Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-979/2020 08.01.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi Bəşir qızının iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bəşir qızı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Ararat rayonunda doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Bəşir qızı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il tarixdə hazırkı Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır, orada qızı və bacısı ilə birlikdə yaşayır.1988-ci il tarixində ermənilərin milli təmizləmə siyasəti nəticəsində bir sıra Azərbaycanlılar kimi o, və ailəsi də doğma dədə-baba yurdlarından, tarixi torpaqlardan məcburi qaydada qovularaq, həmin torpaqlardan zor gücünə çıxarılmışlar.Ermənistandan qovularkən ona və ailəsinə aid sənədləri götürmək imkanları olmamışdır. Elə ona görə də hazırda onun doğum haqqında şəhadətnaməsi yoxdur. Bundan sonra Ərizəçi Bəşir qızı ərizə üzrə irəli sürdüyü tələbi dəyişdirərək, xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının milliyyətçə azərbaycanlı olan X5, anasının milliyyətçə azərbaycanlı olan X6 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin və ərizənin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi Bəşir qızı tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. O, və bacısı Ərizəçi Ermənistanın Ararat rayonunda doğulmuşlar. X1, anaları X3r. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Bəşir qızı xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur. Atası milliyətçə azərbaycanlı olan X5, anası milliyətçə azərbaycanlı olan X3r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Doğum haqqında şəhadətnamə ona bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv mqaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçinin xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının milliyyətçə azərbaycanlı olan X5, anasının milliyyətçə azərbaycanlı olan X6 olması iş materiallarında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Bəşir qızının xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının milliyyətcə azərbaycanlı olan X5, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilməlidir. Məhkəmənin bu qənaəti Ərizəçi Bəşir qızının doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bəşir qızının xx xxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının milliyyətçə azərbaycanlı olan X5, anasının milliyyətçə azərbaycanlı olan X6 olması faktı müəyyən edilsin. Bu qətnamə Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-979/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-979/2020
08.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver