Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-701/2026 11.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Bayramova Aigiunun Cavabdeh qarşı “uşağın onun himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Bayramova Aigiun Cavabdeh qarşı “uşağın onun himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə yaşadıqları müddətdə anadan olmuş övladı xx.xx.2018-cü il təvəllüdlü X1 18 yaşına çatanadək onun himayəsində saxlanılması və onun saxlanması üçün cavabdehdən onun xeyrinə bir uşaq üçün sabit pul mıəbləğində 260 manat aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (ad, soyad, ata adı tam şəkildə, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir.
5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən də cavabdehlərin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.
6. Cavabdehin şəxsiyyətinin müəyyən edilməsi cavabdehin hazırda sağ olubolmamasını müəyyən etmək üçün zəruridir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdehdir. Cavabdeh qismində məhkəmə icraatında sağ olan, prosessual fəaliyyət qabiliyyətinə malik olan şəxslər iştirak edə bilər.
7. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehin yaşayış yeri kimi öz ünvanı qeyd edilmişdir. Belə olan halda cavabdehin şəxsiyyətinin və yaşayış yerinin müəyyən edilməsinin mümkünsüzlüyü cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmaması, nəticədə işin hallarının hərtərəfli, obyektiv araşdırılmaması, ən əsası isə mülki prosessual qanunvericiliyin əsas prinsipi olan çəkişmə prinsipinin pozulması ilə nəticələnər. Odur ki, cavabdehin şəxsiyyətinin müəyyən edilməsi və onun iştirakının təmin edilməsi üçün cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların iddia ərizsəində göstərilməsi zəruridir.
8. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
9. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün iddiaçı Bayramova Aigiunun Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Bayramova Aigiunun Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı Bayramova Aigiunə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva