Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1040/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı cavabdehlər Cavabdeh, X3 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,29 sentyabr 1073-cü il tarixdə vəfat etmiş atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə onun, qardaşının və bacılarının vərəsəllik hüququnun tanınması və miras əmlakların vərəsələr arasında paylarının müəyyən edilməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə miras qalmış əmlakda payın müəyyən edilməsi məsələsi ilkin olaraq notariat ofisində həll edilir. Miras qoyanın vərəsəsi əvvəlcə miras əmlakı qəbul etməsinə dair notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməli, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduqda və notariat ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdikdə, vərəsə miras qoyandan miras qalmış əmlakda payın müəyyən edilməsi barədə digər vərəsələrə qarşı məhkəmədə iddia irəli sürə bilər Miras əmlakın bölüşdürülməsi də ilk növbədə tərəflərin razılığı ilə notarius tərəfindən həyata keçirilir və yalnız tərəflər arasında ixtilaf olduqda notarius mirasın bölüşdürlməsindən imtina edərək tərəflərə məhkəməyə müraciət etmək hüququnu izah edir. Belə bir ixtilafın olması və notariusun mirasın bölüşdürülməsindən imtina etməsi isə təqdim edilmiş sənədlərdən müəyyən olunmur. İddia ərizəsinin məzmunundan məlum olduğu kimi iddia tələbi miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlakda vərəsələrinin paylarının müəyyən edilməsidir. İddia ərizəsinə isə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd- notarius kontorundan imtina əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, X3 və X1 qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1040/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1040/2023
22.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver