ölümü haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədlərin surətlərinin göndərilməsi mümkün olmamış, müvafiq informasiya sisteminə 07.12.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən M.Mehtiyevin nikahı, habelə övladlarının doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə icladında şahid X5 ifadəsində göstərmişdir ki, o, 07.12.1972-ci ildə Ermənistan Vardenis rayonunda anadan olmuş, atası X12, anası Ərizəçidır. X1 ölüm akt qeydində adı Məhərrəm əvəzinə səhvən Məhərləm olaraq yazılmışdır. Məhkəmə icladında şahid X10 ifadəsində göstərmişdir ki, o, 22.10.1973-cü ildə Ermənistan Vardenis rayonunda anadan olmuşdur. Onun qohumu 15.06.1935-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulan X12 21.12.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə icladında şahid X14 ifadəsində göstərmişdir ki, onun qohumu 15.06.1935ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulan X12 21.12.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Ərizəçi əri 15.06.1935-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş X6 ölümü haqqında tərtib olunan 30.12.2015-ci tarixli 0017 8 1210 saylı akt qeydində adının Məhərrəm əvəzinə Məhərləm yazıldığı müəyyən olunduğundan məhkəmə akt qeydində düzəlişin aparılmasına dair Ərizəçi ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 15.06.1935-ci il tarixdə Ermənistannın Vardenis rayonunda anadan olmuş X6 ölümü barədə tərtib olunan 30.12.2015-ci il tarixli 0017 8 1210 saylı akt qeydində düzəliş edilərək ad qrafasında Məhərləm əvəzinə Məhərrəm yazılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-857/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-857/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver