Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4194/2025 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 cavabdehdən alınıb onun himayəsində saxlanması, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2010-cu il təvəllüdlü X3 himayəsində saxlanmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2009-cu ildə rəsmi nikah bağlanmış, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-3826/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X3 isə anası X5 himayəsində saxlanması qət edilmişdir. Sonradan cavabdeh məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X3 anasından alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3927/2020 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 ondan alınaraq Cavabdeh himayəsinə verilmişdir. Bildirir ki, X7 faktiki olaraq onun himayəsindədir. Birlikdə faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi 6, 12 saylı peşə liseyinin yataxanasında yaşayırlar. Bu barədə arayış ərizəyə əlavə olunur. Uşağın onun himayəsinə verilməsi və aliment tələbinə dair cavabdehin ünvanına mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə münasibət bildirilməmişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 3826/2019 saylı qətnaməsinə əsasən, nikahları pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X3 isə anası X5 himayəsində saxlanması qət edilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3927/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X1 Rəhilə Sənan qızından alınaraq Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58.1, 58.2, 60.1 və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab edir. Həmin rəydən görünür ki, X7 anasına daha sıx bağlı olduğunu və onun himayəsində qalmaq istədiyini qeyd etmişdir. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X3 anaya bağlılığını, hal-hazırda anası ilə yaşamasını və mənafeyi üçün əhəmiyyətli olan halları nəzərə alaraq, hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X7 atası Cavabdeh alınaraq, anası İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu və 60 manat mediasiya xidmət haqqı ödənilmişdir. Məhkəmə, hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməklə ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X7 cavabdeh (ata) Cavabdeh himayəsindən alınaraq, iddiaçı (ana) İddiaçı himayəsinə verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xidmət haqqı və 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4194/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4194/2025
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver