Məhkəmə qərarları › İş №2(001)-989/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-989/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-989/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Abdulxalı qızına qarşı əmlakın birgə mülkiyyət sayılması və bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 10 b nömrəli mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 10 b nömrəli evin payları bərabər olmaqla, birgə mülkiyyət sayılmasını, İddiaçı adına olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 10 b nömrəli evin və birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakların bölünməsinə dar qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilmişdir. Belə ki, cavabdeh 2026-cı ilin yanvar ayına kimi iddiaçıya aliment ödəməyəcək, bunun əvəzində isə hazırda mübahisəli evdən çıxıb gedəcəkdir. Hazırda cavabdeh həmin mübahisəli mənzili tərk etmiş, ona aid bəzi əşyalar mənzildə qalmışdır. İddiaçı və cavabdeh arasında mübahisə həll edildiyindən, xahiş edir ki, iddia ərizəsi baxılmamış saxlanılsın və məhkəməyə təqdim etdiyi sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlə aralarında barışıq əldə edildiyindən, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizəsi və ona əlavə edilən sənədlərlə(elektron qaydada təqdim edilmiş sənədlər istisna olmaqla), birlikdə iddiaçıya geri qaytarılmalı, ilkin iddia üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ödənişi edən İddiaçı Abdulxaliq qızına, qarşılıqlı iddia üzrə ödənilən 100 manat məbləğində dövlət rüsumu ödənişi edən Cavabdeh geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 50 manatı ilkin iddia üzrə İddiaçı Abdulxaliq qızından, 50 manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Abdulxalı qızına qarşı əmlakın birgə mülkiyyət sayılması və bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi iddiaçılara geri qaytarılsın. O cümlədən, ilkin iddia üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənişi edən İddiaçı Abdulxaliq qızına, qarşılıqlı iddia üzrə ödənilən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən Cavabdeh geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manatı ilkin iddia üzrə İddiaçı Abdulxaliq qızından, 50 (əlli) manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində tərəflər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar