Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-563/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X6 cavabdeh Qabibov Ramal Fizuli oğluna qarşı iş üzrə Açar sözlər: (“uşaqların ananın yanında saxlanılması və aliment tutulması”) hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Əliyev Mayis Nəbi oğlu və cavabdehin nümayəndəsi vəkil Atakişiyev Bəxtiyar Tahir oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2159/2025 saylı işi üzrə 23.12.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Iddiaçı X6 cavabdeh Qabibov Ramal Fizuli oğluna qarşı uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X2 ilə 21.07.2016-cı ildə 3 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha girmiş, nikah 2728 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sonradan bu nikah Rusiya Federasiyası Udmurt Respublikasının Ijevsk şəhərinin Pervomayski rayonunun 2 saylı məhkəmə dairəsinin hakiminin 07.03.2023-cü il tarixli qərarı ilə pozulmuş və 1-НИ No 748635 saylı nikahın pozulmasına dair şəhadətnamə təqdim edilmişdir. Tərəflərin birgə nikahlarından 2 uşaqları – 27.07.2017-ci il təvəllüdlü X4 və 09.10.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hal-hazırda uşaqlar onunla birlikdə Azərbaycan Respublikasında yaşayırlar. Onunla cavabdeh R.Həbibov arasındakı nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqları – 27.07.2017-ci il təvəllüdlü X4 və 09.10.2019-cu il təvəllüdlü X5 anasına bağlı olması nəzərə alınaraq uşaqların onun yanında qalması müəyyən edilməli və uşaqların saxlanılması üçün cavabdeh X2 hər ay aliment tutulub ona verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onların birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları – 27.07.2017-ci il təvəllüdlü X4 və 09.10.2019-cu il təvəllüdlü X5 iddiaçının yanında saxlamaqla, hər uşaq üçün 280 manat, ümumilikdə 560 manat aliment məbləğinin tutulması və 27.07.2017-ci il təvəllüdlü X4 və 09.10.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (ərizə verilən gündən) hər uşaq üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh iddianın araşdırılmasının rədd edilməsi barədə etiraz ərizəsi ünvanlanmış, ərizəsini iddiaçının da Rusiya Federasiyası vətəndaşı olması ilə əlaqələndirmişdir.
3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2159/2025 saylı işi üzrə 23.12.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 27.07.2017-ci il təvəllüdlü Gabibov Rasul Ramaloviç və 09.10.2019-cu il təvəllüdlü Gabibov Osman Ramaloviçin anaları– X6 yanında qalmalarının müəyyən edilməsi, Qabibov Ramal Fizuli oğlundan 04.09.2025-ci il tarixdən başlayaraq, 27.07.2017-ci il təvəllüdlü Gabibov Rasul Ramaloviçin və 09.10.2019-cu il təvəllüdlü Gabibov Osman Ramaloviçin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Qabibov Ramal Fizuli oğlundan dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 110.2, ; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19; “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1; 18.1-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə; Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 112.1.3, 234.2.1, 443.0.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 21.07.2016-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan 27.07.2017-ci il təvəllüdlü Rasul və 09.10.2019-cu il təvəllüdlü Osman adlı uşaqları var. Tərəflər arasında olan nikah 28.02.2023-cü il tarixdə Rusiya Federasiyasında pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, Udmurt Respublikasının Ijevsk şəhərində yaşayır, iddiaçı uşaqları ilə birlikdə hazırda Azərbaycan Respublikasında yaşayır. Iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, yetkinlik yaşına çatmamış uşaqları 27.07.2017-ci il təvəllüdlü X4 və 09.10.2019cu il təvəllüdlü X5 yanında saxlamaqla, hər uşaq üçün 280 manat, ümumilikdə 560 manat aliment məbləğinin tutulması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (ərizə verilən gündən) hər uşaq üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmə icraatında olduğu müddətdə Rusiya Federasiyasında yaşayan cavabdeh iddianın araşdırılmasının rədd edilməsi barədə ərizə ünvanlanmış, ərizəsini iddiaçının da Rusiya Federasiyası vətəndaşı olması ilə əlaqələndirmişdir. Məhkəmə ilk növbədə cavabdehin xarici ölkə vətəndaşı olması və nikahın xaricdə pozulması ilə əlaqədar iddiaçının mövcud iddia ərizəsinə Azərbaycan Respublikasının məhkəməsində baxılmasına yol verilib-verilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi xarici şəxslərin iştirakı ilə olan işlərə baxılmasında Azərbaycan Respublikası məhkəmələrinin hansı əsaslarla səlahiyyətli olmasını nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 443.0.4-cü maddəsinə əsasən aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası ərazisində yaşayış yerinə malik olduğundan, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Insanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlər yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan 27.07.2017-ci il təvəllüdlü Rasul və 09.10.2019-cu il təvəllüdlü Osman adlı uşaqları hazırda iddiaçının yanındadır. Məhkəmə tərəfindən uşaqların hansı valideynin yanında qalması ilə bağlı rəy verilməsi üçün material Səbail rayon Icra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiyanın 24.11.2025-ci il tarixli rəyi ilə tərəflərin birgə nikahdan olan Rasul və Osman adlı uşaqların anasının yanında saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşaqların yaşlarını, məhkəmə iclasında dinlənilərkən fikri öyrənilmiş uşağın anası ilə yaşamağa dair müsbət münasibətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahdan olan 27.07.2017-ci il təvəllüdlü Rasulun və 09.10.2019-cu il təvəllüdlü Osmanın analarının yanında qalmaları müəyyən edilməlidir. Məhkəmə iddiaçının alimentin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməlidir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Doğum haqqında şəhadətnamələrə əsasən, tərəflərin birgə nikahdan 27.07.2017-ci il təvəllüdlü Gabibov Rasul Ramaloviç və 09.10.2019-cu il təvəllüdlü Gabibov Osman Ramaloviç adlı uşaqları var; - Rusiya Federasiyasının Udmurt Respublikasının VVADQ şöbəsi tərəfindən verilmiş 13.05.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X2 və X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07.03.2023-cü il tarixdə 138239180004100015008 No ilə qeyd edilmişdir; - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən, Rusiya Federasiyasının vətəndaşı Gabibov Rasul Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 115, mənzil 4 ünvanında 15.07.2025-ci il tarixdən 15.01.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən, Rusiya Federasiyasının vətəndaşı Gabibov Rasul Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 115, mənzil 4 ünvanında 15.07.2025-ci il tarixdən 15.01.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən, Rusiya Federasiyasının vətəndaşı Gabibov Osman Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 115, mənzil 4 ünvanında 03.07.2025-ci il tarixdən 03.01.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmışdır; - Iş üzrə Rusiya Federasiyasının vətəndaşının pasportunun surətinə əsasən, Rusiya Federasiyasının vətəndaşı X2 Federasiyasının Udmurt Respublikası, Ijevsk şəhəri, Pervomaysk rayonu, Puşkin küçəsi, ev 67, mənzil 1 ünvanında qeydiyyatdadır; - Iş üzrə 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə 03.09.2025-ci il tarixli, MŞB/13/2025-00991 saylı arayışa əsasən, X6 “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair mübahisəsi üzrə 03.09.2025-ci il tarixdə, saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında X2 iştirak etməmişdir; - Səbail rayon Icra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 24.11.2025-ci il tarixli rəyinə əsasən komissiya iddiaçı X6 dinləyib, uşaqların mənafeyini nəzərə alaraq Qabibov Ramal Fizuli oğlunun övladları 27.07.2017-ci il təvəllüdlü Gabibov Rasul Ramaloviçin və 09.10.2019-cu il təvəllüdlü Gabibov Osman Ramaloviçin anası X6 yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X6 cavabdeh Qabibov Ramal Fizuli oğluna qarşı “uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, çıxarılmış qətnamə tamamilə qanunsuz və əsassızdır, çünki məhkəmə işi beynəlxalq yurisdiksiya qaydalarını pozaraq qanunsuz icraata qəbul etmiş, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etmişdir. Iş materialları və tərəflərin pasport surətləri birmənalı olaraq təsdiq edir ki, iddiaçı, cavabdeh və azyaşlı uşaqların hər biri Rusiya Federasiyasının (RF) vətəndaşlarıdır. Tərəflərin nikahı hələ 07.03.2023-cü il tarixdə RF-nin Ijevsk şəhəri Pervomayski rayon məhkəməsinin qərarı ilə pozulmuşdur. Uşaqlar 2025-ci ilin iyul ayınadək RF-nin Ijevsk şəhəri, Puşkinskaya küçəsi, ev 158, mənzil 80 ünvanında daimi yaşamış, böyük oğul Rasul orada 91 saylı rusdili məktəbin 2ci sinif şagirdi kimi təhsil almış və uşaqların bütün sosial-məişət mühiti məhz RF ərazisində formalaşmışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 27.1-ci maddəsinə əsasən, şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və uşaqların "adi yaşayış yeri" birmənalı olaraq RF ərazisidir. Iş materialarında mövcud olan 24.05.2025-ci il tarixli yazılı öhdəliyə əsasən, iddiaçı F.Həbibova uşaqları Azərbaycana yalnız yay tətili məqsədilə gətirəcəyini və ən geci 10.08.2025-ci il tarixinədək onları daimi yaşayış yerlərinə — Rusiyaya geri qaytaracağını şəxsi imzası ilə öhdəsinə götürmüşdür. Lakin iddiaçı bu öhdəliyi bilərəkdən pozaraq, uşaqları atadan və öyrəşdikləri mühitdən qopararaq Azərbaycanda qanunsuz saxlamış və burada süni yurisdiksiya yaradaraq iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddiaçının bu hərəkətlərində mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq (MM 425.1) və hüquqdan sui-istifadənin yolverilməzliyi (MM 560.1) qaydalarının kobud pozuntusuna heç bir məhəl qoymamışdır. Cavabdeh Ramal Qabibov 14.09.2025-ci il tarixdə məhkəməyə rəsmi vəsatət təqdim edərək, eyni tərəflər arasında və eyni predmet üzrə mülki işin hələ 20.08.2025-ci il tarixdə (iddiaçının Bakıda müraciətindən əvvəl) RF-nin Ijevsk şəhəri Pervomayski rayon məhkəməsində (Iş № 2-4052/2025) başlandığını sübutlarla bəyan etmişdir. Azərbaycan Respublikası MPM-nin 452.2-ci maddəsinin imperativ tələbinə görə, eyni mübahisə xarici məhkəmədə daha əvvəl başlanmışdırsa, Azərbaycan məhkəməsi ərizəni baxılmamış saxlamalı və ya qəbulundan imtina etməli idi. Məhkəmə bu fundamental beynəlxalq prosessual maneəni araşdırmadan və cavabdehin beynəlxalq hüquqa söykənən dəlilərini rədd etmək üçün heç bir hüquqi əsas gətirmədən işə qanunsuz olaraq baxmışdır. Məhkəmə Minsk (1993) və Kişinyov (2002) Konvensiyalarının tələblərinə zidd olaraq, beynəlxalq hüquqi yardım mexanizmləri vasitəsilə cavabdehin RF-dəki layiqli yaşayış şəraitini araşdırmaqdan imtina etmişdir. Cavabdehin videokonfrans vasitəsilə dindirilmə vəsatətinin iqnor edilməsi və ona dair sənədlərin beynəlxalq qaydada (MPM 460.2) çatdırılmaması prosesi birtərəfli "məhkəmə monoloquna" çevirmişdir. Nəticədə, iddiaçının aldatma və qanunsuz saxlama yolu ilə yaratdığı faktiki vəziyyət məhkəmə tərəfindən maddi hüquq normalarının (AM 153) səhv tətbiqi ilə legitimləşdirilmişdir ki, bu da qətnamənin tamamilə ləğvini zəruri edir. Məhkəmə 23.12.2025-ci il tarixli iclasda 8 yaşlı azyaşlı Rasulun fikrini öyrənərkən mühüm prosessual pozuntuya yol vermişdir. Iş materialları sübut edir ki, Rasul doğulduğu gündən RF-də yaşamış və Ijevsk şəhəri 91 saylı rusdili məktəbin şagirdidir. Belə bir rusdili uşağın Azərbaycan dilində aparılan məhkəmə prosesində tərcüməçi cəlb edilmədən (MPM 11.2) dindirilməsi uşağın iradəsinin dürüst müəyyən edilməsini qeyri-mümkün etmişdir. Üstəlik, uşağın atadan 5 ay müddətinə tam təcrid edildiyi və ananın tam psixoloji təsiri altında olduğu bir şəraitdə verdiyi ifadə "valideyn alienasiyası" (özgələşdirmə) riskini yaratmışdır. Məhkəmə bu ehtimalı yoxlamaq üçün psixoloji ekspertiza (MPM 97.1) təyin etməmiş, uşağın bu yaşda (8 yaş) iradəsinin sərbəstliyini araşdırmadan yalnız ananın lehinə verdiyi bir cümləlik ifadəni qətnamənin əsasına qoymuşdur, bununla da Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "Gnatov Ukraynaya qarşı" (2020) işində müəyyən etdiyi — valideynlik hüququ ilə bağlı işlərdə tərəfin dindirilməsi üçün bütün texniki vasitələrdən (videokonfrans) istifadə edilməsi və uşaq mənafeyinin obyektiv araşdırılması standartlarını iqnor etmişdir. Məhkəmə uşaqların yaşayış yerini müəyyən edərkən Səbail Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasının 24.11.2025-ci il tarixli rəyinə söykənmişdir. Lakin bu sübut Azərbaycan Respublikası Ailə Məcələsinin 73.2-ci maddəsinin imperativ tələbi olan “hər iki valideynin həyat şəraitinin müayinə edilməsi” vəzifəsini yerinə yetirməmişdir. Komissiya yalnız iddiaçının Bakıdakı şəraitini araşdırmış, cavabdehin (atanın) RF-dəki həyat şəraiti, uşaqların orada doğulduğu gündən bəri malik olduqları ev mühiti və sosial təminatları tamamilə araşdırmadan kənarda qalmışdır. Məhkəmə belə bir qüsurlu və natamam sübutu həledici hesab etməklə, tərəflərin bərabərliyi və çəkişmə prinsipini (MPM 9.1) kobud surətdə pozmuşdur. Məhkəmə qətnaməsində Səbail Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 24.11.2025-ci il tarixli rəyinə və 29.10.2025-ci il tarixli müayinə aktına istinad edilərək azyaşlıların anası ilə birlikdə Badamdar qəsəbəsindəki ünvanda yaşadığı qeyd olunsa da, bu hal faktiki realığı əks etdirmir. Azərbaycan Respublikası Ailə Məcələsinin (AM) 49.3-cü maddəsinə əsasən, hər bir uşaq valideynləri tərəfindən hərtərəfli inkişaf etdirilmə hüququna malikdir. Həmin Məcələnin 60.4-cü maddəsi isə imperativ qaydada tələb edir ki, uşaqların yaşayış yeri müəyyən edilərkən məhkəmə mütləq qaydada uşağın tərbiyəsi və inkişafı üçün yaradılmış şəraiti nəzərə almalıdır. Iş materialarından və cavabdehin məhkəməyə ünvanladığı müraciətdən birmənalı olaraq müəyyən edilir ki, azyaşlılar Rasul və Osmanın Rusiya Federasiyasındakı (RF) həyatı yüksək inkişaf standartları üzərində qurulmuşdur. Belə ki, hər iki uşaq RF-də daimi olaraq şahmat və karate dərnəklərinə qatılmış, böyük oğul Rasul məktəbdə əlavə olaraq ingilis dili və robototexnika üzrə ixtisaslaşmışdır. Azyaşlı Osman isə uşaq bağçasında gimnastika, mental aritmetika, futbol, "lego" konstruksiya və məktəbəqədər hazırlıq ("razvivashka") proqramları ilə səmərəli asudə vaxt təminatı almışdır. Lakin nə Səbail Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq Komissiyası, nə də birinci instansiya məhkəməsi uşaqların Azərbaycandakı hazırkı inkişaf səviyyəsini araşdırmamışdır. Müvafiq qurumun 24.11.2025-ci il tarixli rəyində və məhkəmə qətnaməsində uşaqların Rusiyada alışdıqları bu zəngin sosial-inteqrasiya mühitindən qoparılmasının onların intelektual və fiziki inkişafına vurduğu zərər tamamilə görməzdən gəlinmişdir. Hazırda uşaqların Bakıda hansı təhsil və ya inkişaf dərnəklərinə cəlb olunduğu, onların Rusiyadakı təminat səviyyəsinin (AM 78.2) qorunub-qorunmaması barədə işdə heç bir sübut yoxdur. Məhkəmənin uşaqları yalnız "ananın yanında olmaq" kimi bəsit bir faktiki vəziyyətlə məhdudlaşdırması və onların hərtərəfli inkişaf maraqlarını araşdırmadan kənarda qoyması, AM-in 3.0.4-cü maddəsində təsbit edilmiş “uşağın mənafeyinin hərtərəfli müdafiəsi” prinsipinin fundamental pozuntusudur. Tərəflər arasında rəsmi nikah 2023-cü ildə pozulsa da, uşaqların mənafeyi və ailə bağlarının qorunması naminə 2025-ci ilin may ayınadək Rusiya Federasiyasının (RF) Ijevsk şəhərində birgə yaşayış davam etmişdir. 2025-ci ilin aprel ayında uşaqların yay tətili məqsədilə Azərbaycana qısamüddətli səfəri barədə şifahi razılıq əldə olunmuş və cavabdeh tərəfindən həm gediş, həm də mütləq qayıdış biletləri alınmışdır. Iddiaçının 24.05.2025-ci il tarixli yazılı öhdəliyi ilə yanaşı, bu dönüş biletlərinin mövcudluğu uşaqların Azərbaycana gəlişinin yalnız müvəqqəti xarakter daşıdığını və onların "adi yaşayış yerinin" dəyişdirilməsi niyyətinin olmadığını təkzibedilməz faktiki sübutlarla təsdiq edir. “Lis Pendens” (Məhkəmə proseslərinin qarşılıqlı əlaqəsi) prinsipinin pozulması üzrə: Konvensiyanın 24-cü maddəsinin 1-ci bəndinə əsasən, eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla iki Müqavilə bağlayan Tərəfin məhkəmələrində iş başlanmışdırsa, işi daha sonra başlamış məhkəmə icraatı dayandırmalıdır. Ramal Qabibovun Rusiya Federasiyasının (RF) Ijevsk şəhəri Pervomayski rayon məhkəməsində uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair iddiası 20 avqust 2025-ci il tarixdə başlandığı halda, iddiaçı F.Həbibovanın Azərbaycan məhkəməsinə müraciəti daha gec — 04 sentyabr 2025-ci il tarixdə qeydə alınmışdır. Konvensiyanın bu imperativ tələbi həm də Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (MPM) 452.2-ci maddəsi ilə eyniyyət təşkil edir və belə halarda ərizənin baxılmamış saxlanılmasını mütləq edir. Birinci instansiya məhkəməsi beynəlxalq müqavilənin bu birbaşa təsirə malik normasını (MPM 1.5) görməzdən gələrək qanunsuz icraatı davam etdirmişdir. Valideynlərlə uşaqlar arasındakı hüquqi münasibətlərə tətbiq edilməli olan qanunvericilik üzrə: Kişinyov Konvensiyasının 35-ci maddəsinin 1-ci bəndinə görə, valideynlərin uşaqları saxlama üzrə öhdəlikləri onların birgə yaşayış yeri olan dövlətin qanunvericiliyi ilə, belə yer olmadıqda isə uşağın vətəndaşı olduğu dövlətin qanunvericiliyi ilə müəyyən edilir. Iş materiallarından birmənalı müəyyən edilir ki, uşaqlar Rasul və Osman Rusiya Federasiyasının vətəndaşlarıdır və onların adi yaşayış yeri (habitual residence) RF-nin Ijevsk şəhəridir. Bu norma Azərbaycan Respublikası Ailə Məcələsinin 153-cü maddəsi ilə də təsbit olunmuşdur. Məhkəmə uşaqların vətəndaşlıq mənsubiyyətini nəzərə almadan mübahisəni RF qanunvericiliyi əvəzinə AR qanunları ilə həll etməklə Konvensiyanın tətbiq edilməli olan maddi-hüquqi normalarını kobud şəkildə pozmuşdur. 22 dekabr 1992-ci il tarixli Müqavilə (Rusiya və Azərbaycan arasında hüquqi yardım haqqında) üzrə: Həmin Müqavilənin 30-cu maddəsinə əsasən, valideynlərlə uşaqlar arasındakı hüquqi münasibətlər onların adi yaşayış yerinin olduğu Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Uşaqlar 2025-ci ilin iyul ayınadək RF-də yaşamış, böyük oğul Rasul orada təhsil almış və onların bütün sosial-psixoloji mühiti məhz orada formalaşmışdır. Iddiaçının uşaqları 10.08.2025-ci il tarixdə geri qaytarmaq barədə yazılı öhdəliyini pozaraq Azərbaycanda qanunsuz saxlaması faktı qarşısında, məhkəmənin uşaqların adi yaşayış yerini RF kimi qəbul etməməsi beynəlxalq müqavilə öhdəliklərinin inkarıdır. Birinci instansiya məhkəməsi uşaqların yaşayış yerini müəyyən edərkən iddiaçı Fəridə Həbibovanın maddi və sosial statusunu dərindən araşdırmamış, onun Azərbaycanda hər hansı rəsmi iş yerinin, stabil gəlirinin və mülkiyyətində yaşayış sahəsinin olmaması faktına hüquqi qiymət verməmişdir. Iddiaçının Rusiyada aldığı təhsil sənədlərinin Azərbaycanda nostrifikasiya olunmaması onun burada ixtisası üzrə rəsmi işlə təmin olunmasını hüquqi cəhətdən qeyri-mümkün edir, uşaqların isə Badamdar qəsəbəsində başqa şəxsə (iddiaçının qardaşına) məxsus mənzildə saxlanılması Ailə Məcəlləsinin 60.4-cü maddəsində nəzərdə tutulan dayanıqlı inkişaf mühitini təmin etmir. Iş materiallarından görünür ki, həm valideynlər, həm də azyaşlı uşaqlar (Rasul və Osman) Rusiya Federasiyasının (RF) vətəndaşlarıdırlar. Tərəflərin Azərbaycan Respublikasında birgə yaşayış yeri yoxdur; cavabdeh RF-nin Ijevsk şəhərində daimi yaşayır, uşaqlar isə Azərbaycanda cəmi bir neçə aydır ki, müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə bu fundamental kollizion normanı tətbiq etməli və mübahisəni RF Ailə Məcəlləsi əsasında həll etməli olduğu halda, uşaqların vətəndaşlıq bağlarını və beynəlxalq hüquqi öhdəlikləri gözardı edərək yalnız Azərbaycan qanunvericiliyinə istinad etmişdir. Iddiaçı uşaqları "yay tətili" adı ilə aldadaraq daimi yaşayış yerindən (Ijevsk şəhərindən) uzaqlaşdırmış və geri qaytarmamaqla yurisdiksiyanı süni şəkildə dəyişmişdir. Bu hərəkət atanın uşaqlarla ünsiyyət və tərbiyə hüququnu məhdudlaşdırmaq niyyəti daşıdığı üçün maddi hüququn "heç kim öz qanunsuz hərəkətindən mənfəət götürə bilməz" prinsipinə birbaşa ziddir. Uşaqların dövlət nəzarəti altında qayğı ilə əhatə olunması vəzifəsinin icra edilməməsi: Konstitusiyaya görə, uşaqların qayğısına qalmaq valideynlərin borcudur və dövlət bu borcun yerinə yetirilməsinə nəzarət edir. Məhkəmə atanın bu konstitusion borcu (qayğı göstərmək) yerinə yetirməsinə şərait yaratmaq əvəzinə, onu uşaqlarından beynəlxalq səviyyədə təcrid edən qərar çıxarmaqla dövlətin nəzarət funksiyasını iddiaçının birtərəfli xeyrinə istifadə etmişdir. Məhkəmə prosesi atanın gətirdiyi mühüm dəlillər (uşaqların qanunsuz çıxarılması, Rusiyada daimi yaşayış və s.) araşdırılmadan birtərəfli aparılmışdır. Qətnamə faktiki olaraq atanın uşaqlarla olan ailə bağlarının qırılmasına və onları atadan təcrid olunmasına hüquqi don geyindirmişdir ki, bu da ailə toxunulmazlığının qorunması prinsipinə ziddir. Qanun valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələrə malik olduğunu təsbit edir. Atanın RF-dəki yaşayış və maddi-məişət şəraitinin müayinə olunmaması və onun tərbiyə prosesindəki imkanlarının qiymətləndirilməməsi iddiaçıya (anaya) əsassız üstünlük yaratmışdır. Məhkəmənin bu yanaşması cavabdehin valideynlik hüquqlarını faktiki olaraq inkar etmiş və tərəflərin bərabərliyi prinsipini (AM 56.1) kobud şəkildə pozmuşdur. AMin 153-cü maddəsinin imperativ tələbinə görə, əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Iş materiallarından görünür ki, həm valideynlər, həm də azyaşlı uşaqlar (Rasul və Osman) Rusiya Federasiyasının (RF) vətəndaşlarıdırlar. Tərəflərin Azərbaycan Respublikasında birgə yaşayış yeri yoxdur; cavabdeh RF-nin Ijevsk şəhərində daimi yaşayır, uşaqlar isə Azərbaycanda cəmi bir neçə aydır ki, müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə bu fundamental kollizion normanı tətbiq etməli və mübahisəni RF Ailə Məcəlləsi əsasında həll etməli olduğu halda, uşaqların vətəndaşlıq bağlarını və beynəlxalq hüquqi öhdəlikləri gözardı edərək yalnız Azərbaycan qanunvericiliyinə istinad etmişdir. AM-in 73.2-ci maddəsinin tələbinə görə, uşağı yaşayış yeri barədə mübahisəyə baxılarkən müvafiq icra hakimiyyəti orqanı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən hər iki şəxsin (həm ana, həm ata) həyat şəraitini müayinə etməyə borcludur. Səbail rayon Qəyyumluq və Himayəçilik Komissiyasının 24.11.2025-ci il tarixli rəyi yalnız iddiaçının Bakı şəhərindəki müvəqqəti vəziyyətinə söykənmiş, cavabdehin RF-dəki yaşayış şəraiti isə müayinə olunmamışdır. Məhkəmənin bu cür natamam və qanunsuz rəyi qətnamənin əsasına qoyması maddi hüquq normasının kobud pozuntusudur. AM-in 156.1-ci maddəsi məhkəmənin üzərinə xarici ölkənin hüquq normalarının məzmununu müəyyənləşdirmək vəzifəsini qoyur. Birinci instansiya məhkəməsi tərəflərin və uşaqların RF vətəndaşı olduğunu, nikahın RF-də pozulduğunu bilsə də, RF ailə qanunvericiliyinin müvafiq normalarını araşdırmamış və tətbiq etməmişdir. Bu, maddi hüququn tətbiqi zamanı məhkəmənin öz üzərinə düşən hüquqi öhdəliyi yerinə yetirməməsi hesab olunur. AM-in 3.0.4-cü maddəsinə əsasən, uşaq mənafelərinin daha yaxşı təmin edilməsi dövlət ailə siyasətinin əsas prinsiplərindən biridir. Məhkəmə uşağın illərdir alışdığı stabil sosial, təhsil və məişət mühitindən (RF) qoparılmasını, habelə atadan təcrid olunmasını uşaq mənafeyi kimi səhv qiymətləndirmişdir. Iddiaçının qanunsuz hərəkətləri ilə yaradılmış süni vəziyyətin "uşaq mənafeyi" kimi qəbul edilməsi bu maddi hüquq anlayışının mahiyyətinə ziddir. AM-in 6.2-ci maddəsi tələb edir ki, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən digər üzvlərin mənafelərini pozmamalıdır. Iddiaçının uşaqları 5 ay müddətindəatadan tam təcrid etməsi və onları doğulduqları gündən bəri formalaşdıqları sosial və təhsil mühitindən (Ijevsk 91 saylı məktəb) qoparması həm atanın, həm də uşaqların birgə yaşamaq hüququnu kobud surətdə zədələmişdir. Məhkəmə iddiaçının birtərəfli iradəsini uşağın inkişafı üçün zəruri olan stabil mühit faktorundan üstün tutmaqla bu maddi hüquq normasını pozmuşdur. Iddiaçı Fəridə Həbibova uşaqları yay tətili adı ilə Azərbaycana gətirmiş, onları geri qaytarmaq barədə verdiyi yazılı öhdəliyi pozmuş və uşaqları 5 ay müddətində atadan tam təcrid etmişdir. Bu hərəkətlər uşaqların atası ilə ünsiyyət hüququnu və atanın tərbiyədə iştirak hüququnu (AM 61.1) kobud şəkildə pozsa da, məhkəmə bu maddi hüquqi pozuntunu görməzdən gəlmişdir. AM-in 60.4-cü maddəsinə görə, uşaqların yaşayış yeri müəyyən edilərkən məhkəmə uşağın yaşı ilə yanaşı, onun inkişafı və tərbiyəsi üçün yaradılmış şəraiti mütləq nəzərə almalıdır. Rasul (2017) və Osman (2019) doğulduqları gündən bəri Rusiya Federasiyasının Ijevsk şəhərində yaşamış, orada sosial mühitə adaptasiya olunmuşlar. Xüsusilə, Rasul Ijevsk şəhəri 91 saylı orta məktəbin 2 "B" sinif şagirdi olduğu halda, ananın qanunsuz hərəkətləri nəticəsində təhsilindən və alışdığı mühitdən qoparılmışdır. Məhkəmə bu faktorları araşdırmadan uşaqların Azərbaycandakı cəmi bir neçə aylıq müvəqqəti və qeyri-sabit vəziyyətini əsas götürməklə maddi hüquq pozuntusuna yol vermişdir. AM-in 52-ci maddəsinə görə, yalnız 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. 8 yaşlı Rasulun fikri öyrənilərkən məhkəmə onun yaşını və 5 aylıq təcrid şəraitində ananın təsiri (alienasiya) altında olma ehtimalını maddi hüquq kontekstində düzgün qiymətləndirməmişdir. Iradənin sərbəstliyi yoxlanılmadan 8 yaşlı uşağın sözünün həlledici götürülməsi maddi hüquq anlayışının təhrifidir. MM-nin 16.1-ci maddəsi mülki hüquqların digər şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirilməsini qadağan edir. Iddiaçının uşaqları yay tətili adı ilə aldadaraq Azərbaycana gətirməsi və 10.08.2025-ci ilədək geri qaytarmaq öhdəliyini icra etməməsi birbaşa atanı övladlarından məhrum etmək və ona mənəvi ziyan vurmaq niyyəti daşıyır. Məhkəmənin bu davranışı görməzdən gələrək iddiçının xeyrinə qərar verməsi, MM-nin 16.1-ci maddəsinin tələblərinin pozulması deməkdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr daxili qanunvericilikdən üstün qüvvəyə malikdir. Məhkəmə 2002-ci il Kişinyov Konvensiyasının 24-cü maddəsini (eyni predmetli işin xaricdə daha əvvəl başlanması) tətbiq etməyərək beynəlxalq hüquqi öhdəliklərdən yayınmış və bununla da AM 1.1 və MM 3.2 maddələrinin tələblərini pozmuşdur. Məhkəmə beynəlxalq kollizion normalara etinasız yanaşmaqla dövlətin beynəlxalq öhdəliklərinin icrasından yayınmışdır. MM-nin 5.3-cü maddəsinin imperativ tələbinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələri icra edərkən vicdanla hərəkət etməyə borcludurlar. Iddiaçı Fəridə Həbibova 24.05.2025-ci il tarixli yazılı öhdəliyi ilə uşaqları cəmi bir neçə aylıq yay tətili üçün Azərbaycana gətirdiyini və 10.08.2025-ci ilədək onları Rusiyaya geri qaytaracağını vəd etsə də, bu öhdəliyi bilərəkdən pozaraq uşaqları Azərbaycanda qanunsuz saxlamışdır. Məhkəmə iddiaçının bu qeyri-vicdanlı davranışına və öhdəliklərin vicdanlı icrası (MM 425.1) tələbinə etinasız yanaşmaqla maddi hüquq pozuntusuna yol vermişdir. MM-nin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilməklə həyata keçirilən hərəkətlər və razılaşmalar etibarsız sayılmalıdır. Iddiaçının uşaqları geri qaytarmaq öhdəliyini pozaraq yaratdığı faktiki vəziyyət qanunsuz olduğu üçün bu vəziyyət əsasında qaldırılan iddianın təmin edilməsi qeyri-qanuni vəziyyətin məhkəmə tərəfindən legitimləşdirilməsi deməkdir. Məhkəmə bu normanı tətbiq etməli və iddiaçının sui-istifadəyə söykənən hərəkətlərini hüquqi cəhətdən əsassız hesab etməli idi. Qanun tələb edir ki, valideynlik hüquqları uşaqların mənafelərinə zidd həyata keçirilməməli və uşaqların mənəvi inkişafına xələl yetirməməlidir. Uşaqların illərdir alışdıqları təhsil mühitindən (Ijevsk, 91 saylı məktəb) və sosial çevrəsindən birtərəfli qaydada qoparılması onların mənəvi inkişafına birbaşa xələl gətirən hərəkətdir. Məhkəmə iddiaçının bu zərərli davranışını "mənafe" kimi qiymətləndirməklə maddi hüququ yanlış tətbiq etmişdir. AM-in 50.4cü maddəsinə görə, valideynlər müxtəlif dövlətlərdə yaşadıqda belə, uşaq hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə uşaqların yaşayış yerini ana ilə Azərbaycanda müəyyən edərkən, onların Rusiyada yaşayan və uşaqların bütün maddi-mənəvi yükünü illərdir çəkən atadan faktiki olaraq tam təcrid olunması riskini qiymətləndirməmişdir. Bu, uşaqların atadan məhrum edilməsinə və valideynlik hüquqlarının bərabərliyi (AM 56.1) prinsipinin tamamilə sıfırlanmasına səbəb olan maddi hüquqi xətadır. Hər bir uşağın valideynlərini tanımaq və onlardan qayğı görmək, valideynləri ilə birgə yaşamaq və onlar tərəfindən tərbiyə olunmaq hüququ vardır. Uşaqların Azərbaycanda saxlanılması onların Rusiya Federasiyasında yaşayan ataları tərəfindən bilavasitə tərbiyə olunmaq hüququnu faktiki olaraq məhv edir. Məhkəmə uşağı bir valideyndən tamamilə məhrum edən vəziyyəti təsdiqləməklə bu fundamental hüququ pozmuşdur. AM-in 61.2-ci maddəsinə əsasən, uşaqla birlikdə yaşayan valideyn digər valideynin uşaqla ünsiyyətinə, əgər bu ünsiyyət uşağın fiziki və psixi sağlamlığına zərər yetirmirsə, mane olmamalıdır. Iddiaçı uşaqları yay tətili adı ilə gətirərək 5 ay müddətində atadan tamamilə təcrid etmiş və ünsiyyəti qeyri-mümkün etmişdir. Məhkəmə bu qanunsuz təcrid faktını qiymətləndirməyərək maddi hüquq normasının pozulmasına yol vermişdir. MPM 460.2-ci maddəsinin imperativ tələbinə görə, xarici dövlətdə yaşayan cavabdehə məhkəmə sənədləri mütləq çatdırılma barədə bildiriş şərti ilə sifarişli məktubla gönderilməlidir. Məhkəmə qətnaməsində cavabdehin "lazımi qaydada məlumatlandırıldığı" yazılsa da, iş materiallarında cavabdehin RF-dəki ünvanında sənədləri şəxsən imzalamasına dair hər hansı poçt qəbzi yoxdur. Məhkəmə bu proseduru icra etmədən, cavabdehin rəsmi sənədləri şəxsən imzalamasına dair poçt qəbzi olmadan işə baxmışdır ki. Şəxsə müraciət etdiyi ünvan üzrə heç bir sənədin göndərilməməsi "məhkəməyə çatımlıq" hüququnun faktiki inkarıdır. Lazımi qaydada xəbərdar edilməmiş şəxsin iştirakı olmadan işə baxılması MPM 387.2.2 və 387.3-cü maddələrinə görə prosessual normaların kobud pozuntusu və mütləq ləğv əsasıdır. Ailə Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, rəy hazırlanarkən uşağın və hər iki valideynin həyat şəraiti müayinə olunmalıdır. Səbail rayon Qəyyumluq Komissiyası yalnız iddiaçını dinləmiş, cavabdehin RF-dəki yaşayış şəraitini müayinə etməmişdir. Məhkəmənin bu natamam və qanunsuz rəyi həlledici sübut kimi qəbul etməsi MPM 14.1-ci maddəsindəki "işin obyektiv tədqiqi" vəzifəsinin pozulmasıdır. Məhkəmə beynəlxalq hüquqi yardım qaydalarına (1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları) müraciət edərək cavabdehin yaşayış yerinin Rusiya Federasiyasının səlahiyyətli orqanları vasitəsilə müayinə olunmasını təmin etməli idi. Bu hərəkətsizlik MPM-in 14.1-ci maddəsində nəzərdə tutulan "işin hərtərəfli, tam və obyektiv tədqiqi" vəzifəsindən yayınmadır. Ədalət mühakiməsinə çatımlıq hüququnun inkarı: MPM-nin 14.1-ci maddəsi məhkəmənin üzərinə tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərmək və işin obyektiv tədqiqi üçün lazımi şərait yaratmaq vəzifəsini qoyur. Lakin məhkəmə nəinki bu köməyi göstərməmiş, əksinə cavabdehin icraatdan tamamilə təcrid olunması üçün bütün prosessual imkanlardan "istifadə" edərək məhkəməyə çatımlıq hüququnu inkar etmişdir. Məhkəmə qətnaməsinin təsviri hissəsində azyaşlı Rasul və Osmanın yaşayış yeri kimi Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi, ev 115, mənzil 4 ünvanı göstərilmiş və uşaqların müvəqqəti yaşama icazələrində də məhz bu ünvan əks olunmuşdur. Lakin mülki işdə mövcud olan Səbail Rayon Icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 29 oktyabr 2025-ci il tarixli müayinə aktından aydın olur ki, uşaqlar əslində həmin qeydiyyat ünvanında yaşamırlar. Komissiya faktiki müayinəni tamamilə başqa bir ünvanda — Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 51-ci küçə, ev 1770 ünvanında keçirmişdir. Məhkəmə uşaqların qeydiyyatda olduğu rəsmi ünvanla müvafiq qurumun müayinə keçirdiyi faktiki ünvanın fərqli olmasına, uşaqların qeydiyyatda olduqları mənzildə deyil, başqa ünvanda qalmalarına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3cü maddəsinin imperativ tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi isə müayinə aktındakı bu faktı — uşaqların faktiki yaşayış yerinin qeydiyyat ünvanından fərqli olmasını qətnamədə qeyd etməmişdir, bununla da işin hərtərəfli, tam və obyektiv araşdırılması vəzifəsini (MPM 14.1) kobud şəkildə pozmuşdur. Uşaqların qeydiyyatda olduqları ünvanda deyil, başqa bir ünvanda saxlanılması faktı həm də onların yaşayış mühitinin qeyri-sabit olduğunu və iddiaçının məhkəməyə yanlış məlumatlar təqdim etdiyini sübut edir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycanda yaşadığı üçün məhkəmə səlahiyyətlidir. Lakin bu norma (MPM 443.0.4) yalnız o halda tətbiq edilə bilər ki, eyni mübahisə başqa dövlətin (RF) məhkəməsində daha əvvəl başlanmasın. Məhkəmə səlahiyyətli olub olmadığını yoxlayarkən MPM-nin 452.2-ci maddəsini iqnor etməklə "məhkəmə aidiyyəti" qaydalarını pozmuşdur. Səbail Rayon Məhkəməsinin beynəlxalq aidiyyət qaydalarını (MPM 443.0.4) təfsir edərkən yol verdiyi fundamental səhv ondan ibarətdir ki, məhkəmə aliment öhdəliyini yaşayış yeri mübahisəsindən təcrid olunmuş müstəqil bir tələb kimi nəzərdən keçirmişdir. Halbuki, uşaqlar üçün alimentin müəyyən edilməsi və onun miqdarının təyin olunması birbaşa uşağın “adi yaşayış yeri” ilə qırılmaz surətdə bağlıdır. Mülki Məcəllənin 27.1ci maddəsinə əsasən, şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və azyaşlıların adi yaşayış yerinin Rusiya Federasiyası (Ijevsk şəhəri) olması sənədlərlə sübut edilmişdir. Tərəflər müxtəlif dövlətlərdə yaşadığı halda, məhkəmə beynəlxalq hüquqi yardım qaydalarına müraciət edərək cavabdehin yaşayış yerinin Rusiya Federasiyasının səlahiyyətli orqanları vasitəsilə müayinə olunmasını təmin etməli idi. Atanın uşaqların tərbiyəsi üçün malik olduğu maddiməişət şəraitinin beynəlxalq qaydada araşdırılmaması AM-in 29.1 və 56.1-ci maddələrində təsbit olunmuş valideynlərin hüquq bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə 23.12.2025-ci il tarixli iclasında 8 yaşlı Rasulun fikrini öyrənmişdir. Rasul Rusiyada doğulmuş, orada rusdilli məktəbin 2-ci sinif şagirdidir və Azərbaycan dilini bilmir. Buna baxmayaraq, uşaq tərcüməçi iştirakı olmadan dindirilmişdir. MPM 180.4-cü maddəsinə əsasən, dili bilməyən şəxslərin ifadəsi mütləq tərcüməçi ilə alınmalıdır; bu xəta uşağın həqiqi iradəsinin təhrif olunması riskini yaratmışdır. MPM 11.2-ci maddəsi məhkəmə icraatının dilini bilməyən şəxslərə pulsuz tərcüməçi xidmətindən istifadə hüququnu təmin edir. RF vətəndaşı olan cavabdeh 14.09.2025-ci il tarixli vəsatətində Azərbaycan dilini bilmədiyini və tərcüməçi tələb etdiyini bəyan etsə də, məhkəmə bu hüququ təmin etməmişdir. MPM-nin 11.3-cü maddəsinin tələbinə zidd olaraq, cavabdehə dair heç bir bildiriş, qəyyumluq orqanının rəyi, məhkəmə iclaslarının protokolları və ən əsası yekun məhkəmə qətnaməsi onun başa düşdüyü rus dilinə tərcümə edilərək çatdırılmamışdır. Bu hal cavabdehin məhkəmə aktının mahiyyəti ilə tanış olmaq, sənədlərdəki ziddiyyətləri müəyyən etmək və ona dair əsaslandırılmış müdafiə qurmaq hüququnu fundamental şəkildə məhdudlaşdırmışdır. MPM 387.2.3-cü maddəsinə görə, icraatın dili haqqında qaydaların pozulması qətnamənin ləğvi üçün mütləq əsasdır. MPM 184.4cü maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin vəsatətləri məhkəmənin əsaslandırılmış qərardadı ilə həll olunmalıdır. Cavabdehin 14.09.2025-ci il tarixdə təqdim etdiyi fundamental vəsatətlər (beynəlxalq yurisdiksiya, videokonfrans, tərcüməçi) barədə məhkəmə hər hansı prosessual akt qəbul etməmişdir. Bu hərəkətsizlik cavabdehin MPM 47.2-ci maddəsindəki "vəsatət vermək və etiraz etmək" hüququn inkar etmiş və prosesi birtərəfli "məhkəmə monoloqu"na çevirmişdir. Məhkəmə 23.12.2025-ci il tarixli iclasda 8 yaşlı Rasulun fikrini öyrənərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 192.3 və 197.1-ci maddələrinin imperativ tələblərini kobud şəkildə pozmuşdur. Qanunvericilik birbaşa tələb edir ki, azyaşlı uşaqların fikrinin öyrənilməsi mütləq qaydada uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin (pedaqoji işçinin və ya psixoloqun) iştirakı ilə aparılmalıdır. Lakin məhkəmə heç bir mütəxəssis cəlb etmədən uşağı dindirmiş, bununla da onun psixoloji vəziyyətini və iradəsinin sərbəstliyini qiymətləndirmək imkanından məhrum olmuşdur. Daha ciddi məqam isə dindirilmənin mahiyyəti ilə bağlıdır. Məhkəmə azyaşlıya cəmi iki sual — “kiminlə qalmaq istəyirsən?” və “neçənci sinifdə oxuyursan?” suallarını verməklə kifayətlənmişdir. Hesab edir ki, uşağın gələcək taleyini həll edən yaşayış yeri mübahisəsində bu cür bəsit və formal yanaşma Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 60.4-cü maddəsinin tələblərinə kökündən ziddir. Həmin maddəyə əsasən, məhkəmə uşağın fikri ilə yanaşı, onun valideynlərdən hər birinə olan bağlılığını, atasından (cavabdehdən) 5 ay müddətinə qanunsuz olaraq təcrid edilməsinin onun psixologiyasına təsirini və əvvəlki adi yaşayış mühiti (RF, Ijevsk şəhəri) üçün darıxıb-darıxmadığını dərindən araşdırmalı idi. Məhkəmə tərəfindən uşağa aşağıdakı həlledici sualların verilməməsi işin obyektiv araşdırılmadığını sübut edir: 1. Rusiyada qalan atası, dostları və məktəbi haqqında nələri xatırlayır və onlarla ünsiyyət qurmasına kim mane olur? 2. Anasının uşaqları yay tətilindən sonra geri qaytaracağı barədə verdiyi vədi Rasul necə qəbul edir? 3. Hal-hazırda qaldığı ünvanda (iddiaçının atasının evi) uşaqlar üçün hansı real şərait var və onlar orada özlərini qonaq, yoxsa daimi sakin kimi hiss edirlər? Uşağın anasının tam psixoloji təsiri altında olduğu və atadan tam təcrid edildiyi bir şəraitdə, peşəkar psixoloq iştirakı olmadan verdiyi "ana ilə qalmaq istəyirəm" cavabı, AM-in 3.0.4-cü maddəsində nəzərdə tutulan “uşağın üstün mənafelərinin müdafiəsi” prinsipini təmin edə bilməz. Bu cür formal dindirmə protokolu ədalətli məhkəmə araşdırmasının deyil, iddiaçının yaratdığı qanunsuz faktiki vəziyyətin kor-koranə leqallaşdırılmasının göstəricisidir. Məhkəmə iddiaçının bütün vəsatətlərini və birtərəfli sübutlarını qəbul etdiyi halda, cavabdehin prosesdə iştirakını təmin etməmiş və yaşayış şəraitinin müayinəsini həyata keçirməmişdir. Cavabdehə münasibətdə tətbiq edilmiş "prosessual iqnor" mülki prosesi birtərəfli "məhkəmə monoloqu"na çevirmiş, nəticədə Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş "silahların bərabərliyi" prinsipi fundamental şəkildə zədələnmişdir. Konstitusiyaya görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir və bu müdafiə həm əlçatan, həm də effektiv olmalıdır. Cavabdehin Rusiyadakı yaşayış ünvanı və elektron poçtu məhkəməyə bəyan edildiyi halda, ona heç bir rəsmi sənədin çatdırılmaması və vəsatətlərinin sükutla qarşılanması onu faktiki olaraq məhkəmə müdafiəsindən kənarda qoymuşdur. MPM 10-2-ci maddəsinə əsasən, tərəf xaricdə yaşadığını bəyan edərək videokonfrans vasitəsilə iştirak vəsatəti verdikdə, məhkəmə videokonfransın qurulması barədə qərardad qəbul etməli idi. Məhkəmə bu vəsatəti iqnor edərək cavabdehin iştirakı olmadan işə baxmışdır ki, bu da MPM 9.2-ci maddəsindəki "tərəflər çağırılıb dindirilmədən mübahisəyə baxıla bilməz" prinsipinin pozulmasıdır. Həmçinin, 8 yaşlı Rasulun fikri öyrənilərkən atanın videokonfrans vasitəsilə iştirakı təmin edilmədiyi üçün o, MPM 192.3-cü maddəsi ilə ona verilmiş "uşağa suallar vermək" hüququndan məhrum edilmişdir. Avropa Məhkəməsinin presedentlərinə görə, işin predmeti tərəfin şəxsi keyfiyyətləri və valideynlik hüququ ilə birbaşa bağlıdırsa, məhkəmə tərəfi dinləmək üçün mövcud olan bütün texniki vasitələrdən (o cümlədən videokonfransdan) istifadə etməlidir. Məhkəmənin bu texniki imkandan imtinası ədalətli məhkəmə araşdırması hüququnu fundamental şəkildə zədələmişdir. MPM-nin 220.4-cü maddəsi tələb edir ki, qətnamədə məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillər öz əksini tapsın. Məhkəmə cavabdehin elektron kabinetə yerləşdirdiyi həlledici sübutları — RF-də işin daha əvvəl başlanmasını təsdiq edən sənədləri və iddiaçının uşaqları geri qaytarmaq barədə 24.05.2025-ci il tarixli yazılı öhdəliyini — araşdırmadan kənarda qoymuş və onları hansı əsasla rədd etdiyini qətnamədə göstərməmişdir. Bu cür hərəkətsizlik qətnamənin qanunsuzluğunu şərtləndirən mütləq əsasdır. MPM-nin bu maddələrinə görə, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Səbail Rayon Məhkəməsi cavabdehin elektron kabinetə yerləşdirdiyi həlledici sübutları (uşaqların müvəqqəti statusu, yazılı öhdəliyin pozulması və s.) nəzərə almadan qeyri-qanuni vəziyyəti legitimləşdirən qanunsuz nəticəyə gəlmişdir. MPM 192.3-cü maddəsinə görə uşağın fikri öyrənilərkən valideynlər ona suallar vermək hüququna malikdir. Cavabdehin videokonfrans vasitəsilə iştirak vəsatəti iqnor edildiyi üçün o, Rasulun dindirilməsi prosesindən təcrid olunmuş və uşağa suallar vermək imkanından məhrum edilmişdir. Bu, mülki prosesin tərəflərin bərabərliyi və çəkişmə prinsipini fundamental surətdə pozmuşdur. Məhkəmə tərəfindən prosessual bildirişlərin göndərilməsi qaydasının kobud şəkildə pozulması cavabdeh Ramal Qabibovun ədalətli məhkəmə araşdırması və "dinlənilmək" hüququnu kökündən sarsıtmışdır. Belə ki, iddiaçı F.Həbibova iddia ərizəsində cavabdehin ünvanı kimi qəsdən yanlış olaraq Masallı rayonunun Tüklə kəndini göstərmiş, birinci instansiya məhkəməsi isə bu məlumatın dürüstlüyünü yoxlamadan bütün bildirişləri həmin ünvana göndərmişdir. Halbuki, Tüklə kəndi Ramal Qabibovun yalnız doğum yeridir və o, valideynləri ilə birlikdə uzun illərdir Rusiya Federasiyasının vətəndaşı kimi RF-də daimi məskunlaşmışdır. Daha ciddi qanun pozuntusu ondan ibarətdir ki, cavabdeh Ramal Qabibov hələ 14 sentyabr 2025-ci il tarixdə özünün ramal-g@yandex.ru elektron poçt ünvanından məhkəmənin rəsmi emailinə (contact@sabayilcourt.gov.az) müraciət ünvanlayaraq, RF-nin Ijevsk şəhərindəki faktiki yaşayış ünvanını və əlaqə vasitələrini birbaşa məhkəmənin diqqətinə çatdırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 146-cı maddəsinə əsasən, işdə iştirak edən şəxs öz ünvanını dəyişdirdiyi barədə məhkəməyə məlumat verdikdən sonra məhkəmə bildirişləri məhz yeni ünvana çatdırılmalıdır. Lakin Səbail Rayon Məhkəməsi cavabdehin bu rəsmi müraciətini və elektron poçt ünvanını iqnor edərək, MPM-nin 135.6 və 138.4-cü maddələrinin (məhkəmə sənədlərinin elektron poçt və digər rabitə vasitələri ilə çatdırılması) imkanlarından istifadə etməmişdir. Məhkəmənin cavabdehin faktiki yerini bildiyi halda bildirişləri onun yaşamadığı kənd ünvanına göndərməyə davam etməsi, MPM-nin 387.2.1-ci maddəsində nəzərdə tutulan "işin lazımi qaydada xəbərdar edilməmiş tərəfin iştirakı olmadan baxılması" halını yaradır ki, bu da qətnamənin ləğvi üçün mütləq prosessual əsasdır. Birinci instansiya məhkəməsinin bu hərəkətsizliyi nəticəsində cavabdeh mülki işin gedişindən təcrid olunmuş, ona məhkəmə sənədləri və çıxarılmış qətnamə onun başa düşdüyü dildə təqdim edilməmişdir. Beynəlxalq yurisdiksiya və "Lis Pendens" (Eyni işin başqa məhkəmədə olması) qaydasının pozulması: MPM-nin 452.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet üzrə xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa, Azərbaycan məhkəməsi iddianı baxılmaq üçün qəbul etməməli və ya baxılmamış saxlamalıdır. Iş materialları təsdiq edir ki, cavabdeh Ramal Qabibov hələ 20.08.2025-ci il tarixində RF-nin Ijevsk şəhəri Pervomayski rayon məhkəməsində iddia qaldırmışdır (Iş № 2-4052/2025). Iddiaçı Fəridə Həbibova isə Bakıda yalnız 04.09.2025-ci il tarixində, yəni Rusiyadakı icraatdan sonra müraciət etmişdir. Kişinyov Konvensiyasının 24-cü maddəsinə və MPM 1.5-ci maddəsinə əsasən, beynəlxalq müqavilə daxili qanundan üstün olduğu üçün məhkəmə iddianı mütləq baxılmamış saxlamalı idi. Bu halın iqnor edilməsi MPM 387.2.8-ci maddəsinə əsasən qətnamənin mütləq ləğvini zəruri edir. Iddiaçı uşaqları 10.08.2025-ci ildə geri qaytarmaq barədə yazılı öhdəliyini pozaraq onları 5 ay müddətində atadan tam təcrid etmişdir. Uşağın fikrinin sərbəstliyini və "valideyn alienasiyası" (manipulyasiya nəticəsində özgələşdirmə) riskini yoxlamaq üçün məhkəmə MPM 97.1-ci maddəsinə uyğun olaraq psixoloji ekspertiza təyin etməli idi. Ekspert rəyi olmadan 8 yaşlı uşağın iradəsinin həlledici götürülməsi qətnamənin əsassızlığını sübut edir. Cavabdehə sənədlər tərcümə olunaraq gönderilmədiyi üçün, o, 23.12.2025-ci il tarixli məhkəmə iclasının (xüsusilə uşağın dindirilməsi hissəsinin) protokolu ilə tanış olmaq və ona MPM-nin 271-ci maddəsinə uyğun olaraq qeydlərini vermək hüququndan faktiki məhrum edilmişdir. Məhkəmə alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsini qərara almışdır. Cavabdehin lazımi qaydada xəbərdar edilmədiyi, beynəlxalq yurisdiksiya mübahisəsinin mövjud olduğu və işə onsuz baxıldığı şəraitdə, dərhal icra tələbi cavabdehin sonradan bərpası qeyri-mümkün olan maddi zərərə uğramasına səbəb olur ki, bu da prosessual ədalətə ziddir. Birinci instansiya məhkəməsi mülki işə baxarkən MPM-nin 14.1-ci maddəsinin tələbi olan işin hərtərəfli, tam və obyektiv tədqiqi vəzifəsini yerinə yetirməmiş, işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən bir çox mühüm faktiki halları araşdırmadan kənarda qoymuşdur. Birincisi, məhkəmə uşaqların "adi yaşayış yeri" faktını və onların sosialməişət bağlarını aydınlaşdırmamışdır. Beynəlxalq ailə hüququnda uşağın yaşayış yeri onun fiziki olaraq tapıldığı yer deyil, daimi bağlarının olduğu, təhsil aldığı və inteqrasiya etdiyi "adi yaşayış yeri" hesab olunur. Iş materiallarından görünür ki, Rasul (2017) və Osman (2019) doğulduqları gündən bəri Rusiya Federasiyasının Ijevsk şəhərində yaşamış, Rasul orada 91 nömrəli rusdilli orta məktəbin 2 "B" sinif şagirdi kimi təhsil almışdır. Uşaqların cəmi bir neçə aydır ki, Azərbaycanda olması onların adi yaşayış mühitinin dəyişməsi kimi qiymətləndirilməməli idi. Ikincisi, iddiaçının 24.05.2025-ci il tarixli yazılı öhdəliyi və onun qeyrivicdanlı davranışı araşdırılmamışdır. Fəridə Həbibova uşaqları yay tətili üçün Azərbaycana gətirərkən onları 10.08.2025-ci il tarixdə geri qaytaracağı barədə şəxsi imzası ilə öhdəlik götürmüşdür. Bu sənədin araşdırılmaması iddiaçının vicdanlılıq prinsipini (MM 5.3) pozaraq uşaqları Azərbaycanda qanunsuz saxlamasına və yurisdiksiyanı süni şəkildə dəyişmək üçün hüquqdan sui-istifadə etməsinə (MM 560.1) dair dəlillərin hüquqi qiymətsiz qalmasına səbəb olmuşdur. Üçüncüsü, Rusiya Federasiyası məhkəməsində eyni predmetli işin daha əvvəl başlanması faktı iqnor edilmişdir. Cavabdeh Ramal Qabibov hələ 20.08.2025-ci ildə Ijevsk şəhəri Pervomayski rayon məhkəməsində uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə iddia qaldırmışdır (Iş № 2-4052/2025). Iddiaçı isə Azərbaycanda yalnız 04.09.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bu xronoloji ardıcıllığın aydınlaşdırılmaması 2002-ci il Kişinyov Konvensiyasının 24-cü maddəsinin və MPM-nin 452.2-ci maddəsinin tətbiq olunmamasına gətirib çıxarmışdır. Dördüncüsü, tərəflərin və uşaqların vətəndaşlıq statusu və ondan irəli gələn maddi hüququn seçilməsi xətası mövcuddur. Iş materiallarına görə həm valideynlər, həm də uşaqlar Rusiya Federasiyasının vətəndaşlarıdır. AM-in 153-cü maddəsinə əsasən, valideynlərin birgə yaşayış yeri yoxdursa, uşaqların hüquq və vəzifələri onların vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyən edilməlidir. Məhkəmə vətəndaşlıq faktını aydınlaşdırmamaqla tətbiq edilməli olan RF ailə qanunvericiliyindən yayınmışdır. Beşincisi, uşaqların Azərbaycandakı statusunun müvəqqəti xarakterli olması nəzərə alınmamışdır. Rasul və Osmanın Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazələri cəmi 6 aylıqdır və 2026-cı ilin yanvar ayında başa çatır. Bu müvəqqəti statusun daimi yaşayış yeri (MM 27.1) kimi qəbul edilməsi məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb olan mühüm faktiki haldır. Altıncısı, Səbail rayon Qəyyumluq Komissiyasının araşdırmasının birtərəfli olması faktı araşdırılmamışdır. AM-in 73.2-ci maddəsinin tələbinə zidd olaraq, komissiya yalnız ananı dinləmiş, lakin atanın Rusiyadakı yaşayış və maddi-məişət şəraitini müayinə etməmişdir. Atanın uşaqların tərbiyəsi üçün malik olduğu imkanların araşdırılmaması valideynlərin hüquq bərabərliyi prinsipini (AM 56.1) heçə endirmişdir. Yeddincisi, "valideyn alienasiyası" (atadan özgələşdirmə) və dil hüquqlarının pozulması riskləri qiymətləndirilməmişdir. Iddiaçının uşaqları 5 ay müddətində atadan təcrid etməsi və 8 yaşlı rusdilli Rasulun tərcüməçi olmadan, atanın sual vermək imkanı yaradılmadan dindirilməsi uşağın həqiqi iradəsinin müəyyən edilməsini qeyri-mümkün etmişdir. Məhkəmə uşağın psixoloji vəziyyətini yoxlamaq üçün MPM-nin 97.1-ci maddəsinə uyğun ekspertiza təyin etməmiş və bu mühüm faktı qaranlıq saxlamışdı Məhkəmə bu nəticəyə gələrkən Səbail rayon Qəyyumluq və Himayəçilik Komissiyasının 24.11.2025-ci il tarixli rəyinə istinad etmişdir. Lakin bu rəy Ailə Məcələsinin 73.2-ci maddəsinin imperativ tələbi pozulmaqla hazırlanmışdır; belə ki, komissiya yalnız iddiaçını dinləmiş, uşaqların digər valideyni olan atanın (cavabdehin) Rusiya Federasiyasındakı yaşayış və maddi-məişət şəraitini ümumiyyətlə müayinə etməmişdir. Atanın uşaqların tərbiyəsi üçün malik olduğu imkanlar araşdırılmadığı halda, uşaqların mənafeyinin məhz ananın yanında daha yaxşı qorunması faktı sübuta yetirilməmiş hesab olunmalıdır. Ikincisi, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə "lazımi qaydada məlumatlandırılması" faktı sübut edilməmişdir. Qətnamədə cavabdehin xəbərdar edildiyi deklarativ şəkildə qeyd olunsa da, iş materialarında bunu təsdiq edən prosessual sübutlar yoxdur. MPM-nin 460.2-ci maddəsinə əsasən, xarici dövlətdə yaşayan şəxsə məhkəmə sənədləri mütləq çatdırılma barədə bildiriş şərti ilə sifarişli məktubla göndərilməlidir. Işdə cavabdehin rəsmi sənədləri şəxsən imzalamasına dair hər hansı poçt qəbzi mövcud olmadığı halda, onun məlumatlandırılması barədə məhkəmənin gəldiyi nəticə sübutsuz qalmışdır. Üçüncüsü, uşaqların yaşayış yerinin Azərbaycan Respublikası olması faktı qeyri-mötəbər sübutlara əsaslanmışdır. Məhkəmə uşaqların Azərbaycanda yaşamasını onların cəmi 6 aylıq (15.01.2026-cı ilədək) müvəqqəti qeydiyyat vəsiqələri ilə müəyyən etmişdir. Lakin bu müvəqqəti sənəd şəxsin "adi yaşayış yeri"ni (habitual residence) sübut edən mötəbər sənəd sayıla bilməz. Uşaqların Rusiya vətəndaşı olması, Ijevsk şəhərində daimi qeydiyyatda olmaları və orada məktəbə getmələri barədə sənədlər fonunda, onların Azərbaycandakı keçici statusunun "daimi yaşayış" kimi qiymətləndirilməsi işin halarına ziddir. Dördüncüsü, azyaşlı Rasulun anası ilə yaşamaq istəyinin onun "həqiqi və sərbəst iradəsi" olması sübut edilməmişdir. Məhkəmə 8 yaşlı uşağın ifadəsini həledici sübut kimi qəbul etsə də, uşağın 5 ay müddətində atadan tam təcrid olunması və ananın birtərəfli psixoloji təsiri altında qalması ("valideyn alienasiyası") ehtimalı yoxlanılmamışdır. Uşağın psixoloji vəziyyəti barədə MPM-nin 97.1-ci maddəsinə uyğun ekspert rəyi alınmadığı, habelə rusdili uşağın tərcüməçi olmadan dindirildiyi şəraitdə, onun ifadəsi mötəbər sübut hesab oluna bilməz. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki halardan tərəflərin qarşılıqlı münasibətləri üzrə əsassız və qanunsuz nəticələrə gəlmişdir. Məhkəmənin gəldiyi nəticələr işin real mahiyyəti ilə kəskin ziddiyyət təşkil edir. Beləliklə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxarkən yol verilmiş çoxsaylı maddi və prosessual hüquq xətalarının xarakteri və mahiyyəti elədir ki, bu fundamental boşluqlar apellyasiya instansiyası məhkəməsində belə doldurula bilməz. Məhkəmə beynəlxalq yurisdiksiya maneəsini və Kişinyov Konvensiyasının imperativ tələblərini iqnor etmiş, cavabdehin xaricdə yaşaması faktı qarşısında onun "dinlənilmək" və məsafədən iştirak hüququnu inkar etmiş, habelə dövlət dilini bilməyən tərəflər və azyaşlı uşaq üçün tərcüməçi təmin etməyərək prosesin qanuniliyini kökündən sarsıtmışdır. Iddiaçının uşaqları 10.08.2025-ci il tarixdə geri qaytaracağı barədə yazılı öhdəliyini pozaraq yaratdığı qanunsuz faktiki vəziyyətə və hüquqdan sui-istifadə hallarına hüquqi qiymət verilməməsi, habelə uşaqların Rusiyadakı adi yaşayış yerinin və inkişaf mühitinin araşdırılmadan qəyyumluq orqanının birtərəfli rəyinə söykənilməsi işin hərtərəfli və obyektiv tədqiqi vəzifəsinin icrasını qeyri-mümkün etmişdir. Belə bir şəraitdə, ilkin araşdırmanın tamamilə qüsurlu aparılması və ədalətli məhkəmə araşdırması hüququnun fundamental prinsiplərinin pozulması çıxarılmış qətnamənin hüquqi varlığını istisna edir. Göstərilən sistemli qanunsuzluqların xarakteri onların apellyasiya instansiyasında aradan qaldırılmasına imkan vermədiyi üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iddiaçının qanunsuz və əsassız iddiası bütövlükdə rədd edilməlidir. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar
6. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Atakişiyev Bəxtiyar Tahir oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Əliyev Mayis Nəbi oğlu apellyasiya şikayətinə etiraz etmiş, iddia tələbini müdafiə etməklə iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olduğunu, iş üzrə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alındığını qeyd etmiş və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Rusiya Federasiyasının Udmurt Respublikasının VVADQ şöbəsi tərəfindən verilmiş 13.05.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətinə əsasən, Ramal Fizuli oğlu və X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07.03.2023-cü il tarixdə 138239180004100015008 No ilə qeyd edilmişdir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. 148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır. 156.1. Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir. 156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan və sair orqanlar müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər. 156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək hüququna malikdirlər. 156.4. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu Məcəllənin 156.1—156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir. 157. Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
11. "BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
12. Konvensiyanın 9-cu maddəsinə görə, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər.
13. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
14. Qərarın 7.3-cü bəndində göstərilmişdir ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MpM-nin 88- ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
15. Qərarın 14 və 15-ci bəndlərində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən "10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı- qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur.77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. 446.0. Nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər: 446.0.1. əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 446.0.2. əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa; 447. Şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. 462. Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. 470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. 470.2. Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz (əksini sübuta yetirən hallar müəyyən edilmir). Bu amillərin digər sübuta yetirilməyən (mövcud olmayan) ehtimallar və ümumi qanunvericilik tələbləri müstəvisində müzakirəsi üçün faktiki əsaslar mövcud deyildir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Valideynlər övladlarının qarşılıqlı məhəbbət və hörmət ruhunda böyüməsinə rəvac verən şəraitin yaranmasını təmin etməli, hər hansı neqativ mühit üçün zəmin yaratmamalıdırlar. Qəyyumluq orqanı tərəfindən uşaqların anaya bağlılığının müəyyən edilməsi təbii hal kimi qiymətləndirilməlidir. Belə ki, valideynlər arasında olan münasibətin mümkün gərgin səciyyəsi və uşaqların atadan ayrılaraq anada qalması təbii olaraq sonuncuya meyilli olmasını şərtləndirən amildir. Rusiya Federasiyasında nikahın pozulması zamanı cavabdeh tərəfindən uşaq tələbi mövcud olmamış və bu ötən zaman ərzində uşaqlar ananın himayəsində olmuşlar (əksini sübuta yetirən hallar müəyyən edilmir). Hazırki mərhələdə uşaqların məcburi olaraq atanın himayəsinə verilməsinə əsaslar müəyyən edilmir və ümumiyyətlə cavabdehin etiraz təqdim etməsinə baxmayaraq hazırki icraatda belə bir tələbi olmamışdır. Cavabadehin nümayəndəsinin adı çəkilən xarici ölkənin mübahisə ilə bağlı məhkəmə aktının olması barədə dəlili sübuta yetirilmir, habelə xarici dövlətin ailə münasibətlərini tənzimləyən fərqli qanunvericilik normalarının tətbiq edilməsi barədə müddəalar müzakirəyə təqdim edilməmişdir. Ümumiyyətlə kollegiya hesab edir ki, apellyasiya şikayətinin və çoxsaylı vəsatətlərin dəlilləri hüquqdan sui-istifadəyə yönəlmişdir.
18. Diqqətə çatdırılmalıdır ki, uşaqların mənafeləri baxımından onların kimin yanında qalması valideynlərin hüquq və vəzifələrinin həyata keçirilməsinin məhdudlaşdırmasına xidmət etməməli, hüquqlarının təmin edilməsi çərçivəsində ziddiyyət yarandığı təqdirdə valideynlərin müvafiq icra hakimiyyəti orqanına müraciət imkanları və ya məhkəmə müdafiə hüquqlarının təmin edilməsi istisna edilmir. Kollegiya hesab edir ki, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün razılığa gəlmək imkanları müzakirə edilməli, razılıq olmadıqda isə dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı münasibətlər üzrə tərəflərin aliment məbləğinin dəyişdirilməsi və ya əlavə tələblərə yenidən (o cümlədən məhkəmə qərarlarının tanınması qaydasında) baxılması mümkündür.
19. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.Əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Qabibov Ramal Fizuli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2159/2025 saylı işi üzrə 23.12.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.