Məhkəmə qərarları › İş №2(002)-1051/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1051/2022

20.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1051/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qızına qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 29,mənzil 31 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə,onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 mart 1992-ci il tarixli,Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 29,mənzil 31 iddiaçının tam mülkiyyətindədir.İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh bu ünvanda yaşamır(İsveçdə yaşayır və ailə qurub) qeydiyyatdan çıxacağını bildirsə də,əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki,bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır.Hazırda cavabdehin harada yaşaması da onlara məlum deyil.Bakı şəhəri 152 saylı Mənzil İstismar sahəsinin 08.02.2022-ci il tarixli 446 saylı arayışından görünür ki,cavabdeh hazırda Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 29,mənzil 31 ünvanında qeydiyyatda qalmışdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Başir qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin aliment aldığını,oğlunun təzədən evləndiyini,evdə xəstələrinin olduğunu,cavabdehində yenidən evləndiyini,İsveç ölkəsində yaşadığını, uşaqlar da onunla birlikdə orada yaşadığını, bununla bağlı Qaradağ Rayon Məhkəməsində həm nikahın pozulması işində, həm də uşaqların xarici ölkəyə aparılmaısna icazə veirlməsi ilə bağlı olan işdə özünün də həmin halları qeyd etdiyini, hazırda da həmin ölkədə yaşayır, hətta evləndiyini də bildiyini, hər ay aliment ödədiyini, qəbzlər də də Vestern Union vasitəsilə öəddnildiyinin qeyd edildiyini, 2007-ci ildə evlədiklrəini, köçüb həmin evdə yaşadıqlarını, lakin 2017-ci ildə isə oğlu ilə bilrikdə həmin öllkəyə getdiklərini, sonra oğlu ilə mübahisələri olduğundan, onu deport etdilər, sonra o özü boşanmaya verdi, indidə orada evlənib, uşaqlar orada məktəbə gedir, daimi orada yaşayır, heç bra gəlmir ki uşaqları görək, cəmi bir dəfə gəlib, onda da öz anasının evində qalıb, uşaqları da bir dəfə göstərib onlara, hec onlayn görüşməyə də qoymur, indi evi satmaq istəsək o qeydiyyatda olduğundan, onun icazəsi lazım olur, həm əlavə kommunal xərclər görə pul ödədiyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə və maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X4 ifadə verərək, öz ifadəsində iddiaçı ilə 1990-cı illərdən qonşu olduğunu,tərəflərin bir-birini çox istədiyini,aralarında heç mübahisə olmadığını, gəlinləri ilə münasibətlərinin çox yaxşı olduğunu, 2007-ci ildə toy olduğunu,o özü yox, yoldaşının toyda iştirak etdiyini, həmin evə gəlin köçdüyünü, 2017-ci ildə İsveçə getdiklərini, sonra oğlu geri qayıtdı ancaq gəlini heç orada görmədiklərini, təxmini 2017-ci ildə getdiklərini bildiyini, indiyə kimi gəlini orada görmədiyini bildirdi. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, X3 ilə Cavabdeh arasında nikah ləğv edilmiş və bu barədə 19.10.2019-cu il tarixdə 244 № ilə qeyd aparılmışdır. İş materialalrından görünür ki, X1 21 avqust 2009-cu ildə, X2 12 iyul 2011-ci ildə anadan olmuşdur, ataları Səfərəliyev Eyvaz, anaları Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Qaradağ Rayonu MKTB-nin 20.04.2022-ci il tarixli arayışn məzmunundan aydın olur ki, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi ev 29 31 saylı mənzilin sahibi MKTB, icarəyə götürən İddiaçı olduğu, 11 nəfər ailə üzvi olmaqla, Cavabdeh 22.04.2009-cu il tarixdə qeydiyyata düşmüşdür. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüququ müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyinə və cavabdeh həmin mənzildə 22.04.2009-cu il tarixdə pasport qeydiyyatına düşdüyünə.görə həmin mənzillə bağlı yaranmış mübahisəli hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının qanuni və faktiki sahibliyində və istifadəsindədir, mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysetrində qeydiyyatdan keçməmişdir . Cavabdeh iddiaçının gəlini olmaqla, mübahisəli mənzildə 22.04.2009-cu il tarixdən pasport qeydiyyatındadır.Cavabdehlə iddiaçının oğlu arasında bağlanmış nikah 19.10.2019-cu il tarixdə pozulmuşdur, müvafiq məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahdan olan övladları cavabdehin himayəsində saxlanmışdır. Həmçinin, iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, Cavabdeh 2007-2017-ci illərdə həmin mənzildə yaşamış, 2017-ci ildə evi tərk edərək, xarici ölkəyə köçmüş, 2019-cu ildə oğlu ilə gəlini boşanmış, gəlıni uşaqlarla bilrikdə indiyədək də xarici ölkədə yaşayır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mənzil qanunvericiliyinin tələbinə əsasən Cavabdeh mübahisə predmeti olan mənzilə dair istifadə hüququ yaranmışdır.Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müəyyən edilməli olan hal cavabdehin yaşayış sahəsindən istifadə hüququna dair zərurətin aradan qalxıb-qalxmamasi və daimi başqa yaşayış yerinə köçməsi ilə bağlı olan haldır. Məhkəmədə tədqiq edilmiş sənədlər, iddiaçının izahatı, şahid ifadəsi əsasında müəyyən edilmişdir ki, cavabdeh 2017-ci ildən mübahisə predmeti olan mənzili tərk etmiş, uşaqları ilə birlikdə həmin tarixdən indiyədək xarici ölkədə (İsveç) yaşayır. Həmçinin, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində (Qaradağ rayon Məhkəməsinin 2(002)-186/2020 və 2(002)-1072/2019 saylı qətnaməsi) Cavabdeh özü uşaqlarla birlikdə xarici ölkədə yaşadığını, uşaqların xarici ölkədə məktəbə və bağçaya getdiklərini, orada yaşadığını qeyd etmiş, bu hallar müvafiq məhkəmə qətnaməsində müəyyən edilmiş hallar kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin həmin yaşayış sahəsində yaşamamasının səbəbi onun xarici ölkəyə köçməsi və həmin xarici ölkədə daimi yaşaması halı ilə bağlı olmuşdur. Bu halda, məhkəmə cavabdehin daimi olaraq başqa yaşayış yerinə köçməsi halının müəyyən edildiyini, cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının olması halının aradan qalxdığını əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı sahibliyində olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 29,31 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 29,31 saylı mənzilinə dair istifadə hüququna xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar