Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-896/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, bina 10-da yerləşən 11 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı təxminən 3-4 ay olar ki, xəstə olduğu üçün həmin mənzilən çıxaraq qızının evində müvəqqəti olaraq yaşayır. İddiaçının oğlu X1 iddiaçı qızının evində olduğu müddətdə Cavabdeh adlı bir şəxsə iddiaçının mənzilinin açarını vermiş və həmin şəxs iddiaçının mənzilinə girərək orada yaşamağa başlamışdır. İddiaçının oğlu narkotik istifadəçisi olduğu üçün azadlıqdan məhrum olunmuş və hazırda cəzaçəkmə müəsisəsində cəza çəkir. İddiaçı dəfələrlə cavabdehə mənzilini tərk etməsi ilə bağlı xəbərdarıq etməyinə baxmayaraq cavabdeh mənzili tərk etməmişdir. Cavabdehin iddiaçının mənzilindən çıxmaması iddiaçının mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik törədir, iddiaçıya mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 02.08.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iş üzrə qəbul olunmuş və sonradan cavabdehin ərizəsinə əsasən ləğv edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(001)- 896/2021 saylı qətnaməsindən verdiyi şikayətdə qeyd etmişdir ki, o, iddaçının oğlu ilə uzun müddətdi ki, qeyr-rəsmi nikahdadır, həmin münasibətlərdən bir uşaqları var. O, əri və uşağı ilə birlikdə iddiaçıya məxsus və Bakı şəhərinin Nərimanov rayonunda yerləşən evdə yaşamaqla qeydiyyatda olmuş, lakin iddiaçı onu məhkəmə yolu ilə həmin mənzildən çıxarılmasına nail olmuşdur. Göründyü kimi, iddiaçı ailə üzvü olan cavabdehi özünə məxsus mənzildən artıq bir dəfə çıxarmış, indi isə hazırda yaşadığı mənzildən də çıxarmaq istəyir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının oğlu ilə faktiki nikah münasibətlərində olan cavabdeh 02.08.2019-cu il tarixdən iddiaçının xüsusi mülkiyyətində onun iradəsinə zidd olaraq yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılsın. 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-896/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-896/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver