Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-999/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.71 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 nümayəndəsi Nümayəndə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərə alıb, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qəbələ rayonu, Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1.30 ha torpaq sahəsi və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.71 ha torpaq sahəsi X1, Ərizəçi3 Əliyar qızına, Ərizəçi1 Etibar qızına, Nümayəndə, X4 və X3 ayrılmış və bu barədə onlara müvafiq olaraq JN – 185F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN – 185 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Bu sənədlərdə olan həmin şəxslərin ad, soyad və ata adları ilə ərizəçilərin ad, soyad və ata adları arasında uyğunsuzluq var. Ərizəçilər bu sənədlərdə onların göstərilməsinə, sadəcə olaraq ad, soyad və ata adlarının səhv yazılmasına, həmin sənədlərin onlara məxsus olmasına və həmin sənədlərdə göstərilən torpaq sahələrinin onlara ayrılmasına istinadən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər və qeyd edilən məsələlərlə bağlı yol verilmiş səhvlərin düzəldilməsini və həmin torpaq sahələrinə dair onların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdilər. Lakin İdarə torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək, qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmamasını əsas gətirərək, qeyd edilən sənədlərdə göstərilən şəxslərin ad, soyad və ata adlarında düzəlişin edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək, həmin sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, Qəbələ rayonu, Aqrar İslahat Komissiyasının 05 fevral 1999cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN – 185F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.71 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN – 185 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən şəxslərin adı, atasının adı və ya soyadı ilə ərizəçilərin şəxsiyyətini təsdiq edən sənədlərdəki adı, atasının adı və ya soyadı ilə düz gəlmir, yəni üst-üstə düşmür. Belə ki, Ərizəçi2 olduğu halda, həmin sənədlərdə bu soyad və ata adına malik olan şəxsin adı Etibar kimi göstərilmişdir. Ərizəçi3 olduğu halda, həmin sənədlərdə bu soyad və ada malik olan şəxsin atasının adı Əliyar kimi göstərilmişdir. Ərizəçi1 olduğu halda, həmin sənədlərdə bu soyad və ada malik olan şəxsin atasının adı Etibar kimi göstərilmişdir. Ərizəçi5 olduğu halda, həmin sənədlərdə bu ada malik olan şəxsin soyadı Məmmədəliyeva, atasının adı Etibar kimi göstərilmişdir. Ərizəçi4 olduğu halda, həmin sənədlərdə belə bir ada, soyada və ata adına malik olan hər hansı şəxs göstərilməmiş, X7 adlı şəxs barədə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin arayışına və məktubuna əsasən ərizəçilər Ərizəçi2 ilə Ərizəçi3 ərarvaddır, ərizəçilər Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 onların uşaqlarıdır və qeyd edilən sənədlərdə göstərilən torpaq sahələri onların istifadə və sahibliyindədir. Həmin sənədlərdə göstərilən şəxslərin Qəbələ rayonu Niç kəndinin sakinləri olduqları, torpaq sahələrinin də məhz Qəbələ rayonu Niç kəndində yerləşdiyi qeyd edilmişdir. Bu sənədlər hüquq müəyyənedici sənədlərdir və onların ərizəşilərə məxsus olması faktının müəyyən edilməsi həmin sənədlər əsasında ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazımdır. Aidiyyəti orqan həmin sənədlərdə olan səhvlərin aradan qaldırılmasından imtina etmişdir. Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Bununla belə, həmin sənədlərdə göstərilən ad, soyad və ata adına tam uyğun olan hər hansı şəxs, habelə orada göstərilmiş torpaq sahələrinin ərizəçilərdən başqa hər hansı digər şəxslərin istifadə və sahibliyində olması müəyyən edilməmişdir. Bu da öz növbəsində həmin sənədlərdə qeyd edilən X5, Ərizəçi3 Əliyar qızı, Ərizəçi1 Etibar qızı, X7 və X6 adlı şəxslərlə müvafiq olaraq ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi4 və Ərizəçi5 eyni şəxs olmasını və həmin sənədlərin məhz ərizəçilərə məxsus olmasını təsdiq edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları, habelə adlarda yol verilmiş hərif səhvlərinə görə sənədlərdə uyğunsuzluğun yarandığını nəzərə alıb, obyektiv həqiqət prinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.71 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ərizəçilər xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi1, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi2, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi3, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi4 və xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi5 məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçilərə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün 1.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.71 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı JN-185 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ərizəçilər xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi1, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi2, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi3, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi4 və xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-999/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-999/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver