Məhkəmə qərarları › İş №2(001)-950/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-950/2024

20.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-950/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İşin halları: xx.xx.2021-ci il tarixdə İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X14 X5 mütəxəssis vəzifəsinə işə başlamışdır. xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1980/2023 saylı əmrlə Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1600 manat aylıq əmək haqqı, ona edilmiş əlavə və mükafatlar hesabı ilə məcburi işburaxma müddəti üçün əmək tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh ilə onun arasında bağlanmış 3-17-4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsinə, onun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında X8 X6 mütəxəssis vəzifəsinə qəbul edilməyi xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək 1 il 6 ay 1 gün müddətinə Agentliyin müddətli əmək müqaviləsi bağlanılmışdır və o, inzibati heyətə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Aralarında bağlanmış müqaviləyə dəfələrlə dəyişikliklər edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən etibarən 1600 manat müəyyən edilmişdir. Son zamanlar Agentlikdə işçilər ilə imzalanan müqavilələrin müddətinin bitməsini əsas gətirərək əmək müqavilələrinə xitam verilir. Belə ki, rəhbərlik tərəfindən müvafiq sənədlərin hazırlanması üçün ona müraciət edildikdə tərəfindən sərt reaksiya verilmişdir və işin icrasından imtina etmişdir. Rəhbərlik ilə aralarında yaranmış fikir ayrılığından dolayı cavabdeh ona qarşı qərəzli münasibət üzündən müəssisə rəhbəri səlahiyyətindən suiistifadə edərək hüquq pozuntusuna yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının birbaşa rəhbəri ilə daxili telefon ilə əlaqə saxlayaraq əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirərək əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma apardığında məlum olmuşdur ki, cavabdeh ilə bağladığı müqaviləyə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “B” bəndi ilə xitam verilmiş, lakin bugünədək əmrin surəti ona təqdim edilməmişdir. Göründüyü kimi, əmək müqaviləsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, yəni 1 il 6 ay 1 gün müddətinə bağlanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi ilkin müddət üçün uzadılmış hesab edilməlidir. Lakin cavabdeh qanunvericiliyi pozaraq əmək müqaviləsinin 1 il tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki cavabdeh ilə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş olacaqdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Bütün qanunauyğun tələblər yerinə yetirilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı ilə müqavilə xx.xx.2021-ci il tsarixdə bağlanmış, işə çıxma tarixi xx.xx.2021-ci il tarixi olmaqla 1 ay sınaq müddəti ilə 3 aylıq bağlanmışdır. Hər dəfə müqavilə 3 aylıq uzadılmışdır. Nəticədə sonuncu müqavilə xx.xx.2023-cü il tarixdə bitmiş, iddiaçı öncədən xəbərdar olunmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 2 “B” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci tarixdən işə başlayır, müqavilə 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə . - xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2021-ci ildir, işə başlama tarixi xx.xx.2021-ci il kimi qeyd olunmuş ilkin maaş 800 manat olmuş, daha sonra 1600 manat təşkil etmiş, əmək müqaviləsi müddətli olmuş və əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X15 Heyətinin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1980/2023 saylı əmrdə göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. - Əmək kitabçasından surətindən görnüür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X14 X5 mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X11 X5 mütəxəssis vəzifəsinə keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 45 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46 (1-ci hissə) Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 172. (1-ci hissə) Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. (4-cü hissə) İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 300. (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”: 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 5.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. 5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin hallarından belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında X8 X5 mütəxəssis vəzifəsinə qəbul edilmiş, işə xx.xx.2021-ci il tarixdən başlanılmış, əmək müqaviləsinin müddəti 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır, əmək haqqı üzrə aylıq vəzifə maaşı ştat cədvəli üzrə təyin edilmişdir. (xx.xx.2021-ci il tarixli müqavilə). Həmin müqavilə üzrə əmək münasibətləri davam edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü ildə daxil edilərək, orta aylıq əmək haqqı 800 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda isə orta aylıq əmək haqqının məbləği 1600 manat qeyd olunmuşdur. Hər iki bildirişdə müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilmişdir. Göründüyü kimi müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilsə də ən azından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əmək müqaviləsinə dəyişikliklər edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, publik hüquqi şəxsin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə bu anlamda iddiaçının dəlillərini əsaslı hesab edir. Cavabdeh tərəfin “müqaviləni hər dəfə 3 ay uzadaraq, nəticədə sonuncu müqavilənin xx.xx.2023-cü il tarixdə bitməsi” ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 5.1-ci bəndinə əsasən “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində olan əmək müqaviləsinə edilmiş dəyişikliklər (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə daxil edilmiş) nəzərə alındıqda əmək müqaviləsi üzrə işə başlama tarixi xx.xx.2021-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğuna görə müqavilənin 1 il 6 ay 1 gün müddətinə bağlanması müəyyən olunur. xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinin 1 il tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki cavabdeh ilə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək olması nəzərə alınmalı idi. Odur ki, 3-17-4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr qanunsuz hesab edilməlidir. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqteyi nəzərdən məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əmək müqaviləsinin hər dəfə 3 ay olmaqla uzadılaraq müqavilənin xx.xx.2023-cü il tarixdə bitməli olması ilə bağlı qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının əmək müqaviləsinə edilmiş dəyişikliklərdə müqaviləsi üzrə işə başlama tarixi xx.xx.2021-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğu halda müqavilənin müddətinin bitmə tarixinin xx.xx.2023-cü il tarixi müəyyən edilməsi işçinin iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin mülahizəsinə əsasən müəyyən edildiyi daha inandırıcı görünür. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Aynur Hikmət qızı barəsində qəbul edilmiş 3-17-4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ləğv edilməli, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Reabillitasiya X5 mütəxəssis vəzifəsinə bərpa olunmalı, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Aynur Hikmət qızı barəsində qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17-4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Reabillitasiya X5 mütəxəssis vəzifəsinə bərpa olunsun. Cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1600 (min altı yüz) manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar