Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-948/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X47 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun qohumudur və 30 il bundan əvvəl ailə quraraq başqa ünvana köçərək orada yaşayır. O zaman Cavabdeh3 iki övladı Cavabdeh1 və Cavabdeh2 olmuş və onlar mübahisəli evdə yaşamışlar. Lakin 30 il bundan əvvəl Cavabdeh3 qeydiyyatı formal olaraq ünvan 1 ünvanında olmuşdur. Onun yaşadığı evdə əvvəllər iddiaçının valideynləri yaşamış, lakin sonradan həmin ev yararsız hala düşdüyündən o və digər ailə üzvləri həmin evdən başqa yaşayış sahəsinə köçmüşdür. Onun valideynlərinə məxsus yaşayış evi heç vaxt xüsusi mülkiyyət kimi Reyestr Xidmətində qeydiyyata alınmamışdır. 1984-cü ildə tərtib edilmiş evin köhnə texniki pasportu olsa da, ev özbaşına tikili olmuşdur. Evin tikintisi köhnə və yararsız daşlardan tikildiyindən, müəyyən müddətdən sonra ev aşınmaya məruz qaldığından yararsız hala düşmüşdür. Evdə yaşamaq təhlükəli olmuşdur. Sonradan o, xx xxxxxxx 2009-cu il tarixdə X17 ilə ailə qurmuş və ilk vaxtlarda başqa bir ev tutaraq kirayə qalmışlar. Birgə nikahlarından xx xxxx 2011-ci il təvəllüdlü övladları anadan olmuşdur. Həmin vaxtı onların kirayədə yaşaması maddi cəhətdən çox çətinliklər yaratmışdır. Ona görə də qayınatası onlara bildirmişdir ki, o, valideynlərindən qalmış və uçulub dağılmış yaşayış evini təmir etdirməyə vəsait verə bilər. Onlar o zaman qayınatasının təklifi ilə razılaşmışlar və qayınatasının vəsaiti hesabına onlar evi yenidən yeni eskizlə təmir etdirmişlər. Belə ki, “Arxitektura və Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 2018-ci il tarixində yenidən inşa edilmiş evin eskizi, planı tərtib edilmişdir. Bu faktları xx xxxxx 2011-ci ildə tərtib etdiyi aktla və Biləcəri qəsəbə sakinləri – X18, X6 təsdiq etdikləri aktla təsdiq olunur. Eyni zaman da Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının Biləcəri qəsəbəsi X44 üzrə Nümayəndəsi İ.İ.Mustafayevin xx xxxx 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, ev 4 ünvanında fərdi yaşayış evi 2009-cu il tarixə kimi mövcud vəziyyəti olduqca təmirsiz və yararsız vəziyyətdə olmuşdur. 2009-cu il tarixdən etibarən İddiaçı və X7 yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, ev 4 ünvanında fərdi yaşayış evində aparılan təmir işləri qonşuları tərəfindən tərtib edilmiş akta əsasən X7 atası X3 vəsaiti hesabına aparılmışdır”. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər isə sonradan onun qayınatası tərəfindən təmir edilərək onların ailəsinin istifadəsində olan evdən qanunla müəyyən edilmiş qaydada istifadə etməyinə maneəçilik yaradır və həmin evin sənədləşdirilməsində süni çətinliklər yaradırlar. Cavabdehlərin onun öz mülkiyyətindən istifadə etməyinə yaradılan maneə qanunla qadağan edilən haldır. Əlavə olaraq Cavabdeh3 Əlı̇ kram qızı hətta 2006-cı il tarixdə vəfat edən anasının yəni öz bacısının yas mərasimində də iştirak etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 oğlu iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı onun bacısı oğludur. Qeyd olunan mübahisəli ev onun nənəsinin və babasının evi olmuşdur. Həmin evdə o, qardaşı və bacısı yaşamışdır. Onun ailə üzvləri də həmin evdə yaşamış, hətta uşaqları da həmin evdə doğulmuşdur. 2006-cı il tarixdə onun bacısı vəfat etmişdir. O, 1987-ci ildə ailə quraraq ailəsi ilə birlikdə bir-iki il mikrorayonda yaşamış, sonra mübahisəli evə qayıtmış və orada yaşamışdır. 2011-ci ildə isə o və ailə üzvləri həmin evdən çıxaraq başqa yaşayış yerinə köçərək, kirayə yaşamağa başlamışlar. Ev yaşamaq üçün yararlı olmuşdur. O, və ailə üzvləri evdən çıxandan sonra iddiaçı həmin evdə qismən təmir işləri aparmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2006-cı il tarixdə vəfat edən bacımın yas mərasimində iştirak etmişdir. O, və ailə üzvləri evdən çıxdıqda fikirləşmişdir ki, övladları böyüdükdən sonra mübahisəli evi sataraq, pulunu iddiaçı ilə bölüşəcək. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə evin dağınıq formada olması həqiqətə uyğun deyil, belə ki, o və ailə üzvlərinin yaşadığı evin təmiri göstərilən şəkildə olmamışdır. O, və ailə üzvləri kirayədə yaşayır, lakin kirayə müqavilələri yoxdur. Onun mübahisəli evə dair mülkiyyəti təsdiq edən sənədi yoxdur, yalnız qeydiyyatı oradır. Digər cavabdehlər onun oğullarıdır. Cavabdehlərdən Cavabdeh1 hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, anadan olduğu 1989-cu il tarixdən 2011-ci il tarixə qədər ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamışdır. Hal-hazırda Sulutəpə qəsəbəsində anası ilə birlikdə kirayədə yaşayır. Qardaşı Cavabdeh1 Tofiq oğlu isə Gəncə şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı yeni ailə qurduğu üçün o, və ailə üzvləri həmin evdən çıxmışlar. İddiaçının valideyni vəfat etdiyi üçün onlar onun mübahisəli evdən çıxmasını tələb etməmişlər. Ev onun və ailə üzvləri tərəfindən təmir edilməmişdir, çünki yaşayış üçün ev yararlı olmuşdur. Onun və ailə üzvləri mübahisəli evdən çıxdıqdan sonra həmin evdə qismən təmir işləri aparılmışdır. Təmir işlərinin xərcindən xəbəri yoxdur, çünki müəyyən səbəblərdən onun və ailə üzvlərinin həmin evə gediş-gəlişi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının keçmiş həyat yoldaşıdır. Onlar məhkəmə qətnaməsi ilə boşansalar da, bir müddət sonra yenidən barışmışlar. Hal-hazırda da iddiaçı ilə birlikdə qeyri-rəsmi nikah münasibətində mübahisəli evdə yaşayırlar və tez bir zamanda nikahılarını da rəsmiləşdirəcəklər. O, İddiaçılə nikaha girməzdən əvvəl, yəni 2008-ci il tarixdə aidiyyəti qurumlara rəsmi müraciət edərək evinin təmirsiz olduğuna görə təmir işlərinin aparılmasına görə ona köməklik edilməsini xahiş etmişdir. 2009-cu il tarixdə o, həmin evə gəlin köçmüşdür. Onlar həmin evi atasının onlara verdiyi vəsait hesabına tikmişlər. Onlar həmin evdə yaşayan zaman cavabdehlər həmin ünvanda yaşamamışlar. Onların qonşuları da təsdiq edirlər ki, cavabdehlər ümumiyyətlə həmin evdə yaşamamışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2009-cu il tarixdə cavabdehlər qeyd olunan evdə yaşamamışlar. Cavabdehlər heç vaxt qeyd olunan evə gəlməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. O, iddiaçının arvadı İbatova Jaləni 2010-cu il tarixdən tanıyır. Onun özü Biləcəridə qeyd olunan mübahisəli evin qonşuluğunda kirayədə yaşayır. İddiaçı ilə İbatova Jalə 2009-cu il tarixdə ailə qurmuşlar, 2010-cu ildən isə mübahisəli evə köçüblər. Həmin ev əvvəllər yararsız vəziyyətdə idi. Daha sonra həmin ev Jalənin atasının vəsaiti hesabına sökülərək yenidən tikilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda da İbatova Jalə ilə münasibətləri olmaqla, onların evinə gediş-gəlişi var. O, 2010-cu ildən bu tarixə kimi Cavabdeh3 və oğullarını həmin evdə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. O, iddiaçının arvadı İbatova Jaləni 2010-cu il tarixdən məktəbdən tanıyır. Belə ki, Jalə və o uşaqlarını eyni məktəbə aparıb-gətirmişlər. Cavabdeh3 həmin evdə yaşadığını və ya həmin evə gəlib-getdiyini görməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2008-2009-cu illərdə mübahisəli ev təmirsiz olmuşdur. Hətta orada toyuq-cücə saxlanırdı. İddiaçı və arvadı Jalə ailə qurduqdan sonra kirayədə yaşayıblar, daha sonra həmin ev Jalənin atasının hesabına sökülərək yenidən tikilmişdir. Ədilənin qohumlarının həmin evə gəldiyini görməmişdir, o, həmin evdə iddiaçını, onun arvadı Jaləni və Jalənin atasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ustadır. Mübahisəli evi o, sökmüş və təmir eləmişdir. Onu usta kimi həmin evin təmiri üçün Jalənin atası Musayəddin müəllim dəvət etmişdir. Evin təmirinə 2009-cu ildə başlamış və 2010-cu ilin sonunda yekunlaşdırmışdır. Daha sonra isə həmin evin içinin təmir işlərini də görmüşdür. Musayəddin müəllim evin təmiri üçün onu dəvət edəndə həmin evdə yaşayış olmamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təmir xərclərin Musayəddin müəllim ödəmişdir. Həmin müddətdə kimsə gəlib deməmişdir ki, ev onundur. O, həmin evdə Musayəddin müəllimi, Jaləni, Hikməti və Jalənin anasını görmüş, cavabdehi və onun oğullarını isə görməmişdir. Hal-hazırda məhkəmə iclas zalında olan qonşuları isə görmüş, həmin evə gəlib-gedirdilər. Onlardan birinin adı Kəmalədir, digərinin adını isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 1984-cü ildən mübahisəli evin qonşuluğunda yaşayır. Həmin ev Cavabdeh3 dədə-baba yurdudur. Belə ki, 1984-cü ildə Cavabdeh3 bacı və qardaşı ilə həmin evdə yaşamışdır. İddiaçı 7-8 il bundan əvvəl ailə qurduqdan sonra Ədilə həmin evdən köçüb, kirayəyə yaşamışdır. Lakin, Hikmət ailə qurana kimi Ədilə yoldaşı və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Hikmət evlənəndən sonra həmin ev sökülüb yenidən tikilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh3 25-27 il bundan əvvəl mübahisəli evdə yaşamışdır. Ədilə ailə quranda kirayəyə köçmüş, 5 ildən sonra yenidən mübahisəli evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 1971-ci ildən mübahisəli evin qonşuluğunda yaşayır. Həmin vaxtlarda iddiaçı mübahisəli evdə yaşamamışdır. Həmin evdə Arzu, Rafiq, Ədilə və onların azyaşlı uşaqları yaşayırdılar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh3 ailə qurduğu tarixi xatırlamır. Ədilə 2012-2013-cü ilə kimi mübahisəli evdə yaşamışdır. Hikmət həmişə o evdə yaşayıb, o, təxminən 7-8 il bundan əvvəl ailə qurmuşdur. Evin təmiri yaşayış üçün əlverişli olmasa da, orada yaşayış var idi. İş materiallarında olan: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu və ev sahibliyinin kartoçkası surətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı evin sahibi X30r; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X35, X31, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar; X4 və X12 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında doğulmuş və hal-hazırda ailə həyatı quraraq orada yaşayır. Yaşadıqları ünvanda hal-hazırda İddiaçı xalası İbatova Ədilə və onun iki oğlu Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatındadırlar. Həmin ünvanda yararsız evin tam əsaslı təmirinin İddiaçı qaynatası X8 tərəfindən aparılmasının şahididirlər. İbatova Ədilə həmin evin təmir xərclərində heç bir əməyi olmamış, 30 ildən çoxdur ki, bu ünvanda yaşamır; X5, X21, X15, X13 və X16 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında doğulmuş və hal-hazırda ailə həyatı quraraq orada yaşayır. Yaşadıqları ünvanda hal-hazırda İddiaçı xalası İbatova Ədilə və onun iki oğlu Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatındadırlar. Həmin ünvanda yararsız evin tam əsaslı təmirinin İddiaçı tərəfindən aparılmasının şahididirlər. Prezidentin verdiyi sərəncama əsasən sənədsiz evlərin sənədləşdirilməsi ilə əlaqədar İbatova Ədilə, İddiaçı yaşadığı evi öz adına sənədləşdirməsinə etiraz edir. Həmin evin təmir xərclərində İbatova Ədilənin heç bir əməyi olmamışdır; Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbə X44 üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 2009-cu il tarixə kimi mövcud texniki vəziyyəti olduqca təmirsiz və yararsız vəziyyətdə olmuşdur. 2009-cu ildən etibarən İddiaçı və X9 yaşadığı həmin evdə aparılan təmir işləri qonşular tərəfindən tərtib edilmiş akta əsasən X9 atası X3 vəsaiti hesabına aparılmışdır; “Murad-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsinə olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin iventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı ev 43.875 manat məbləğində qiymətləndirilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 6822/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının olmadığı müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-6822/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Belə ki, qeyd olunan qətnaməyə əsasən iddiaçı X9 hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8097/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı X1 şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-6870/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, Cavabdeh1 yaşayış yeri Samux rayonu, Ziyadlı ərazi dairəsi, Ziyadlı kəndidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 4, 4 saylı ev texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta və ev sahibliyinin kartoçkasına əsasən X2 olmuş, iddiaçının anası X32 və Cavabdeh3 İkram qızı həmin ünvanda yaşamışlar. 1987-ci il tarixdə Cavabdeh3 İkram qızı ailə həyatı quraraq mübahisəli evdən köçmüş, daha sonra isə yaşamaq üçün yenidən mübahisəli evə qayıtmışdır. xx xxxxx 2006-cı il tarixdə iddiaçının anası ölmüşdür. xx xxxxxxx 2009-cu il tarixdə iddiaçı X17 ilə ailə qurmuş və ilk vaxtlarda başqa bir ev tutaraq kirayə qalmışlar, daha sonra isə mübahisəli evi təmir etdirərək ora köçmüşlər. 2011-ci ildə isə Cavabdeh3 İkram qızı uşaqları (eyni zamanda digər cavabdehlər) ilə birlikdə yaşamaq üçün başqa evə köçmüşdür. Hal-hazırda cavabdehlər Cavabdeh3 İkram qızı oğlu - Cavabdeh2 ilə birlikdə Sulutəpə qəsəbəsində yaşayır. Digər Cavabdeh1 Tofiq oğlu isə Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının olmadığı müəyyən edilmişdir. Lakin, həmin qətnamə apelyasiya instansiyası tərəfindən ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qətnaməyə əsasən iddiaçı X9 həmin iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Məhkəmə cavabdehlərin xx xxxxxxx 2009-cu il tarixədək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək mübahisəli yaşayış evində yaşadıqlarını, həmin yaşayış evinə dair dair dövlət qurumları tərəfindən texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport və ev sahibinin katoçkası verildiyini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə ilə bağlı fəsildə əks olunmuş maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 özləri etiraf etmişlər ki, 2011-ci ildən Sulutəpə qəsəbəsində yerləşən yaşayış evinə köçmüş və həmin tarixdən hal-hazıradək mübahisəli evdə yaşmamışlar. Cavabdehlər hazırda yaşadıqları evdə kirayə qaldıqlarını bildirsələr də, bunu təsdiq edən kirayə müqaviləsini və ya digər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlərdən Cavabdeh1 isə ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır, lakin Samux rayonu, Ziyadlı kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 altı aydan artıq müddətə başqa yaşayış yerinə köçdüklərinə görə onların ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada turularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-948/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-948/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver