Məhkəmə qərarları › İş №2(002)-1007/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1007/2023

14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1007/2023 14.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh2 Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı 3 nömrəli mənzilə dair Cavabdeh2 adına mərhum X4 tərəfindən Bakı şəhəri 45 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə məlum edir ki, mərhum atası X6 27 mart 1940-cı ildə Füzuli rayonunda anadan olmuşdur. 29 mart 2022ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə mərhum atasından Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı, 3 nömrəli mənzil miras qalmışdır. Vəfat edən günə onun birinci dərəcəli 8 vərəsəsi (Rauf 1965, Azər (cavabdeh) 1971, Dilarə 1967, Sevda 1969, Səadət 1974, Balaxanım 1978 , Fatma 1981 və Şəfa 1984) qalmışdır. Miras qalmış əmlaka mərhum atası tərəfindən 2017-ci ildə vəsiyyətnamə qoyulması barədə cavabdeh qardaşı Cavabdeh2 tərəfindən məlumat verilmişdir. Cavabdehə inamı olduğundan, verdiyi məlumat əsasında məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar digər cavabdeh, ərazi üzrə Bakı şəhəri 45 saylı Notariat ofisinə müraciət edilmişdir. Notariat ofisinin xüsusi notariusu Tofiq Şükürov müraciətinə belə bir cavab vermişdir ki, atanız X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizənizdən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət etməlisiniz.Atası tərəfindən qoyulmuş vəsiyyətnamə barədə onda məlumat olmamışdır. O, həmişə mərhum valideynləri ilə birlikdə yaşamışsır. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra atasını cavabdeh Azər yaşadığı Badamdar qəsəbəsinə aparmışdır. Atası gedən günədək vəsiyyətnamə barədə ona heç bir söz deməmişdir. Miras əmlaka hüquqları olan vərəsələrin bəzilərinin rəsmi qeydiyyatları miras əmlakın yerləşdiyi ünvan olsa da, onların hamısı ailə qurmuş və müxtəlif ünvanlarda yaşamışlar. Hal-hazıradək qoyulmuş vəsiyyətnamənin məzmunu barədə notariat ofisi bilgi vermişdir, lakin həmin vəsiyyətnamə nə ona, nədə ki, digər vərəsələrə göstərilməmişdir, vəsiyyətnamənin məzmunu ilə notarius onları- vərəsələri tanış etməli olduğu halda, bu hərəkətləri etmədiyindən, 8 vərəsəsi olan mərhum atası tərəfindən yalnız Azərin adına vəsiyyətnamə qoyulması ona inandırıcı görünmür. Buna görə də, artıq vərəsəliyin qanunla nəzərdə tutulmuş qəbulu müddəti (6 aylıq müddət) keçdiyindən, vəsiyyətnamə olduğu təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsini 45 saylı Notariat ofisindən xahiş etsə də, vərəsələr arasında mübahisəni gündəmə gətirən notariat ofisi məhkəməyə müraciət etməyi bildirmişdir. Miras əmlakı faktiki və rəsmi olaraq o, qəbul etmiş və hazırda da onun idarəçiliyindədir.Məhkəməyə məlum edir ki, miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi üzrə məhkəmənin icraatında olan 2(006)- 122/2023 saylı mülki işin (hakim G.Haşımova) araşdırılması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş vəsiyyətnaməyə baxış keçirilən zaman vəsiyyətnamədə olan imzanın mərhum atası tərəfindən icra olunması şübhə doğurmuşdur. Tərəfimizdən təqdim edilmiş sənədlərdə olan imzalar vəsiyyətnamədə olan imza ilə uyğun gəlmədiyindən, artıq həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi əsasları mövcud olduğundan, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.Hesab edir ki, miras əmlaka dair vəsiyyətnamə mərhum atası tərəfindən imza edilməmişdir. Çünki, həmin vaxtlar atası xəstə olmuşdur. Bununla yanaşı, mərhum valideynləri ilə o yaşayırdı, onların qulluğunda o, dururdu, hər bir halda xx.xx.2017-ci ildə atamın notariat ofisinə getməsi barədə məlumatım olardı. Belə bir hal isə baş verməmişdir. Cavabdeh tərəfindən vəsiyyətnamə qoyulması üçün notariat ofisinə mərhum atası aparıldığı təqdirdə, xəstə olduğundan, öz hərəkətlərin mənasını başa düşmədiyi, özünü idarə edə bilmədiyi səbəbindən vəsiyyətnaməni imzalaya bilməzdi. Belə halda səbəbləri göstərilməklə digər şəxs tərəfindən imzalanma qeyd olunmalı idi. Hazırki vəsiyyətnamədə isə bu barədə heç bir qeydə rast gəlinmir. Düşünür ki, cavabdehlərin birgə fəaliyyəti nəticəsində miras əmlaka dair vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə digər şəxs tərəfindən imzalanmışdır İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədi. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında etiraz ərizəsi təqdim dərək , İddiaçı İdaris qızı məhkəmədən mərhum atam X4 tərəfindən mükiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə dair adıma xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 45 saylı Notariat ofisində qoymuş olduğu vəsiyyətnamənin a: barsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atasının vəfat edən günədək birinci növbəli 8 vərəsəsi olmuşdur. Anasının xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, həmin tarixdə atası faktiki yaşadığı Badamdar qəsəbəsinə apardığını göstərməklə həmin tarixədək valideynləri ilə yaşadığını və onlara baxdığını qeyd edir. Belə olan halda 2017-ci il tarixdə atası tərəfindən qoyulmuş vəsiyyətnamədən məlumatlı olmalı idi, lakin bu barədə məlumatı olmayıb və vəsiyyətnamənin məzmununu bilmir. Atası da ölən günədə vəsiyyənamə barədə ona heç nə bildirməmişdir. Miras əmlakı faktiki və rəsmi olaraq o qəbul etmişdir. Miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, həmin tələb üzrə 2(002)-122/2023 saylı mülki işin (hakim G.Haşımova) araşdırılması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş vəsiyyətnaməyə baxşı keçirərkən vəsiyyətnamədə olan imzanın mərhum atası tərəfindən icra olunması onda şübhə doğurmuşdur. Tərəfindən təqdim edilmiş sənədlərdə olan imzalar vəsiyyətnamədə olan imza ilə uyğun gəlmədiyindən vəsiyyətnamənin etibarsız hesab edilməsi əsasları mövcüd olduğundan, hazırkı tələblə məhkəməyə müraciət edilməsi zərurəti yaranmşdır. Hesab edir ki, miras əmlaka dair vəsiyyətnamə mərhum atası tərəfindən imza edilməmişdir. Çünki o xəstə olmuşdur, öz hərəkətlərinin mənasını başa düşmədiyi halda vəsiyyətnaməni imzalaya bilməzdi. Qeyd edir ki, iddianı qəbul etmir, hesab edir ki, iddia tələbi qanunsuz və əsasız olduğundan rədd edilməlidir.Belə ki, atasının heç vaxt psixoloji problemi olmamışdır. Mülkiyyətində olan və Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən ev 31, 3 saylı mənzili xx.xx.2017-ci il tarixdə onun eləcə də digər birinci dərəcəli vərəsələrin xəbəri olmadan tanımadığı şahidlərin iştirakı və imzası ilə Bakı şəhəri 45 saylı Notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş və Reyestrdə 2V-66 nömrə ilə qeyd edilmiş vəsaiyyətnamə əsasında vəsiyyət etmişdir. Sonradan o və digər vərəsələri bu barədə notariusdan məlmat almışlar.Yuxarıda qeyd etdiyi kimi atasının heç vaxt heç bir psixoloji problemi olmamış, əqli cəhətdən sağlam olmuşdur. xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə yazarkən 77 yaşı olmuşdur. xx.xx.2022-ci il tarixdə 82 yaşında vəfat etmişdir. əgər doğrudan da onun hər hansı bir əqli problemi olubsa bununla bağlı qanunvericiliyin tələbinə görə iddiaçı tərəfdən məhkəməyə sübut təqdim edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında belə bir sübut təqdim etməsi barədə sənəd yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 269394 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 29 mart 2022-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə 246 saylı nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X3 məktubuna cavab olaraq bildirilmişdir ki, atası X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu - Cavabdeh2 vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 45 saylı notariat ofisi, xx.xx.2023-cü il tarixli, 2(002)-1007/2023 nömrəli işlə əlaqədar məhkəmə bildirişinə cavab olaraq bildirir ki, X4 adından xx.xx.2017-ci il tarixdə elektron vasitələrlə tərəfindən vəsiyyətnamə tərtib edilmişdir və şahidlərin iştirakı ilə onun yanında vəsiyyət edən imzalamışdır.Vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edənə və şahidlərə qanunvericiliyin tələbləri izah edilmişdir. Şahidlər vəsiyyətnamədə etdikləri qeydlə vəsiyyətnamənin onların yanında tərtib edildiyini və imzalandığını təsdiqləmişlər. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə olan iddiasını rədd edir. Mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki , o- Bakı şəhəri ,Sahil qəs,E.Quliyev küçəsi, ev.31, mənzil 3də yaşayan: xx.xx.1940-cı il təvəllüdlü, X4 (Ş/V AZE ********. Qaradağ RPl-dən xx.xx.2005-ci ildə verilib) vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir:Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını- Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi ,E,Quliyev küçəsi, ev.31, mənzil 3-də yaşayan Cavabdeh2 vəsiyyət edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzil xx.xx.2022-ci il tarixdən ********** nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 4/1235 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2v-66 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli 2V-66 reyestr nömrəli vəsiyyətnamədə “İmza” qrafasında “X8” yazıları önündəki imza -X4 tərəfindən icra olunmuşdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı 074327 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayon ərazisində müvəqqəti məskunlaşmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 1166-ci il maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1167-ci il maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1168-ci il maddəsinə əsasən Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1176.1-ci il maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2-ci il maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Həmin Məcəllənin 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi iddiaçı atası tərəfindən qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, iddia tələbini isə atasınin vəsiyyətnamə tərtib edilərkən əqli qüsurlarının olması və cavabdehin də onun həmin vəziyyətindən istifadə edərək vəsiyyətnamə tərtibinə məcbur edilməsi ilə əsaslandırmışdır. Cavabdehlər isə iddia tələbini rədd edərək, bildirmişdir ki, vəsiyyətnamə vəsiyyət qoyan tərəfindən heç bir kənar təsir altında olmadan şahidlərin iştirakçılığı ilə mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir, iddiaçının əsaslandığı hallar əsasızdır, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş faktlar heç bir sübutlar əsasında təsdiqini tapmadığından məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, beləki, iş materiallarında olan Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 4/1235 nömrəli ekspert rəyindən görünür ki , 2v-66 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli 2V-66 reyestr nömrəli vəsiyyətnamədə “İmza” qrafasında “X8” yazıları önündəki imza-X4 tərəfindən icra olunmuşdur, yəni vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir, həmçinin iddiaçı tərəfindən məhkəməyə atası X1 vəsiyyətnamə tərtib edilərkən fəaliyyət qabiliyyətli olmamasına dair-əqli qüsurlarının mövcudluğu ilə əlaqədar heç bir sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbi rədd edilsin. 126 manat ekspertiza xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar