Məhkəmə qərarları › İş №2(001)-9284/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9284/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9284/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 16 dekabr 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və ona məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, 11 saylı yaşayış binasının 41 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və ona təhvil verilməsi, eləcə də, vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3cü maddəsinə əsasən, məhkəmələrə verilən iddialar üzrə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Hazırki iddia qiyməti 50000 manat təşkil edir ki, bu tələb üzrə ödənilməli dövlət rüsumunun məbləği 240 manat təşkil etdiyi halda (120 manat + (40000 manat *0,3%)), iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, bu barədə müvafiq qəbz iddia ərizəsinə qoşma edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar