Məhkəmə qərarları › İş №2(001)-923/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-923/2022

17.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-923/2022 17.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi (əri) X2, Cavabdeh1, cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etməsinə son qoyulması və ona ayrılmış torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 23 fevral 2019-cu il tarixdə onlardan polisə verdiyi şikayət ərizəsində hazırki ərizədə mübahisələndirilən torpağın onlara məxsus olmasını və güyə onlardan aldığını qeyd etmişdir. Polisdə araşdırma zamanı zəbt etmə və alğı-satqı faktı olmadığı üçün şikayətin mülki qaydada həll edilməsi Cavabdeh1 tövsiyyə edilmişdir. Lakin, Cavabdeh1 indiyədək məhkəməyə müraciət etməmiş, qanunsuz olaraq onlara məxsus torpağı zəbt etmişdir. Torpaq sahəsinin onlara məxsus olması barədə Cavabdeh1 polisə yazdığı ərizədə etirafı mövcuddur. İddiaçının torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüququnun pozulmsaı ilə bağlı 4-cü və 43-cü polis bölməsinə və bələdiyyəyə dəfələrlə müraciət olunmuşdur. Bələdiyyə üzvləri torpaq sahəsinə yerinə baxış keçirərək eskiz plan üzrə naturada olduğu kimi eynilik təşkil etdiyi və iddiaçının torpağı ilə cavabdehin torpağının yanaşı olması haqda cavab məktubu vermişdir. Ona görə də, onlar Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması haqqında iddia qaldırmışlar. Məhkəmə işi araşdırıb onlara məxsus torpaq sahəsinə heç bir müdaxilə olmaması əsası ilə iddianı təmin etməmişdir. Həmin vaxt onların iddia tələbini torpaq sahəsinin zəbtinin qarşısının alınması olmamışdır. O zaman torpaq sahəsi zəbt olunmamışdı. İddianın təmin edilməməsindən istifadə edərək Bakı-Xırdalan yolunun sağ tərəfində Binəqədi qəsəbə Bələdiyyəsinin 30.11.2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdeh1 iddiaçıya verilmiş torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etməklə özbaşınalıq etmişdir. Torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar iddiaçının müraciəti əsasında Binəqədi Bələdiyyəsi yerində araşdırma apararaq torpaq sahəsinə baxış keçirmiş, qanunsuz tikinti aşkarlamış, 23 iyun 2021-ci il tarixli, 01.13/M-312 saylı cavab məktubu vermişdir. İddiaçı mübahisəni həll etməsi və gələcəkdə belə halların baş verməməsi üçün Binəqədi Bələdiyyəsindən xahiş etimşdir ki, ona məxsus torpaq sahəsinə baxış keçirərək eskiz planları üzrə koordinat nöqtələrinin ona verilməsini təmin etsin, lakin bələdiyyə mübahisəni həll etməkdən ötrü öz vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, torpaq sahələrini bələdiyyə satdığı üçün kimin torpağının harada yerləşməsini bələdiyyə yaxşı bilir. Buna görə onlar bələdiyyədən Cavabdeh1 çağırıb ona öz torpaq sahəsini göstərməsini tələb etsələr də, bələdiyyə tərəfindən onlara verilmiş cavabda bunun yalnız Cavabdeh1 müraciəti əsasında edilməsinin mümkünlüyü göstərilmişdir. Cavabdeh1 isə bələdiyyəyə belə bir müraciət etməmişdir. Digər tərəfdən, bələdiyyə tərəfindən Cavabdeh1 verilən sərəncamlardan görünür ki, ona eyni tarixdə 1916/2 və 1942 saylı qərar ilə hərəsi 600 kv.metr olmaqla iki torpaq sahəsi verilmişdir. Qanunla əgər bələdiyyə Cavabdeh1 eyni yerdə torpaq sahəsi ayırsaydı, bir sərəncamla 12 sot torpaq sahəsi ayırardı və torpaq sahələrinin qiyməti eyni olardı. Sərəncamlardan görünür ki, Cavabdeh1 eyni vaxtda ayrılan torpaq sahələri yanaşı deyil, torpaq sahələrinin qiymətləri fərqlidir. Belə ki, 1942 saylı sərəncamla ayrılmış torpaq sahəsi 480 manata, 1916/2 saylı sərəncamla ayrılmış torpaq sahəsi isə 1056 manata satılmışdır. Yuxarıda sadalananlar bir daha sübut edir ki, Anar bələdiyyədən ayrı-ayrı yerlərdə iki torpaq sahəsi almışdır. X1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)- 300/2020 saylı qətnaməsi mövcuddur, belə ki, İddiaçı ona qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia rədd edilmiş, apellyasiya instansiyası tərəfindən də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə iclaslarında iddiaçına bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin sxem üzrə naturada da uyğun gəldiyi, habelə, onun tərəfindən iddiaçının torpağının zəbt edilmədiyi müəyyən edilmişdir. Belə ki, ekspert rəyində göstərilmişdir ki, iddiaçının göstərdiyi, özünə məxsus olduğu iddia edilən torpaq sahəsi zəbt edilməmidir. Bu rəy 2021-ci ilin mart ayında verilmişdir. Orada yerləşən torpaq sahələri hasarlıdır. Belə olan halda onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi tamamilə əsassız iddiadır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X5 iddianı qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, həmin əraziyə baxış keçirmiş, orada hərəsi 6 sotdan ibarət 3 ayrı torpaq sahəsi mövcuddur, heç birinin də qapısı yoxdur. İddia olunan torpaq sahəsi hasarın içində olmuşdur. Hesab edir ki, torpaq iddiaçıya məxsusdur. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamından və “torpaqların alğı-satqısına dair” aktdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli,1942 saylı qərarından və “torpaqların alğı-satqısına dair” katdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində istifadəsində olan 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli,1916/2 saylı sərəncamından və “torpaqların alğı-satqısına dair” katdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində istifadəsində olan 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - 23 mart 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 ərizə ilə polisə müraciət edərək ona məxsus torpaq sahəsinin kamran adlı şəxs tərəfindən qanunsuz olaraq zəbt edilməsini bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, 2007-ci ildə Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən hər biri 600 kv.metr sahədən ibarət olan torpaq sahəsini İlqar və Kamandar adlı şəxsdən ümumilikdə 18200 ABŞ dollarına almışdır. Təxminən 1 ay əvvəl yenidən torpaq sahəsinə baş çəkmək üçün getdiyi zaman ona məxsus olan torpaq sahəsinin içərisində mişar daşlarının qoyulduğunu və bir cərgə daşın düzüldüyünü görmüşdür. Həmçinin, torpaq sahəsinin içərisində taxta parçasının üzərində və qonşuya məxsus divarın üzərində “6 sot torpaq sahəsi satılır” sözlərini görərək elanda göstərilən nömrə ilə əlaqə saxlamış, nömrənin Kamandara məxsus olduğunu müəyyən etmişdir. Kamanda qəti şəkildə torpaq sahəsinin ona məxsus olduğunu, torpağı şəriki İlqarın satdığını, məsələni İlqarla aydınlaşdırmağı bildirmişdir. Araşadırma zamanı izahatı alınmış X4 izahatında göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən göl ətrafında olan 600 kv.metr sahədən ibarət torpaq sahəsi arvadı İddiaçı məxsusdur. Belə ki, o, həmin torpaq sahəsini 2007-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən alğı-satqı yolu ilə almışdır. Elə aldığı vaxt torpaq sahəsinin ətrafını 6 mişar daşı hündürlüyündə bünövrəyə almışdır. 2012-ci ildə Anar adlı şəxs torpaq sahəsini almaq istədiyini demiş, lakin onlar qiymətdə razılaşmamışlar. Onun Anarla söhbətində İlqar Cəfərov adlı tanışı da iştirak etmişdir. İlqar belə qənaətə gəlmişdir ki, Anara qonşu torpaq sahəsinin sahibi olan Zaur Məmmədova məxsus 6 sot torpaq sahəsini satsın. Çünki, həmin ərəfədə Zaur da özünə məxsus torpaq sahəsini satışa çıxarmışdır. Araşdırma zamanı izahatı alınmış X7 izahatında göstərmişdir ki, o, 2007-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsində etibarnamə ilə nümayəndə kimi hüquqi yardım göstərmiş və Anarı da həmin ərəfədə tanımışdır. Belə ki, əvvəl AMEA-da işlədiyi müddətdə iş yoldaşı olmuş X6 torpaq sahəsi almaq üçün ona köməklik etmiş və Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerlə.ən 600 kv.metr torpaq sahəsini Zaura almışlar. Zaura torpaq sahəsini aldıqları yerdə Cavabdeh1la tanış olmuş və Anarın həmin yerdə torpaq sahəsinin olduğunu bilmişdir. X4 isə onun həm qonşusu, həm də yaxın dostu olmuşdur. O da öz istəyi ilə Binəqədi qəsəbə Bələdiyyəsindən həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi almışdır. Zaur Məmmədov aldığı torpaq sahəsinin yerlşədiy mövqeyini və çökəklikdə olmasına görə həmin ərazini bəyənməyərək ondan imtina etdiyindən torpağı bələdiyyəyə geri qaytarmışdır. Həmin vaxt bələdiyyədə Cavabdeh1 əlavə torpaq sahəsi almaq istədiyini bildikləri üçün Zaura məxsus torpaq sahəsinin Anara verilməsinə razılıq verilmiş və Zaur Məmmədova məxsus torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Kamran Məmmədov arasında olan mübahisəli torpaq məsələri mülki məsələdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)- 300/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Binəqədi bələdiyyəsi ərazisində 2 sərəncamla hərəsi 6 sot olmaqla 2 torpaq sahəsi vardır. Torpaq sahələrindən biri iddiaçı ilə qonşuluqda, digəri isə bir az kənarda yerləşir. Cavabdeh1 iddiaçıya böhtan ataraq iddiaçını tutduracağı ilə hədələyir, iddiaçının torpaq sahəsini özünün ikinci torpaq sahəsi ilə dəyişmək istəyir ki, torpaqları yanaşı olsun. İddiaçını torpağı üzərindəki mülkiyyət hüququnu pozur, hasarını sökür, iddiaçını və ustaları təhqir edir, hədə-qorxu gəlir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Kamran Məmmədov izahatında göstərmişdir ki, hazırki iş üzrə hər hansı zəbt etmə mövcud deyil, lakin, Cavabdeh1 iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, dəfələrlə tikinti yerinə polis çağırıb tikintiyə mane olur. Həmin məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı özünə aid olmayan torpaq sahəsində tikinti aparmağa cəhd etdiyindən o, vətəndaş kimi hüquqlarından istifadə edərək polisə müraciət etmiş, hər hansı qeyri-qanuni hərəkət etməmişdir. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli, 20425 saylı ekspert rəyində göstərilmişdir ki, “... Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadı.” İş materialları ilə müəyyən edilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahələri yanaşıdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsinin 16 may 2019-cu il tarixli, İddiaçı cavab məktubunda göstərilmişdir ki, “... torpaq sahənizə baxış zamanı Sizə ayrılan torpaq sahəsinin digər şəxs – Cavabdeh1 ayrılmış torpaq sahəsi ilə yanaşı olduğu müəyyən edilməklə bərabər, eskiz-sxem planları üzrə naturada olduğu kimi eynilik təşkil edir.” Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində “mülkiyyət və istifadə hüquqlarının” bərpa edilməsi xahiş edilsə də, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin zəbt edilmədiyi iddiaçı tərəfindən məhkəmə iclasında qəbul edildiyi təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində “mülkiyyə və istifadə hüquqlarının” pozulmasını nədən ibarət olması aydın deyildir. Beləliklə, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. - 01 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 ərizə ilə polisə müraciət edərək ona məxsus olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirmişdir. İzahatı alınan Cavabdeh1 hər biri 600 kv.metr olan torpaq sahələrinin bələdiyyə sənədi ilə ona məxsus olduğunu bildirmişdir və şikayətçi tərəfin onun barəsində məhkəməyə müraciət etdiyini və məhkəmədə iddianın təmin edilmədiyini bildirmiş, beləliklə, cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(103)-318/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, işə apellyasiya instansiyasında baxılan zaman iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli müvafiq rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv.metr torpaq sahəsinin iş materiallarında olan sxemində hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları və ayrıc aktı olmadığından həmin ərazinin mübahisələndirilən torpaq sahəsi ilə, həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 saylı qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.metr torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi torpaq sahəsi isə cavabdeh tərəfindən zəbt edilməmişdir. Göründüyü kimi iddiaçının cavabdehə qarşı torpaq sahəsinin boşaldılması, istifadə və sahiblik hüquqlarının bərpa olunması və s. tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianı digər əsasla da təmin edilməsinə heç bir əsas yoxdur. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etdiklərini bildirsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbi Bələdiyyəyə yönəlmədiyi, mübahisəli torpaq sahəsinin həmin dövrdə ayırıldığı zaman ümumiyyətlə Bələdiyyənin mülkiyyətində olmasına dair heç bir sübut olmadığı halda belə bir etirafın qəbul edilməsi mümkün olmamaqla yanaşı digər Cavabdeh1 hüquqlarını pozur. Buna görə də, bu etiraf qəbul edilməməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsi yanaşı yerləşirlər. Torpaq sahələrinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən onların üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi ekspertiza yolu ilə mümkün olmamışdır. Lakin, İddiaçı naturada göstərdiyi torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilməmişdir (03 mart 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsi). İddiaçı Cavabdeh1 qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)-300/2020 saylı qətnaməsinə əsasən rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki iddia ərizəsində iddiaçı sözügedən qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edildiyi göstərilsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və s.” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar