Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4259/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1, Bakı Şəhəri 18 Saylı Notariat Kontoruna qarşı “müddətin üzrlü hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata mirasın qəbulu üzrə müddətin üzrlü hesab edilməsi hissəsində icraata xitam verilməsi qət edilmişdir. Daha sonra ##.##.2026-cı il tarixində iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının maddi imkanları məhdud olduğundan birinci instansiya məhkəməsində onu təmsil etmiş nümayəndə ilə hüquqi münasibətlərini davam etdirə bilməmiş və hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmamışdır. Iddiaçı hüquqi savadı olmayan şəxs olduğundan qəbul edilmiş qərardadın mahiyyətini düzgün anlamamış, işin onun xeyrinə nəticələndiyini düşünmüş və bu səbəbdən şikayət verməyə ehtiyac olmadığını hesab etmişdir. Həmçinin işə apellyasiya və kassasiya instansiyalarında baxılarkən də qərardadla bağlı məsələyə toxunulmamış, iddiaçı yalnız iş yenidən apellyasiya baxışında olarkən iddia ərizəsinin mühüm hissəsi üzrə icraata xitam verildiyini öyrənmişdir. Bundan sonra iddiaçı dərhal hüquqi yardım üçün vəkilə müraciət etmiş və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bu səbəbdən də qərardaddan apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.8, 133.1, 133.2, 133.4-133.6, 135.6 və 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni, *(***)-***/**** nömrəli mülki işi nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, məhkəmə aktı ##.##.2025-ci il tarixdə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Tərəf ##.##.2026-cı il apellyasiya şikayətini və həmin tarixdə buraxılmış müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş prosessual müddət 1 il 1 ay 15 gün ötürülmüşdür. Ərizəçi tərəf qərardaddan şikayət verməli olduğunu kasassiya məhkəməsinin qərarından sonra ona məlum olduğunu, bu səbəbdən qərardaddan gec şikayət verməsi ilə bağlı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki mülk iş üzrə qərarı ##.##.2025-ci ildə qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ikinci icraatı üzrə ##.##.2026-ci il tarixində Qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 10- 1-ci maddəsinə əsasən, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə sənədlərin göndərilməsi, qəbulu, elektron qeydiyyatı və elektron dövriyyəsi elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin, tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş bütün məhkəmə sənədləri onlara rəsmi qaydada təqdim edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddia müddəti 1 il 1 ay 15 gün ötürülmüş, ərizəçi bu müddəti hansı üzrlü səsəblərdən ötürməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda müddətin bərpası ilə bağlı şikayət digər tərəfin haqlı narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən, iddiaçının qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv edilməsini, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və ##.##.2025-ci il tarixli qərardaddan verilmiş şikayət icraata qəbul edilərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29.7, 60.1, 61-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 133.1, 135.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi müddətin ötürülməsinin real səbəblərini tam və obyektiv araşdırmamışdır. Məhkəmə qərardadında MPM-in 133.1-ci maddəsinə istinad etmiş və buraxılmış müddətin yalnız səbəblər üzrlü hesab edildikdə bərpa edilə biləcəyini göstərmişdir. Lakin məhkəmə tərəfindən konkret iş üzrə müddətin ötürülməsinə səbəb olan halar məcmu şəkildə və obyektiv qiymətləndirilməmişdir. Məhkəmə yalnız ona istinad etmişdir ki, ##.##.2025-ci il tarixli qərardad ##.##.2025-ci il tarixdə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmiş və apelyasiya şikayəti ##.##.2026-cı ildə verilmişdir. Lakin prosessual müddətin bərpası məsələsi yalnız formal olaraq məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi ilə həll edilə bilməz. MPM-in 133.1-ci maddəsi məhkəmədən konkret şəxsin müddəti hansı səbəbdən ötürdüyünü, həmin səbəbin obyektiv olub-olmadığını və şəxsin öz hüququnu vaxtında həyata keçirmək üçün real imkanının olub-olmadığını qiymətləndirməyi tələb edir. Hazırkı işdə isə belə hallar mövcuddur. Ilk növbədə, iddiaçının maddi imkanları məhdud olmuş, birinci instansiya məhkəməsində onu təmsil edən vəkilə hüquqi münasibətlərini davam etdirmək və yeni hüquqi yardım almaq imkanına malik olmamışdır. Ikincisi, iddiaçı hüquqi savadı olmayan şəxsdir. O, ##.##.2025-ci il tarixli qərardadın hüquqi mahiyyətini düzgün anlamamış, qəbul edilmiş məhkəmə aktının işin onun xeyrinə nəticələnməsi anlamına gəldiyini düşünmüşdür. Üçüncüsü, iş üzrə sonrakı apelyasiya və kassasiya icraatlarında da məhz ##.##.2025-ci il tarixli qərardadın müddətin üzrlü hesab edilməsi hissəsində icraata xitam verilməsi məsələsinə ayrıca hüquqi qiymət verilməmişdir. Dördüncüsü, iddiaçı yalnız işin sonrakı apelyasiya baxışı mərhələsində öz iddia tələbinin mühüm hissəsi – mirasın qəbulu müddətinin üzrlü hesab edilməsi hissəsi üzrə icraata xitam verildiyini faktiki olaraq öyrənmiş və bundan dərhal sonra hüquqi yardım üçün vəkilə müraciət etmişdir. Bu hal birinci instansiya məhkəməsinin öz qərardadında da əks etdirilmişdir. Deməli, iddiaçı hüququnu bilərəkdən və ya səhlənkarlıqdan həyata keçirməmiş deyil. Əksinə, onun prosessual hüququnun müdafiəsindən xəbərdar olmadığı, hüquqi yardım ala bilmədiyi və qərardadın hüquqi nəticələrini düzgün qiymətləndirə bilmədiyi konkret halarla izah olunur. Məhkəmə “mötəbər sübut” məsələsinə formal yanaşmışdır. Məhkəmə qeyd etmişdir ki, ərizəçi müddəti hansı üzrlü səbəblərdən ötürdüyü ilə bağlı “hər hansı mötəbər sübut” təqdim etməmişdir. Bu nəticə əsaslandırılmış hesab edilə bilməz. Çünki ərizəçinin göstərdiyi hallar bir-birindən təcrid olunmuş deyil, bir-birini tamamlayan və birlikdə prosessual müddətin ötürülməsinin obyektiv səbəbini təşkil edən hallardır: maddi imkansızlıq; hüquqi yardım münasibətinin davam etdirilməməsi; iddiaçının hüquqi savadının olmaması; qərardadın hüquqi mahiyyətinin yanlış anlaşılması; sonrakı məhkəmə instansiyalarında həmin qərardadın müddət hissəsinə xitam verilməsinə hüquqi qiymət verilməməsi; iddiaçının hüququnun pozulduğunu yalnız sonrakı apelyasiya baxışında öyrənməsi; bundan sonra dərhal vəkilə müraciət edərək hüququnu müdafiə etməyə başlaması. Məhkəmə bu haların hər birini ayrıca və onların məcmusunu qiymətləndirməli idi. Əvəzində məhkəmə yalnız müddətin uzun müddət ötürüldüyünü qeyd etməklə kifayətlənmişdir. Halbuki müddətin uzun müddət ötürülməsi özü-özlüyündə onun bərpasından imtina üçün avtomatik hüquqi əsas deyildir. Qanunvericilikdə əsas meyar müddətin hansı səbəbdən ötürüldüyünün üzrlü olubolmamasıdır. Məhkəmə qarşı tərəfin narazılığını müddətin bərpasından imtina üçün hüquqi əsas kimi qəbul edə bilməz Qərardadda qeyd edilir ki, müddətin bərpası ilə bağlı şikayət digər tərəfin haqlı narazılığına səbəb ola bilər. Bu əsas qanuni hesab edilə bilməz. MPM-in 133.1ci maddəsində müddətin bərpasının meyarı kimi qarşı tərəfin narazılığı nəzərdə tutulmamışdır. Qanunun tələb etdiyi məsələ müddətin buraxılmasının səbəbinin üzrlü olubolmamasıdır. Əgər qarşı tərəfin etirazı müstəqil şəkildə prosessual müddətin bərpasından imtina üçün əsas hesab edilərsə, bu halda MPM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş “üzrlü səbəb” institutu faktiki olaraq mənasını itirmiş olar. Bu səbəbdən məhkəmənin qarşı tərəfin narazılığına istinad etməsi qanuni əsaslandırma sayıla bilməz. Elektron kabinetə yerləşdirilmə faktı iddiaçının hüquqi mahiyyəti faktiki dərk etdiyini sübut etmir. Məhkəmə ##.##.2025-ci il tarixli qərardadın ##.##.2025-ci ildə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirildiyini əsas götürmüşdür. Lakin burada mühüm fərq nəzərə alınmamışdır. Elektron sənədin elektron kabinetə yerləşdirilməsi onun prosessual qaydada təqdim edilməsi məsələsi baxımından hüquqi nəticə doğura bilər. Lakin bu fakt iddiaçının həmin sənədin hüquqi nəticələrini faktiki dərk etdiyini, onun hansı hissəsinin hüquqlarını məhdudlaşdırdığını bildiyini və xüsusi şikayət verməli olduğunu anladığını avtomatik sübut etmir. Xüsusilə hazırkı işdə iddiaçının hüquqi savadı olmayan şəxs olması və vəkilə hüquqi münasibətlərini davam etdirməməsi nəzərə alınmalıdır. Daha mühüm məqam isə ondan ibarətdir ki, iddiaçı Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarından da məlumatlı olmamışdır. Məhkəmə isə həmin qərarın qəbul edilməsini qeyd etməklə kifayətlənmiş, həmin qərarın iddiaçıya və ya onun nümayəndəsinə faktiki olaraq nə vaxt və hansı qaydada çatdırıldığını araşdırmamışdır. Iddiaçının Ali Məhkəmənin qərarından məlumatlı olmaması ayrıca nəzərə alınmalı idi. Ərizəçi məhz işin kassasiya baxışından sonra deyil, iş yenidən apellyasiya baxışında olarkən ##.##.2025-ci il tarixli qərardadın müddət hissəsində icraata xitam verildiyini öyrənmişdir. Məhkəmə isə “Ali Məhkəmənin qərarı ##.##.2025-ci ildə qəbul edilmişdir” deməklə kifayətlənmişdir. Halbuki qərarın qəbul edilməsi ilə onun iddiaçıya məlum olması eyni hüquqi fakt deyildir. Məhkəmə araşdırmalı idi: Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı İddiaçı təqdim edilmişdirmi? Təqdim edilmişdirsə, hansı tarixdə? Elektron kabinetə yerləşdirilmişdirsə, bu barədə hansı bildiriş göndərilmişdir? Iddiaçı həmin qərarın məzmunu ilə faktiki tanış olmuşdurmu? Bu halar müəyyən edilmədən iddiaçının Ali Məhkəmənin qərarından sonra xüsusi şikayət verməli olduğunu bilməli olduğu barədə nəticəyə gəlmək əsaslı deyildir. Hazırkı işdə hüquqa çıxışın formal müddət naminə tamamilə aradan qaldırılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsi isə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Daha mühüm olaraq, Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Hazırkı işdə söhbət adi prosessual mübahisədən deyil, iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsindən gedir. ##.##.2025-ci il tarixli qərardadın müddət hissəsində icraata xitam verilməsi nəticəsində iddiaçının vərəsəlik hüququnun məhkəmə qaydasında müdafiəsi faktiki olaraq mümkünsüz vəziyyətə düşmüşdür. Indi isə həmin qərardaddan şikayət vermək imkanının da yalnız formal müddətin ötürülməsinə istinadla bağlanması nəticəsində iddiaçı həm vərəsəlik hüququnun müdafiəsindən, həm də həmin hüququ məhdudlaşdıran məhkəmə aktına yuxarı instansiyada yenidən baxılmasını tələb etmək imkanından məhrum olur. Belə yanaşma prosessual müddət institutunun məqsədinə uyğun deyil. Prosessual müddətlər hüquqi müəyyənlik yaratmaq məqsədi daşısa da, onlar şəxsin məhkəməyə çıxış hüququnu və xüsusilə Konstitusiya ilə təmin olunan vərəsəlik hüququnun müdafiəsini tamamilə mümkünsüz edən mexanizmə çevrilməməlidir. Məhkəmə işin xüsusi hallarını nəzərə alaraq müddəti bərpa etməli idi MPMin 133.1-ci maddəsi məhkəməyə buraxılmış müddəti bərpa etmək səlahiyyəti verir. Məhkəmə bu səlahiyyətdən istifadə edərkən işin konkret halarını, şəxsin prosessual davranışını və müddətin niyə ötürüldüyünü qiymətləndirməlidir. Qərardadın özündə də 133.1-ci maddənin məhz “səbəbin üzrlü hesab edilməsi” halında müddətin bərpasını nəzərdə tutduğu göstərilmişdir. Hazırkı işdə isə iddiaçı hüququnu bilərəkdən həyata keçirməkdən imtina etməmişdir. Əksinə, hüququnun pozulduğunu öyrənən kimi vəkilə müraciət etmiş və buraxılmış müddətin bərpasını tələb etmişdir. Bu davranış onun hüququndan imtina etmədiyini, əksinə, məlumat əldə etdiyi anda hüquqi müdafiə vasitəsindən istifadə etdiyini göstərir. Məhkəmə bu mühüm halı iddiaçının xeyrinə qiymətləndirməli idi. Beləliklə, ##.##.2026-cı il tarixli qərardad qəbul edilərkən: MPM-in 133.1-ci maddəsi düzgün tətbiq edilməmiş; müddətin ötürülməsinin bütün obyektiv səbəbləri məcmu şəkildə qiymətləndirilməmiş; Ali Məhkəmənin qərarının iddiaçıya faktiki çatdırılıb-çatdırılmadığı araşdırılmamış; qarşı tərəfin narazılığı əsassız olaraq müddətin bərpasından imtina üçün arqument kimi qəbul edilmiş; iddiaçının hüquqi savadsızlığı və maddi imkansızlığı nəzərə alınmamış; iddiaçının hüququnun pozulduğunu öyrəndikdən dərhal sonra hüquqi müdafiəyə müraciət etməsi nəzərə alınmamış; Konstitusiyanın 29-cu maddəsinin VI hissəsində təsbit edilmiş vərəsəlik hüququnun müdafiəsi ilə prosessual müddət arasında ədalətli balans təmin edilməmişdir. Buna görə ##.##.2026-cı il tarixli qərardad qanuni və əsaslı hesab edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “ E l e k t r o n m ə h k ə m ə ” i n f o r m a s i y a s i s t e m i n d ə q 135.8. e y d e Kommersiya dilir. mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Iddia müddəti 1 il 1 ay 15 gün ötürülmüş, ərizəçi bu müddəti hansı üzrlü səsəblərdən ötürməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Diqqətə çatdırılmalıdır ki, müddətin bərpası barədə ərizələrə baxılan zaman hər ötürülmüş günün üzürlülük səbəblərinə qiymət verilməlidir ki, belə sübutedici əsasların müzakirəyə təqdim edilməsi müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4259/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4259/2026
14.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver