Məhkəmə qərarları › İş №2(015)-1905/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1905/2025

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1905/2025 10.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlunun iştirakı ilə, İddiaçı Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlunun Cavabdeh qarşı uşağın onun himayəsində qalması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə birgə nikahlarından dünyaya gələn xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 ümumilikdə 240 manat alimetin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdehlə birgə yaşadığı dövrdə xx.xx.2008-ci il tarixdə X9, xx.xx.2009-cu il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X8 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə ailəsini və övladlarını atıb getmişdir. Bu səbəbdən də aralarında bağlanılmış nikah pozulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X7 ilə aralarında olan xx.xx.2008-ci il tarixli, 08 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdeh X4 yanında qalması müəyyən edilmişdir. Lakin xx.xx.2015-ci il təvəllüdlü X8 elə həmin vaxtdan onun himayəsində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında iddiaçı Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlu iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə tərəfin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-766/2019 nömrəli 09 dekabr 2019-cu il tarixli qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X7 arasında xx.xx.2008-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikah ləğv edilmiş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 ataları İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X3 anası X4 yanında qalması qət edilmişdir.

7. İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 nömrəli 12 mart 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2008-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikah ləğv edilmişdir.

8. İş materiallarında olan Ağstafa Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları vardır.

9. X16 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X11 sonrakı prosesin davam edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

10. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 fikirlərini, habelə uşaqların bir-birinə olan bağlılıqlarını nəzərə alaraq onların ataları İddiaçı yanında qalmaları məqsədəmüvafiq hesab edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Ağstafa Rayon Məhkəməsinin 2(015)-766/2019 nömrəli, 09 dekabr 2019-cu il tarixli qətnamədən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X7 arasında xx.xx.2008ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikah ləğv edilmiş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 ataları İddiaçı və xx.xx.2015-ci il təvəllüdlü X3 anası X4 yanında qalması qət edilmişdir. Hazırda hər üç uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırki iddia ərizəsi verilməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü uşağın onun himayəsinə verilməsi ilə, cavabdehdən hər üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələb etmişdir. Cavabdehə iddia tələbi ilə bağlı rəsmi qaydada məlumat verilsə də, məhkəməyə iddia tələbi ilə bağlı fikir bildirməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Məhkəmə uşaqların hansı valideynin yanında qalması baxımından aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Məhkəmə qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, onun tələbatının təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

16. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

17. Həmin Məcəllənin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

18. Həmin Məcəllənin 60.1 və 60.2-ci maddələrinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

19. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların bir-birinə və atalarına bağlılığını, iddiaçının bir ata olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolunu, uşaqların mənafeyini və maraqlarını, tərəflər ayrıldıqdan sonra da məhkəmə qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 anasının himayəsinə verilməsinə baxmayaraq, bu günədək atasının yanında qalmasını və bu barədə yazılı ərizəsini, həmin uşağın kimin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaq atası Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlunun yanında qalmalıdır.

20. Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

24. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

25. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixdən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

26. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

27. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər üç uşaq üçün cəmi 240 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında birgə nikahdan olan hər üç uşağın nikah pozulduqdan sonra ataları Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlunun yanında qalmasını nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır.

28. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh Hüseynov Fəxrəddı̇ n Rəşı̇ d oğlunun xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində olmaqla, ümumilikdə 0,60 misli həddində aliment tutulmalıdır.

29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır.

30. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.

36. “X17 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

37. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 2880 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 48,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

Nəticə hissəsi:

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 atası İddiaçı yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımları nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində olmaqla, ümumillikdə 0.60 misli həddində olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Cavabdeh 48,80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar