Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8725/2019 18.12.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər X4 və Cavabdeh1 qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 32 saylı evin 60 saylı mənzilini xx.xx.2003-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Daha sonra aldığı mənzilin yerləşdiyi evin sayı dəyişdirilərək 196 sayı verilmişdir. Alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmış və ona mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər mənzil satılarkən öz razılıqlarını verməklə mənzili boşaldıb ona təhvil versələr də, mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşır. Belə ki, o, mülkiyyətçi kimi sərbəst şəkildə mənzilinə dair sərəncam verə bilmir. Ona görə də cavabdehlər X3 və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3 və Cavabdeh1 faktiki yaşayış yerləri məlum olmadığına görə məhkəmə cavabdehlərin sonuncu qeydiyyatda olduqları ünvana bildirişlər göndərmiş, Binəqədi rayonu 72 saylı MKİS tərəfindən bildirişlərdə cavabdehlərin qeyd edilən ünvanda yaşamadıqları barədə qeyd aparmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehlər X3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. X10 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. X1 ilə alıcı X6 arasında bağlanmış xx.xx.2003-cü il tarixli 181330 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 32 saylı evin 60 saylı mənzilini alıcıya 84,868000 AZM-ə satmışdır. Cavabdeh2 xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 32 saylı evin 60 saylı mənzilinin satılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2356 saylı reyestr kitabının 219661 saylı vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzilində daimi qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 (əvvəlki 32) saylı evin 60 saylı mənzili iddiaçıya Cavabdeh2 razılığı ilə satıldıqdan sonra bu cavabdeh müqavilə bağlanarkən yetkinlik yaşına çatmayan Cavabdeh1 ilə birlikdə mənzili tərk edərək daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən mənzilə istifadə hüquqlarını itirmişlər, ona görə də iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon Azadlıq prospekti 196 saylı evin 60 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-8725/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8725/2019
18.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver