Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-953/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən ediməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. X1, anası X2r. Valideynlərinin hər ikisi vəfat etmişdir. X1 16 oktyabr 1991-ci il tarixdə erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport almışdır. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüşlər. 30 oktyabr 1991-ci il tarixdə Tuğ kəndinin işğalı zamanı ona məxsus doğum haqqında şəhadətnamə yanaraq məhv olmuşdur. O, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il cavabda itmiş akt qeydinin qeydiyyat şöbələrində və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Akt qeydləri Xocavənd rayonunda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir. Ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmağını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Onun doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanları yoxdur və ona görə də, o, hesab edir ki, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onun sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ərizəçi ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi ilə əsaslandıraraq, onun barəsində xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd rayon VVADQ Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayon VVADQ Şöbəsində doğumun qeyd edilməsi faktının, xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd rayonu Tuğ kəndində doğulması, ata adının X4, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həmin faktın təsdiq edilməsinin ona atasının yerinə şəhidlik statusunun keçirilməsi məqsədilə lazım olduğunu və xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayon VVADQ Şöbəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, ata adının X4, ana adının X5, milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının X14 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, 5-52-10/1-103 №-li arayışdan görünür ki, arayış verilir Ərizəçi ondan ötrü ki, o, həqiqətən Xocavənd rayon Tuğ kənd sakinidir, hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşmışdır. 30 oktyabr 1991-ci il tarixdə Xocavənd rayon (keçmiş Hadrut) Tuğ kəndi işğal olunan zaman ona məxsus olan doğum haqqında şəhadətnaməsi yanaraq məhv olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndində doğulmuşdur. İş materiallarında olan İV-ЖГ seriyalı, 356113 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 oktyabr 1991-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 054943 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 aprel 2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi 15 avqust 2023-cü il tarixli müraciətinə baxılmış, şöbə tərəfindən ərizəçiyə itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi bildirilmiş və ona aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin bibisi oğlu olmaqla yanaşı, Ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində doğulmasının qeydə alınmasını, doğum haqqında şəhadətnaməsinin mövcud olmasını, lakin yanaraq məhv olması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndində doğulmasının qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxx 1957ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində Ərizəçi “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Xocavənd rayonu, Tuğ kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1957-ci il”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ata adı” qrafasında “X4”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X6”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1957-ci il tarixdə Xocavənd rayonunun Tuğ kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Xocavənd rayonu, Tuğ kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1957-ci il”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ata adı” qrafasında “X4”, “miliyyəti” qrafasında “azərbaycanlı”, “ana adı” qrafasında “X6”, “milliyyəti” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-953/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-953/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver