Məhkəmə qərarları › İş №2(001)-991/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-991/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-991/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayon Qorçu kənd orta məktəbində yerləşən kitabxanada işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, 1979-cu ilin sentyabr ayında Qorçu kənd orta məktəbində yerləşən kitabxanaya işə qəbul edilmiş və həmin kitabxanada 1992-ci ilin may ayına kimi işləmişdir. 1992ci ildən isə Laçın rayon Qorçu kənd Ərazi nümayəndəliyində işləmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüş və əmək kitabçası həmin məktəbdə qalmışdır. Ərizəçi əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də ərizəçi möcvud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi T.Əfəndiyev məhkəməyə ünvanlanmış etiraz ərizəsini müdafiə etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, 28 nömrəli arxiv arayışına əsasən, X3 1992-ci ildən 2005-ci ilədək Laçın rayon Qorçu kənd ərazi nümayəndəliyində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 08 iyul 2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək Pensiyası haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırlımış qaydada təyin edilərkən onun fərdi hesabının sırğota hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sırğotaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. X1 Sisteminin Pensiya altsisteminə əsasən Ərizəçi sığorta stajı 3 il 10 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3572,36 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasımın minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 və X5 ifadələrində bildirdilər ki, Ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işlədiklərini və bunu təsdiq edən sənədləri (faktın müəyyən edilməsi barədə qətnamə və əmək kitabçası) məhkəməyə təqdim edərək, Ərizəçi Laçın rayonunun Qorçu kənd orta məktəbində kitabxanaçı işləməsini təsdiq etdilər. Məhkəməyə yazılı izahat ünvanlayan X6 bildirmişdir ki, Ərizəçi ilə 1979-cu ilin sentyabr ayından 1992-ci ilə qədər Laçın rayonunun Qorçu kənd orta məktəbində birgə çalışmışdır. Ərizəçi həmin məktəbdə kitabxanada işləyib. Rayon işğal olunduqdan sonra 2010-cu ilə qədər məcburi köçkün kimi həmin vəzifənin əmək haqqını almamışdır. X9 1985-1992-ci illərdə Qorçu kənd orta məktəbinin direktoru vəzifəsində işlədiyini qeyd etmişdir(bax işdə olan xx.xx.2010-cu il tarixli qətnamə). Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iş materiallarını, şahid ifadələrini və iş üzrə digər sübutları araşdırmaqla müəyyən etdi ki, Ərizəçi 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonu, Qorçu kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizədə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan ərizəçi 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonu, Qorçu kənd orta məktəbində kitabxanaçı işləməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi həmin illərdə işləyib əmək stajına malik olma faktını sübuta yetirə bilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1979-cu ilin sentyabr ayından 1992-ci ilin may ayınadək Laçın rayonu, Qorçu kənd orta məktəbində kitabxanaçı işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar