Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-509/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunaması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu * saylı Notariat kontoru tərəfindən qardaşı X1 adına *V-**** saylı reyestrdə qeydə alınmaqla, ##.##.2012-ci il tarixində verilmiş mərhumə anası–##.##.2007ci il tarixdə vəfat etmiş Əlibalayeva Olya İvan qızından qalmış miras əmlakla bağlı, tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iş üzrə onun mərhumə anası Əlibalayeva Olya İvan qızından qalmış miras əmlaka dair tam hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində, 404013132423- 10301 reyestr və 3024023649 qeydiyyat sayı ilə verilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 2 ünvanında istifadədə olan, 0,0276 ha torpaq sahəsində, 55,3 kv.mümumi sahəsi olan fərdi yaşayış evi, ½ və ½ paylarla, iş üzrə iddiaçı İddiaçı və onun mərhumə anası, ##.##.2007-ci il tarixində vəfat etmiş Əlibalayeva Olya İvan qızına məxsus xüsusi mülkiyyətdir. İş üzrə iddiaçı ##.##.2025-ci il tarixində, iş üzrə cavabdeh, “ŞəkiAsan” mərkəzində Notariat ofisinə müraciət edərək, mərhumə anası, ##.##.2007-ci il tarixində vəfat etmiş Əlibalayeva Olya İvan qızına məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki ½ payın, faktiki həmin ünvanda daimi yaşaması ilə, vərəsəliyini qəbul etməsi və bununla bağlı, miras əmlakdan tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsinə dair müraciətinə, iş üzrə cavabdeh imtina cavabı vermişdir. İmtina cavabı belə əsaslandırılmışdır ki; - “##.##.2012-ci il tarixdə, Şəki rayon * saylı Notariat ofisində, 2V-**** reyestr sayı ilə, Əlibalayeva Olya İvan qızından qalmış miras əmlaka dair vərəsə, hazırkı iş üzrə iddiaçının doğma qardaşı, mərhum; - ##.##.2024- cü il tarixdə vəfat etmiş X7 müəyyən edilmiş və ona tamhissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bundan əlavə, Əlibalayeva Olya İvan qızının, ##.##.1983-cü il tarixdə qızı, İddiaçı vəsiyyətnamə qoyduğu, buna baxmayaraq ##.##.2012-ci il tarixdə, Şəki rayon * saylı Notariat ofisində, 2V-**** reyestr sayı ilə verilmiş vərəsəlik şəhadətnaməsində, paylar müəyyən edilərkən, qeyd edilən vəsiyyətnamənin nəzərə alınmadığı müəyyən olunmuşdur. Hazırkı mərhələdə, X7 ölümü ilə əlaqədar, ##.##.2007-ci il tarixində vəfat etmiş Əlibalayeva Olya İvan qızından qalmış miras əmlaka, irsi transmissiyanın tətbiqi zərurəti yarandığından, vərəsə İddiaçı tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi mümkün deyildir”. Halbuki, iş üzrə iddiaçı doğulduğu, ##.##.1947-ci il tarixindən bu yana, adı qeyd edilən ünvanda faktiki yaşaması ilə, həm də ##.##.2007-ci il tarixində vəfat etmiş anası, Əlibalayeva Olya İvan qızından qalma miras əmlakı faktiki olaraq qəbul etmiş və bundan əlavə həm də, ##.##.1983-cü il tarixdə, Əlibalayeva Olya İvan qızı, özünə məxsus miras əmlakla bağlı qızı Lalə Səttar qızı Balayevaya vəsiyyətnamə də qoymuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Maraqlı şəxsspublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır.
4. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddiaçı İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının anası Əlibalayeva Olya İvanovna ##.##.2007-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri hazırkı iddiaçı İddiaçı və X2 olmuşdur. Əlibalayeva Olya İvanovna tərəfindən ##.##.1983-cü il tarixdə ona məxsus evin İddiaçı vəsiyyət edilməsinə dair vəsiyyətnamə verilmişdir. Əlibalayeva Olya İvanovna vəfat etmiş, o, vəfat etdikdən sonra mərhuma məxsus əmanətin bankdan alınması ilə bağlı iddiaçının qardaşı X2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 ##.##.2024cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar müraciət edilmiş, lakin notariat orqanı tərəfindən artıq onun qardaşına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi səbəbindən imtina verilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
6. Məhkəmə qeyd edir ki, iddiaçının adına vəsiyyətnamə olmasına baxmayaraq o, mərhum anasında qalmış miras əmlakın ona verilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. Daha sonra qardaşı tərəfindən anasından qalmış əmanət pulun bankdan alınması ilə bağlı razılıq ərizəsi vermiş və qardaşına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
7. Mülki Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
8. Qeyd edilən qanunvericilik normasına istinadən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ona verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququndan istifadə edilməmiş, əksinə mirasın bir hissəsindən imtina edilmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Maraqlı şəxsspublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 1133.1, 1133.2, 1145, 1146, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1243.2, 1255, 1257.1, 1257.2, 1300, 1318ci maddələrinə, Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anasının vəfat etdiyi 2007-ci ildən, miras evdə daimi yaşaması ilə iddiaçının, artıq faktiki olaraq mirası qəbul etməsi, yəniəmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi, əlavə miras qalmış puldan imtina etməsinə dair ərizəsini, miras qalmış evi faktiki qəbul etdikdən sonra, təqdim etməsi nəzərə alınmamışdır. Belə ki, notariusun səhvi ilə, iddiaçının miras əmlakı artıq faktiki olaraq qəbul etməsi və vəfat edənin iddiaçıya vəsiyyətnamə qoyması faktı nəzərə alınmadan şəhadətnamə verilmişdir.
12. İddiaçı notariusa müraciət edərkən, ancaq və ancaq mirasqoyandan qalma “əmanət pul”-dan imtina etdiyini qeyd etmişdir. “Əmanət pul”-dan imtina etməsi iddiaçının iradə ifadəsidir.
13. Birinci instansiya məhkəməsi iddiaçının müraciətini təfsir edərkən, müraciətdəki söz və ifadələrin hərfi mənasını deyil, həm də iddiaçının iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müraciətin hərfi mənasının, onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Belə ki, iş üzrə iddiaçı notariusa, “əmanət pul”-dan imtina ilə bağlı müraciət etdikdə, anasından qalma miras əmlakı artıq faktiki olaraq çoxdan qəbul etmişdi. Əlavə, anasının iş üzrə iddiaçıya vəsiyyəti ilə, mirası faktiki qəbul etmə faktını, notariusun səhvən nəzərə almaması ilə, məhkəmə də, bu xüsusatı nəzərə almamışdır.
14. “Daşınmaz əmlak” və “əmanət pul” müxtəlif əsaslar üzrə, yəni biri DƏDKRX, digəri “əmanət kassası” üzrə mirasdan, iş üzrə iddiaçıya düşən paylardır. Qanunla, iddiaçı birləşdirilmə hüququ ilə, ona mənsub olan miras hissədən, yəni DƏDKRX-in çıxarışına toxunmadan, “əmanət pul”- dan imtina edə bilərdi ki, o, puldan imtina etmiş və ancaq özünə lazım olduğunda, şəhadətnamə üçün notariusa müraciət etmişdir.
15. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(075)-2391/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmaması və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(075)-2391/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı İddiaçı, cavabdeh X3 Xidmət Mərkəzi Notariat ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Maraqlı şəxsspublikası Konstitusiyası
Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
21. Maraqlı şəxsspublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255-Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
22. “Notariat haqqında” Maraqlı şəxsspublikasının Qanunun; 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
23. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maraqlı şəxsspublikası Konstitusiya Məhkəməsi Plenumunun “Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. İddiaçı Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
27. Maraqlı şəxsspublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının anası Əlibalayeva Olya İvanovna ##.##.2007-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci növbə vərəsələri hazırkı iddiaçı İddiaçı və X2 olmuşdur. İddiaçının qardaşı X2 anasından miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki * saylı Dövlət notariat kontoruna müraciət etmiş və sonuncuya ## #### 2012-ci il tarixdə mərhum Əlibalayeva Olya İvan qızınndan miras qalmış Şəki ****/*** nömrəli əmanət Bankının **** nömrəli hesabında olan əmanət pula dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən iddiaçı İddiaçı notariat orqanına ərizə təqdim edərək anası Əlibalayeva Olya İvanovnadan miras qalmış əmanət pulun ona düşən hissəsindən imtina etmişdir. X2 ##.##.2024-cü il tarixdə vəfat etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin anasının vəfat etdiyi 2007-ci ildən, miras evdə daimi yaşaması ilə iddiaçının, artıq faktiki olaraq mirası qəbul etməsi, yəni-əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi, əlavə miras qalmış puldan imtina etməsinə dair ərizəsini, miras qalmış evi faktiki qəbul etdikdən sonra, təqdim etməsi nəzərə alınmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırda mübahisələndirilən məsələ mirasın qəbul olunub-olunmaması ilə bağlı deyildir. İddiaçı hazırda Şəki rayonu * saylı Notariat kontoru tərəfindən qardaşı X1 verilmiş ##.##.2012-ci il tarixli 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını tələb edir. 31.Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adına vəsiyyətnamə olmasına baxmayaraq o, mərhum anasında qalmış miras əmlakın ona verilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş, daha sonra qardaşı tərəfindən anasından qalmış əmanət pulun bankdan alınması ilə bağlı razılıq ərizəsi vermiş və qardaşına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən ona verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququndan istifadə edilməmiş, əksinə mirasın bir hissəsindən imtina edilmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iş materiallarında olan sübutlar (vərəsəlik işi) nəzərdən keçirilərkən sözügedən vərəsəlik şəhadətnaməsi verilərkən notariat orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.
33. Belə ki, iddiaçının qardaşı X2 ##.##.2007-ci il tarixdə vəfat etmiş anası Əlibalayeva Olya İvanovnadan miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki İ saylı Dövlət notariat kontoruna müraciət etmiş və sonuncuya ## #### 2012-ci il tarixdə mərhum Əlibalayeva Olya İvan qızından miras qalmış Şəki ****/*** nömrəli əmanət Bankının **** nömrəli hesabında olan əmanət pula dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən iddiaçı İddiaçı könüllü olaraq notariat orqanına ərizə təqdim edərək anası Əlibalayeva Olya İvanovnadan miras qalmış əmanət pulun ona düşən hissəsindən imtina etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının notariusa müraciət edərkən, ancaq və ancaq mirasqoyandan qalma “əmanət pul”-dan imtina etdiyini qeyd etməsi, “Əmanət pul”-dan imtina etməsi iddiaçının iradə ifadəsi olması, birinci instansiya məhkəməsi iddiaçının müraciətini təfsir edərkən, müraciətdəki söz və ifadələrin hərfi mənasını deyil, həm də iddiaçının iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müraciətin hərfi mənasının, onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Maraqlı şəxsspublikasının Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
35. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
36. Kollegiya qeyd edir ki, göründüyü kimi qanunvericilikdə vərəsənin mirasın bir hissəsindən və ya hər hansı şərtlə imtina etməsi nəzərdə tutulmamışdır. Vərəsənin mirasın bir hissəsindən imtina etməsi ümumilikdə mirasdan imtina etməsi kimi qəbul olunur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçı İddiaçı qızının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Maraqlı şəxsspublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Maraqlı şəxsspublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.