Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-874/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı AFB Bank ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AFB Bank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AFB Bank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, AFB Bank ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 17% dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsi 17.06.2014-cü il tarixli 107-2611/İPM saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka əsas borc üzrə 6155,06 manat, 17.06.2017-ci il tarixə faiz borcu üzrə 1037,22 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 595,23 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixdən sonra banka vurulmuş zərər, yəni əldən çıxmış faydaya görə 5674,08 manat olmaqla cəmi 13461,59 manat borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Tərəflər arasında bağlanan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşdüyündən iddiaçı tərəfindən şifahi və yazılı qaydada cavabdehlərə Fərmanın təbiqi barədə təklif göndərilmiş, lakin cavabdehlər təklifi qəbul etmələri barədə iddiaçıya müraciət etməmişlər. Ona görə də Cavabdeh2 arasında bağlanan 17.06.2014-cü il tarixli 107-N-2611 №-li kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh2 məcburi qaydada AFB Bank ASC-nin xeyrinə əsas borca görə 6155,06 manat, faiz borcuna görə 1037,22 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə puluna görə 595,23 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 17.06.2017-ci il tarixdən sonra banka vurulmuş zərərə, yəni əldən çıxmış faydaya görə 5674,08 manat olmaqla cəmi 13461,59 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, bildirişin qeydə alınması üçün 10 manat və 20 manat xidmət haqqının ümumilikdə isə 13521,59 manatın tutulmasına, Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına və satışdan əldə olunan vəsait hesabına iddiaçı AFB Bank ASC-yə olan 13521,59 manat borcun ödənilməsinə, Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən AFB Bank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17.06.2014cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 17.06.2017-ci il tarixinədək qaytarmaq, illik 23 % ödəmək şərti ilə 12000 manat kredit verməyi öhdəsinə götürmüşdür. 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 17.07.2014-cü il tarixdən 17.06.2017-ci il tarixədək əsas borca görə12000 manat, faiz borcuna görə 3401,98 manat olmaqla cəmi 15401,98 manat borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.04.2014-cü il tarixli PX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsinə (39 saylı bərbərxana) dair Cavabdeh1 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 2583 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan AFB Bank ASC ilə ipoteka verən Cavabdeh1 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-2611/İPM saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayanla borcalan Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107- N-2611 saylı kredit müqaviləsinə əsasən 12000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.06.2014-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi ünvanında yerləşən ümumi sahəsi 30,9 m2 olan 49C saylı qeyri-yaşayış sahəsinin (39 saylı bərbərxana) 17.06.2014-cü il tarixli 107- N-2611 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 36 ay müddətinə AFB Bank ASC qarşısında ipoteka ilə yüklülüyü Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 2583 nömrəli vərəqində qeydiyyata alınmışdır. AFB Bank ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı 13.09.2017-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana və ipotekaqoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AFB Bank ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 14.09.2017-ci il tarixli ərizədən müəyyən olunur ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 21.09.2017-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında AFB Bank ASC-nin bildirişi qeydə alınmışdır. AFB Bank ASC-nin 05.03.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borc alan Cavabdeh2 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsi üzrə 05.03.2020-ci il tarixinə əsas borca görə 6155,06 manat, kredit müqaviləsinin bitmə tarixinə, yəni 17.06.2017-ci il tarixə faiz borcuna görə 1037,22 manat, dəbbə puluna görə 595,23 manat, əldən çıxan faydaya görə 5674,08 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli 9/5758 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 AFB Bank ASC-yə 05.03.2020-ci il tarixə olan əsas borcu üzrə 6155,06 manat, faiz borcu üzrə 1037,22 manat borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Müstəqil Məhkəmə Ekspertiza MMC-nin 11.10.2021-ci il tarixli 131 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, baxış zamanı göstərilən ünvanda hər hansı bir qeyri-yaşayış sahəsinin mövcud olmadığı, həmin sahədə bir ədəd yarım tikilinin olması müəyyən edilmişdir. ünvan 2 ünvanında qeyri-yaşayış sahəsi mövcud olmadığından tədqiqat təqdim edilmiş sənədlərə əsasən aparılaraq ünvan 2 qeyri-yaşayış sahəsinin hazırkı Respublikadaxili orta bazar qiymətinin 12051 manat, likvid qiymətinin isə 10846 manat olması müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. AFB Bank ASC-nin Cavabdeh2 ünvanladığı 12.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı yarımbəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 31.12.2019-cu il tarixdə başa çatması, 30.12.2019-cu il tarixədək kreditinin restruktrizasiya olunması üçün AFB Bank ASC-yə yaxınlaşması barədə bildiriş yazılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 AFB Bank ASC-yə restruktrizasiya olması təklif olunan əsas kredit borcu 6155,06 manat təşkil edir. 15.11.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən AFB Bank ASC-yə 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən AFB Bank ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əsasən borcalanın əsas borca görə 6155,06 manat borcu yaranmış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra borcalan borcundan 1000 manat ödəniş etmiş, hazırda Cavabdeh2 banka əsas borcu 5155,06 manat təşkil edir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşsə də, bank borcalanla yeni güzəştli kredit müqaviləsi bağlanması üçün hər hansı bir tədbir görməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi borcalana Fərmanın təbiqi barədə təklif göndərilməsini, lakin onun təklifi qəbul etməsi barədə iddiaçıya müraciət etmədiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı bildirişin rəsmi qaydada borcalana təqdim edilməsi, sonuncunun güzəştli şərtlərlə yeni müqavilə bağlamaq hüququndan imtina etməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir. Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X4 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, bağlanmış kredit müqavilələrinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşübdüşmədiyini müəyyən etmək, bu barədə müvafiq məlumatları təqdim etmək, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, iddiaçı AFB Bank ASC-nin Cavabdeh2 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5155,06 (6155,06-1000=5155,06) manat tələbi əsaslıdır, ona görə də cavabdeh A.A.Abdulayevdən borca görə 5155,06 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının faiz, cərimə, vurulmuş ziyan tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı faiz, cərimə, vurulmuş zərərə görə pul tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə də, təmin edilə bilməz. Məhkəmə iddiaçının kredit müqaviləsinin ləğvi ilə bağlı tələbinə münasibət bildirib qeyd edir ki, artıq müddətinin bitməsi ilə bağlı xitam verilmiş müqavilənin ləğv edilməsi mümkün olmadığından iddia ərizəsi bu hissdə də, təmin edilə bilməz. Məhkəmə iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, Müstəqil Məhkəmə Ekspertiza MMC-nin 11.10.2021-ci il tarixli 131 saylı mütəxəssis rəyi ilə ünvan 2 ünvanında qeyri-yaşayış sahəsinin sökülərək yerində yenisinin tikilməsi müəyyən olunduğundan, ipoteka predmetinin məhv olması, bu barədə DƏDRXdə müvafiq qeydin aparılmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən tələb Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi 49C ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilərək həmin qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 10846 manat olmaqla açıq hərracda satılmalı, satıldıqdan bir ay sonra ipotekaqoyan tərəfindən boşaldılmalıdır. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 17.06.2014-cü il tarixli 107-N-2611 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5155,06 manat, məhkəmə xərclərinə görə 60 manat olmaqla cəmi 5215,06 manat AFB Bank ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 manat Müstəqil Məhkəmə Ekspertiza MMC-nin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi 49C ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 10846 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi 49C ünvanında yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-874/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-874/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver