Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1000/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı uşaqların himayədə qalması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahdan doğulmuş övladları xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və uşaqların onun himayəsində qalmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçıiddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X12 ilə rəsmi nigah olmadan 2014-cü ildə ailə qurmuşdur. Birgə faktiki nikahdan xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşlar. Artıq 3 aydan çoxdur ki, cavabdehlə ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. bütün çətinlikləri, qayğıları onun üzərindədir. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna görə, uşaqlar üçün yaşayış minimumu 246 manatdır. İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki uşaqlar onunladır. Birinin 9, digərinin 6 yaşı var. Özü isə 10-12 il cavabdehin 1-ci ailəsindən olan uşağına baxmışdır. Cavabdeh tez-tez küsüb gedir, o, isə uşaqlara görə gedib gətirirdi. Əlavə olaraq məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən aliment tələbi olmadığını qeyd etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X13 əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etmişdir ki, rəsmi nikahları yoxdur. 2 uşaqları var. Ünsiyyət məsələsini istəmir. Uşaqlar onundur.Uşaqlar onun tikdiyi evdə yaşayır. O, evdən çıxıb getmişdir. Evi birgə nikah dövründə tikmişdir. Evi uşaqlarıma bağışlamaq fikri var. Ev Abşeron rayonundadır. İddiaçı uşaqlara baxa bilmirsə, onun özü uşaqlarına baxar. Himayəsində 1-ci ailəsindən də olan 1 övladı da var. O uşağı Türkiyədə təhsil alır. 1 yaşı olanda anası ölmüşdür. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin olunmalıdır. Qaradağ Rayon İcra Hakimiyyətini “Qəyyumluq və Himəyadarlıq Məsələləri üzrə komissiyanın” nümayəndəsi X5 iştirakı ilə dindirilən xx.xx.2016-ci il təvəllüdlü X11 ifadəsində bildirmişdir ki, anası ilə qalmaq istəyir. Atası ilə əlaqəsi yoxdur. Atası onun gözü qarşısında anasını döymüş, onlara qarşı kobud davranır. Bacısının da o və anası ilə qalmasını istəyir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasınin xx.xx.2025-ci il tarixli 5-13/2-580/2025 saylı rəyindən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qayyumluq və himayəçilik məsələləri üzrə komissiya"sı təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatı, azyaşlılarnın mənafeyini, psixoloji durumunu, analarına olan bağlılığı və digər zəruri halları nəzərə alaraq, yuxarıda adıçəkilən BMT qətnaməsinin humanist prinsiplərini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci, 52-ci və 63-cü maddələrinin tələblərinə uyğun, xx.xx.2016-cı il təvəllüdlü X6 və X3 anaları İddiaçı Vəfada qızının yanında və himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir. Bildirir ki, İddiaçı Vəfada qızı cavabdeh X14 ilə rəsmi nikah olmadan 2014-cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından iki övladı, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşlar. 3 saylı ASAN xidmət mərkəzinin Qaradag Rayon Qeydiyyat şöbəsinin 8-ci il tarixli, 370 nömrəli və xx.xx.2016-cı il tarixli, 84 nömrəli X18 Haqqinda Şəhadətnaməsinə əsasən Cavabdeh azyaşlılar xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 üzərində atalığı müəyyən edilmişdir. Əvvəllər İddiaçı Vəfada qızı və Cavabdeh arasında münasibətlər yaxşı olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış və bu səbəbdən tərəflər ayrı-ayrı ünvanda yaşayırlar, birge təsərrüfat aparmırlar. X1 və X19 qizi anaları İddiaçı Vəfada qızının yanında və himayəsindədirlər. Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(002)-1000/2025 nömrəli qərardadına əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qəyyumluq və himayəçilik məsələləri üzrə komissiyası tərəflərin və Azyaşlıların yaşayış tərzinin müəyyən edilməsi ilə əlaqədar onlayn və yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, İddiaçı Vəfada qızı Cavabdeh bir ildən çoxdur ayrı yaşayır, X1 və X8 anaları İddiaçı Vəfada qızının, yanında və himayəsindədir. İddiaçı Dünyamalıyeva X15 rayonu, Müşviqabad qəsəbəsi, ev 5B, mənzil 70 ünvanında qeydiyyatdadır. Faktiki olaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni massiv, Ünvansız fərdi evdə X1 və X8 ilə birgə yaşayır. Ümumi sahəsi 24 m² olan mənzil bir otaqdan ibarətdir. Mülkiyyət sahibi Cavabdehdur. Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Dünyamalıyeva X16. X1 və X2 rayonu, Müşviqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə təhsil alırlar.Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Faktiki olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, X27 Kərim küçəsi, döngə 1, ev 5 ünvanında övladı X9 ilə birgə yaşayır. Mənzil bir mərtəbədən və dörd otaqdan ibarədir. Ümumi sahəsi 184 m²-dir. Mülkiyyət sahibi Cavabdeh bacısıdır. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh işləmir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasınin xx.xx.2025-ci il tarixli 5-13/2-580/2025 saylı rəyinə əlavə edilmiş Cavabdeh mənzil məişət şəraitinin müəyyən edilməsi barədə aktından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qəyyumluq və himayəçilik məsələləri üzrə komissiya"sının üzvləri Firidun Hüseynov, Ruslan İsmayılov, Elçin Abbasov bu aktı ona görə tərtib edirik ki, həqiqətən komissiya nümayəndələri Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(002)- 1000/2025 nömrəli qərardadına əsasən, Cavabdeh mənzil-məişət şəraitini müayinə etmək məqsədilə yerində və onlayn araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Faktiki olaraq Sabunçu rayonu, Maştağa Qəsəbəsi, X27 Kərim küçəsi, döngə 1, ev 5 ünvanında övladı X9 ilə birgə yaşayır. Mənzil bir mərtəbədən və dörd otaqdan ibarədir.Ümumi sahəsi 184 m²-dir.Mülkiyət sahibi Cavabdeh bacısıdır. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh işləmir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasınin xx.xx.2025-ci il tarixli 5-13/2-580/2025 saylı rəyinə əlavə edilmiş cavabdeh İddiaçı Vəfada qızının mənzil məişət şəraitinin müəyyən edilməsi barədə aktından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qeyyumluq və himayəçilik məsələləri üzrə komissiyasının üzvləri Firidun Hüseynov, Ruslan İsmayılov, Elçin Abbasov bu aktı ona görə tərtib edirik ki, həqiqətən komissiya nümayəndələri Qaradağ Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(002)-1000/2025 nömrəli qərardadına əsasən, İddiaçı Vəfada qızının mənzil-məişət şəraitini müayinə etmək məqsədi ilə yerində və onlayn araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdiİddiaçı X15 rayonu, Müşviqabad qəsəbəsi, ev 5B, mənzil 70 ünvanında qeydiyyatdadır. Faktiki olaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni massiv, ünvansız fərdi evdə X1 və X8 ilə birgə yaşayır. Ümumi sahəsi 24 m² olan mənzil bir otaqdan ibarətdir. Mülkiyyət sahibi Cavabdehdur. Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün. normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadıİddiaçı X16. X1 və X2 rayonu, onu, Müşviqabad qəsəbəsində yerləşən 274 nömrəli tam ort məktəbdə təhsil alırlar. İş materiallarına əlavə olunmuş AZ-İ 358677 saylı və AZ-İ 298400 saylı X18 haqqında şəhadətnamələrdən görünür ki, İsmayılov X4 Rəhimə Vəfada qızından doğulmuş X6 və X3 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı ******* saylı və AZ-İİİ seriyalı 721365 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçı Vəfada qızıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ailə mübahisəsi olan nikahın pozulmasına dair ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan faktiki nikahdan iki uşaqları olmuş və hazırda aralarındakı münasibətlər pozulmuşdur. Uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların onun himayəsinə verilməsini xahiş etmiş, cavabdeh isə aliment tələbi olmadığı halda uşaqların anasının himayəsinə verilməsinə etiraz etməmişdir. Hazırda iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Məhkəmə qəyyumluq rəyini və azyaşlının fikrini nəzərə alaraq hesab edir ki, tərəflərin faktiki nikahından olan xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddənin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə isə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması ) nəzərə alınmaqla həll edilir. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır.O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. «BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın validyeinlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideyinlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideyinlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideyinlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar. Həmin Qərarın 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh X13 arasında olan faktiki nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 İddiaçı yanında və himayəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh X13 arasında olan faktiki nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 İddiaçı yanında və himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-1000/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1000/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver