Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-88/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı avabdeh Cavabdeh qarşı mənzilindən çıxarılma tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ilə məhkəməyə müaciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 186 saylı , 16 may 2018-ci il tarixli sərəncamı ilə uzun müddət yaşayıb istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu , Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzili onun daimi istifadəsinə verilmişdir. Onunla 08 iyun 2018-ci il tarixdə Binəqədi rayon 102 saylı Mənzil Kommunal istismar Sahəsi arasında “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” birtipli müqavilə imzalanmış, bu ünvana pasport qeydiyyata alınmışdır. Lakin ona məxsus həmin mənzil qeyri-qanuni olaraq cavabdeh tərəfindən zəbt edilmiş, qanunsuz olaraq mənzilə daxil olmaqla mənzildə yaşamağa başlamış və iddiaçının dəfələrlə tələb etməyinə baxmayaraq mənzildən çıxmamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Halbu ki, bu əmlkın daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaq üçün qanuni gözləntisinə malikdir. Sonda iddiaçının vəkili göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddianı qəbul etmədiklərini bildirərək, cavabdehin mübahisəli mənzildə əvvəlki sahibin razılığı ilə yaşadığını, iddiaçının həmin mənzildə heç vaxt yaşamaığını, saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etdiyini və iddianı formal olaraq qaldırdığını bildirərk iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh vəkilinin dediklərini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır. - İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”nin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır. Görünüdüyü kimi hazırda qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamı və xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə” əsasında bu əmlkın daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaq üçün iddiaçı qanuni gözləntiyə malikdir. Beləliklə, məhkəmə iclasında məyyən edildi ki, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinə daxil olaraq orada yaşayır. Məhkəmə cavabdehin mübahisəli mənzildə əvvəlki sahibin razılığı ilə yaşadığını, iddiaçının saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etdiyinə dair cavabdeh tərəfin mövqe ilə razılaşmayarq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf qeyd olunan dəlillərə dair heç bir sübut təqdim etməmişdir. Əksinə mübahisəli mənzilin iddiaçının qanuni saibliyndə olması iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir (153.2.). Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir (155.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Məhkəmə mübahisə predmeti olan mənzillə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında sahiblik hüququna mülkiyyət hüququ kimi yanaşır. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbləri pozulduğundan iddiaçının sahiblik və istifadə hüququ ilə özünə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh oradan çıxarılmalı, həmin mənzil iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi iddiaçının ödədiyi 10 (on) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Hüseyn oğlu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılmalı, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hüseyn oğlu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyirinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-88/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-88/2022
26.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver